Ardını oxu...
İşğal dövründə Azərbaycana qarşı saysız və ağlasığmaz bəşəri cinayətlər törətmiş, böyük ziyanlar vurmuş, o sırada ərazimizi minalarla çirkləndirmiş Ermənistan ölkəmizdən həyasızcasına, utanıb-qızarmadan hansısa təzminat almağı xəyal edir. Bu da növbəti fakt. “Artsax ermənilərinin hüquqlarının pozulmasına görə kompensasiya alınması onların geri qaytarılma hüququnun həyata keçirilməsi imkanını heç də istisna etmir.

Əksinə, bu hüquqlar bir-birini tamamlayır”. “Yeni Müsavat”ın məlumatına görə, belə bir cəfəngiyatı Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan dilə gətirib. “Bu barədə danışmaq hələ tezdir, lakin müvafiq mərhələdə Azərbaycana qarşı kompensasiya tələbi formalaşdırılacaq və hesablamalar aparılacaq”, - Kirtakosyan sayıqlayıb. Onun iddiasına görə, hüquqi mənada Ermənistan vətəndaşlığı əldə edilməsi ermənilərin Qarabağa geri qayıtmaq hüququnun həyata keçirilməsini mümkünsüz etmir. “Ola bilsin ki, vətəndaşlıq verilməsi məcburi köçkünlərin fərqləndirilməsi məsələsini gündəmə gətirə bilər, lakin bu insanları müəyyən etmək çox asandır və vətəndaşlıqdan asılı olmayaraq geri qayıtmaq hüququ mümkündür”.

Erməni mediası həmçinin yazıb ki, guya 17 noyabr 2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsi ermənilərin Qarabağa geri qaytarılma hüququnu müəyyən edən müvəqqəti qərar qəbul edib. Guya qərarda bildirilir ki, Azərbaycan geri qayıtmaq istəyən ermənilər üçün təhlükəsiz şəraitin yaradılması üçün tədbirlər görməyə borcludur. Bu erməni iti nə sərsəmləyir görəsən, Azərbaycan Qarabağdan könüllü köç etmiş, bir çoxunun da cinayət dosyesi olan erməniləri qeydi-şərtsiz geri qaytarıb yerbəyer etməli, üstəlik də onlara təzminat ödəməlidirmi? Doğrudan da oğru elə bağırdı ki... Bəs Azərbaycanın Ermənistana qarşı haqlı iddialarına nə vaxt baxılacaq? O sırada rəsmi Bakı işğal dövründə dəymiş zərərə görə İrəvana təzminat tələbinin həcmini müəyyən edibmi?

Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərini təkcə zəbt etməklə kifayətlənməyib, həm də dövlətimizə külli miqdarda maddi ziyan vurub. Tarixi-mədəni abidələrimizi, ekologiyamızı məhv edib. Yeraltı və yerüstü təbii sərvətlərimiz beynəlxalq və humanitar hüququn prinsiplərinə zidd olaraq düşmən tərəfindən talanıb İrəvana və digər xarici ölkələrə daşınıb. Şirin su hövzələri kimyəvi tullantılarla çirkləndirilib, bulaqlar qurudulub, müalicəvi əhəmiyyətli bütün məkanlar ya dağıdılıb, ya da onun məhsulları Ermənistan brendi kimi xaricə satılıb. Nadir və qiymətli meşə fondumuz məhv edilib. Vətən müharibəsindən öncə müəyyən mənbələrdə Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği 820 milyard dollar kimi göstərilirdi. İqtisadçılar yeni tətbiq ediləcək hesablama metodologiyasının nəticəsi olaraq bu zərərin 1.2 - 1.3 trilyon dollara yaxın bir məbləğ olacağını düşünürlər.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd etdi ki, birincisi, Ermənistan bu məsələdə böyük ehtimalla “Çıraqov qardaşları” işinə istinad edəcək. Onun sözlərinə görə, Azərbaycan bu prosesi Avropa Məhkəməsində udub: “Orada qeyd olunur ki, Ermənistan ordusu tərəfindən ərazilər işğal edildikdən sonra onlar yaşamaq hüquqlarını itiriblər. Bundan İrəvan presedent kimi istifadə edəcəksə, yanlış addım atmış olacaq. Çünki Azərbaycan başqa dövlətin ərazisini işğal etməyib. Ona görə də Azərbaycan ərazisində yaşamaq hüquqları ilə bağlı qaydalar var”. Hüquq müdafiəçisi vurğuladı ki, işğaldan sonra Qarabağa köçən ermənilərin yaşamaq və əmlak haqlarını tələb etmək haqqı yoxdur. Əgər 50-60 il əvvəl orada yaşayıblarsa və antiterror əməliyyatından sonra Qarabağdan gediblərsə qayıda bilərlər. Bunun üçün gərək Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Ona görə Ermənistan çox mənasız addım atıb və İrəvan sülh müqaviləsinin imzalanmasını uzatmaq üçün belə lazımsız bəyanatlar səsləndirir. Bu da erməni məkridir. Bütün hallarda Avropa Məhkəməsində nəticə əldə edə bilməyəcəklər, çünki arqumentləri əsaslı deyil".

Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu onların yaşamaq və əmlaklarına sahiblənmək hüquqları ilə bağlı konkret şərtlər olduğunu yada saldı. Onun sözlərinə görə, əvvəla Azərbaycan möhlət verməlidir ki, bir il ərzində Xankəndidəki mülkünə qayıtmaq istəyən erməni qərar versin və vətəndaşlığı qəbul edərək həyatını burada davam etdirsin: “Bu baş vermədikdə isə dövlət həmin mülkiyyətləri milliləşdirə bilər. Onların kadastr və reyestr işi aparılmalı, həmin əmlaklar dövlətin rəfinə verilməlidir. Yəni biz uzun illər gözləyə bilmərik ki, hansısa Aşotun yaşadığı mənzil istifadəsiz qalsın. Gəlmək istəyirsə, ”Laçın" keçidinə yaxınlaşıb Ermənistan pasportunu cırıb tullasın, Azərbaycanın erməniəsilli vətəndaşı kimi Ağdərədə, yaxud Xocavənddəki evində yaşasın. Ona görə bu məsələ qaldırılmalıdır. Ermənilər qayıtmayacağı halda, dövlət bu evləri keçmiş məcburi köçkünlərə paylaya bilər".

Hüquq müdafiəçisi söylədi ki, ikincisi, Ermənistan bu mövzuda imitasiya edir, ermənilərin geri qayıtmaq fikri yoxdur: “Əvvəla, qalmaq istəsəydilər, getməzdilər. İndi gediblərsə, bir il sonra kim qayıdar? Başqa məsələ, ötən həftə Fransanın xarici işlər naziri elan etdi ki, 29 milyon avro Qarabağdan gedən ermənilər üçün ayrılacaq. Hələ USAİD və başqa fondlar da onlara maliyyə nəzərdə tutur. Bu halda, kim Qarabağa qayıdar? Sadəcə, Ermənistan beynəlxalq müstəvidə Azərbaycana qarşı piar aparır, guya ermənilər qovulub, yaşamaq hüququnu itirib, əmlakından məhrum olublar. Bunlar blefdir, qalıb yaşaya bilərdilər və ən yüksək səviyyədə təhlükəsizlik qarantiyası var idi. Hətta indi Qarabağda gedən təmir-bərpa işlərində işləyəcək, maaş alacaqdılar. O baxımdan Avropa Məhkəməsi vəsatəti təmin edə bilməz. Həmçinin, Qarabağın azərbaycanlı sakinləri də işğal dövründə dağıdılan əmlaklarına, vurulan ziyana görə fərdi qaydada Avropa Məhkəməsinə ərizə göndərə bilərlər”.
Ardını oxu...
“Bizim mütəmadi olaraq erməni tərəfini məlumatlandırdığımızı və əlaqə saxladığımız nəzərə alsaq, hesab edirəm ki, artıq İrəvanda bizim mövqeyimizi bilirlər. Bu məlumatlar müvafiq avantüraları real qiymətləndirməkdən irəli gəlir”.

