Ardını oxu...
Fransa Azərbaycana qarşı son illər aqressiv siyasət yeritməyə davam edir. Bunun əsas səbəbi rəsmi Bakının İkinci Qarabağ müharibəsinin nəticəsi əsasında Cənubi Qafqazda yaratdığı yeni reallıqları Yelisey Sarayının qəbul etmək istəməməsidir. Bu azmış kimi rəsmi Paris regiondakı təsir imkanlarını qorumaq və mümkün olarsa artırmaq məqsədilə İrəvanla "bacılaşır". Bu isə Parisin Bakıya qarşı qərəzli mövqeyini bu dövlətin özü üçün zərurətə çevirir.

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddiasına görə, Azərbaycanda Fransa vətəndaşları təqib edilir, həbs olunurlar. Ona görə də, rəsmi Paris Fransa vətəndaşlarına Azərbaycana səfərdən çəkinməyi tövsiyə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu əsassız iddiaya münasibət bildirərək deyib ki, rəsmi Bakı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirərək, ölkəmizə dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyir.

O bildirib ki, Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətlərini daha da gərginləşdirmək niyyətindən xəbər verir:

"Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır. Azərbaycanda indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur".

Bildirilib ki, Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya "demokratiya dərsi" keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı: "Biz bir daha Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik".

Əgər Azərbaycanda, doğrudan da, Fransa vətəndaşlarına qarşı təqiblər, təzyiqlər olsa idi, bu barədə rəsmi məlumatlar yayılardı. Necə ki, M.Rianın, K.Teonun haqlı yerə saxlanıldığı barədə rəsmi xəbərlər verilmişdi.

Rəsmi Parisin Azərbaycana qarşı əsassız iddiası, sözsüz ki, "suları bulandırmaq" cəhdindən və Ermənistanın xoşuna gəlməkdən başqa bir şey deyil. Fransa bununla özünü Ermənistana dost kimi göstərərək, direktivlərini icra etdirməyə çalışır.

Halbuki əslində irqi-dini ayrı-seçkilik, o cümlədən islamafobiya Fransanın özündə tüğyan edir. Üstəgəl, Fransa bu gün ədəbiyyatı, mədəniyyəti ilə deyil, kolonist siyasəti, müstəmləkəçiliyi ilə seçilir.

Fransanın Azərbaycana qarşı bu ritorikası əslində həm də mövcud Emmanuel Makron hökumətinin səriştəsizliyini göstərir. Belə ki, Makron bacarıqlı siyasətçi olsa idi, başa düşərdi ki, bölgədə qalmağın ən yaxşı yolu buranın aparıcı siyasi aktoru olan Azərbaycanla münasibətləri yaxşı saxlamaqdır. Fransa isə nəinki bunu etmir, həm də Azərbaycanla düşmən yolunu seçir. Bu ritorikanın bumeranq effekti verəcəyini indidən təxmin etmək olar.

Yelisey Sarayının təxribatları nəticəsində ikitərəfli münasibətlərdə artan gərginlik Fransanın xeyrinə olmayacaq. Rəsmi Paris bir də gözünü açacaq ki, regionda tamamilə "ofsayddadır". Futbol dili ilə desək, "qayda pozuntularına" görə, bəlkə də Fransaya "qırmızı kart" göstərməyin vaxtı çatıb...
 
 
 
Ardını oxu...
“Bu gün dörd ölkə Kiyevi Rusiyanı Ukrayna ərazisindən çıxarmağa və mülki əhalinin həyatını xilas etməyə kömək edə biləcək dəqiq uzaqmənzilli silahlarla təmin edir və ya təmin etməyə qadirdir”.

UNİAN xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İrlandiyanın baş naziri Saymon Harrislə mediaya birgə bəyanatı zamanı deyib:

“Uzaq mənzilli silahları bizə verən ölkələrdən istifadə etmək üçün icazə lazımdır və bu, onlardan asılıdır. Düzünü desəm, bu, bütün dostların koalisiyası, bütün dünya ölkələri, tərəfdaşlardan asılı deyil”.

O vurğulayıb ki, bu qərar konkret dövlətlərdən asılıdır: ABŞ, Britaniya, Fransa və Almaniya: “Yalnız bu dörd ölkə Rusiyanı ərazimizdən sıxışdırıb çıxarmaqda və bütün şəhərlərdə: Poltava, Dnepr, Krivoy Roq, Lvov, Xarkov, Kiyevdə mülki əhalinin həyatını xilas etməkdə bizə kömək edə biləcək uzaqmənzilli silahları ya verir, ya da təmin etməyə qadirdir. Biz hər gün insanları itiririk və bu problemlərin həllində gücümüz məhz bu dörd dövlətdən asılıdır”.
 
