Şimali Kipr Azərbaycanla münasibətlərə xüsusi önəm verir.
“Report”un yerli bürosunun xəbərinə görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri, Ulusal Birlik Partiyasının (UBP) Sədri Ünal Üstel arasında III Antalya Diplomatiya Forumu çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşündə deyib.
T.Budaqov xalqlarımız arasında ortaq dəyərlərə və tarixi ənənələrə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin nümunəvi xarakter daşıdığını vurğulayıb. O, Azərbaycan ilə ŞKTC arasında sıx təmasların olduğunu, müxtəlif sahələri əhatə edən çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.
T.Budaqov beynəlxalq münasibətlər sisteminin hazırkı reallıqlarının Türk dünyası üçün də yeni çağırışlar yaratdığını söyləyib. Qeyd edib ki, mövcud gerçəkliklər fonunda xalqlarımızın həmrəyliyi və Türk dünyasında səmərəli işbirliyinin həyata keçirilməsi başlıca prioritetlərdəndir.
YAP Sədrinin müavini Azərbaycan və ŞKTC-nin hakim partiyaları arasında işbirliyinin genişləndirilməsinin də xüsusi diqqət mərkəzində olduğunu nəzərə çatdırıb.
Ü.Üstel qeyd edib ki, iki ölkənin xalqlarını ortaq dəyərlər birləşdirir və bizim gücümüz birlikdədir. Baş nazir birgə təşəbbüslər əsasında hazırda Türk dünyasının yüksələn gücə çevrildiyini vurğulayıb. O, TDT-nin IX Zirvə Görüşündə ŞKTC-nin təşkilata müşahidəçi üzv statusunda qəbul olunmasının əhəmiyyətindən bəhs edərək Azərbaycanın qardaş dəstəyinin Kıbrıs Türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini və heç zaman unudulmayacağını bildirib.
“Türkiyə, Azərbaycan və Şimali Kiprin iqtidar partiyalarının ötən il imzaladıqları Anlaşma Memorandumu işbirliyinin əsas istiqamətlərini müəyyənləşdirən “yol xəritəsi” kimi böyük əhəmiyyət daşıyır. Memorandumun yüksək səviyyədə icrası bizə əhəmiyyətli uğurlar qazandıracaq”, - hakim partiyalar arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişafının təqdirəlayiq olduğunu diqqətə çatdıran Ünal Üstel vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən iki ölkə arasında təhsil və turizm sahələrində əməkdaşlıq barədə də müzakirələr aparılıb.
Litva Rusiya qeydiyyat nömrəli avtomobilləri müsadirə etməyə başlayacaq.
Bu barədə Referans.az yerli KİV-ə istinadla xəbər verir.
Respublikanın gömrüyü 2024-cü il martın 11-dək Rusiya dövlət nömrə nişanlı bütün avtomobillərin ölkəni və Avropa İttifaqının bütün ərazisini tərk etməsini tələb edir.
"Litva gömrüyünə görə, Litvada hələ də Rusiyada qeydiyyatda olan maşın sürən insanlar var. Martın 11-dək onlar ya nəqliyyat vasitələrini Litvada qeydiyyatdan keçirməlidirlər, ya da Aİ-ni tərk etməlidirlər”, - deyə məlumatda bildirilir.
Avtomobilinin dövlət nömrə nişanı Rusiyada qeydiyyatda olan şəxslər İnzibati Xətalar Məcəlləsinin 515-ci maddəsi ilə cəzalandırılacaq. Maddə cərimə və avtomobilin müsadirə edilməsini nəzərdə tutur.
Qadağa Kalininqrad vilayətinə və oradan tranzitlə hərəkət edən avtomobillərdən yan keçəcək. Belə avtomobillər ölkəyə yalnız sahibləri ilə buraxılacaq və onlar ölkədə yalnız 24 saat qala biləcəklər.
İlk xəbər 18:23-də verilib, sonuncu abzas xəbərə əlavə olunub.
Fransa hökuməti Korsikada gözlənilən aksiyadan narahat olaraq, xüsusi statusu olan adaya əlavə qüvvələr göndərir.
Sabah Korsikada Fransanın siyasətinə etiraz olaraq növbəti aksiya keçiriləcək.
