Təbrizin bir universitetində fakültativ türkcə dərsi tələbələr tərəfindən rəğbətlə qarşılanır
Təbrizin Azərbaycan Şəhid Mədəni Universitetində yenidən tədris olunan "Azəri türk dili və ədəbiyyatı" kursu tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, bu il fakültativ olaraq yenidən təklif edilən kursun tutumu 50 tələbə ilə məhdudlaşdırılsa da, bütün yerlər dolub.

Həmçinin bu barədə həmin universitetin tələbələri tərəfindən idarə olunan "Azərbaycan Bilimyurdunun Ocağı" Telegram kanalında da məlumat yayılıb.

Bəzi tələbələr kursun genişləndirilməsini istəyərək, daha çox tələbənin bu dərslərdə iştirak etməsinin mümkün olacağını vurğulayıblar. Lakin kursun "Azəri türkcəsi" adı altında tədris olunması və tədris metodlarına dair bəzi narazılıqlar hələ də davam edir.

Xüsusilə, kursun adında "Azəri" ifadəsinin işlədilməsi bəzi tələbələr tərəfindən tənqid olunur. Onlar "türkcə" və ya "Azərbaycan türkcəsi" ifadələrinin istifadə edilməsinə üstünlük verirlər. Eyni zamanda, kursu tədris edəcək professorların əsasən fars dili və ədəbiyyatı üzrə mütəxəssislər olması da tənqidlərə səbəb olub.

Buna baxmayaraq, yaranan bu fürsətdən faydalanan tələbələr arasında ana dilini öyrənməyə maraq davam edir.
Bu kurs ilk dəfə 2018-ci ildə İranın Elm Nazirliyinin təsdiqi ilə universitetin tədris proqramına daxil edilib. Lakin illər ərzində kurs dəfələrlə ləğv olunub və pandemiya dövründə tamamilə dayandırılıb. 2018-ci ildə tələbələr türkcə dərslərinin olmamasına etiraz olaraq aksiyalar keçiriblər, nəticədə universitet rəhbərliyi bu dərslərin yenidən tədris olunacağına söz verib.

İranda ana dilində təhsil hüququ və ya məktəblərdə ana dilinin tədris edilməsi məsələsi hələ də müzakirələrin mərkəzindədir. Azərbaycan türklərinin dil və mədəni hüquqlarının təmin edilməsi ilə bağlı siyasi vədlərə baxmayaraq, bu sahədə ciddi irəliləyiş müşahidə olunmayıb.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti