Ardını oxu...
ABŞ prezidenti Co Bayden hər il ABŞ liderləri üçün keçirilən tibbi müayinədən keçmək üçün xəstəxanaya gedəcəyini bildirib.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Prosedur Vaşinqtondakı "Walter Reed Army" Tibb Mərkəzində həyata keçiriləcək.

Tibb müəssisəsi ilk dəfə sarı qızdırma infeksiyasının mənbəyini kəşf edən amerikalı həkim və bakterioloqun adını daşıyır.
 
Ardını oxu...
Qərb düyməyə basıb, Rusiyanı təbdən çıxaracaq addımlar atılır…

Ermənistan hakimiyyəti uzunmüddətli “artilleriya hazırlığından” sonra hücuma keçdi. Baş nazir Nikol Paşinyanın ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurması barədə Parisdə dedikləri, ardınca Fransa müdafiə nazirinin İrəvana səfəri, müdafiə sahəsində sıx əməkdaşlıqla bağlı birgə bəyanat, daha sonra parlamentin spikeri Alen Simonyanın “rus sərhədçilər İrəvanın Zvartnots beynəlxalq hava limanında fəaliyyətini dayandırmalıdır” bəyanatları bundan xəbər verir.

Daha bir məsələ Ukrayna lideri Volodimir Zelenskinin Ermənistana səfər edəcəyi ilə bağlıdır. Hakim partiyanın deputatları bildiriblər ki, Zelenksi arzulasa, onu məmnuniyyətlə İrəvanda qəbul edəcəklər.

Bunlar ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyündən sonra Paşinyan hökumətinin Qərbyönlü bəyanatları fonunda Ermənistanın Rusiya maraqlarına qarşı ilk real addımlarıdır. Buna qədər gündəm ancaq ritorikadan ibarət idi, Baş nazir və digər dövlət rəsmilərinin çıxışları, Moskvadan onlara verilən cavablar realpolitikada özünə yer etməyib.

Ermənistan hazırda Rusiyanın nəzarətində olan Avrasiya İqtisadi İttifaqının (Aİİ) sədridir, ölkənin xarici ticarətində bu təşkilatın payı 80 faizə çatır. Ayrıca Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsi 7.5 milyard dolları keçməklə bütün dövrlərin rekordunu qırıb. Müqayisə üçün qeyd edək ki, Ermənistandan qat-qat böyük resurslara malik olan Azərbaycan və Türkiyə arasında ötən il ticarət dövriyyəsi 7.4 milyard dollar olub.

Beləliklə, Ermənistan Rusiya və Avrasiya İttifaqı ilə iqtisadi tərəfdaşlığını yüksək səviyyədə saxlamaqla, Qərb strukturlarına inteqrasiya istiqamətində real addımlara başlayıb. Xarici işlər naziri Ararat Mirzoyanın Brüssel ziyarətindən, Nikol Paşinyanın ötən həftəki Fransa səfərindən sonra sanki düyməyə basılıb. İrəvan Qərbə inteqrasiya kursunda səmimi olduğunu nümayiş etdirmək istəyir, bu da Rusiyanın Ermənistanda əl-qolunu yığışdıracaq qərarların verilməsindən keçir. Qərbdə də Paşinyandan performans gözləyirlər, çünki “Rusiyanın dəstəyi ilə Azərbaycan bizə hücuma keçəcək, Rusiya xüsusi xidmət orqanları məni devirməyə çalışırlar” bəyanatları kəsərini itirib. Görünür, Azərbaycanın izahatlarından sonra Qərbdə Baş nazirin bu bəyanatlarına o qədər də inanmırlar. Həm də kəşfiyyat məlumatları vəziyyəti daha düzgün analiz etməyə imkan verir…

KTMT-də fəaliyyətin dondurulması faktiki olaraq bu təşkilatda fəaliyyətin dayandırılması anlamına gəlir, bir ilə yaxındır ki, Ermənistan təşkilatın işini sabotaj edir, imzalanmış sənədləri ratifikasiya etmir. Amma Paşinyan hökuməti özündə cəsarət tapıb hərbi ittifaqdan ayrıldığını deyə bilmir və qeyri-müəyyən situasiya yaradaraq, Rusiyanın ehtimal olunan aqressiv cavabını korşaltmağa çalışır.