Təqdim edilən foto Parisdə "Şarl de Qoll" hava limanında çəkilib. Fotodan göründüyü kimi, xüsusi xidmət orqanlarının əməkdaşları təcili Korsikaya göndərilir.
Baş verənlərdən belə nəticə çıxarmaq olar ki, Fransa hökuməti təlaşa düşüb və Korsika ərazisinə əlavə qüvvələr səfərbər edir.
Qeyd edək ki, sabah "Nazione" hərəkatının liderlərindən birinin bir neçə il öncə həbsdə ona olan hücum nəticəsində ölümünün ildönümünə həsr edilən iclas keçiriləcək, ardınca isə etiraz aksiyası gözlənilir.
Əldə etdiyimiz məlumata görə, Korsikada hava limanında pasport yoxlanışı tətbiq edilir. Qeyd edək ki, əvvəl belə yoxlanışlar olmayıb. \\Report.Az
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Rusiya prezidenti Vladimir Putinin yeni nüvə təhdidlərini şərh edərkən, bütün tərəfləri təmkinli olmağa çağırıb və "nüvə müharibəsi aparılmasının və belə müharibədə qalib qəlməyin mümkün olmadığı” bildirib.
Qaynarinfo xəbər verir ki, Mao Nin bu barədə cümə günü, martın 1-də mətbuat konfransı zamanı bildirib.
"2022-ci ilin yanvarında beş nüvə dövlətinin liderləri nüvə müharibəsində qalib gəlmək və ya belə müharibənin aparılmasının mümkün olmadığını qeyd edən birgə bəyanat veriblər. Çin ardıcıl olaraq bütün nüvə silahına malik dövlətlərin ümumi təhlükəsizlik konsepsiyasını dəstəkləməsi və qlobal strateji tarazlığı və sabitliyi qorumağı müdafiə edir. Mövcud şəraitdə bütün tərəflər gərginliyin azaldılmasına kömək etmək və strateji riskləri azaltmaq üçün birgə işləməlidir”, - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Mao Nin həmçinin bütün tərəfləri "sakitliyi və təmkinliyi qorumağa və dialoq və məsləhətləşmələr vasitəsilə balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturasını inkişaf etdirməyə” çağırıb.
Qeyd edək ki, fevralın 29-da Vladimir Putin Federal Məclisə müraciəti zamanı Qərb ölkələrini nüvə zərbələriylə hədələməyə başlayıb. Onun sözlərinə görə, Rusiyanın lazımi silahları var və onun strateji nüvə qüvvələri tam hazırlıq vəziyyətindədir.
Bundan əlavə, o, NATO qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə Alyansın "faciəli nəticələrlə” üzləşəcəyi ilə hədələyib.
Kaluqa Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Alan Tskaev tibb müəssisəsinin problemlərindən danışaraq Rusiya prezidenti Vladimir Putinə müraciət edən tibb bacısını məhkəməyə verib.
32gun.az Rusiya KOV-nə istinadən xəbər verir ki, iddia Kaluqa Rayon Məhkəməsi tərəfindən qeydə alınıb.
Kaluqa Rayon Məhkəməsinin məlumatına görə, Tskaev fevralın 13-də “Şərəf, ləyaqət, işgüzar nüfuzun qorunması haqqında” iddia qaldırıb.
2024-cü ilin yanvarında regional xəstəxananın tibb bacısı Elmira Zaydulina müəssisənin problemlərindən Putinə şikayət edib. O, müraciətində dərman, sarğı qıtlığı, həkimlərin ixtisarı və maaşları barədə ətraflı danışıb. Qadın 2019-cu ildə xəstəxananın baş həkimi Alan Tskaevin 9 milyon rubl mükafat aldığını qeyd edib.
Qeyd edilib ki, 2021-ci ilə qədər Tskaev Kaluqa vilayətinin səhiyyə naziri vəzifəsində çalışıb . Bölgənin qubernatoru Vladislav Şapşa qalmaqaldan sonra Tskaevin istefa verdiyini açıqlayıb . Daha sonra sosial şəbəkələrdə məlumat yayılmağa başladı ki, Tskaev Kaluqa Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi kimi 2019-cu ildə 9 milyon 38 min rubl mükafat alıb ki, bu da regionda baş həkimin standart mükafatından 170 dəfə çoxdur.
Rusiyanın məşhur “Novaya qazeta” qəzetinin baş redaktoru Sergey Sokolov həbs edilib.