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın onlayn formatda “Ukrayna Sülh Qətnaməsi” kontekstində ərzaq təhlükəsizliyi mövzusunda tematik konfransdakı çıxışına münasibət bildirərkən belə deyib.

“Biz elə bilirdik ki, bu cür daxili çəkişmələrin siyasi nizamlanmasının axtarışı və sülhün bərqərar olması ilə heç bir əlaqəsinin olmadığını onlar çox gözəl başa düşürlər. Amma, görünür, hamı bunu başa düşmür. Bu toplantıların bütün iştirakçıları bilməlidirlər ki, Rusiyanın iştirakı olmadan münaqişənin həlli mümkün deyil”, - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi ilə maraqlanan insanlar ilk növbədə öz ölkələrində bu məsələnin necə olduğunu soruşmalıdırlar:

“Bəlkə yoldaş Armen Qriqoryan bilmir, sizə xatırladıram.

Ermənistana müxtəlif məqsədlər üçün göndərilən taxılın 90 faizi Rusiyadan gedir. Ola bilsin ki, o zaman ərzaq təhlükəsizliyinizi müzakirə etmək üçün videokonfrans vasitəsilə Rusiya Federasiyası ilə əlaqə saxlaya bilərsiniz. Bax, bu ədalətli və hörmətlidir.

Başqa şeylərlə yanaşı, sizi yedizdirən, ərzaq təhlükəsizliyinizi təmin edənlərin arxasınca hərəkət edib hansısa saxtakarlıqla məşğul olmaq nəyə lazımdır?”
 
Ardını oxu...
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana gözlənilməz səfəri, bölgədəki geosiyasi dinamikaların gərginləşdiyi bir dövrdə baş verir. Onun İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşü və İran Prezidentilə müzakirələri, Zəngəzur dəhlizinin açılması və bölgədəki təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından olduqca önəmlidir. Eyni zamanda, "The Wall Street Journal"ın iddiaları, İranın Rusiyanı qısa mənzilli ballistik raketlərlə təchiz etməsi barədə məlumatlar, bu səfərin kontekstini daha da mürəkkəbləşdirir. Bu vəziyyətdə, Şoyqunun İrana gedişi, iki ölkə arasında hərbi və strateji əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir addım olaraq qiymətləndirilə bilər.

Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr, Azərbaycanın geosiyasi maraqları baxımından əhəmiyyətlidir və Rusiya ilə İranın bu məsələdə birgə mövqe tutmağı, regional təhlükəsizliyi təsir edə biləcək bir faktordur. Şoyqunun səfəri, bu məsələlərin ətrafında baş verən danışıqların və müzakirələrin necə inkişaf edəcəyinə dair əlamətlər verə bilər.

Bütün bu faktlar bölgədəki gərginliklərin artdığı bir zamanda Rusiya və İranın birgə strateji planlarının ola biləcəyini göstərir. Bu səbəbdən Şoyqunun İrana gedişi Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələrin bir hissəsi kimi dəyərləndirilə bilər. Məsələ ilə bağlı danışan politoloq Elçin Xalidbəyli News24.az-a bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr Azərbaycanın geosiyasi maraqları baxımından əhəmiyyətlidir və bu dəhliz açılacaq:

“Zəngəzur dəhlizinə kimin nəzarət edəcəyi məsələsi ən çox müzakirə olunan mövzudur. Hazırda gedən proseslər marşrut xətti açıldıqdan sonra ora kimin nəzarət edəcəyini müəyyənləşdirməkdir. Bununla bağlı da dünya nəhəngləri – Rusiya və Qərb arasnda ciddi müzakirə gedir. Rusiya çalışır ki bu dəhliz açılsın və onlar bu dəhlizə nəzarət edərək sanksiyalardan yayınmaq üçün iqtisadi-siyasi bir nəticə əldə etmiş olsun. Zəngəzur dəhlizinə nəzarətin Rusiyaya keçməsi o deməkdir ki, Rusiya Cənubi Qafqazda güclənmək üçün yeni bir mexanizm qazanmış olacaq”.