Paralel olaraq, Rusiya hərbi bazalarının ölkədən çıxarılması məsələsini də qaldırmır. Bu barədə növbəti mərhələdə, daha uyğun şərait yarandıqda müzakirə açıla bilər.

Ermənistanın Rusiya hərbi sənaye kompleksindən asılılığı azaltmaq cəhdləri, Fransa və Hindistandan hərbi texnika, silah alması da Kremldə xoş qarşılanmır. Bu addımlar KTMT-dən uzaqlaşma qərarı ilə paralel atılır ki, Moskvada bu trayektoriyanı hələ ki, sadəcə müşahidə edirlər…

Spiker Alen Simonyanın “rus sərhədçilər İrəvanın Zvartnots beynəlxalq hava limanında fəaliyyətini dayandırmalıdır” bəyanatı da cəsarətsiz açıqlamadır. Spiker açıqlamada iki dəfə təkrar edib ki, bu, onun şəxsi fikridir:

– Rusiya sərhədçilərinin “Zvartnots” aeroportundan çıxarılması müzakirə olunurmu?

– Mən belə bir müzakirədə olmamışam, ola bilsin ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və aidiyyatı qurumlarla müzakirə olunub, amma mən iştirak etməmişəm. Şəxsən mən hesab edirəm ki, onların oradan çıxması düzgün olardı. Bu, mənim şəxsi fikrimdir.

– Niyə?

– Çünki biz öz dövlətimizin sərhədlərini qoruyacağıq, lakin onların ölkəmizin sərhədlərini qoruyacaqlarına əmin deyiləm. Sən əminsən? Bu, artıq dəfələrlə olub və onlar müdafiə etməyiblər və mən hətta bir çox hallarda sərhədlərin daha həssas olması üçün etdiklərini demirəm. Onlar Dağlıq Qarabağa gələndə nə etdilər? Erməni xalqının çıxmasını müşayiət etdilər? Hadisələr bitəndən bir neçə saat sonra bir neçə rus “sülhməramlısı” öldü və dedilər: görün biz necə işləyirdik, “sülhməramlılarımız” da öldü… Hadisələrin bitməsindən beş saat sonra!!! Yəni gəlib erməniləri yola salıblar? Bu müdafiə idi? Onlar hava limanında qalmağa davam etməlidirlər ki, hər gün “Zvartnots”dan sizi və məni müşayiət etsinlər? Düşünürəm ki, onların mövcudluğu lazımsızdır!

Rusiya hələ ki, spikerin bəyanatına reaksiya verməyib, çox güman ki, Putinin köməkçiləri ona ikitərəfli müqavilələrin qüvvədə olduğu tarixləri xatırladacaq. Moskva İrəvanın təzyiqi altında bu addımları ata bilməz, bu, onun regiondakı hərbi-siyasi təsirlərinə ağır zərbə ola bilər.

Yeri gəlmişkən, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Rusiya sərhəd qoşunlarının Ermənistandakı fəaliyyət dairəsinin genişləndirilməsi ilə bağlı 1992-ci il sazişinə Əlavə imzalayıb. Anlaşmaya görə, Rusiya Sünikdə 3 yeni zastava, İran-Ermənistan yolunun üzərində – Kərki kəndi yaxınlığında və Qazax-İcevan sərhədinə yaxın, Ermənistan-Gürcüstan yoluna yaxın ərazidə müşahidə məntəqələri tikib. Baş nazirin sərəncamı ilə Rusiya sərhədçilərinə 3.4 hektar ərazi ayrılıb.

Alen Simonyan rusların Ermənistanın dövlət sərhədlərini qoruyacağına əmin deyilsə, ilk növbədə Nikol Paşinyandan yuxarıda bəhs olunan sərəncamını ləğv etməyi xahiş etməlidir.

