Ardını oxu...
Yaxın vaxtlarda Ermənistan və Türkiyənin müvafiq qurumlarının nümayəndələrinin görüşü planlaşdırılır. Bu görüş zamanı birbaşa hava yüklərinin daşınmasına başlanması və üçüncü ölkə vətəndaşları üçün sərhədin açılmasına dair razılaşmaların həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

Bu barədə Ermənistan mediasına ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.

"Yaxın vaxtlarda iyulda əldə edilmiş iki razılaşmanın icrasını müzakirə etmək üçün iki ölkənin müvafiq idarələrinin nümayəndələrinin sərhəddə görüşünün keçirilməsi planlaşdırılır. Söhbət birbaşa hava yüklərinin daşınmasına başlanması və üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması haqqında razılaşmalardan gedir”, - Hunanyan bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistanla Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşünə dair razılıq yoxdur.
 
Ardını oxu...
İqtisadi sanksiyalar və Ukraynadakı müharibə səbəbindən ölkədə bütün sahələrdə daha yüksək tempdə işləməyə və ümumilikdə vəziyyətin daha real qiymətləndirilməsinə ehtiyac var.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib:

“Bütün sahələrdə daha yüksək tempə və ümumilikdə vəziyyətin çox real qiymətləndirilməsinə ehtiyacımız var. Bu, təkcə birbaşa xüsusi hərbi əməliyyata deyil, bütün sahələrdə demək olar ki, bütün işlərimizə aiddir”.
Bundan əlavə, Putin Ukraynadakı müharibədə rus əsgərlərinin texnika və xüsusi maşınlara təchiz edilməsinin vacibliyini vurğulayıb.
 
Ardını oxu...
Qarşıdan gələn qış Ukrayna üçün ölkənin bütün tarixində ən çətin qış olacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bizim rahatlaşmağa haqqımız yoxdur, biz hələ Ukraynanın qələbəsinə gedən yolu getməliyik. Bu, tariximizin ən çətin qışı olacaq. Dövlətin ehtiyac duyduğu nəticələri əldə etmək üçün payız, qış və yaz aylarında lazımi işləri görmək lazımdır”, - deyə Zelenski bildirib.
 
Ardını oxu...
Çexiya Rusiya vətəndaşlarının qısamüddətli Şengen vizası ilə ölkəyə girişinə qadağa qoyub.

Teleqraf.com xəbər verir ki, qərar bütün turist vizalarına şamil edilir. İndi Şengen zonasının xarici sərhədləri, yəni beynəlxalq hava limanları vasitəsilə Çexiyaya gələn Rusiya vətəndaşlarının ölkəyə girişi qadağan ediləcək.

İş və ya müalicə məqsədilə respublikaya səfər edən sərnişinlər üçün istisna mövcuddur. Həmçinin, məhdudiyyət Çexiyada və ya digər Aİ ölkəsində yaşamaq icazəsi olanlara şamil edilmir.

Sərnişin deportasiya edildikdə onun geri qaytarılması xərcləri aviaşirkət tərəfindən ödənilir. Bundan əlavə, daşıyıcını cərimə gözləyir.

Xatırladaq ki, qərarı Çexiyanın xarici işlər naziri Yan Lipavski elan edib.
 
Ardını oxu...
Kreml bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbə yaxınlaşmasından narazıdır, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın diliylə ABŞ, Avropa İttifaqı və Fransa nümayəndə heyətlərinin İrəvana artan səfərlərini tənqid edir, o biri tərəfdən də nəzarətindəki televiziyalar vasitəsilə Azərbaycanı hədəf seçib, Qarabağ separatçılarına informativ dəstək verirlər.
Belə çıxır ki, Kreml Azərbaycan və Ermənistanın yerinə Qarabağ separatçılarına üstünlük verib. Bütün bunlar varkən, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə üçlü görüşü nəticə verməyəcək, nəsə ortaq bəyanat qəbul ediləcək, ancaq ardı gəlməyəcək. Putinin bu görüşdən yeganə dərdi ABŞ və Avropaya mesaj göndərməkdir ki, “Cənubi Qafqaz bizlikdir, buralarda görünməyin”.
Ancaq Putinə də deyərlər ki, “Sən get Ukraynada düşdüyün bataqlığın dərdini çək, biz özümüz bilərik nə edərik”.
Elxan Şahinoğlu
Teref.az
 

         
Ardını oxu...
Koreya Xalq Demokratik Respublikası Cənubi Koreyadan gələn xəbərdarlıq atəşinə cavab olaraq reaktiv yaylım atəş sistemindən 10 raket atıb.