Ardını oxu...
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, bu iki ölkə ən yaxın qonşu ölkələrdir.
Monqolustan və Rusiyanın Qərb ölkələrinə nəsə göstərmək vəzifəsi yoxdur, ölkələr ikitərəfli münasibətləri inkişaf etdirmək vəzifəsini yerinə yetirirlər.
Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Heç kimin - nə Monqolustanın, nə də Rusiyanın Qərb ölkələrinə nəsə göstərmək vəzifəsi yoxdur. Biz ən yaxın qonşu ölkələrik və biz ikitərəfli münasibətlərimizi inkişaf etdirmək vəzifəsini icra edirik", - Peskov qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Monqolustanda rəsmi səfərdədir. O, Xalxin Qol çayında sovet və monqol silahlı qüvvələrinin yapon militaristləri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün ötən gecə gəlib.
 
Ardını oxu...
“Forbes” nəşri 2023-cü ilin nəticələrinə əsasən Rusiyada fəaliyyət göstərən 50 ən böyük xarici şirkətin illik reytinqini tərtib edib.

Yeniavaz.com xəbər verir ki, 50 ən böyük xarici şirkətin Rusiyadakı ümumi gəlirləri əvvəlki illə müqayisədə 31% artaraq 6,7 trilyon rublu (74,8 milyard dollar) ötüb.
Bildirilir ki, Rusiyada ən çox Çin şirkətləri fəaliyyət göstərir. 50 ən böyük xarici şirkətin siyahısında Çindən 11 şirkət var. Çinin “Chery” minik avtomobili istehsalçısı ilk dəfə olaraq “Forbes” jurnalına görə Rusiyada fəaliyyət göstərən 50 ən böyük xarici şirkətin reytinqinə başçılıq edib. “Chery”nin gəliri 2022-ci illə müqayisədə 4 dəfə artaraq 2023-cü ilin sonunda 590 milyard rublu (6,6 milyard dollar) ötüb. Şirkət Rusiya bazarında “Chery”, “Exeed”, “Omoda”, “Jaecoo” və “Jetour” brendləri altında 220 mindən çox avtomobil satıb.
Bundan əvvəl reytinqə Fransanın “Auchan” (2015-2019), “Renault” (2020) və “Leroy Merlin” (2023), ABŞ-nin “Philip Morris International” (2021) və Almaniyanın “Volkswagen Group” (2022) şirkətləri başçılıq edirdi.
Keçən ilin lideri – Fransanın məişət malları və təmir zənciri “Leroy Merlin” bu il siyahıdan çıxıb. Bunun səbəbi şirkətin Rusiya bazarını tərk etməsi göstərilir.
Bu ilki reytinq cədvəlinin ilk 10-luğuna “Chery”dən başqa, minik avtomobilləri istehsal edən daha iki Çin şirkəti – “Great Wall Motor” (5-ci sıra) və “Geely Automobile” (10-cu sıra) daxildir.
İki il əvvəl – 2022-ci il reytinqində siyahıda yalnız bir Çin şirkəti olub – “Huawei Technologies”. 2024-cü ildə reytinqə ilk dəfə Çin avtomobil istehsalçıları “FAW Group” (13-cü sıra), “Changan Automobile” (16-cı sıra), “JAC Group” (49-cu sıra) daxil edilib. Bundan başqa elektronika və məişət texnikası istehsalçısı “Hisense” (38-ci sıra), tikinti holdinqi CRCC (44-cü sıra) də siyahıya daxil edilib.
ABŞ-də qeydiyyatı olan şirkətlərin sayı iki il ərzində 10-dan 7-yə qədər azalıb. Rusiyada fəaliyyətini davam etdirən ən böyük ABŞ şirkəti tütün istehsalçısı “Philip Morris International” (3-cü sıra) olub. Bu şirkətin illik gəliri 440 milyard rubldan çox (5 milyard dollar) olub.
Rusiyada fəaliyyət göstərən 50 ən böyük xarici şirkətin illik reytinqinə aşağıdakı ölkələrin şirkətləri daxil edilib:
Çin – 11
ABŞ – 7
Almaniya – 5
Belarus – 4
Türkiyə – 4
İsveçrə – 4
Fransa – 3
Böyük Britaniya – 2
İtaliya – 2
Avstriya – 1
Belçika – 1
Macarıstan – 1
Danimarka – 1
Tailand – 1
Finlandiya – 1
İsveç – 1
Cənubi Koreya – 1
Yaponiya – 1
 
 
 
Ardını oxu...
Dağıstan və Azərbaycan parlamentləri arasında yeni əməkdaşlıq sazişi imzalana bilər.

Bunu Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Əsgərov “Sputnik Azərbaycan”-a müsahibəsində deyib.