Ukrayna lideri Zelenskinin səfərinə gəlincə, onun reallaşması mümkündür. Əvvəla, xatırladaq ki, müharibə dövründə Zelenski, Pribaltika ölkələri istisna olmaqla, heç bir postsovet ölkəsinə getməyib. Hətta qonşu, onunla bir yolu gedən Moldovaya da ayaq basmayıb. Şübhəsiz, bu səfərlər Rusiyanın qəzəbinə gəlməmək üçün həmin ölkələr tərəfindən arzu edilməyib. Ermənistan bu addımı atacaq ilk dövlət olmaqla, Kremli hədsiz qəzəbləndirər. Sual oluna bilər ki, Zelenski kimi sıx qrafiki olan liderin Ermənistan kimi “heç nəyə yaramayan” ölkəyə getməkdə marağı nə ola bilər? Ermənistan hələ də beynəlxalq siyasi sistemdə Rusiyadan asılı, onun hərbi-siyasi vassalı olan ölkə kimi qəbul olunur. Sərhədləri Rusiya tərəfindən qorunur, ərazisində Rusiya hərbi bazaları var. Belə bir dövlətin Zelenski kimi Rusiya düşməninə qucaq açması Moskvanın regionda təsir imkanlarının zəifləməsinin əlaməti kimi qəbul oluna bilər.

Yekun olaraq qeyd edək ki, Ermənistan hakimiyyəti Qərb tərəfdaşlarına səmimiyyətini sübut etmək cəhdləri risklərlə doludur. Şübhəsiz, bütün qərarlar ölçülür-biçilir, məsləhətləşilir, Rusiyanın mümkün reaksiyası proqnozlaşdırılır. Qeyd olunan məsələlərin hər biri Kremli təbdən çıxarmaq üçün kifayətdir.

Ermənistanın yaxın tarix göstərir ki, Rusiya orada qərarları qəfil icra etməyə başlayır. 1997-ci ilə Azərbaycanla anlaşmaya meyllənən siyasi liderlərin parlamentdə güllələnməsinı xatırlatmaq kifayətdir…
pressklub
 

Ardını oxu...
 

Fransa Ermənistana yeni hava hücumundan müdafiə sistemləri verməyə hazırlaşır.

İrəvan və Paris arasında imzalanan hərbi müqaviləyə əsasən Fransa Ermənistana GM 200 radarları və “Mistral” hava hücumundan müdafiə sistemləri verir.

Növbəti mərhələdə daha effektli raket sistemlərinin verilməsi gündəmdədir. Fransanın müdafiə naziri Sebastyan Lekornu da İrəvana səfəri zamanı bunu açıqlamışdı.

Məlumatlara görə, Fransa növbəti mərhələdə Ermənistanı “Crotale” və “Roland” sistemləri, eyni zamanda, SAMP/T sistemləri ilə təmin edə bilər.

“Cratole NG” 20 kilometr məsafədə hava təhlükələrini aşkar etmək qabiliyyətinə malikdir. O cümlədən, 13 kiloqram ağırlığı olan döyüş başlığı ilə təchiz edilib. 11 kilometr məsafədə hava hədəflərini vura bilir. Bu sistemlər modernləşdirilərək, NATO standartlarına uyğunlaşdırılıb.


Ardını oxu...
“Roland” yer-hava raket sistemidir (SAM). Bu sistemlər minimum 500 metr, maksimum 6300 metr hava məkanında 20 metrdən 5500 metrə qədər yüksəliklərdə uçan hava hədəflərini vurmaq qabiliyyətinə malikdir. “Roland” ABŞ ordusunun xaricdən aldığı nadir sistemlərdən biridir.
Ardını oxu...
SAMP/T Aster 30 sistemlərinə Fransa ordusu tərəfindən MAMBA ləqəbi verilib. 8 raket başlığı daşıyan bu sistemlər 50 metrdən 20 kilometrə qədər yüksəkliklikdə hədəfləri tutmaq qabiliyyətinə malikdir.
Ardını oxu...
Fransa bu raket sistemlərini “müdafiə” adı altında Ermənista ordusunun hərbi arsenalına daxil edəcək. Şübhəsiz ki, bu sistemlər Azərbaycanla sərhəd bölgəsində yerləşdiriləcək. Sistemlərin işləməsi prosesinin də Fransa hərbçiləri tərəfindən həyata keçiriləcəyi bəllidir. Belə görünür ki, Fransa bu sistemlər vasitəsilə Azərbaycan sərhədinə nəzarət etməyi planlaşdırır. (Publika.az)

Ardını oxu...
Moskvada Rusiya Müdafiə Nazirliyinin binasını izləyən antenli videokamera aşkarlanıb.