“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Koreya Xalq Ordusunun Baş Qərargahına istinadən məlumat yayıb.

“Koreya Xalq Ordusunun Baş Qərargahı düşmən gəmisini geri çəkilməyə məcbur etmək üçün reaktiv yaylım atəş sistemindən 10 raket atılması əmri verib” - məlumatda deyilir.

Qeyd edək ki, Şimali Koreya gəmisinin Sarı dənizdə iki ölkə arasındakı sərhəd xəttini keçməsindən sonra Cənubi Koreya ordusu bir neçə xəbərdarlıq atəşi açıb.
 
Ardını oxu...
Atalar sözüdür: “Qonşu qonşu olsa, bağ çəpəri neynəyir”. Azərbaycan Respublikasının qonşuları ilə sərhədlərini tikanlı məftillə nişanlaması da xoşməramlı olmayanlardan öz torpaqlarını ayırmaq, təhlükəsizliyini təmin etdiyi ərazini göstərməkdir.

Əslində, hər dövlətin öz ərazisində istənilən şəkildə hərbi təlimlər keçirməsi də normal hadisədir. Çünki beynəlxalq səviyyədə tanınan istənilən dövlətin öz ərazi bütövlüyünü qorumaq hüququ var. Belə tədbirlərdə, bir qayda olaraq, qonşu dövlətlər və beynəlxalq təşkilatlar məlumatlandırılır. Təlim keçirən ölkənin rəsmiləri isə standart olaraq belə manevrlərin mahiyyətini açıqlayaraq bildirirlər ki, bu, üçüncü və ya başqa hər hansı dövlətə təhdid üçün keçirilmir, silahlı qüvvələrin hərbi hazırlığı və döyüş qabiliyyətinin yüksəldilməsi və s. məqsədilə keçirilir. Ancaq İran bu standartlardan çıxış etmir. Oktyabrın 17-də İslam Respublikası İnqilab Keşikçiləri Qvardiyası Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində üç günlük irimiqyaslı təlimlər keçirib. Bu, Azərbaycan işğal altında olan torpaqlarını azad etdikdən sonra İranın şimalda reallaşdırdığı üçüncü tədbir idi. Əvvəlkilərdən ərazinin genişliyinə və hərbi texnikanın sayının çoxluğuna, habelə Araz çayı üzərində ponton körpülərdən istifadəyə görə fərqlənirdi.

Deməli, qvardiyanın komandanı general-mayor Hüseyn Salami təlim başlayan gün ABŞ, İsrail, Səudiyyə Ərəbistanını hədələməklə yanaşı, Azərbaycan Respublikasının ünvanına da deyindi: “Harada sionist rejim mövcuddursa, o, təhlükəsizliyin təhdid mənbəyidir. İsrail bəzi cənub ölkələrinə, eləcə də ölkəmizin qərbinə və şimalına sızıb. Onlar İsrailin ölkələrində mövcudluğunun milli təhlükəsizliklərinə təhlükə yaratmadığını deyə bilər. Ancaq İsrailin təbiəti təhlükə yaratmaqdır”. O, İsrailin münaqişələri həll etmədiyini və təhdidləri artırmaq üçün müsəlman torpaqlarına getdiyini söyləyib.