Spiker ölkədə parlament seçkilərinin gedişini müşahidə etmək üçün MDB-dən olan beynəlxalq müşahidəçilər missiyasının tərkibində Azərbaycanda olub. Əsgərov qeyd edib ki, onlar Azərbaycanın çiçəklənməsində, burada sülh və əmin-amanlığın hökm sürməsində maraqlıdırlar.

"Ölkənizdə parlament seçkiləri demokratik şəraitdə keçdi, xalq öz iradəsini bildirdi, heç bir qanun pozuntusuna yol verilmədi, Dağıstan Xalq Məclisi Azərbaycan parlamenti ilə sıx əməkdaşlıq edir, o cümlədən, mövcud razılaşma çərçivəsində çox güman ki, biz yeni seçilmiş Azərbaycan Respublikasının parlamenti ilə yeni sazişə imza atacağıq", - Xalq Məclisinin sədri bildirib.

Xalq Məclisinin sədri onu da bildirib ki, o, Bakıda olarkən azərbaycanlı həmkarları ilə də mühüm məsələlərdən birini - quru sərhədinin açılmasını müzakirə edib. O qeyd edib ki, Azərbaycanla Dağıstan arasında böyük mədəni, tarixi və ticarət əlaqələri mövcuddur, ona görə də sərhədlərin bağlı olması əlaqələrin daha da inkişafına mane olur.

"Biz bu məsələni həll etmək üçün imkanlar axtarırıq. Bunlar çarter avtobusları və ya dəmir yolu xətləri ola bilər. Bu gün təyyarələr Mahaçqaladan Bakıya uçur, bu da vətəndaşlarımızın ölkənizə və əksinə səfər etməsinə şərait yaradır", - Əsgərov deyib.

Dağıstan rəsmisi əlavə edib ki, iki ölkə parlamentarilərinin iştirakı ilə işgüzar görüş və ya dəyirmi masa keçirmək planlaşdırılır.
 
Ardını oxu...
Bu yaxınlarda Baş nazir Paşinyanın Ermənistanın prosesləri ləngitməkdə ittiham edilməsinin yalan olduğunu dediyi müsahibəsini oxuyanda təəccübləndim.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDBMİ-də çıxışı zamanı Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli sazişlərdən danışarkən deyib.

“Vəzifələrdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrini bərpa etməkdir. Prezidentlər Putin, Əliyev və Baş nazir Paşinyan tərəfindən 2020-ci il noyabrın 9-da imzalanan sənəddə deyilir ki, həm dəmir yolu, həm də avtomobil yolu ilə hərəkət bərpa olunacaq. Onun mühafizəsini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin edəcək. Və mən bu yaxınlarda Baş nazir Paşinyanın Ermənistanın prosesi ləngitməkdə ittiham edilməsinin yalan olduğunu dediyi müsahibəsini oxuyanda təəccübləndim. Qəribədir, çünki əslində Ermənistan əvvəlcə yoldan imtina etdi və yalnız dəmir yoluna sahib olmaqda israr etdi. Azərbaycan buna heç bir səbəb görmədi, amma bizim vasitəçiliyimizlə razılaşdı. Sonra birdən Ermənistan dedi ki, rus sərhədçilərin iştirakı olmayacaq, halbuki bu (sazişdə) açıq-aydın yazılıb. Dedim, bu, bizə aydın deyil. "Biz bunu özümüz edəcəyik", - dedilər. Azərbaycanlılar bildirirlər ki, azərbaycanlıların Ermənistan ərazisindən keçərək Naxçıvana gedərkən ilk mərhələdə öz təhlükəsizliyinə arxayın olması üçün inamsızlıq, hətta belə demək mümkünsə, düşmənçilik səviyyəsi hələ də çox yüksəkdir. Ona görə də bu danışıqların mümkünlüyü və ya olmaması çox vaxt həlledici rol oynayır”, - o bildirib.
 
Ardını oxu...
ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirib və təyyarəni Floridaya göndərib.

Bbu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Vaşinqton hesab edir ki, təyyarə Amerika sanksiyalarından yayınaraq alınıb. O, bazar ertəsi Dominikan Respublikasından Floridaya aparılıb. Təxminən 13 milyon dollar dəyərində olan təyyarə son bir neçə ay ərzində Dominikan Respublikasında olub. Əməliyyatda ABŞ Ədliyyə Departamentinin, Daxili Təhlükəsizlik Departamentinin və ABŞ Ticarət Nazirliyi yanında Sənaye və Təhlükəsizlik Bürosunun əməkdaşları iştirak ediblər.