Politoloq qeyd edib ki, Qrəbin hazırda tək niyyəti Zəngəzur dəhlizinə nəzarətin Rusiyanın əlinə keçməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, dəhlizə nəzarətin Qərb ölkələrinin əlinə keçməsi onların Cənubi Qafqaza təsir mexanizmini gücləndirmək istəyirlər:

“Avropa ilə orta Asiyanı birləşdirəcək önəmli bir nəqliyyat dəhlizinə və ordan axacaq maliyyə dalğasına nəzarət uğrunda bir mübarizə gedir. İranın isə əsas narhaatlığı ondan ibartədir ki, Zəngəzur dəhlizinin açılması İranın Ermənistan üzərindən daşıdığı malların nəzarət altına düşməsinə səbəb ola bilər. Həmin Malların nə olduğu bir çox hallarda məlum olmur. İkinci narahatlığı da ondan ibarətdir ki, bu dəhlizin açılması Türkiyə ilə Azərbaycan arasında, eləcə də bütövlükdə Türk dünyası arasında kommunikasiya xəttinin yaranması anlamını daşıyır. Türk dünyasının birləşmə prosesini gücləndirəcək və belə bir prosesdə də İran üçün riskli çağrışların ortaya çıxa biləcəyindən narahatdır, rəsmi Tehran”.

Elçin Xalidbəyli əlavə edib ki, Ermənistan isə hər zamanki kimi Qərbin təlimatları ilə hərəkət edir. Orda da önəmli məqam budur - Paşinyan bilir ki, dəhliz açldıqdan sonra ona nəzarət Ermənistana verilməyəcək. Buna heç kim icazə verməz ki, Ermənistan kimi kiçik bir dövlətə Zəngəzur dəhlizi kimi beynəlxalq əhəmiyyət daşıyan, nəhəng dövlətlərin marağında olan dəhlizə nəzarət etsin.
 
Ardını oxu...
“Rus çarı İvan Qroznının atası III Vasilinin ilk arvadı Solomoniya Saburova, Yelena Qlinskaya, İrina Qodunova, Marfa Praksina -hamısı türkdür. Aleksey Mixayloviç Romanovun arvadı, I Pyotrun anası Narışkina da Böyük Çöldəndir, tatar qızıdır. Daha sonra, tanınmış rus boyar knyazları soyadları–Qarşin, Tatarin, Rastopçinlər, Qalitsınlər, Karamzin tatardır. Böyük rus alimi Mendeleyev tatar qarışığı olan yəhudidir. Mendel yəhudi soyadıdır, orada rus kökləri yoxdur, yalnız Böyük Çöl var”,
Rusiyalı tarixçi məşhur rus alimlərin də köklərinin türk olduğunu bildirib:
“Meçnikov, Pavlov, Miçurin, Timiryazev. Bilirsiniz “Timiryazev” sözünün mənası nədir? Onun ulu babası Timir Qaciyev olub, Böyük Çöldən. Qoqol da ukraynalı olsa da, kazak tatarlarındandır. Dostayevski, Turgenyev, Derjavin, Qorki, Peşkov - hamısı Böyük Çöldəndir. Aleksandr Kuprin Tatar xanının nəslindəndir. Əlvida rus ədəbiyyatı. Tolstoyların da kökləri Böyük Çölə gedib çıxır”.
 
 
 
Ardını oxu...
Çərşənbə günü baş nazir Mişel Barniye France Press (AFP) agentliyinə Fransanın büdcə vəziyyəti "çox ciddidir" deyib və Fransanın dövlət maliyyəsinin "dəqiq reallığını" ölçmək üçün daha çox məlumata ehtiyac olduğunu bildirib.

Barniye bu ay prezident Emmanuel Makron tərəfindən hökumət başçısı seçilməzdən əvvəl Avropa İttifaqının büdcə qaydalarını pozduğu üçün Fransa rəsmi prosedura keçib.

"Bank of France" isə bu həftə xəbərdarlıq edib ki, 2027-ci ilə qədər Avropa İttifaqının kəsir qaydalarına proqnozlaşdırılan qayıdış "real deyil".

