II Qarabağ müharibəsindən sonra regionda yaranmış olan yeni geosiyasi vəziyyətə İran İslam Respublikasında bəzi çevrələrin verdiyi reaksiya bölgəni gərginləşdirməkdədir. İrandakı bəzi anti-Azərbaycan dairələri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyanı təmin edəcək Zəngəzur Dəhlizinin işə salınmasını ölkələrinin milli təhlükəsizliyinə təhdid olaraq görür. Hətta onlar Zəngəzur Dəhlizinin regiondakı sərhədləri dəyişdirə biləcəyini və rəsmi Tehranın buna dözməyəcəyini bildirirlər.
Sual olunur: İran İslam Respublikası milli təhlükəsizlik deyərkən nəyi nəzərdə tutur? Bu “dözümsülüyün” səbəbi nədir?
İranın həm hərbi, həm diplomatik, eləcə də informasiya cəbhəsində Azərbaycana qarşı tarixi sərhədlərin pozulması adı altında davam etdirdiyi fəaliyyətin ən mühüm səbəblərindən biri rəsmi dairələrin qlobal narkotik ticarətində tutduğu mövqedir. İran İslam Respublikası qlobal narkotik ixracı və daşınmasından hər il milyardlarla dollar gəlir əldə etməkdədir. Bu məsələ hər hansı ölkə və ya çevrələr tərəfindən ortaya atılan qərəzli iddia deyil. Bunlar müxtəlif vaxtlarda sübuta yetirilmiş real faktlardır.
Bunların prizmasına İranın rəsmi və qeyri-rəsmi nümayəndələri tərəfindən guya Azərbaycan torpaqlarında sionist və təkfirçilərin yerləşdirilməsi ilə bağlı yayılan saxta məlumatlar, sadə vətəndaşlarda fikir qarışıqlığı formalaşdırılmasına yönəlmiş cəhdlər, İran siyasi və hərbi elitası tərəfindən hərbi təlimlərin həyata keçirilməsi, Ermənistana edilməsi planlaşdırılan (və ya ən azı arzu edilən) dəstəklər qeyd edilən “dözümsüzlüyün” təzahürləri və legitimlik donu geyindirilməyə cəhdlər olaraq dəyərləndirilə bilər.
Tarixə nəzər salaq. 1979-cu ildə İranda baş verən İslam İnqilabı nəticəsində hakimiyyətə gələn (və ya gətirilmiş) dini təmayüllü yeni liderlər, qurulması planlaşdırılan islam sisteminin təhlükəsizliyini təmin etmək, eləcə də silahlı qüvvələrə nəzarət məqsədi ilə “sepahe-pasdaran” və ya digəri adı ilə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) yaratdı. Şəkil 1. Ruhullah Xomeyninin Parisdən Fransa Hava Yolları vasitəsi ilə Tehrana gəlişi, 1979-cu il. Uzun müddət ərzində İran İslam Respublikası tərəfindən qonşu ölkələrə, eləcə də regionlara baş tutmuş inqilab modelinin ixracı əsas prioritet hesab edilirdi və bu missiya birbaşa İslam İnqilabı Keşikçilər Korpusu tərəfindən yürüdülürdü. Hazırda da qruplaşma tərəfindən İraq, Suriya, Livan, Yəmən, Əfqanıstan və digər ölkələrdə çox məqsədli geniş fəaliyyətlər davam etdirilir.
Aparılan fəaliyyətin davamlılığını təmin etmək üçün böyük həcmli maliyyə vəsaitlərinə ehtiyac var idi ki, bu da təşkilatın ölkə daxilində strateji iqtisadi dayaqlarının yaranmasına gətirib çıxardı. Lakin burada qeyd edilməsi vacib məqam budur ki, İslam İnqilabı Keşikçiləri Korpusu narkotik vasitələrin qanunsuz dövriyyəsi, ixracı və daşınmasından hər il milyardlarda ABŞ dolları məbləğində qazanc əldə edir və bu “çirkli pullar” qruplaşmanın əsas gəlir mənbələrindən biridir. Qeyd edək ki, İranda islam inqilabından sonra ali lider tərəfindən “müqəddəs vəzifə” ilə taclandırılmış SEPAH qüvvələri ölkə daxilində fəaliyyət sahəsini genişləndirərək ölkənin su, hava və quru sərhədlərini nəzarət altında saxlamaqdadır. Təsadüfi deyil ki, Zəngəzur Dəhlizinin açılmasını “milli təhlükəsizliyə təhdid” olaraq görən və buna görə də Azərbaycanla dövlət sərhədində hərbi təlimləri həyata keçirən məhz İslam İnqilabı Keşikçiləri Korpusudur.