TEREF oxu.az-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Frunzenskaya sahilindəki binasını müşahidə edən kamera yaxınlıqdakı binanın çardağında tapılıb.

Cihazı təsadüfən evə baxış keçirən kommunal işçilər görüblər.

Kamera ştativə quraşdırılıb və çox gözə çarpmaması üçün obyektivi divara doğru çevrilmiş olub. Cihaz Rusiya Müdafiə Nazirliyinin binası yaxınlığında nələrin baş verdiyini fasiləsiz olaraq yayımlaya və görüntünü onlayn olaraq uzaq məsafəyə ötürə bilib. Hazırda avadanlıq sökülərək mütəxəssislərə təhvil verilib.
 
Ardını oxu...
Dnestryanıda 15 minə yaxın yerli hərbçi və 1,5-2 min rus əsgəri var - bu, kifayət qədər ciddi qüvvədir

Fevralın 28-də tanınmamış “Dnestryanı Respublikası”nda “deputatların” qondarma qurultayı keçiriləcək. Nəticədə, Rusiya "qoşulmaq" tələbi ilə "müraciət etmək" gözlənilir.

Əslində bu, tarixdə ilk belə “qurultay” deyil. 1990-cı ilin iyununda onların ilk “qurultayı” Parki kəndində, həmin ilin sentyabrında isə Tiraspolda oldu. 1991-ci ilin yanvarında daha bir “qurultay” oldu, 1991-ci ilin sentyabrında isə dördüncü “qurultay” baş tutdu... Onda qəbul etdikləri qərarlar 1992-ci il hadisələrinə təkan verdi. Bu, Rusiya ilə Moldova arasında müharibə idi.

Qondarma qurultaylardan sonra Moldova üçün həmişə son dərəcə xoşagəlməz hadisələr baş verirdi. Xüsusilə, polis komissarlığının götürüldüyü Dubossarax hadisələri. 1992-ci ilin iyununda – Benderaxdakı faciəli hadisələr. Həmçinin Tiraspoldakı qanlı hadisələr...

2006-cı ildə Dnestryanıda "referendum" keçirildi, onun nəticələrinə görə əhalinin böyük əksəriyyətinin Rusiyaya “qoşulmasını dəstəklədiyi” iddia edildi. O vaxt hadisələr qanlı bitməsə də, indi yenə “hakimiyyət” nümayəndələrini toplayaraq oxşar “tədbir” keçirməyə çalışırlar.

Ona görə də təbii ki, risklər var. Əsasən ona görə ki, vətəndaşlar bu oyunlara cəlb olunurlar. Onlar deyirlər ki, bu “qurultaylarda” qəbul edilən “qərarlar” Moldovanın bu hissəsi üçün qanunidir.

Eyni zamanda, xatırlatmaq istəyirəm ki, Tiraspol qondarma rejimindən olan şirkətlər Moldovada sərbəst fəaliyyət göstərir və vergi ödəmirlər. Kişinyovda öz şirkətləri üçün hesablar açırlar, öz məhsullarını Avropaya ixrac edirlər. Dnestryanıdan olanlar da sərbəst şəkildə Avropa İttifaqına səfərlər, səyahətlər edirlər. Lakin son altı ayda baş verən hadisələr Dnestryanıdakı ünsürlərin Moskvaya tabe olduğunu sübut edir. Belə olan halda məsələ ondadır ki, ŞOR (Moldova Konstitusiya Məhkəməsi tərəfindən qadağan edilmiş rusiyayönlü partiya) və daha kiçik partiyalar Moskvadan gələn istənilən əmri yerinə yetirəcəklər...

