Türkiyə və İran ortaq məxrəcə gəlir - GƏLİŞMƏ
“Türkiyə və İran Yaxın Şərqin güc mərkəzləri hesab olunur. Hər iki ölkə regionda söz sahibidirlər. Ankara və Tehranın Yaxın Şərq siyasətində fərqli strategiya olsa da, yenə də regionla bağlı bəzi məsələlərdə eyni maraqları bölüşürlər”.

Bu sözləri türkiyəli eskpert Engin Özer müsahibəsində Türkiyə və İranın Yaxın Şərqlə bağlı xarici siyasətində ortaq və fərqli maraqlar barədə fikirlərini bölüşərkən bildirib.
Qeyd edək ki, noyabrın 1-də İran İslam Respublikasının XİN rəhbəri Hüseyn Əmir Abdullahian Türkiyəyə rəsmi səfər edib və həmkarı Hakan Fidanla görüşüb. Hər ölkənin XİN rəhbəri görüşdə ikitərəfli əlaqələr və regional proseslər, ən əsası da Fələstindəki hazırki vəziyyəti müzakirə ediblər. Nəzərə çatdıraq ki, Türkiyə və İran Yaxın Şərqin böyük, güclü və xüsusi təsir dairəsinə malik olan ölkələrdir. Hər iki ölkə bu regionda hər vəchlə öz geosiyasi mövqeyini möhkəmləndirməyə çalışırlar. Regionda hər iki dövlətə bağlı olan hərbi-siyasi qüvvələr də mövcuddur.

Yaxın Şərqdə baş verən proseslərdə Ankara və Tehranın ortaq məxrəcə gəlməsinin mümkün olub-olmaması ilə bağlı suala cavablandıran Engin Özer qeyd edib ki, hər iki ölkənin bəzi regional məsələlərdə eyni mövqeni paylaşır:

““Soyuq müharibə”nin bitməsindən sonra Yaxın Şərqdə fərqli geosiyasi xətt yürüdülür. Bildiyimiz kimi, “soyuq müharibə” dövründə Yaxın Şərqə hökmranlıq etmək üçün SSRİ ilə ABŞ arasında ciddi rəqabət gedirdi. Amma 21-ci əsrdə, yəni son iyirmi ildə bu regionda regional dövlətlər də, xüsusilə İran və Türkiyə söz sahibi olublar.

Artıq Yaxın Şərqlə bağlı məsələlərdə region dövlətləri öz geosiyasi mövqeyini açıq-aşkar nümayiş etdirirlər. Həm Türkiyə, həm də İran Yaxın Şərqin hərbi-siyasi və iqtisadi cəhətdən güc mərkəzləri hesab olunur. Düzdür, Türkiyə və İran Yaxın Şərqdə fərqli strategiyaya malikdir, amma hər iki ölkə regiona aid olan bəzi məsələlərdə eyni maraqları bölüşür. Xüsusilə, Suriyanın ərazi bütövlüyü və Fələstin məsələsində Ankara və Tehranın mövqeyi eynidir.

Türkiyə və İran rəhbərliyi İsrail-Fələstin bölgəsində hazırki vəziyyətin nizamlanması yönündə ortaq məxrəcə gələ bilərlər. Bir məqamı da vurğulayım ki, Türkiyə və İran İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz üzrə yaradılan “3+3” formatının üzv ölkələridir. Hər iki dövlət hesab edir ki, həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə mövcud problemlər yalnız region ölkələri tərəfindən həll olunmalıdır. Hər ikisi kənar güc mərkəzlərin bu iki regiona müdaxiləsinə qarşıdırlar”.

Türkiyə və İranın İsrailə qarşı birgə hərbi-siyasi cəbhə yaratması ehtimalına gəlincə, ekspert bunun qeyri-mümkün olduğunu bildirib:

“Çünki Türkiyə hələ də NATO-nun aparıcı üzv ölkələrdən biridir. Bundan əlavə, Ankaranın Qərblə mühüm və qoparılmaz bağlantıları var. Ankara qətiyyən Qərblə olan bütün əlaqələrini dayandıra bilməz. Bəli, Türkiyə Qərblə bir çox məsələlərdə toqquşur, amma yenə də Qərb blokunun mühüm ölkəsi hesab olunur.

Buna görə də Türkiyənin İranla bərabər İsrailə qarşı cəbhə yaratması mümkün deyil. Bu, Ankaranın maraqlarına ziddir. Ancaq Qəzzadakı yerli əhaliyə humanitar yaradımın edilməsində və BMT-də İsrailə qarşı qərarların qəbul olunmasında Türkiyə və İranın birgə əməkdaşlığı mümkündür”.

Ekspert Ankara və Tehranın Yaxın Şərqdə fərqli geosiyasi hədəflər güddüyünü bildirib:

“Türkiyə və İran Yaxın Şərqdə fərqli mədəniyyətə malikdirlər. Bu dövrdə Türkiyə Osmanlı imperiyasına daxil olan Yaxın Şərqin torpaqlarda, xüsusilə İraq, Suriya və Fələstində, hətta Misir və Liviyada öz maraqlarına uyğun mədəni siyasət yürüdür. İran isə Yaxın Şərqdə fərqli mədəni siyasət təbliğ edir, doğrusunu desək, şiələrin məskunlaşdığı ərazilərdə möhkəmlənməyə çalışır. İran özünü şiə dünyasının mərkəzi hesab edir. Bu baxımdan Yaxın Şərqdə Türkiyə və İran bir-birinə rəqib dövlətlər hesab olunur.

Amma bu rəqabət iki ölkə arasında düşmənçiliyə, ən əsası da toqquşmalara gətirib çıxarmayıb. Həmçinin, Osmanlı imperiyası ilə Səfəvi dövlət arasında imzalanan “Qəsri-Şirin” müqaviləsindən bu günə qədər Türkiyə-İran sərhədlərində heç bir dəyişiklik olmayıb. Hətta Ankara və Tehran bu regionda bəzi məsələlərdə, xüsusilə Fələstin məsələsində birgə addımlar atmağa hazırdır”.

E.Özer Türkiyə və İran arasında regionda geosiyasi nüfuz uğrunda mübarizənin də getdiyini vurğulayıb.

“Keçmiş dövrlərdə olduğu kimi, bu gün də Türkiyə və İran Yaxın Şərqdə öz geosiyasi mövqeyini möhkəmləndirmək istiqamətində eyni vasitələrdən istifadə edirlər. Osmanlı imperiyasının xələfi olan Türkiyə sünni, İran isə şiə dünyası üzərində geniş təsir dairəsinə malikdir. Hər iki ölkənin İraq və Suriyada fərqli hədəflərinin olması bunu açıq-aşkar sübut edir.

Qədim və dərin tarixi olan bu iki ölkənin Yaxın Şərqlə bağlı bir çox strateji məsələlərdə maraqları ziddiyyət təşkil edir və onların tam ortaq məxrəcə gəlməsi qeyri-mümkündür. Lakin İran və Türkiyə rəqib dövlətlər olsa da, bir-birinə qarşı təhdid yaratmır”.

Türkiyə və İranın Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin təminatına təsir etmək imkanlarının olmasına toxunan E.Özer region üçün ümumi formatın formallaşdırılmasına ehtiyac olduğunu deyib:

“Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün “3+3” formatına bənzər formatın yaranmasına ehtiyac var. Düzdür, İran və Suriya arasında çox ciddi problemlər yaşanır. Hər iki ölkə arasında hələ də münasibətlər normallaşmayıb. Amma yenə belə formatın formallaşması üzərində müzakirələr aparıla bilər”.
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dünyapress TV

Xəbər lenti