2012-ci ildə ABŞ Maliyyə Nazirliyi İran vasitəsi ilə əfqan heroininin qaçaqmalçılığına İslam İnqilabı Keşikçiləri Korpusunun generalı tərəfindən nəzarət edildiyini açıqlayıb. Məlumata əsasən, İranın cənub-şərqində Əfqanıstanla sərhədin yaxınlığında yerləşən Zahidan şəhərindəki İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin o dövrkü rəhbəri General Qulamrıza Bağbaninin əfqan narkotacirlərinə ölkə ərazisindən keçməklə 3-cü ölkələrə heroin keçirilməsinə, eləcə də İrana tiryək daşınmasına kömək etdiyi bildirilir. Şəkil 2. Əfqanıstan və İran arasında aparılan əməkdaşlıq modeli.
İranın İslam respublikası adına yaraşmayan bu kimi hərəkətlərini təsdiqləyən faktlar, eləcə də beynəlxalq təşkilatlar tərəfindən də dəfələrlə gündəmə gətirilib. Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosunun (United Nations Office on Drugs and Crime) məlumatlarına əsasən, aşağıdakı şəkildə, İran ərazisinə daxil olan və buradan müxtəlif istiqamətlərlə Avropaya ixrac edilən narkotik marşrutları göstərilir. Burada İran İslam Respublikasının şimal sərhədlərində qeyri-qanuni narkotik daşınmasının məhz Ermənistan və vaxtilə işğal altında olan Qarabağ əraziləri üzərindən aparıldığı bir daha təsdiqlənir. Şəkil 3. İran İslam Respublikası daxilində mövcud olan narkotik marşrutları.
Məsələ ilə bağlı ölkə başçısı İlham Əliyev tərəfindən də 15 oktyabr 2021-ci il tarixində Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının keçirilən iclasında münasibət bildirilib. Azərbaycan Prezidenti çıxışı zamanı Azərbaycanın İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunun mövcud olduğunu bildirib. Şəkil 4. Uzun illər Azərbaycanın nəzarətindən kənarda qalan və İranın Qarabağ üzərindən Avropaya istiqamətləndirdiyi narkotik ticarətinin aparıldığı Xudafərin körpüləri.
Son günlərdə İranın ali liderinə bağlı İslam İnqilabı Keşikçilər Korpusu tərəfindən Azərbaycanla sərhəddə, məxsusi olaraq Azərbaycanlıların tarixində əhəmiyyətli yer tutmuş Araz çayı sahilində göstərilən “güc nümayişi” paralel olaraq İranın yerli mediasında da davam etdirilməkdədir. Hazırda ölkə daxilində ciddi etiraz aksiyaları ilə üzləşən rejim üçün vətəndaşların fikrini ölkədaxili sosial və siyasi mövzulardan yayındırmaq və “düşməni” ölkə sərhədlərindən kənarda axtarmaq həyati əhəmiyyət daşıyır.
Beləliklə, II Qarabağ müharibəsinin nəticələri İran İslam Respublikasında hakim rejimin təhlükəsizliyini qoruyan və onun xarici ölkələrdəki fəaliyyətini təmin edən İslam İnqilabı Keşikçiləri Korpusunu əsas gəlir mənbəyindən məhrum edib. Azərbaycanın dövlət sərhədlərinə nəzarəti bərpa etməsi uzun müddət ərzində aparılmış çirkli əməkdaşlığı bütünlüklə Ermənistanla İran arasındakı 41 km-lik dövlət sərhədinə doğru sıxışdırıb. Lakin Zəngəzur Dəhlizinin açılması ilə Ermənistanla İran arasında qanunsuz narkotik dövriyyəsinin üzə çıxacağından qorxan rejim, bu məsələni özünün “qırmızı xətti” elan edib.
Görünür, məhz narkotik ticarətindən əldə edilən gəlirin həcminin azalması İranın milli təhlükəsizliyə təhdid kimi dəyərləndirilir.