Görəsən general-mayorun Azərbaycana öz ərazisində kiminlə dostluq və əməkdaşlıq etmək kimi məsləhətlər verməyə nə dərəcədə səlahiyyəti çatır? O, tapşırıq yerinə yetirən hərbçidir, öz ölkəsinin əsgərinin hərbi, mənəvi və döyüş hazırlığı səviyyəsinə cavabdehdir. İranın beynəlxalq səviyyədə terorçu olaraq tanınan qruplar və işğalçı dövlətlərlə əməkdaşlığı regional və qlobal təhlükəsizliyi daha çox təhdid edir.
Ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ermənistanın Qafan şəhərində konsulluq açmaq məqsədilə bu ölkəyə səfər edib. Qvardiyaya məxsus informasiya mənbələrinin bildirdiyinə görə, görüş zamanı İrəvan rəsmiləri İrandan hərbi texnika və avadanlıq almaq məqsədilə Tehrana müraciət edib. Ehtimal etmək olar ki, konsulluğun açılması, hərbi manevr əvvəlcədən planlaşdırılmış bir tədbir olsa da, daha çox Cənubi Qafqazda özünü göstərmək məqsədi daşıyır. İran sərhəddə hərbi təlim keçirməklə güc göstərirsə, konsulluqla regionda diplomatik missiyadan çox, müşahidə missiyasını icra edəcəyi istisna olunmur. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasındakı sərhədyanı bölgəyə Avropa İttifaqının mülki müşahidə missiyası yerləşdirilib. İran Meğrı rayonunda bir sıra ticarət obyektləri istifadəyə verməyi planlaşdırır. Bu baxımdan, İran Qafandakı konsulluq vasitəsilə Azərbaycan-Ermənistan sərhədyanı ərazilərini, ola bilsin, İsrailin Azərbaycanın bu bölgəyə yaxın ərazidəki fəaliyyətini müşahidə edəcəyi də gözlənilir. İranın təlim keçirməsi, Ermənistanla hərbi texnikaya dair müəyyən razılaşmalar, eyni zamanda Qafanda Baş Konsulluq açması Cənubi Qafqaza hərbi-diplomatik mövcudluğunu artırmaq cəhdlərindən sayıla bilər.

Qavrdiyanın quru qoşunlarının komandanı generalı Məhəmməd Pakpur təlimlərin sonuncu günü çıxıında yenə Azərbaycanın ünvanına “xəbərdaredici” fikirlər səsləndirib. O və komandanı Salami çıxışları ilə sübut ediblər ki, manevrlər hərbi hazırlığı yoxlamaq üçün deyil, ABŞ və İsraillə yanaşı, Azərbaycanı təhdid etmək mahiyyəti daşıyır. M.Pakpur bildirib ki, körfəz regionu ölkənin enerji təchizatına görə xüsusi əhəmiyyət kəsb edir, bu səbəbdən hər il orada öz nüfuzlarını dünyaya nümayiş etdirmək üçün bir çox təlimlər keçirirlər: “Düşmənimiz sionist rejim (İsraili nəzərdə tutur - red.) müxtəlif şirkətlər şəklində şimal sərhədlərindəki bəzi qonşu ölkələrimizdə baza qurur. Biz qəti şəkildə bu cinayətkar rejimin sərhədlərimizdə bazasının olmasına icazə verməyəcəyik”. O əlavə edib ki, İslam Respublikası özünə harada təhlükə hiss edirsə, həmin bölgəyə böyük bir hərbi qüvvə, ordu göndərir, onları orada yerləşdirir, bununla da İran ordusunun gücünü nümayiş etdirir.

Rəsmi Tehran ölkə daxilində baş verənlərə etirazların əsl səbəbini araşdırmaq istəmədiyindən günahı qonşularda, hansısa əlaqələrdə, okeanın o tayında yerləşən ABŞ və daha kimlərdə görür. Bu, İrandakı iqtidarın gücsüzlüyünün göstəricisidir. Cəmiyyətinin istəklərini qarşılaya bilməyən, yaxud qarşılamaq istəməyən İran rəhbərliyinin hərbi təlimlərlə yaxına və uzağa xəbərdarlıq etməsi zəiflikdir. Tehran hakimiyyəti etirazları yatırmaq üçün çıxış yolunu kütləvi həbslər keçirmək, təqiblər etmək, aksiya iştirakçılarına qarşı odlu silahdan istifadə edib qətlə yetirməkdə görür. Qonşularla münasibətləri normallaşdırmaq üçün isə əvvəlcə hədələyici bəyanatlar verir, təlimlər keçirir, müxtəlif məzmunlu problemlər yaradır. Sonra geri addım atıb guya xoşməramlı olduğunu nümayiş etdirmək üçün sözə güc verir. İran 30 ildir Azərbaycan Republikası ilə münasibətlərini belə davam etdirir. Çünki xoşməramlı ola bilmirlər. Bu arada yada 2001-ci ilin avqustunda "Türk şahinləri"nin Bakı səmasında uçuşu düşür. Həmin ilin avqustunda İran gəmiləri Azərbaycanın Xəzərdəki yataqlarına iddia ilə yaxınlaşmaq istəmişdilər. Onda bildirildi ki, İran sərhədi pozub. Tehranın qonşu dövlətə bu saymazlığına cavab "Türk şahinləri"nin uçuşu oldu.