Beləliklə, mütləq hansısa hadisə baş verə bilər. Moldovanın hakimiyyət orqanları bu hadisələri diqqətdən kənarda qoymamalıdır.

Mənim şəxsi fikrim: Rusiya ilə Moldova arasında yeni müharibə riski mövcuddur. Lavrovun bu yaxınlarda dediklərini xatırlayaq: “Rusiya öz vətəndaşlarını harada olursa-olsun, qoruyacaq”. Təbii ki, belə bir bəyanat ciddi qəbul edilməlidir. Ukraynada müharibə başlamazdan təxminən bir həftə əvvəl vəziyyətin gərginləşməsinin müzakirə edildiyi televiziya verilişində iştirak edirdim. Sonra Lavrovun sözləri yadıma düşdü. O deyirdi ki, “Rusiya heç kimə hücum etməyə hazırlaşmayan sülhsevər ölkədir...”. Rusiya rəsmiləri bir şey deyir, amma tamam başqa şey olur: 2014-cü ildə Ukraynada, 2008-ci ildə Gürcüstanda müharibə, 1992-ci ildə Moldovada müharibə...

İndi də eynidir. Haqqında danışdığımız “qurultay” təxribat xarakterli hadisədir. Ola bilsin, Kişinyovdakı hakimiyyətin necə reaksiya verəcəyini yoxlayırlar. Və görünür, Rusiya diqqəti yayındırmaq üçün burada hansısa hadisə törətməkdə maraqlıdır - həm Ukraynaya göstərdiyimiz yardımdan (təbii ki, öz imkanlarımıza əsaslanaraq), həm də Avropa İttifaqındakı hərəkətimizdən.

Görünür, Kreml başqa cəbhə açmaq istəyir. Ola bilsin ki, bunu yüksək səslə demirlər, amma artıq qeyd etmişəm ki, heç nə boş yerə olmur. Dnestryanıda 15 minə yaxın yerli hərbçi və 1,5-2 min rus əsgəri var - bu, kifayət qədər ciddi qüvvədir.

Yeri gəlmişkən, Moskvanın ekspansionist maraqlarının himayəsi altında baş verən Tiraspol hadisələrinə Kamrat da (Moldova şəhəri, Qaqauz muxtariyyətinin paytaxtı) reaksiya verir. Xatırladım ki, 2014-cü ildə orada da “referendum” keçirildi və bunun nəticəsində sakinlərin əksəriyyətinin öz müqəddəratını təyinetmə hüququna “səs verdiyi” iddia olunur. Amma icra qərarı məhkəmə tərəfindən dayandırıldı...

Odur ki, indi Kreml rejiminin Dnestryanı nümayəndələrinə nəyi diktə edəcəyini və hara qədər getməyə hazır olduğunu ancaq Allah bilir.

Müəllif: Kirill Mospan - Moldova Milli Təhlükəsizlik Komissiyasının keçmiş sədri.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 
Ardını oxu...
İranın gələcək rəhbərinin adı onun həyatının təhlükəyə düşməməsi üçün üçün gizli saxlanılır.

Axar.az xəbər verir ki, bu barədə İranın dini liderinin səlahiyyətlərini müəyyən edən Ekspertlər Məclisinin üzvü Məhəmmədəli Musəvi Cəzayiri deyib.

"Gələcək liderin adı məxfidir, çünki hər hansı namzədin adı məlum olarsa, İsrail və ABŞ onu öldürəcək, ona görə də bu məxfi qalmalıdır", - Cəzayiri iddia edib.
 
 
 
Ardını oxu...
“Kreml İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak məsələsini aydınlaşdırmaq niyyətindədir, çünki təşkilatın nizamnaməsində “dondurulmuş üzvlük” statusu nəzərdə tutulmur”.

Bu açıqlama ilə Kremlin sözçüsü Dmitri Peskov çıxış edib.