“AzPolitika” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Sokolov “Rusiya ordusunu diskreditasiya” maddəsi ilə ittiham olunaraq, polis şöbəsinə aparılıb.
Xəbərdə deyilir ki, jurnalistə qarşı qaldırılan iş "Novaya qazeta"da gedən yazılıardan birilə bağlıdır. İnzibati işə Moskvanın Perovski Məhkəməsində baxılacaq.
Xatırladaq ki, Sokolov bu vəzifədə Nobel mükafatı laureatı Dmitri Muratovu əvəz edir. O, 90-cı illərdən "Novaya qazeta"da işləyir, nəşrin yaradıcılarından biridir.
Müharibə başlayandan sonra qəzetin redaksiya heyəti iki yerə bölünüb - jurnalistlərin bir hissəsi Rusiyada qalıb. Digərləri xaricə gedərək, Rusiya hakimiyyətinin “arzuolunmaz təşkilat” elan etdiyi "Novaya qazeta Avropa”-nı təsis edib. Qəzetin Rusiyadakı redaksiyası hərbi senzuranın tələblərini nəzərə alaraq işləməyə məcburdur.
Avropa Parlamenti Azərbaycana qarşı təcili sanksiyaların tətbiq edilməsini tələb edən Avropa Birliyinin (AB) xarici, təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı 2 qətnamə qəbul edib.
Teleqraf.com xəbər verir ki,
Hər iki bədnam qətnamədə AB-yə Azərbaycana qarşı sanksiyalara çağırış var:
“Dərhal Azərbaycana qarşı sanksiyalar tətbiq edin və Strateji Enerji Tərəfdaşlığı üzrə Anlaşma Memorandumunu dayandırın.
Azərbaycanın Ermənistana qarşı hər hansı hərbi təcavüzü (böhtan – red.) halında Azərbaycanın siyasi-hərbi rəhbərliyinə qarşı məqsədyönlü və fərdi sanksiyalar tətbiq etməyə, neft və qaz idxalını dayandırmağa hazır olun.
AB-nin Ermənistandakı missiyasının mandatını gücləndirin, missiyasını artırın, müddətini uzadın və Türkiyə ilə sərhəddə müşahidəçilər yerləşdirin.
Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar dayandırılsın”.
Dünya xalqları içərisində türklərlə kürdlər qədər bir-birinə yaxın ikinci toplum yoxdur. Nə yazıq ki, qlobal imperializm öz müstəmləkəçilik məqsədləri naminə bu iki xalqı da bir-birinə düşmən etməyə çalışır. Və etiraf edək ki, hər iki tərəfdən bəzi aşırı şəxsləri öz təxribatçı siyasətinin alətinə çevirməyi bacarıb da. İran adlanan məmləkətin şimal-qərbində tarix boyu Azərbaycan türkləri ilə kürdlər bir arada yaşayıblar. Təsadüfi deyil ki, kürdlər ilk müasir dövlətlərini belə, İkinci Dünya müharibəsindən sonra Azərbaycan Milli Hökumətinin lideri Mir Cəfər Pişəvərinin təşviqi ilə yardımı ilə hazırda Qərbi Azərbaycan ostanlığı adlanan bu vilayətin cənubundakı Mahabad diyarında qurmuşlar. Onlara ən ciddi dəstəyi isə Mir Cəfər Pişəvəri ilə o dövrdə Sovet Azərbaycanına rəhbərlik edən Mir Cəfər Bağırov vermişdi. Cəmi 1 il yaşayan Milli Hökumət və Mahabad Cümhuriyyəti fars şovinistləri tərəfindən məhv edildi. Mahabad Cümhuriyyəti süquta uğradıqdan sonra bu dövlətin Müdafiə naziri olan Molla Mustafa Bərzani əvvəl SSRİ-yə, sonra isə üzvü olduğu əşirətin məskunlaşdığı Şimali İraqa mühacirət etdi və indiki Şimali İraq Kürd Muxtariyyətinin qurulmasında önəmli rol oynadı. Molla Mustafa Bərzaninin ölümündən 8 il sonra onun qurduğu Kürdüstan Demokrat Partiyasının rəhbərliyi altında 1986-1988-ci illərdə bağımsızlıq hərəkatına qalxan kürdlər dövrün İraq lideri Səddam Hüseynin qanlı repressiyasına məruz qaldılar, xüsusilə Hələbcə qətliamından sonra üsyançılardan bəziləri İrana sığındılar. İran molla rejimi kürdlərin bu faciəsindən tarix boyu qardaş kimi bir yerdə yaşadıqları