“Bəzi məlumatlar Rusiya tərəfinə ötürülüb”
“Mövqeyimizi mətbuat vasitəsilə deyil, ikitərəfli danışıqlar zamanı ətraflı məlumat aldıqdan sonra müəyyən edəcəyik”.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ilə ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Uolts arasında telefon danışığı olduğunu qeyd edib. Həmçinin bildirib ki, ABŞ Ciddədə Ukrayna ilə görüşləri haqqında məlumatları çatdırmağa başlayıb.

“Amerikalı nümayəndə heyəti bu gün Moskvaya gəlir. Bəzi məlumatlar Rusiya tərəfinə ötürülüb. Məlumat ötürülməsi aktivdir. Krım, Sevastopol, Xerson, Zaporojya, Donetsk və Luqansk Rusiyanın bölgələridir. Onlar bizim konstitusiyamıza daxil edilib. Bu, faktdır”, – o əlavə edib.

Ukrayna böhranının həlli ilə bağlı danışıqların hələ başlamadığına diqqət çəkən Peskov, bundan əvvəl tərəflərin mövqeləri ilə bağlı ictimaiyyətə açıqlama verməyin düzgün olmadığını bildirib.

Qeyd edək ki, martın 11-i 9 saatlıq danışıqlardan sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında ABŞ komandasına konstruktiv ünsiyyətə görə təşəkkür edib. O qeyd edib ki, atəşkəs müsbət təklifdir. ABŞ Prezidenti Donald Tramp isə danışıqlardan sonra Kiyev administrasiyasına hərbi və kəşfiyyat yardımına dərhal yenidən başlamaq barədə göstəriş verib.
 

Bölmənin digər xəbərləri

14 Mart 2025 72 il öncə vəfat edən Stalin haqqında nadir və yeni bilgilər – Çəkələyini Soçiyə təyyarə ilə gətizdirib.
13 Mart 2025 Ərdoğanın bu hərəkəti gündəm oldu: elə bir jest etdi ki... - VİDEO
13 Mart 2025 Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər VİDEO
13 Mart 2025 DEPUTAT ŞAD XƏBƏR RƏSMƏN ELAN ETDİ: Azərbaycan bu tarixdən quru sərhədləri AÇIR
13 Mart 2025 Duterteni daşıyan təyyarə Niderlanda eniş edib
13 Mart 2025 200-dən çox sərnişin Moskva aeroportunda qalıb
13 Mart 2025 İctimai nəqliyyatda 40 faiz endirim olacaq: Martın 17-dən qüvvəyə minir
13 Mart 2025 Qazaxıstandan Jirinovski ilə bağlı ŞOK QƏRAR – Abidə planı ÇÖKDÜ
12 Mart 2025 "Qərblə yaxınlaşmağa və Rusiyadan uzaqlaşmağa çalışan Ermənistan, bölgədə siyasi gərginliyi artırır"
11 Mart 2025 Rusiyaya qarşı yeni “Antanta” yaratmaq təklif edilib
10 Mart 2025 "Məni hakimiyyətə heç kim gətirməyib" - Paşinyan
10 Mart 2025 Lüksemburq şahzadəsi 22 yaşında vəfat edib
10 Mart 2025 İsrail Qəzzaya elektrik verilişini dayandırır
10 Mart 2025 Trampın qolf oynamağı ABŞ-ni ziyana saldı
10 Mart 2025 Trampı SSRİ KQB-sinin toruna birinci arvadı salıb? — Natiq Cəfərlinin şərhi
09 Mart 2025 Rusiya “Xalça” planını tətbiq etdi - GƏRGİNLİK SON HƏDDƏ!
09 Mart 2025 ABŞ-ın vitse-prezidenti: “Slava Ukrayni” şüarları səsləndirən etirazçılar üç yaşlı qızımı qorxutdu
09 Mart 2025 Suriya təhlükəsizlik xidmətləri Hama vilayətində bölmələr yerləşdirir
09 Mart 2025 “Putin sülhdə maraqlı deyil”
09 Mart 2025 “Onun nitqində çoxlu yalanlar var idi” — Kreml

Dünyapress TV

Xəbər lenti