Bu ilin sentyabr ayında Azərbaycandan Türkiyənin İstanbul şəhərinə 31 140 nəfər səyahət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli mədəniyyət və turizm idarəsi məlumat yayıb.
Məlumata görə, bu, ay ərzində İstanbula gəlmiş turistlərin təxminən 2%-i deməkdir. Ötən ay İstanbula ümumilikdə 1,607 milyon turist səfər edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 64% çoxdur.
Hesabat dövründə İstanbula ən çox Rusiyadan (170 230) turist gedib (aviatravel.az). Onları Almaniya (114 439), İran (110 539), ABŞ (77 039) və Böyük Britaniya (58 028) vətəndaşları izləyib.
Hulusi Kılıç: “İran ağlını başına yığmalıdır, yoxsa…”
TEREF.AZ yazır ki, Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç Moderator.az-a açıqlamasında İranın Azərbaycanda narahatlıq doğuran addımlarını şərh edib.
Sabiq səfir İrana türk xalqının səbrini sınağa çəkməməyi tövsiyyə edib:
“İran yetkililərinə 15 iyun Şuşa Bəyannaməsini oxumalarını tövsiyyə edirəm. Şuşa Bəyannaməsinə əsasən, Azərbaycana edilən hücum Türkiyəyə edimiş sayılır.
İranın Azərbaycana qarşı təhrikedici hərəkətləri türk xalqını son dərəcə rahatsız etməkdədir. İran Atatürkün sözünü də unutmasın. Atatük demişdi ki, Azərbaycanın sevinci sevinci, kədəri kədərimizdir. Azərbaycana qarşı atılan hər addımı Türkiyəyə qarşı atılan addım kimi dəyərləndiririk. Soçi görüşməsinin 24 saat keçmədən Paşinyanı qonaq edən İran, atəşlə oynadığının fərqində deyil. İran atəşlə oynayır. İran yetkililərinə ağıllarını başlarına yığmalarını tövsiyyə edirəm.
İranı qonşu ölkə olaraq bildik. Dünya İrana qarşı ikən Türkiyə bir qonşu kimi İranın yanında oldu. İran bunları unutmasın. Azərbaycan tək deyildir. Bunu cənab Prezidentimiz də söyləyib. Azərbaycanın yanında güclü bir qardaşı vardır. Səbrimizi sınağa çəkməsinlər. Bizim dostluğumuzu qazanmağa çalışsınlar. Dostluğumuz çox dəyərlidir. Düşmənliyimizi isə 44 günlük Vətən müharibəsində göstərdik.
İran bir an belə itirmədən ağlını başına yığmalıdır. Həm Azərbaycan, həm də Türkiyə İranın torpaq bütünlüyün tanımaqdadır. İrana qarşı həm Türkiyə, həm də Azərbaycanın heç bir iddiası yoxduir. İran 30 ildir ki, Ermənistanı yaşadıb. Lakin son vaxtlar İranın Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməsi, Qafanda Baş konsulluq açması, Paşinyanı Soçi görüşündən 24 saat sonra qonaq etməsi bizi narahat etməkdədir. İranı türl xalqının dostluğunu qazanmağa dəvət edirəm”.
“Bu gün Mücahidlər Müzeyini ziyarət edərkən belə bir məlumat verildi ki, Fransa işğalı zamanı fransızlar torpağa 5 milyondan çox mina basdırıblar”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında çıxışında söyləyib.
“Bu, mənə eyni bizim üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz mənzərəni xatırladır. Ermənilər bir milyondan çox minanı işğal dövründə torpağa basdırmışdı. Və müharibə bitdikdən sonra 260-dan çox Azərbaycan vətəndaşı müxtəlif bədən xəsarətləri alıb”, - deyə Prezident qeyd edib.
Diktator hakimiyyətdən getmək əvəzinə ölkəni yandırıb xarabalığa çevirər
İranda Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazlar səngimək bilmir. 22 yaşlı qadın guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib. Şahidlər onu saxlanarkən döyüldüyünü deyirlər.
Ölkədə altı həftədən artıqdır davam edən etirazların əsas hərəkətverici qüvvəsi qadınlardır. “The Economist” İranda rejimə qarşı etirazların əvvəllər də baş verdiyini, ancaq budəfəkinin fərqli miqyasda olduğunu qeyd edir.
