b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_67dacc6b50dcd3201773f1751da189ea.jpg
  

Azərbaycan milli komandasının sabiq futbolçusu Andrey Popoviç özünə yeni iş yeri tapıb.

33 yaşlı qapıçı son 3 ildə daimi yaşadığı Ukraynadan Qırğızıstana köçüb. O, "Kirqizaltın" klubu ilə mövsümün sonunadək müqavilə bağlayıb.

Ukraynanı tərk etmək niyyəti A.Popoviçdə son vaxtlar üzləşdiyi şəxsi problemlərdən sonra yaranıb. "Aqrobiznes", "Xust" kiimi aşağı liqa klublarında oynayan futbolçunu həqiqi hərbi xidmətlə bağlı tez-tez narahat ediblər. Hətta bir dəfə onu dəmiryolu vağzalında saxlayaraq, hərbi komissarlığa aparıblar.

Rusiya - Ukrayna müharibəsinə getməkdən canını qurtaran Popoviç vəziyyətdən çıxış yolunu legioenr həyatı yaşamaqda görüb. İdmançı imtiyazından istifadə edərək, ölkə sərhədlərini aşan qapıçı axır zamanlar ukraynalı futbolçuların kütləvi şəkildə üz tutduğu Qırğızıstana yollanıb.

Yeri gəlmişkən, Qırğızıstan çempionatında daha 3 azərbaycanlı Eldar Ələkbərov, Ramin Əhməov (hər ikisi "Alay") və Dmitri Nağıyev ("Muraz Yunayted") çıxış edir.

Xatırladaq ki, Andrey Popoviç "Bakı", "Sumqayıt", "Turan" və "Qəbələ" klublarının şərəfini qoruyub. O, Azərbaycanın bütün aşağı yaş qruplarından ibarət, eləcə də əsas milli komandasında forma geyinib. Nizam-intizamı və futbolçu rejimini bir o qədər də sevməyən Popoviç 2016-cı ildə ölkəmizi tərk edib. Altı illik fasildən sonra - 2022-ci ildə Azərbaycana qayıdıb, yenidən "Sumqayıt"la müqavilə bağlayıb, lakin cəmi 9 dəfə meydanaçaya çıxıb. Onun həm Azərbaycan, həm də Ukrayna vətəndaşlığı statusu var.(Offsideplus.az)

1268915.jpg (29 KB)

 
 
 

Bölmənin digər xəbərləri

13 Mart 2025 Ulduz futbolçu Bakıdan paylaşım etdi - FOTO
13 Mart 2025 Dünya Çempionatında forma qalmaqalı davam edir
12 Mart 2025 "Barselona" qapıçısı ilə yollarını ayıracaq
10 Mart 2025 “Onun köməyi olmadan uğur əldə edə bilmərik” - Rəşad Sadıqov
10 Mart 2025 Hemilton Milan küçələrində belə “avtoşluq” etdi – VİDEO
09 Mart 2025 "Barselona"nın həkimi öldü - Matç təxirə salındı
08 Mart 2025 Azərbaycan klubları UEFA-dan nə qədər gəlir əldə edib?
07 Mart 2025 15 avtomobili, bir kubunu və buz düzəltmə aparatını lombard qoydu / BORCUNA GÖRƏ
07 Mart 2025 Kuryoz zədə alan Bəhlul Mustafazadənin son durumu bəlli oldu
06 Mart 2025 UEFA Çempionlar Liqası: “Liverpul” PSJ-dən üstün olub, “Bavariya” “Bayer 04”ü darmadağın edib
05 Mart 2025 Superkompüter Çempionlar Liqasının qalibi olacaq komandanın adını açıqladı
05 Mart 2025 UEFA Çempionlar Liqası: Madrid derbisində üç qol vuruldu
04 Mart 2025 Ukrayna Rusiyanı dəstəkləyən Kaxa Kaladzeni və bir neçə digər idmançını titullarından məhrum etdi
04 Mart 2025 Barselonada Petrosyanla yeyilən xəngəl: Adnan Əhmədzadə ermənilərin planını necə pozub?
03 Mart 2025 Ronaldu İrana gedə bilmədi
02 Mart 2025 Paris Olimpiadasının medalları qaytarılır- SƏBƏB
02 Mart 2025 Türkiyə Super Liqasında ölümcül zədə - VİDEO
28 Fevral 2025 "Qalatasaray" "Konyaspor"la bacarmadı
27 Fevral 2025 Neymar “Barselona”ya qayıda bilər
27 Fevral 2025 "Mançester Yunayted" yeni mövsümdə baş məşqçi postunu Xaviyə həvalə edəcək

Dünyapress TV

Xəbər lenti