Fransanın bu il dövlət sektoru kəsirinin Ümumdaxili Məhsulun təxminən 5,6 faizinə çatacağı və 2025-ci ildə 6 faizdən çox olacağı proqnozlaşdırılır ki, bu da kəsirlərə üç faizlik tavan tələb edən Avropa İttifaqının qaydaları ilə müqayisə edilir.

AFP-yə açıqlamasında Barniye "Ölkənin büdcə vəziyyətinin çox ciddi olduğunu görürəm. Bu, sadəcə gözəl bəyanatlar tələb etmir, bu, daha çox məsuliyyət tələb edir" deyib.

Hələ kabineti təyin etməmiş yeni baş nazirin gələn ay parlamentə 2025-ci il büdcəsini təqdim etməsi planlaşdırılır ki, bu da gələn administrasiya üçün ilk böyük sınaq olacaq.

Sentyabrın əvvəlində vəzifəyə gəldikdən bir neçə gün sonra Barniye verdiyi müsahibədə "Fransızların maliyyə siyasəti baxımından daha çox ədalət istədiklərini" deyib. Bir neçə siyasətçi isə baş nazirin şəxsi söhbətlərində mümkün vergi artımlarından bəhs etdiyini bildirib.

Belə bir addım Makronun korporativ vergi dərəcəsinin 33,3%-dən 25%-ə endirilməsinə, habelə ən varlı vergi ödəyiciləri də daxil olmaqla, ev təsərrüfatları vergilərinin azaldılmasına nəzarət edən müttəfiqlərini qəzəbləndirə bilər.

Makron 2017-ci ildə prezident olduqdan sonra ümumi verginin 50 milyard avro (56 milyard dollar) azaldığını iddia edib.

Makronun sadiq müttəfiqi olan daxili işlər naziri Cerald Darmanin çərşənbə günü deyib ki, vergiləri artıran hökumətə qoşulmaq, hətta onu dəstəkləməkdən "söhbət gedə bilməz".
 
Ardını oxu...
Müstəntiqlərin nəzarət altında olan şübhəli haqqında daha çox məlumat əldə etməyə çalışdığı bir vaxtda sabiq ABŞ prezidenti Donald Tramp bazar günü aşkar sui-qəsd cəhdindən sonra ilk dəfə çərşənbə axşamı seçki kampaniyasına qayıdıb.

Seçicilərlə görüş keçirməklə yanaşı, Tramp Fox News-a bildirib ki, Məxfi Xidmət ona göstərilən təhlükəsizlik xidmətlərini genişləndirəcək.

“The New York Times” çərşənbə axşamı həmçinin bildirib ki, Məxfi Xidmətin direktoru vəzifəsini icra edən Ronald Rou bazar ertəsi Trampla görüşüb və Trampın qolf oynamağa davam etmək istədiyi təqdirdə mühüm yeni təhlükəsizlik tədbirləri görülməli olduğunu deyib.

Florida ştatının Vest Palm Biç şəhərində Trampa məxsus qolf meydançasından qaçdıqdan sonra həbs olunan şübhəli Rayn Vesli Rut bazar ertəsi ilkin məhkəmə qarşısına çıxıb və odlu silah saxlamaqda və seriya nömrəsi silinmiş odlu silaha sahib olmaqda ittiham edilir.

Rəsmilərin dediyinə görə, Rutun mobil telefonundan alınan məlumatlar onun ərazidə 12 saat gözlədiyini, beşinci və yeddinci çuxurlar arasında hasar boyunca kolların arasında gizləndiyini göstərib.

Florida qubernatoru Ron DeSantis çərşənbə axşamı ştat rəsmilərinin də hadisəni araşdıracağını və federal hökumətin şəffaf araşdırma aparacağından əmin olmadığını deyib.

DeSantis mətbuat konfransında Rutun Trampa atəş açmamasına və keçmiş prezidentin heç vaxt onun gözü qarşısında olmamasına baxmayaraq, "Florida ştatı ən ciddi, sadə cinayətə, yəni qətlə cəhdə görə yurisdiksiyaya malikdir" deyib.