O, Rusiyanın erməni tərəfdaşlarla əlaqə saxlayacağını, vəziyyəti aydınlaşdıracaqlarını bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransada verdiyi müsahibədə ölkəsinin KTMT-dəki fəaliyyətini dondurduğunu bildirib. (Mənbə: TASS)
 

“Bu həkimin əvvəlki hərəkətləri ört-basdır edildiyinə görə belə ölümlərin davamı gəlib”

Tovuz rayonunun Yanıqlı kənd sakini Tural Qasımov həyat yoldaşını həkim səhlənkarlığı nəticəsində itirib.

O gileylənir ki, prokurorluq da həkimi cəzalandırmaq istəmir.

Bu üzdən aylardır ki, prokurorluq, məhkəmə qapılarında qalıb, Prezident Administrasiyası, Heydər Əliyev Fondu da daxil olmaqla, müxtəlif dövlət orqanlarına şikayət edib.

“Həkim xəstəni o vəziyyətdə qoyub, özü qaçıb getmişdi”

21 yaşlı Aygün Nəcəfova 2023-cü il iyunun 15-də – oğlunu dünyaya gətirəndən bir gün sonra vəfat edib.

Hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Həyat yoldaşı danışır ki, hamiləlik dövründə Aygün Nəcəfovanın heç bir problemi olmayıb.

Onun sözlərinə görə, özəl xəstəxanada mütəmadi müayinələrdən keçib, həkim nəzarətində olub, bunu təsdiqləyən sənədlər də var.

Hamiləliyin 37-ci həftəsində Tovuz Rayon Mərkəzi Xəstəxanasında Xatirə Quliyevanın yanına gediblər: “Hamiləlik dövründə Əntiqə həkimin nəzarətində olmuşdu, heç bir problem də yox idi. İyunun 14-də doğuş üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına getdik. Orada Xatirə həkim analizlərin cavabına baxdı. Dedi ki, “gəlin, qeysəriyyə əməliyyatı eləyək”. Bu əməliyyat da doğuş vaxtından bir həftə əvvəl olmalıdır. Elə həmin gün əməliyyat olunmasını təklif elədi, biz də razılaşdıq”.
Ardını oxu...
İyunun 14-də axşam saat 22.00 radələrində qeysəriyyə əməliyyatıyla Aygün Nəcəfovanın oğlu dünyaya gəlib. Tural Qasımov danışır ki, əməliyyatdan sonra həkim onlara həm ananın, həm də uşağın vəziyyətinin yaxşı olduğunu deyib.

Ertəsi gün səhər yenidən xəstəxanaya gedəndə onlara heç bir problem olmadığını bildiriblər. Lakin az sonra xəstəxanadan Aygün Nəcəfovanın anasına zəng edib, qan qrupunu soruşublar, qana ehtiyac olduğunu deyiblər: “Təbii ki, biz çox narahat olduq. Dərhal yenidən xəstəxanaya getdik. Dedilər ki, artıq lazım deyil. Bildirdik ki, narahatlıq varsa, Gəncədəki xəstəxanaya aparaq. Cavab verdilər ki, ehtiyac yoxdur. Bizi aldatdılar ki, xəstəni yatırtmışıq, Bakıdan həkim gəlir, o baxacaq. Xatirə Quliyeva xəstəni o vəziyyətdə qoyub, özü qaçıb getmişdi. Bir də axşam saat 8 radələrində bizə dedilər ki, ölüb…”.

“İndiki dövrdə xəstəxanada qanaxmadan adam ölər?!”

Ekspertizanın rəyinə görə, Aygün Nəcəfova qanitirmədən həyatını itirib. Qeysəriyyə əməliyyatından sonra uşaqlıqda kəskin qanaxma olub.