Yeri gəlmişkən, 44 günlük maharibə zamanı Türkiyənin Azərbaycana verdiyi “F-16”larla bağlı açıqlamasında Prezident İlham Əliyevin vurğuladığı fikri xatırlamaq yerinə düşər: “Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o “F-16”ları görəcəklər onlar”. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan şəhərində hava limanının açılışını etməsi İslam Respublikasının hərbi hədələrinə özünəməxsus cavab da sayıla bilər. Rəsmi Ankara və Bakı regionda həyata keçirdikləri birgə layihələr, quruculuq işləri ilə həm İrana, həm də regiondakı iğtişaşlarda maraqlı olanlara birliyin, əməkdaşlığın davam etdiyini, sülhün və təhlükəsizliyin ismarışını verdi. Odur ki, İranın son günlərdəki fəaliyyətini bu atalar sözü ilə də xarakterizə etmək olar: “Dəyirman bildiyini edər, çax-çax baş ağrıdar”. Çoxsaylı daxili problemlərin məngənəsində çabalayan İran hakimiyyəti “çax-çax” edir./report.az/
 
Ardını oxu...
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni “İrəli, İtaliya” partiyasının qapalı iclasında Rusiya prezidenti Vladimir Putinin ad günündə ona araq qutusu göndərdikdən sonra onunla “münasibətləri bərpa etdiyini” açıqlaması qalmaqala səbəb olub. O, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskini Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasına görə ittiham edib.

Qalmaqallı açıqlama

“Mən Vladimir Putinlə münasibətləri nisbətən bərpa etdim, daha doğrusu tam olaraq bərpa etdim. Ad günüm üçün o, mənə 20 şüşə araq və çox gözəl bir məktub göndərdi, mən də Lambrusko çaxırı və eyni dərəcədə gözəl məktubla cavab verdim. O, məni özünün beş həqiqi dostundan birincisi adlandırıb”, deyə Berluskoni müavinləri ilə qapalı görüşdə bildirib.

“LaPresse” nəşri söhbətin audio yazısını yayımlayıb.

Nəşr qeyd edir ki, sentyabrın 29-da Berluskoni 86 yaşını qeyd edib.Səs yazısının qalan hissəsində Berluskoni Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasında günahı Ukrayna prezidenti Volodimir Zelenskinin üzərinə qoyur. Onun fikrincə “Zelenski “DXR” və “LXR”ə qarşı hücumlarını üç dəfə artırıb”.

“2014-cü ildə Belarusun paytaxtı Minskdə Ukrayna ilə Donbassda yeni yaradılmış iki respublika arasında heç kim heç kimə hücum etməmək barəsində sülh sazişi imzalanıb. Bir il sonra Ukrayna bu müqaviləni rədd edir və iki respublikanın sərhədlərinə hücum etməyə başlayır”, deyə Berluskoni həmkarlarına bildirib.
O, bu döyüşlərdə “beş, altı, yeddi min ölü” olduğunu qeyd edir. Daha sonra “Zelenski hakimiyyətə gəlir və iki respublikaya hücumlarını üç dəfə artırır” deyən İtaliyanın keçmiş baş naziri sentyabrın sonunda Putinin ətrafı və Rusiya əhalisi tərəfindən Ukraynanı işğal etməyə “sövq edildiyi” barədə verdiyi bəyanata istinad edərək bildirib.

“O, istənilən təşəbbüsün əleyhinədir, müqavimət göstərir, bütün Rusiya tərəfindən güclü təzyiq altındadır. Və o, xüsusi əməliyyat həyata keçirmək qərarına gəlir: qoşunlar Ukraynaya daxil olmalı, bir həftəyə Kiyevə çatmalı və bir həftə ərzində geri qayıtmaq üçün indiki hökuməti, Zelenskini devirməli və artıq ukraynalı azlıq tərəfindən layiqli, sağlam düşüncəli insanlardan seçilmiş hökuməti qurmalı idi”, İtaliyanın keçmiş baş naziri deyir.

Sonra Berluskoni “üçüncü gündən Qərbdən pul və silah almağa başlayan ukraynalıların gözlənilməz müqavimətindən” danışır. “Və müharibə iki həftəlik əməliyyatdan iki yüz illik müharibəyə çevrildi. Ona görə də Ukraynadakı müharibə ilə bağlı vəziyyət belədir”, deyə Berluskoni fikrini yekunlaşdırıb.