DeSantis 2020-ci il seçkilərində məğlubiyyətini aradan qaldırmaq və okean sahilində qolf meydançasından uzaqda olmayan Mar-a-Laqo malikanəsində məxfi sənədləri yığmaq cəhdi ilə əlaqədar Floridada və başqa yerlərdə Trampa qarşı federal təqiblərə istinad edərək federal hökumətin hərtərəfli və qərəzsiz araşdırma aparmaq qabiliyyətinə şübhə ifadə edib.

"Düşünürəm ki, bu agentliklərin necə fəaliyyət göstərdiyinə dair çox narahatlıq var. Biz Ədliyyə Departamentinin qarışdığı digər işlərin heç birində iştirak etmirik," DeSantis Trampa qarşı qaldırılan üçü hüquqi səbəbdən dayanan dörd araşdırma haqqında danışarkən bildirib.

Agentliyi Məxfi Xidmətə nəzarət edən ABŞ Daxili Təhlükəsizlik rəisi Alexandro Mayorkas çərşənbə axşamı Politico xəbər saytının ev sahibliyi etdiyi tədbir zamanı Trampın mühafizəçilərini təqdir edib.

"Onlar təqdir edilməlidir" deyən Mayorkas, Məxfi Xidmət agentlərinin təhlükə aşkar edildikdən sonra onu tez bir zamanda aradan qaldırdığını və agentliyin keçmiş prezidentin müdafiəsini genişləndirdiyini əlavə edib.

Mayorkas Trampa “keçmiş prezident olması və seçki kampaniyasında olması faktına uyğun təhlükəsizlik” xidmətləri göstərildiyini bildirib.

Tramp onu qorumaq üçün ezam edilmiş təhlükəsizlik əməkdaşlarının işini yüksək qiymətləndirib, lakin bazar ertəsi Fox News Digital-a verdiyi şərhdə insidentə görə günahın bir hissəsinin prezident Co Bayden və prezidentlik yarışında Trampın Demokrat rəqibi, vitse-prezident Kamala Harrisdə olduğuna işarə edib.

“Ölkəni xilas etməyə hazırlaşan biri olduğum vaxt onların ritorikası mənə atəş açmağa səbəb olur. Onlar isə ölkəni həm daxildən, həm də xaricdən məhv edənlərdir,” Tramp deyib.

Həm Bayden, həm də Harris Trampa qarşı mümkün sui-qəsd cəhdindən təəssüfləndiyini bildiriblər. Bu, Pensilvaniya ştatında iyulda keçirilən siyasi mitinqdə hücumdan sonra Trampın sağ qulağının zərər görməsi ilə iki ay ərzində ikinci bənzər cəhddir.

Həm Bayden, həm də Harris çərşənbə axşamı Trampa zəng edərək Florida hadisəsindən sonra onun təhlükəsizlikdə olduğuna görə şükran olduqlarını ifadə ediblər.

“Mən ona ictimai şəkildə dediklərimi dedim. Siyasi zorakılığa yer yoxdur,” Harris Qara Jurnalistlərin Milli Assosiasiyasının toplantısında üç müsahibinə deyib.

"Bizim aramızda sağlam fikir ayrılıqları və debatlar olmalıdır, zorakılıq yox," Harris əlavə edib.
 
 


 
Ardını oxu...
Təbrizin Azərbaycan Şəhid Mədəni Universitetində yenidən tədris olunan "Azəri türk dili və ədəbiyyatı" kursu tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, bu il fakültativ olaraq yenidən təklif edilən kursun tutumu 50 tələbə ilə məhdudlaşdırılsa da, bütün yerlər dolub.

Həmçinin bu barədə həmin universitetin tələbələri tərəfindən idarə olunan "Azərbaycan Bilimyurdunun Ocağı" Telegram kanalında da məlumat yayılıb.

Bəzi tələbələr kursun genişləndirilməsini istəyərək, daha çox tələbənin bu dərslərdə iştirak etməsinin mümkün olacağını vurğulayıblar. Lakin kursun "Azəri türkcəsi" adı altında tədris olunması və tədris metodlarına dair bəzi narazılıqlar hələ də davam edir.

