Floridalı professor qeyri-adi rekord qırdıYaradılıb 16.05.2023 08:32 | Baxış sayı: 174Su altında ən uzun yaşamaq rekordu qırılıb.Demokrat.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.Bildirilib ki, Florida Universitetinin professoru su altında ən uzun yaşamaq rekordunu qırıb.Sualtı oteldə yaşayan Cozef Dituri qeyd olunan rekordu qırmaq üçün 73 günlük rekordu keçib.Professor mayın 15-də su altında 76-cı gününü tamamlayıb.O, sosial media hesabından verdiyi açıqlamada, hələ prosesi bitirməyəcəyini, 100-cü günün sonunda sudan çıxmağı planlaşdırdığını bildirib. Facebook-da paylaş