Berluskoninin bu sözləri qalmaqala səbəb olduqdan sonra keçmiş baş nazir dərc edilmiş press-relizdə bildirib ki, “onun şəxsi və “İrəli, İtaliya”nın mövqeyi nə Ukraynadakı böhranla, nə də beynəlxalq siyasətin digər mühüm məsələlərində İtaliya hökumətinin, Avropa İttifaqının, Atlantik Alyansın mövqeyindən fərqlənmir”.

O, həmçinin vurğulayıb ki, “Ukraynanın hüquqları lazımi şəkildə qorunmasa, sülhə nail olmaq mümkün olmayacaq”.
Berluskoninin İtaliyanın yeni baş naziri olacağı ehtimal edilən müttəfiqi Corca Meloni oktyabrın 19-da qalmaqal fonunda onun yeni hökumətinin NATO-ya tərəfdar və tam Avropanın bir hissəsi olacağını vəd edib.

“İtaliya tamamilə və başıdik Avropa və Atlantik Alyansın bir hissəsidir. Bu təməl daşı ilə razılaşmayan heç kəs hakimiyyətin bir hissəsi ola bilməz. Bizim hökumətimiz zamanı İtaliya bir çox bizi istəməyənlərin arzuladığı kimi, heç vaxt Qərbin zəif halqası, etibarsız ölkə olmayacaq “, deyə Meloni bildirib.

Sanksiyaların pozulması

Silvio Berluskoninin Rusiya prezidenti Vladimir Putinin ad günü hədiyyəsi olaraq göndərdiyi 20 şüşə araq Ukraynanın işğalından sonra tətbiq edilən Avropa sanksiyalarını pozur. Bu barədə oktyabrın 20-də “Reuters” agentliyi Avropa Komissiyasına istinadən xəbər yayıb.

Avropa Komissiyasının sözçüsü verdiyi açıqlamada Aİ-nin aprel ayında razılaşdırılmış sanksiya paketinin Rusiya mallarının, o cümlədən spirtli içkilərin idxalına qoyulan qadağaları genişləndirdiyini, hədiyyələr üçün heç bir istisna olmadığını söyləyib.

Eyni zamanda, Avropa Komissiyası qeyd edib ki, sanksiyaların tətbiqi Aİ-nin ayrı-ayrı üzv dövlətlərindən asılıdır və İtaliya hakimiyyətinin bu işi araşdırmaq üçün hər hansı bir addım atıb-atmayacağı hələlik bəlli deyil.

Uzunmüddətli dostluq

Bir sıra qalmaqallarda adı hallanan milyarder Berluskoni Putinlə uzun müddətdir ki, dostluq edir. 2015-ci ildə Berluskoni Rusiyaya şəxsi səfərdə olub, oradan da Putinlə birlikdə işğal olunmuş Krıma uçub. Həmin il mətbuatda Putinin Berluskoniyə iqtisadi inkişaf naziri postunu və Rusiya vətəndaşlığı təklif etdiyi barədə məlumatlar yayılıb.

Lakin 9 aprel 2022-ci ildə partiyasının qurultayında Berluskoni Putindən məyus olduğunu bildirib.

“Dünya qarşısında ən ağır məsuliyyəti öz üzərinə götürmüş Vladimir Putinin davranışından çox məyus olduğumu və üzüldüyümü gizlədə bilmərəm və gizlətmək də istəmirəm”, deyən Berluskoni partiyasının Avropa Parlamentinin digər siyasi partiyalari ilə birlikdə daha əvvəl Rusiyanın Ukraynadakı müharibəsinə qarşı qətnaməni dəstəklədini də bildirib.
O əlavə edib ki, Putinlə 20 il əvvəl tanış olub və ona həmişə “sağlam düşüncəli, demokratiya adamı, sülh adamı” kimi görünüb.

“Bu gün biz öz azadlığı uğrunda cəsarətlə və qətiyyətlə mübarizə aparan Ukrayna kimi neytral ölkəyə qarşı Rusiyanın misli görünməmiş təcavüzü ilə üzləşmişik. Rusiyanı Avropaya gətirmək əvəzinə, bu təcavüz onu Çinin qucağına apardı”, deyə Berluskoni həmin vaxt bildirib.

Sentyabrın 8-də Rusiyanın döyüş meydanındakı uğursuzluqları fonunda Berluskoni bildirib ki, o və Almaniyanın keçmiş kansleri Angela Merkel Ukrayna ilə Rusiya arasında sülhün bağlanması üçün vasitəçilik edə bilərlər. Buna cavab olaraq Ukrayna Prezidentinin Ofisindən bəyan edilmişdi ki, “hər hansı bir vasitəçinin etimadı, səlahiyyəti, aktuallığı olmalıdır” və “nə Berluskoni, nə də Merkel buna tam sahib deyillər”.