Rejimin getməsi tələbi “Etirazçılar daha böyük yardım, yaxud sistem daxilində siyasi islahat tələb etmirlər, teokratik rejimin getməsini istəyirlər. Bu dəfə qəzəb daha uzun çəkib və orta sinfin hüdudlarını aşıb”, – məqalədə deyilir.
Yüzlərlə etirazçı öldürülüb, 12 mindən çox həbs olunan var. Amma Ali dini lider Ayətullah Əli Xameneyinin qüvvələri üsyanı yatıra bilməyiblər.
“Biz daha hansısa hərəkat deyilik. Milləti doğuran inqilabıq”, – Tehranda bir universitet tələbəsi deyib.
“The Economist” Yaxın Şərqdə ilk dəfə olaraq qadınların etirazlara liderlik etməsinə diqqət çəkir. Qadınlar əmmaməli kişilərin onlara geyim, səyahət, iş qaydaları diqtə etməsindən təngə gəliblər. Məqalədə İslam Respublikasının altı həftədir geri çəkildiyi, etirazçıların əsasən gənclər, çoxunun radikal olduğu deyilir. Onlar Xameneyinin məmurlarını məktəblərdən qovurlar, təhlükəsizlik qüvvələrinə Molotov kokteylləri atırlar. Hətta mühafizəkar Məşhəd, Qum şəhərlərində belə böyük etirazlar keçirilib.
Lider, yaxud proqramın olmaması “İndiyədək etirazçıların hər hansı proqram, yaxud lider ətrafında birləşməməsinin səbəbi məqsədli də ola bilər. Onlar öldürülə, həbs oluna, ev dustağı edilə biləcək liderin arxasınca getməyə ehtiyat edirlər. 2009-cu ilin kütləvi etirazlarından sonra Yaşıllar Hərəkatının aparıcı fiqurlarının taleyi belə olmuşdu”, – məqalədə vurğulanır.
Əvəzində təşkilatlanma horizontal gedir. Etirazçılar polisin cərgəyə düzüldüyü yol qovşaqları deyil, əsas yollar boyunca yığışırlar. Təcrübədən bilirlər ki, belə bir mürəkkəb ölkədə ambisiyalı manifestlər bölücülük yarada bilər. Ona görə də, şüarlar formasında, yaxud Telegram kimi sosial media platformalarında tələbələrin həbsdən buraxılması, etirazçılarn ölümünə görə məsuliyyət daşıyan təhlükəsizlik əməkdaşlarının mühakimə olunması, çuğulluq edəm müəllimlərin işdən çıxarılması tələb olunur.
“The Economist” rejimin əlində ən effektli silahın iqtisadiyyatla bağlı olduğunu yazır. Çox az adam uzunmüddətli ümumi tətil çağırışlarına qoşula bilər. İnflyasiya 50 faizdən yuxarıdır. Milli valyuta dəyərsizləşib. Milyonlarla insan yoxsulluq içindədir. Ona görə də etirazçıların yolu uzun və qeyri-müəyyən görünür. Üsyanın uğurlu olması üçün ona daha çox orta sinif və orta yaş təmsilçisi qatılmalıdır. Digər tərəfdən, təhlükəsizlik qüvvələri hələlik, rejimə sadiqlik göstərib.
Mümkün ssenarilər “The Economist” başqa bir yazısında etirazların mümkün nəticələrini təhlil edir. Belə ki, xalqın istəklərini daha yaxşı reaksiya verəcək növbəti İran rejimi ölkədə və xaricdə daha az repressiv davrana bilər. İran xaricə islam inqilabı ixrac etməsə, Yaxın Şərqdə gərginlik azalar, Körfəz ölkələri silaha daha az pul xərcləyər.
Ancaq etirazların daha pis nəticələri də ola bilər. Məsələn, millətçi militarist rejim ölkədə məcburi qaydaları nisbətən yüngülləşdirə, amma xaricdə silahlı dəstələri silahlandırmağa davam edə bilər. Yaxud Suriyadakı kimi, diktator hakimiyyətdən getmək əvəzinə ölkəni yandırıb xarabalığa çevirər.
