Naxçıvan şəhəri, Şahbuz rayon sakini Ələsgərov Samir Sabir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Şikayətçi iddia edir ki, Vasif Talıbovun vaxtında hər ay 200 AZN vergini verib işləyirdik, indi Fuad Nəcəfli icazə vermir.
"Mən, Ələsgərov Samir Sabir oğlu, Şahbuz rayon sakiniyəm. Özüm “Kamaz” sürücüsüyə. İllərdir “selov” deyilən yerdən “Kamaz”la qum yığıb, aparır satır, ailəmi dolanlandırırdım… Naxçıvanda iş yoxdur, mən gedib harda, nə iş görüm ki, ailəmi dolandırım?! Ekologiya Nazirliyi 3 aydır imkan vermir ki, işimizə davam edək.
Mən tək deyiləm, mənim kimi işsiz qalan çoxdur. Ailəmizin yanında başı aşağı qalmışıq. İndi bizə qadağa qoyublar ki, kim bu əraziyə girsə, 1000 manat cərimə olunacaq. Xalqı fikirləşən yoxdur, acıq-aşkar “acından ölün” deyirlər.
İşin olmamağı bizi təngə gətirib. Çıxış yolumuz yoxdur. Xəstəmiz var, uşağımız var. Bizi də başa düşünlər, xahiş edirik”.