PKK terror təşkilatının bu ilin aprel ayında özünü buraxmaq üçün qurultay keçirəcəyi gözlənilir.
Məlumatı “Haber Global” yayıb.
Bildirilib ki, ötən həftə qruplaşmanın başçısı Abdulla Öcalan təşkilata özünü buraxıb tərksilah olunmaqla bağlı müraciət etmişdi. Məlumata görə, Öcalanın da qurultayda iştirak edəcəyi ehtimal olunur.