Xaricdən iranlılara köməyə gəlincə, onsuz da sərt sanksiyaları bir az da ağırlaşdırmaq çətindir. Xaricdə proksi serverlər yaratmaqla, VPN yükləməyi asanlaşdırmaqla etirazçıların bir-birilə kommunikasiyasına yardım göstərmək olar. “Nə qədər çox iranlı məktəbli qızların qəddar mollaları ələ saldığını görsə, klerik rejimin labüdlüyü daha çox azalar”, – məqalədə vurğulanır. pressklub
“Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibəni uduzsa, çox güman ki, vəzifəsində qala bilməyəcək”.
Teref.az New York Post-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
“O, çətin ki sağ qalsın. Rusiya müharibəni uduzsa, Putinin devrilməsi ehtimalı var” – deyən Budanov “sağ qalmaq” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.
“Hazırda Rusiyada onun yerinə kimin gələcəyi ilə bağlı fəal müzakirələr gedir” deyən Kəşfiyyat İdarəsinin rəisi daha dəqiq məlumat verməyib.
Budanov həmçinin Rusiyanın Ukraynanın radioaktiv tullantılardan çirkli bomba hazırlaması ilə bağlı iddialarını təkzib edib: “Daha əvvəl dediyim kimi, terror dövləti olan Rusiya Federasiyasından fərqli olaraq, Ukrayna heç vaxt belə qurğular istehsal etməyib, heç vaxt planlaşdırmayıb və planlaşdırmır”. Musavat.com
Son vaxtlar Almaniya ərazisində Rusiya və Çin də daxil olmaqla xarici kəşfiyyat orqanlarının fəallığı artıb. Bu barədə Report” “DW” nəşrinə istinadən xəbər verir.
Almaniyanın Hərbi Əks-kəşfiyyat Xidmətinin rəhbəri Martina Rozenberq bildirib ki, dövlətin nəzarətində olan xüsusi xidmət orqanları məlumat əldə etmək və ölkənin maraqlarını təbliğ etmək üçün əllərində olan bütün vasitələrdən istifadə edirlər.
Onun sözlərinə görə, Almaniyada dəfələrlə ölkənin Silahlı Qüvvələrinə məxsus obyektlərə qarşı casusluq cəhdləri olub. Xüsusilə, söhbət Ukrayna hərbçilərinin təlim keçdiyi mərkəzlərdən gedir.
Digər insident oktyabrın 1-nə keçən gecə Vildfleken poliqonunda baş verib. Belə ki, naməlum dronlar Bavariyanın hava sərhədini dəfələrlə pozub.
Bundan başqa, avqustun sonunda Rusiya kəşfiyyat orqanları Almaniyadakı ukraynalı əsgərlərə Qərb silah sistemləri ilə necə davranmağın öyrədilməsini izləməyə çalışıblar.
“Bundesverin xidmət, sanitar və səfərbərlik mərkəzinin yerləşdiyi İdar-Oberşteyn və Qrafenver şəhərləri yaxınlığında şübhəli avtomobillər qeydə alınıb”- deyə, o bildirib
İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində bu gün baş verən hadisələrdə 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Bakupost.az bildirir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin Təhlükəsizlik Şurası məlumat yayıb. Bildirilib ki, naməlum şəxslər çox sayda insanı güllələyib. Hücum zamanı 1 nəfər ölüb, mülki şəxslər və təhlükəsizlik qüvvələrindən 14 nəfər yaralanıb.