Tural Qasımov deyir ki, həkim səhlənkarlığı olmasaydı, həyat yoldaşını itirməzdi: “Necə olub ki, bunlar qanitirmənin qarşısını ala bilməyiblər? Biz 19-cu əsrdə yaşamırıq, indiki dövrdə xəstəxanada qanitirmədən adam ölər?! Müasir dövrdə tibbdə qanaxmanın qarşısını almaq elə də çətin bir iş deyil axı. Amma səhlənkarlıq eləyiblər. Təəssüf ki, prokurorluq da bu cinayəti ört-basdır eləməyə çalışır. Səbəbi də məlumdur. Sonradan öyrəndik ki, mənim yoldaşım Xatirə Quliyevanın əlində ilk ölüm hadisəsi deyil. Təəssüf ki, bu həkimin əvvəlki hərəkətləri ört-basdır edildiyinə görə belə ölümlərin davamı gəlib”.

Məhkəmə prokurorluğun qərarını ləğv edib, yenidən araşdırma aparılmalıdır

Hərbçi olduğunu və 44 günlük müharibədə iştirak etdiyini deyən Tural Qasımov vurğulayıb ki, həyat yoldaşının qanının yerdə qalmaması üçün sonadək mübarizə aparacaq.

Deyir ki, bunu təkcə özünə görə yox, başqa uşaqların da onun oğlu kimi anasız qalmaması üçün edir: “Mən Xatirə Quliyevanın əvvəlki qurbanları kimi davranmayacam. Maddi yardım, başdaşı düzəltdirməklə məni sakitləşdirmək mümkün deyil. Səlahiyyət sahiblərindən də xahişim budur ki, belə işlərdə qərar verəndə vicdanla yanaşsınlar. Mənim yoldaşımın qanı yerdə qalmasın…”.

Aygün Nəcəfovanın ölümüylə əlaqədar Tovuz Rayon Prokurorluğunda araşdırma aparılsa da, sonda cinayət işi başlanması rədd olunub.

Müstəntiq Natiq Əmirov 15 sentyabr 2023-cü il tarixli qərarında yazıb ki, bu hadisədə cinayət tərkibi yoxdur.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz şöbəsi də rəyində ölümün səbəbi kimi qeysəriyyə əməliyyatından sonra kəskin uşaqlıq qanaxmasını göstərib. Eyni zamanda, rəydə onu da yazıblar ki, xəstəxanada Aygün Nəcəfovaya edilən müalicələr düzgün olub.

Tural Qasımov prokurorluğun rədd qərarından məhkəməyə şikayət edib.
Ardını oxu...
Şikayətində göstərib ki, prokurorluq hərtərəfli araşdırma aparmayıb, qərar obyektiv və ədalətli deyil.

Araşdırmadan sonra Tovuz Rayon Məhkəməsi də bu nəticəyə gəlib və prokurorluğun qərarını ləğv edib. Aygün Nəcəfovanın ölümüylə bağlı materiallar yenidən araşdırılması üçün Tovuz Rayon Prokurorluğuna qaytarılıb. Hazırda prokurorluqda araşdırmalar davam edir.

“Ehtiyat edirəm ki, bunlar yenə də öz bildiklərini eləyərlər. İstədikləri rəyi alıb, ört-basdır etməyəcəklərinə əmin deyiləm. Ona görə Baş prokuror Kamran Əliyevə də müraciət etmişəm ki, bu işi nəzarətdə saxlasın, sui-istifadə hallarına yol verilməsin. Çünki Xatirə Quliyevanın əvvəldən tədbirini görməsi barədə məlumat almışıq”, – Tural Qasımov əlavə edib.

İttiham olunan şöbə müdiri özünü günahkar saymır

Eyni zamanda, Tovuz Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri olan Xatirə Quliyeva isə Aygün Nəcəfovanın ölümündə təqsiri olmadığını deyir.

Mama-ginekoloq özü də təsdiqləyir ki, iyunun 14-də axşam saat 22 radələrində həyata keçirdiyi əməliyyatdan sonra anada heç bir problem olmayıb.

Onun sözlərinə görə, gecə saat 01 radələrinə qədər xəstəxanada olub, narahatlıq yaşanmayıb. Sonra evə getsə də, gecə saat 3 radələrində başqa bir doğuşa görə yenidən qayıdıb və səhərə qədər xəstəxanada olub.

