Türkiyənin reytinqli "Sihirli Annem" serialının film versiyası çəkiləcək.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, Betüş obrazını canlandıran İnci Türkay 10 ildən sonra yenidən bu film sayəsində ekranlara qayıdır.

Filmin ssenarisi 2022-ci ildə vəfat edən serialın yazıçısı Gamze Özer tərəfindən yazılıb. Layihə üzərində çalışan Poll Films-in rəhbəri Polat Yağcı köhnə heyətlə birlikdə filmin çəkilişlərinə tezliklə başlayacağını açıqlayıb.

Filmdə İnci Türkay, Nevra Serezli, Gül Onat, Şahap Sayılgan, Ayşen İnci, Jess Molho və digər tanınmış aktyorlar da yer alacaq.

Pərəstişkarlar unudulmaz fantastik ailə hekayəsinin yenidən ekranlara daşınmasını səbirsizliklə gözləyirlər.

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_GUGU_rrrrk_1268846(5).png
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_GUGU_rrrrk_1268846(6).png
 
 

Dünyapress TV

Xəbər lenti