Sentyabrın sonunda “Porta a Porta” tok-şousunda Berluskoni Kreml rəhbərinin Ukraynaya qarşı müharibəyə “ruslar tərəfindən sövq edildiyini” söyləyib. Onun sözlərinə görə, Rusiya xalqı və nazirlər “Volodimir Zelenskinin administrasiyasının layiqli adamlarla əvəz olunmasını istəyirdilər”.

Siyasətçi deyib ki, guya “separatçılar Moskvaya gedib və mediaya bildiriblər ki, Ukrayna hücumları 16 min insanın ölümünə səbəb olub və Putin onları qorumaq üçün heç nə etmir”.

“Qoşunlar bir həftə ərzində Kiyevə daxil olmalı, Zelenski hökumətini layiqli adamlarla əvəz etməli və sonra oranı tərk etməli idi. Əvəzində onlar müqavimətlə qarşılaşdılar və bu, sonradan Qərbdən gələn hər cür silahlarla gücləndi”, deyən Berluskoni rus qoşunlarının təkcə paytaxtı deyil, bütün Ukrayna ərazisini işğal etməyə cəhd etməsindən təəccübləndiyini bildirib.

Eyni zamanda o, Rusiyanın Ukraynaya qarşı müharibəsini “əsassız və qəbuledilməz” adlandırıb, İtaliyanın Aİ və NATO ilə birlikdə olduğunu vurğulayıb.

Sol mərkəzçi Demokrat Partiyasının lideri Enriko Letta Berluskoninin açıqlamalarını qalmaqallı və “Moskvanın legitimləşdirməsi” adlandırıb.

Bir çox tənqidlərdən sonra Berluskoni fikirlərinin “çox sadələşdirilmiş” olduğunu söyləyib. (qaynarinfo.az)
 
 
 
Ardını oxu...
“Rəsmi Moskvanın müttəfiqi olan rəsmi Tehran gizli şəkildə Fransa ilə birlikdə Ermənistandan Qara dənizə qaz kəməri çəkməyə çalışır”

“Rusiyanın daha bir ənənəvi müttəfiqi Hindistan da, Şimal-Cənub layihəsinin istiqamətini İran-Azərbaycan-Rusiya konturundan İran-Ermənistan-Qara dəniz istiqamətinə çevirir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində bəyanatla çıxış edib. O , bəzi dairələrin Zəngəzur dəhlizi ilə bağlı keçirdiyi qorxu və narahatlığın reallıqdan uzaq olduğunu vurğulayıb: "Qarabağda atılan bütün addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur".

TEREF.AZ yazır ki, analitik Turab Rzayev Zəngəzur dəhlizinin geopolitik önəmindən "Sherg.az"a danışarkən bildirib ki, indi Fransa-İran-Ermənistan geopolitik ittifaqına qarşı Türkiyə-Azərbaycan-Rusiya geopolitik ittifaqı formalaşıb:

"Nə qədər etiraf etməyə çətinlik çəksək də, bölgəmizin və dünyanın geopolitik reallığı bu şəkildə formalaşır. Putin Rusiyanın qazpaylayıcı şəbəkəsinin açarını Türkiyəyə verir. Rusiyanın əbədi müttəfiqi İran isə gizli şəkildə Fransa ilə birlikdə Ermənistandan Qara dənizə qaz kəməri çəkməyə çalışır.

Rusiyanın daha bir ənənəvi müttəfiqi Hindistan da, Şimal-Cənub layihəsinin istiqamətini İran-Azərbaycan-Rusiya konturundan İran-Ermənistan-Qara dəniz istiqamətinə çevirir. Rusiyanın Pakistan ilə son yaxınlaşması, bəlkə, həm də getdikcə daha sürətlə ABŞ orbitinə girən Hindistana etibar etmədiyi üçündür.

Beləliklə, Fransa dolayısı ilə Avropa İttifaqı həm qaz kəmərlərini, həm də qlobal əhəmiyyətli nəqliyyat dəhlizlərini İran və Hindistanı da yanına alaraq sırf Ermənistan üzərindən, Rusiya, Türkiyə və Azərbaycanı kənarda saxlamaqla həyata keçirməyə çalışır. Görünən odur ki, bu layihədə güclü ABŞ dəstəyi də var".

Dünyapress TV

Xəbər lenti