Xüsusilə, kursun adında "Azəri" ifadəsinin işlədilməsi bəzi tələbələr tərəfindən tənqid olunur. Onlar "türkcə" və ya "Azərbaycan türkcəsi" ifadələrinin istifadə edilməsinə üstünlük verirlər. Eyni zamanda, kursu tədris edəcək professorların əsasən fars dili və ədəbiyyatı üzrə mütəxəssislər olması da tənqidlərə səbəb olub.

Buna baxmayaraq, yaranan bu fürsətdən faydalanan tələbələr arasında ana dilini öyrənməyə maraq davam edir.
Bu kurs ilk dəfə 2018-ci ildə İranın Elm Nazirliyinin təsdiqi ilə universitetin tədris proqramına daxil edilib. Lakin illər ərzində kurs dəfələrlə ləğv olunub və pandemiya dövründə tamamilə dayandırılıb. 2018-ci ildə tələbələr türkcə dərslərinin olmamasına etiraz olaraq aksiyalar keçiriblər, nəticədə universitet rəhbərliyi bu dərslərin yenidən tədris olunacağına söz verib.

İranda ana dilində təhsil hüququ və ya məktəblərdə ana dilinin tədris edilməsi məsələsi hələ də müzakirələrin mərkəzindədir. Azərbaycan türklərinin dil və mədəni hüquqlarının təmin edilməsi ilə bağlı siyasi vədlərə baxmayaraq, bu sahədə ciddi irəliləyiş müşahidə olunmayıb.
 
       
Ardını oxu...
Livanın cənubunda yenidən partlayışlar baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Rabitə vasitələrinin partlaması nəticəsində 100 nəfərin yaralandığı deyilir.

İlkin məlumatlara görə, bunlar partlayıcı gücə malik radio cihazlardır.
https://x.com/MarioNawfal/status/1836412256092881005?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1836412256092881005%7Ctwgr%5E3e32ec4dee97ea616ad67aa081316a8bb87fbfe6%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fiqtisadiyyat.az%2Faz%2Fpost%2Flivanda-rabite-qurgulariyeniden-partlamaga-basladi---video-109894
Ardını oxu...
İrəvan təcili olaraq Bakı ilə bir neçə bənd olmadan sülh müqaviləsi imzalamaq istəyir. Ermənistanın bu istəyi onu göstərir ki, İrəvan hələ də Qarabağın Azərbaycan olduğunu rəsmən tanımaq istəmir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində deyib.

“Paşinyanın dünyaya göstərmək istədiyi sxem belədir: Ermənistan hakimiyyəti çox mehriban, konstruktivdir və Azərbaycanla barışmağa hazırdır. Amma reallıqda belə bir şey yoxdur. İrəvan Azərbaycandan müəyyən təhlükə mövzusunda ticarəti davam etdirmək və mesajlar vermək istəyir: gəlin, bizə kömək edin. Həqiqətən də ona kömək edirlər. Fransa, AB və ABŞ qeyd-şərtsiz İrəvanın şərtləri əsasında sazişin tezliklə imzalanması zərurəti ilə Azərbaycana təzyiq göstərməyə çalışır. Qərb prinsipial olaraq İrəvanın tərəfində oynayır, o cümlədən qondarma Ermənistan-Azərbaycan nizamlanması məsələsində”, - o bildirib.

Markov vurğulayıb ki, Qərb ssenarisi əsasında Bakı ilə İrəvan arasında qeyri-qənaətbəxş sazişin imzalanması gələcəkdə Azərbaycan və Ermənistan arasında yeni müharibənin başlamasına imkan verəcək:

“Qərb silahlı münaqişələr vasitəsilə bütün dünyada hökmranlığa nail olub. Qərb Cənubi Qafqazı qarmaqda saxlamağı təmin etmək istəyir. Ortaya çıxan yeni münaqişənin köməyi ilə bölgəni idarə etməyə çalışır. Qərb Azərabycanda neft və qazda nəzarət payının ona məxsus olmasını arzulayır. Qərb itin çiy ətə dartındığı kimi, Cənubi Qafqaza dartınır. Aydındır ki, Azərbaycan heç bir qısaldılmış sülh müqaviləsi imzalamayacaq. O gözləyəcək”.
 

Dünyapress TV

Xəbər lenti