Gürcüstan niyə 2 ay sonra Fransanın silahlarını Ermənistana ötürdü
Xəbər verdiyimiz kimi, Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılıb. Maraqlıdır ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib. Bu dəfə isə durum tam fərqlidir. Yayılan foto və videolar bir faktdır ki, Gürcüstan Fransanın Ermənistana göndərilən silahlarına qapı açıb...

Durum təəssüf doğurur. Fransanın nə olduğunu, kimə və necə qulluq etdiyini biz gözəl bilirik. Müstəmləkəçi siyasət aparan, soyqırımlar törədən Fransanın özünə bənzər siyasət yürüdən Ermənistana dəstək verməsi açıq-aşkardır. Ancaq burada qonşumuz, enerji layihələrində dəstək verdiyimiz, qazla təmin etdiyimiz Gürcüstanın istifadə olunması üzücü haldır.

Cənubi Qafqazda gərginlik yaratmaq bu dəqiqə Qərbin və eləcə də Fransanın marağında olan haldır. Gürcüstanın hazırda Avropa İttifaqına (Aİ) namizəd statusu müzakirə edilir. Görünür ki, Gürcüstan buna görə də Qərbin, Fransanın tələblərini yerinə yetirməyi özünə borc bilir. Ancaq Gürcüstan unutmasın ki, gah Rusiyaya, gah Qərbə, gah da Fransaya sığınan Ermənistana göndərilən silahlar bir gün onun özünə qarşı da istifadə oluna bilər.

Gürcüstan həmişə Azərbaycanla olan enerji layihələrindən, iqtisadi əlaqələrdən qazancla çıxıb. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını ötüb, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib.

Azərbaycanda 815 Gürcüstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 533-nün fəaliyyəti aktivdir. Ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulub.

Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

Mövzu ilə əlaqədar Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, təəssüf ki, Gürcüstan hökuməti belə bir siyasi oyuna alət oldu.

“Təbii ki, burada bir neçə istiqamətdə qiymətləndirmə lazımdır. Sözügedən silahların Gürcüstanın Poti limanında gözləmə müddəti 2 aya yaxın idi. Fransada doğulan, eyni zamanda Fransa vətəndaşı olan prezident Zurabişvilinin bu silahların ölkəsindən keçərək Ermənistana göndərilməsi onu göstərir ki, məhz xanım Salome Zurabişvili anti-Azərbaycan mövqeyi və Azərbaycana nifrəti olan şəxsdir. Görünür, onun dəstəyi ilə hakimiyyətdə olan güclər qalib gələrək 2 ay sonra yolu açaraq silahları Ermənistana göndərdilər ki, bu da olduqca vacib bir məqamdır. İkinci bir məqam isə Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük məsələsidir və gündəmdə olan bir məsələdir. Gürcüstanı Aİ-yə üzv edəcəklər, yaxud etməyəcəklər, bu, bəlli deyil. Amma görünür ki, Gürcüstanın hədəflədiyi böyük miqdarda maliyyə köməyi idi, bu hədəfə nail olmaq üçün hər halda danışıq və bazarlıq olub. Üçüncü vacib amil isə “3+3” formatının işləməməsi və lahiyənin uğursuzluğa düçar olmasına yönəlik rəsmi Tiflisin ata biləcəyi addımlardır. Belə addımların arxasında ABŞ və Fransanın olması təbii görünür. Sözügedən lahiyədə Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın regional əməkdaşlıq formatı nəzərdə tutulurdu. Amma bu addımla Gürcüstan hökuməti başqa bir istiqamətə yönəldiyini ortaya qoymuş oldu. Hələ ki, bu mesajlar dediyim 3 istiqamət üzrə qənaət irəli sürməyə imkan verir” - deyə ekspert qeyd edib.
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dünyapress TV

Xəbər lenti