"Xarici dövlət başçısının təyyarəsinin ələ keçirilməsi eşitməmiş bir hadisədir. Biz açıq şəkildə bildirmək istəyirik ki, heç kim qanundan və heç kim Amerika sanksiyalarından üstün deyil", - adını açıqlamayan Amerika rəsmisi televiziya kanalına deyib.

CNN qeyd edib ki, bu insident ABŞ və Venesuela arasında onsuz da soyuq olan münasibətlərin kəskinləşməsindən xəbər verir.
 
Ardını oxu...
Qəzza zolağında altı girovun öldürülməsindən sonra İsrail kütləvi etirazlara məruz qalıb. Yarım milyona qədər insan Qüds, Təl-Əviv və digər şəhərlərdə nümayiş keçirərək, baş nazir Benyamin Netanyahudan HƏMAS-ın əsirliyində qalan 101 girovu evlərinə qaytarmaq üçün daha çox iş görməsini tələb edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Reuters xəbər verir.

Qeyd olunur ki, ölkə rəhbərliyinin əsir vətəndaşları azad edəcək atəşkəs sazişi bağlaya bilməməsi səbəbindən İsrail cəmiyyətində məyusluq artıb.
 
Ardını oxu...
ABŞ Rusiya səfirliyinin Vaşinqtondakı məktəbinin müəllimlərinə viza vermir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya səfiri Anatoli Antonov Amerika tərəfinin bundan imtina etdiyini açıqlayıb.

“Amerikalılar cavab verir: bizi sizin problemləriniz maraqlandırmır, bizi yalnız öz problemlərimiz maraqlandırır”, – deyə diplomat əlavə edib.

Səfir Amerika tərəfinin imtinası səbəbindən bəzi müəllimlərin vaxtında gələ bilmədiyini qeyd etsə də, yaxın vaxtlarda gələ biləcəklərinə əminliyini ifadə edib.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, Moskva Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək tədbirlərində iştirak etmək üçün Rusiya nümayəndə heyətinə ABŞ-ın heç bir uğursuzluq olmadan viza verməsini gözləyir.

O, qeyd edib ki, sənədlərin hazırlanması prosesi gedir.
 
Ardını oxu...
ABŞ 2021-ci ildə Taliban Kabili ələ keçirdikdən sonra Əfqanıstan Hərbi Hava Qüvvələrinin keçmiş şəxsi heyətini Özbəkistana aparan təyyarəni Özbəkistan hökumətinə bağışlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Amerikanın Səsinə bildirib ki, “müəyyən təyyarələrin” mülkiyyət hüququ Müdafiə Nazirliyinin müdafiə artığı proqramı çərçivəsində Özbəkistana verilib.

"Bu transfer terrorizm, narkotiklərlə mübarizə və sərhəd təhlükəsizliyinin gücləndirilməsi sahəsində güclü ikitərəfli əməkdaşlığımız kontekstində razılaşdırılıb", sözçü Özbəkistan hökumətinə neçə təyyarənin təhvil verildiyini dəqiqləşdirmədən elektron məktubda bildirib.

Taliban Əfqanıstanı ələ keçirdikdən sonra Özbəkistana uçan təyyarələrin taleyi 3 ildir ki, Taliban və Özbəkistan arasında mübahisə mövzusudur.

Əfqanıstanda hökumətin 2021-ci ilin avqustunda Talibanın irəliləyişləri qarşısında çökdüyü bir vaxt Əfqanıstan Hərbi Hava Qüvvələrinin şəxsi heyəti təxminən 46 təyyarəsi - 22 hərbi və 24 helikopterlə Özbəkistana uçub.

Təyyarəni Əfqanıstan mülkiyyəti hesab edən Taliban təyyarələrin Özbəkistana verilməsinə etiraz edib.

Talibanın Müdafiə Nazirliyinin sözçüsü bu həftə mediaya göndərdiyi audiomüraciətdə “[Talibanın] Müdafiə Nazirliyi açıq şəkildə bəyan edir ki, Birləşmiş Ştatların əfqan xalqının əmlakını bağışlamaq və ya müsadirə etmək hüququ yoxdur” - deyə, bildirib.

Taliban sözçüsü həmçinin Özbəkistanı təyyarəni Talibana qaytarmaq üçün “ağıllı qərar” qəbul etməyə çağırıb.

Özbəkistanın yerli mediası keçən həftə ABŞ səfirinin təyyarəni artıq təhvil verildiyini bildirib.

Daşkənd hələlik transferlə bağlı açıqlama verməyib. Bununla belə, Özbəkistan hakimiyyəti əvvəllər təyyarənin ABŞ-a məxsus olduğunu, ABŞ hökumətinin onların pulunu ödədiyini və hərbi texnikanı Talibana qaytarmayacağını bildirmişdi.
 

Dünyapress TV

Xəbər lenti