Makrondan Azərbaycana səyahət qadağası: Səriştəsizliyin növbəti nümunəsi
Fransa Azərbaycana qarşı son illər aqressiv siyasət yeritməyə davam edir. Bunun əsas səbəbi rəsmi Bakının İkinci Qarabağ müharibəsinin nəticəsi əsasında Cənubi Qafqazda yaratdığı yeni reallıqları Yelisey Sarayının qəbul etmək istəməməsidir. Bu azmış kimi rəsmi Paris regiondakı təsir imkanlarını qorumaq və mümkün olarsa artırmaq məqsədilə İrəvanla "bacılaşır". Bu isə Parisin Bakıya qarşı qərəzli mövqeyini bu dövlətin özü üçün zərurətə çevirir.

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddiasına görə, Azərbaycanda Fransa vətəndaşları təqib edilir, həbs olunurlar. Ona görə də, rəsmi Paris Fransa vətəndaşlarına Azərbaycana səfərdən çəkinməyi tövsiyə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu əsassız iddiaya münasibət bildirərək deyib ki, rəsmi Bakı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirərək, ölkəmizə dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyir.

O bildirib ki, Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətlərini daha da gərginləşdirmək niyyətindən xəbər verir:

"Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır. Azərbaycanda indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur".

Bildirilib ki, Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya "demokratiya dərsi" keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı: "Biz bir daha Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik".

Əgər Azərbaycanda, doğrudan da, Fransa vətəndaşlarına qarşı təqiblər, təzyiqlər olsa idi, bu barədə rəsmi məlumatlar yayılardı. Necə ki, M.Rianın, K.Teonun haqlı yerə saxlanıldığı barədə rəsmi xəbərlər verilmişdi.

Rəsmi Parisin Azərbaycana qarşı əsassız iddiası, sözsüz ki, "suları bulandırmaq" cəhdindən və Ermənistanın xoşuna gəlməkdən başqa bir şey deyil. Fransa bununla özünü Ermənistana dost kimi göstərərək, direktivlərini icra etdirməyə çalışır.

Halbuki əslində irqi-dini ayrı-seçkilik, o cümlədən islamafobiya Fransanın özündə tüğyan edir. Üstəgəl, Fransa bu gün ədəbiyyatı, mədəniyyəti ilə deyil, kolonist siyasəti, müstəmləkəçiliyi ilə seçilir.

Fransanın Azərbaycana qarşı bu ritorikası əslində həm də mövcud Emmanuel Makron hökumətinin səriştəsizliyini göstərir. Belə ki, Makron bacarıqlı siyasətçi olsa idi, başa düşərdi ki, bölgədə qalmağın ən yaxşı yolu buranın aparıcı siyasi aktoru olan Azərbaycanla münasibətləri yaxşı saxlamaqdır. Fransa isə nəinki bunu etmir, həm də Azərbaycanla düşmən yolunu seçir. Bu ritorikanın bumeranq effekti verəcəyini indidən təxmin etmək olar.

Yelisey Sarayının təxribatları nəticəsində ikitərəfli münasibətlərdə artan gərginlik Fransanın xeyrinə olmayacaq. Rəsmi Paris bir də gözünü açacaq ki, regionda tamamilə "ofsayddadır". Futbol dili ilə desək, "qayda pozuntularına" görə, bəlkə də Fransaya "qırmızı kart" göstərməyin vaxtı çatıb...
 
 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti