Naxçıvanda təhlükəsizlik dəstələrinin sayı artırılır
Naxçıvan DİN Daxili Qoşunlarının nəzdnində mitinq, yaxud kütləni dağıtmağa cavabdeh olan bölmələrin sayı artırılır. Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi adlanan bu bölmələr zəhərli qaz, su şırnağı, rezin güllə tətbiq etməklə “daxili asayiş”i qorumaq üçün nəzərdə tutulub. Bu bölmələr xüsusi tapşırıq keçdikdən sonra, cəbhə bölgəsində də döyüşə bilir. Naxçıvanda bu cür bölmələrin sayının, dayaqları hələlik zəif olan yeni yerli hakimiyyətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə artırıldığı bildirilir. Teref.az yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a Naxçıvan MR DİN-dəki mənbələr məlumat verib. Mənbənin bildirdiyinə görə, bu bölmələrin sayının iki dəfə artırılması nəzərdə tutulur:
„İndiyə kimi Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi (XVTD) taborunda 4 bölmə var idi. Bakıdan yeni ştatlar ayrılıb, bölmələrin sayı 8-ə qaldırılacaq. Artıq, rayonlara tapşırıq verilib, yaşı 25-ə kimi, həqiqi hərbi xidmət keçmiş, boyu 175 santimetrdən yuxarı, idman təcrübəsi olan cüssəli gənclər qeydiyyata alınır. Xüsusi seçmə mərhələsindən sonra kriteriyalara cavab verən şəxslər işə götürüləcək. Bölmələrin sayını artırmaqda məqsəd, daxili təhlükəsizliyi möhkəmlətməkdir. Yeni hakimiyyət qarışıqlıq ola biləcəyindən ehtiyat edir“.
XVTD taboruna gənclərin yığılmasını yerli sakinlər də təsdiqləyir. Onların sözlərinə görə, bu gənclər əsasən Babək rayonunun Nehrəm qəsəbəsindən toplanır. Naxçıvanın yeni daxili işlər naziri Süleyman Neymətov da Nehrəmdə doğulub. Qəsəbə sakini B. Məmmədov deyir ki, Süleyman Neymətov xeyli sayda nehrəmi gənci nazirliyə dəvət edərək, onlarla söhbət aparıb:
“ Aralarında bizim qohumlar da var. Süleyman müəllim onlara deyib ki, yerli hakimiyyətin təhlükəsizliyi üçün xüsusi bölmələrin sayını artırırlar və belə cüssəli gənclərə ehtiyacları var. O həm də deyib ki, ehtiyac olarsa, bu bölmələr mitinq dağıtmaq üçün Bakıya da göndəriləcək. Bunun qarşılığında yüksək maaş vəd olunur. Qəsəbədə artıq xeyli sayda gənc sənədlərini toplayaraq, təqdim edib“.
Naxçıvan MR DİN Daxili Qoşunlarının nəzdnindəki XVTD taboru 2011-ci ildə yaradılıb.
 

Bölmənin digər xəbərləri

29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib
25 Aprel 2025 Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ
24 Aprel 2025 Camalovlar ailəsinin 55 min dolları və 156 ədəd qızıl-zinət əşyası oğurlanıb - “BTB BANK”ın SAXLANCINDAN ŞOK OĞURLUQ
24 Aprel 2025 Növbə STOMATOLOQLARDA – İndi də onların sənədləri YOXLANILIR
23 Aprel 2025 Gəncədə şagirdlər arasında mübahisə düşüb, xəsarət alan var

Dünyapress TV

Xəbər lenti