Azərbaycan türklərinə qarşı istifadə etdi. Onları Qərbi Azərbaycanın Türkiyə ilə sərhədlərinə yerləşdirib faktiki olaraq Türk dünyası arasında təbii bufer zona yaratmaq planları qurdu. Molla rejiminin bu məkrli siyasətinə qarşı ən çox dirəniş göstərənlərdən biri 2014-cü ilə qədər Urmiyə imam-cüməsi olan Höccətul-İslam Qulamrza Həsəni idi. Urmiyədə Molla Həsəni adı ilə tanınan imam-cümə İslam Cümhuriyyətinin qurucularına yaxın bir şəxs kimi tanınırdı. Lakin o, bölgədə fəal olan kürd terror qruplaşmalarına qarşı çox sərt mübarizə aparır və bu səbəbdən də Azərbaycan türkləri tərəfindən çox sevilirdi. ✅ Məlum olduğu kimi, İslam inqilabının ilk illərində Güney Azərbaycanın qərb bölgələrini kürd terrorizmi bürümüşdü və separatçılar Sulduz şəhərində qətliam törədərək şəhəri türk əhalidən təmizləməyə çalışırdılar. Həmin vaxt Molla Həsəni terrorçulara qarşı mübarizədə böyük şücaət göstərib yerli əhalinin mübarizəsinə rəhbərlik edərək bölgəni terrorçulardan təmizləmişdi. Bənzər mübarizəni İraqdan bölgəyə sığınan və molla rejimi tərəfindən Türkiyə ilə sərhədə yerləşdirilən kürd separatçılarına qarşı da aparmışdı. Fəqət 2014-cü ildə o, yaşının çoxluğu bəhanə gətirilərək imam-cüməlikdən uzaqlaşdırıldı, 2018-ci ildə isə 91 yaşında dünyasını dəyişdi. “Ot kökü üstə bitər”, - deyiblər. Qulamrza Həsənidən sonra onun qız nəvəsi Tumac Vahidi Qərbi Azərbaycan torpaqlarının kürd separatçılarına peşkəş çəkilməsinə qarşı mübarizəni yarımçıq qoymadı. Hazırda Urmiyə Bələdiyyə Şurasının üzvü vəzifəsini icra edən Tumac Vahidinin İranın bu məkrli siyasətinə qarşı çıxışında Cənubi Azərbaycanda məşhur olan “biz torpaq yeyərik, amma torpaq vermərik” aforizmini dilə gətirərək İran molla rejiminin separatizmi dəstəkləyən siyasətinə meydan oxuyur. Heydər Oğuz TEREF
Türkiyə Rusiyanın “Rosatom” dövlət korporasiyasına atom elektrik stansiyalarının tikintisi üçün ikinci sahə verəcək.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev Dövlət Dumasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan deyib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başqa bir stansiyanın qurulmasının bizə verilməsi ilə bağlı siyasi qərar alındığını açıq şəkildə elan etdi. İndi təfərrüatları öyrənirik. Çox güman ki, bu, Aralıq dənizində deyil, Qara dənizdə "Sinop” adlı sahə olacaq”.
2023-cü il sentyabrın 4-də Ərdoğan, Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra Soçidə keçirdiyi mətbuat konfransında Türkiyənin ilk Akkuyu AES-in tikintisinin tam sürətlə davam etdiyini, Rusiya ilə “Sinop” ərazisində ikinci atom elektrik stansiyasının tikintisi layihəsinin müzakirə olunduğunu deyib.
Berlində Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan və Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov arasındakı müzakirələr cümə axşamı, fevralın 29-da davam etdiriləcək.
Bunu Ermənistan Xarici İşlər Nazirliyi təsdiqləyib.
“Berlində Almaniya xarici işlər nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar davam etdirilib. Müzakirələr planlaşdırıldığı kimi sabah da davam edəcək”, - Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan sosial şəbəkədə bildirib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir.
APA xəbər verir ki, bu gün Berlində danışıqlardan sonra Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli görüş davam edir.