Dünya gücləri birləşib, hamı xoşbəxtlik içərisində yaşayır
Aqşin Kərimov yazır...

ABŞ, Rusiya, Çin və üç nəhəng arasında manevrlər edərək özünün maraqlarını təmin etməyə çalışan regional aktorlar hamısı bir-birilə yola gedir, dünyanın gələcək fiziki nizamını müzakirə edir və Yer planetini gözləyən təhlükələr haqqında qabaqlayıcı tədbirlər planlaşdırır.

Nə ambisiyalar var, nə şirkət maraqları, nə də ki özünə məxsus olmayan təbii sərvətlərin istismarı üçün amansız müharibə.

Gəlişigözəl sözləri davam etdirək: bir anlıq təsəvvür edin ki, bütün planetar miqyaslı oyunçular və regional söz sahibləri insanları istismar etmirlər, onlara fiziki-mənəvi cəhətdən ali bir varlıq kimi baxaraq bütün hüquqları tanıyırlar.

Nə düşmən münasibətlər mövcuddur, nə sərhədlər uğrunda davalar, hətta fikir ayrılıqlarına belə yer yoxdur. Yüksək insani keyfiyyətlərə xas olan belə sistem olarsa, dünyanın siyasi və fiziki intizamı da qaydasına düşər. Ancaq nə edək ki, bunlar fantastik ideyalardır və arzu etdiklərimizin əksi olaraq, vəziyyət getdikcə pisləşir.

Hətta normal münasibətlər o həddə qədər çöküş ərəfəsindədir ki, bəşəri miqyaslı təhlükələrə qarşı mübarizədə də monopoliya yaratmaq, düzgün fikir və istiqamət verənləri çıxdaş etmək planları sezilir.

Koronavirus pandemiyasının tüğyan etdiyi zamanlarda vaksinlərə əlçatanlıq problemlərinin şahə qalxması bunun əyani nümunəsi idi.

Bu pis nümunəni başqa-başqa sahələrdə də hiss etmək olar, qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə də bir-birini başa düşən, əməkdaşlıq etmək istəyən yoxdur.

Siyasi sistemdəki belə münasibətlərin varlığı insanın mənəvi və psixoloji məziyyətləri ilə əlaqəlidir, yəni insan faktoru proseslərdə aparıcı gizli rol oynayır.
İnsanın təhtəlşüurunda bərkiyən hakimiyyətə can atmaq, daha çox sərvətə malik olmaq, başqasının hüququnu tapdalayaraq öz mənafeyinə çatmaq kimi xarakterlər siyasi-iqtisadi və hərbi sferadakı qarşıdurmaların insan faktoru ilə əlaqədar səbəblərini izah edir.

Düzdür, dövlətlərin maraqları bir insanın xarakter və şüuru ilə ortaya çıxmır, lakin dövlətlərin ambisiyalarını Adəm övladı tarixən formalaşdıraraq bu günə gətirib.

Yenə də insan! Bəs nə edilsin, axı mənfi instinktlər o demək deyil ki, həmin insanlar sıradan çıxarılmalıdırlar. İnsanın xarakterindəki norma və quruluşları nizama sala biləcək bir sistemə ehtiyac var, bu baxımdan, mən yuxarıda böyük güclərin xəyali olaraq hərtərəfli birliyi və dostluğunun meyarını qeyd etdim.

Amma belə xoşməramlı jestlərə əsaslanan sistemi də insan yaradıb-qurmalıdır, bəs bu mümkündürmü?

Mümkünlüyü barədə danışmaqda xeyli çətinlik çəkirəm, çünki bəşəriyyətdə dövlət modeli qurulmamışdan öncə də insanlar bir-birini didib, qanına susayıblar. Səmavi dinlərdə, miflərdə, əfsanə və rəvayətlərdə canlıların və ya onların üzərinə proyeksiya edilən təbiət hadisələrinin bir-birinə qarşı məkri, davası ilə əlaqədar simvolikalar boşuna mövcud deyil.

Bunlar hansısa tarixi perioddakı hadisələrə müxtəlif üsullarla baxış kompleksidir. Vaxt gələcək, yəqin ki, insan şüur və potensialı inkişaf etdikcə qlobal mübarizə və onun geosiyasi, iqtisadi aspektləri ilə əlaqədar tarixi və mifik qiymətləndirmələr ortaya çıxacaq.

Görəsən, bizi necə anacaqlar, bəşəriyyətdəki gələcək nəsillər onlara miras qalan problemlərə görə özlərindən əvvəlkilərə nələr deyəcəklər? Bilmirik, bəlkə də, biz günahımız olmayan məsələlərdə belə ittiham ediləcəyik, hədəf taxtasına qoyulacağıq, söyüləcəyik...

Təki qarşıdan gələn texnoloji beyinli nəsil mövcud münaqişələri miras almasın, sadəcə olaraq, konfliktlərə tarixi hadisələr kimi yanaşsın, rahat və firavan yaşasın.
oxu.az
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dünyapress TV

Xəbər lenti