Rusiya Prezidenti Vladimir Putin “Valday” diskussiya klubunda çıxışı zamanı Azərbaycan-Ermənistan arasında gedən danışıqlardan, sülh müqaviləsinin imzalanması prosesindən danışıb. Kreml rəhbəri İrəvanın "Vaşinqton və Moskva variantları" şəklində gündəmə gətirilən sülh sənədləri arasında get-gələ də münasibət bildirib. TEREF.AZ-ın məlumatına görə, Putin birmənalı bəyan edib ki, tərəflər arasında mütləq sülh sazişi olmalıdır. Dövlət başçısı deyib ki, hansı variant seçilməsindən asılı olmayaraq, proses sülhə gətirib çıxarırsa, hamı bunun tərəfdarı olacaq: "Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana nə isə diktə edə bilmərik və niyyətimiz də yoxdur. Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, bu sülh sazişinin hansısa konkret variantını seçmək lazımdır, biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik. "Vaşinqton variantı” başa düşdüyüm qədərincə, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Yox əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür. Ancaq əlbəttə ki, Azərbaycanla razılaşmaq lazımdır. Bu sazişin Azərbaycan üçün də məqbul olması lazımdır. Bu ağır, çətin məsələdir". Putin əlavə edib ki, Ermənistan Moskvanın strateji partnyoru, müttəfiqidir: "Biz, əlbəttə ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın təklif edəcəyini böyük ölçüdə rəhbər tutacağıq”. Qeyd edək ki, Ermənistanda bəzi siyasi dairələr və politoloqlar sülhün "Vaşinqton" və "Moskva" variantları olduğunu, guya, Ermənistan rəhbərinin "Vaşinqton variantı"nı imzalamağa razılaşdığını, "Moskva variantı"nın ermənilərin maraqlarına qəti uyğun olmadığını iddia edirlər. Analitiklərin fikrincə, Putin öz fikirləri ilə Ermənistana diş göstərsə də, Azərbaycanla fikir ayrılıqlarını da etiraf etmiş olur. Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, Putinin “Valday” klubunda Qarabağla bağlı açıqlaması Moskvanın Xankəndidəki separatçılara dəstəyi kimi qəbul edilə bilər. Ekspertə görə, bölgədə Qərb-Rusiya qarşıdurması və Ermənistan hakimiyyətinin planı fonunda Kremlin daha çox “dağıdıcı” gediş etdiyini demək mümkündür: "Qarabağ üzərində Azərbaycanın suverenliyinin qəbul edildiyi “Vaşinqton sənədi” haqda Putin ermənilərə iki seçim verir. Erməni xalqı bunu qəbul edərsə, seçimlərini dəstəkləyəcək. Putin ermənilərə “Qarabağı istəyirsinizsə, Vaşinqton yox, Moskva sənədini seçməlisiniz” mesajını çatdırır. Lakin fikrinin davamı olaraq “təbii ki, biz Azərbaycanla danışıqlar aparmalıyıq, bu razılaşmalar Azərbaycan üçün məqbul olmalıdır" deməklə erməni xalqına “Paşinyan Qarabağdan imtina edir”, “Qarabağın xilası” imkanının Rusiyada olduğu mesajını verir. Erməni ictimai rəyi üzərindən Paşinyana təzyiqin edilməsinə nail olmaq və sülh sazişinin imzalanmasında Qərbin vasitəçilik planını pozmaq istəyir. Lakin “Qarabağın xilası” üçün vəd vermir. Moskvanın Bakı ilə danışıqlarda bu məsələnin “müzakirəsini təşkil edə biləcəyini” deyir. Məqsədin Rusiyanın təşəbbüsü yenidən ələ alması olduğu aydındır və bunun mümkün Soçi görüşündən öncə açıqlanması da erməni ictimai rəyini formalaşdırmaq məqsədi daşıyır. Hərçənd, “Vaşinqton sənədi” fonunda Putinin fikirləri fərqli kontekstdə də diqqət çəkir". A.Nərimanlı vurğulayıb ki, "Vaşinqton sənədi” Qarabağda Azərbaycanın suverenliyini tam tanıyır. Lakin kommunikasiyanın açılması (Zəngəzur dəhlizi) və sərhədin delimitasiyası məsələsində Ermənistanın maraqlarına uyğundur: "Nikol Paşinyanın planı belədir ki, kommunikasiya və delimitasiyada istəyinə nail olmaq üçün sənədlə Qarabağdan imtina edir. Lakin problemi “hüquqi münaqişə” olaraq saxlamaq istəyir. Erməni əhalisinin “hüquq və təhlükəsizliyinin qorunması” adı altında “müqəddəratını təyin etmə” iddiası qalır. Separatçıların taleyi ilə bağlı yekun nəticənin məsuliyyətini Moskvanın üzərinə yükləyir. Bu həm Bakı və Ankara ilə üz-üzə qalmaq, həm də bölgədə uzunmüddətli mövcudluğunu saxlamaq imkanının zəifləməsi baxımından Moskvanın maraqlarına uyğun deyil. Bu baxımdan, Putinin “Vaşinqton sənədi” və ermənilərə seçim verməsi daha çox Paşinyanın-Qərbin planına qarşı “dağıdıcı” gediş etməkdir".