Həkimin dediyinə görə, səhər saat 09 radələrində Aygün Nəcəfovaya yenidən baş çəkib, onunla danışıb, vəziyyəti normal olub: “Bundan sonra evə getdim ki, bir az dincəlim. Günorta 3 radələrində zəng elədilər ki, trombositlər kəskin düşüb…”.

Xatirə Quliyeva bildirir ki, xəstənin durumu haqda Səhiyyə Nazirliyinin müvafiq qurumuna xəbər verib, Bakıdan kömək istəyib. Xəstəni süni tənəffüs aparatına qoşublar. Gəncə qan bankından qan, plazma və s. gətiriblər. Bu tədbirlərə baxmayaraq, Aygün Nəcəfovanın həyatını xilas etmək mümkün olmayıb.

Xatirə Quliyeva iddia edir ki, Aygün Nəcəfovada hamiləlik dövründə “preeklampsiya” yaranıb və nəticədə daxili orqanlarının fəaliyyəti pozulub. Onun iddiasına görə, HELLP sindromu, böyrək-ağciyər çatışmazlığı ölümə gətirib çıxarıb.

Mənbə: Meydan TV
 

Ardını oxu...
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında qlobal sülhə və davamlı inkişafa öz töhfəsini verməkdədir.

"Report"un "Neytral Türkmənistan" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun 70 illik yubileyi münasibətilə türkiyəli həmkarına göndərdiyi təbrikdə deyilir.

“Türkmən xalqına qədim mehriban qonşuluq və yaşlı nəslə hörmət ənənələrinə sadiq qalaraq, Türkmənistan-Türkiyə münasibətlərinin inkişafına verdiyiniz böyük şəxsi töhfənizi, xalqlarımızın birliyinə yönəlmiş xidmətlərinizi yüksək qiymətləndirərək, həmçinin 70 illik yubileyi münasibətilə sizə “Hormatly il a ulusy” (“Türkmənistanın fəxri ağsaqqalı”) fəxri adının verilməsi qərara alınıb”, - Türkmənistan Prezidenti bildirib.

Berdiməhəmmədovun sözlərinə görə, ölkəsinin xarici siyasətinin mühüm istiqamətlərindən biri Türkiyə ilə müxtəlif sahələrdə strateji və uzunmüddətli əlaqələrin ardıcıl inkişafı və möhkəmləndirilməsidir. Türkmənistan Prezidenti, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar, o cümlədən BMT və Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığını qeyd edib.

Berdiməhəmmədov iki ölkə arasında artan ticarət dövriyyəsinə də diqqət çəkib. Onun sözlərinə görə, Türkiyə Türkmənistanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir, onun ölkəsində iqtisadi layihələrin həyata keçirilməsində iştirak edən çoxsaylı türk şirkətləri Türkmənistan iqtisadiyyatının şaxələndirilməsinə və sosial layihələrin həyata keçirilməsinə töhfə verir.

Berdiməhəmmədov Ərdoğanı bütün türkmən xalqı adından "Türkmənistanın fəxri ağsaqqalı" adına layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edib, "möhkəm cansağlığı, xoşbəxtlik və ailə rifahı, Türkiyə Cümhuriyyətinin qardaş xalqına isə sülh, gələcək tərəqqi və firavanlıq" arzulayıb.

Ardını oxu...
Etiraf edim ki, Aleksey Navalnının qətli məni təəccübləndirmədi, çünki əmin idim: Putin onu öldürəcək. Məsələ “nə vaxt öldürəcək”də idi. Dəqiq vaxtı bilmədiyimdən, Navalnının qətl xəbərini eşidəndən sonra düşündüm: “Nə üçün indi?” Belə ehtimal var ki, Putin get-gedə öz gələcəyinə daha az əmindir, buna görə də hakimiyyətdən getməmişdən ürəyində bəslədiyi qisas şəhvətini doydurmağı daha üstün tutdu deyə həmin bu qətl əmrini verib. Yenə əminəm ki, əmrinin icra edilməsi barədə xəbəri alanda onun kefi əməlli-başlı kökəlib. Növbəti hakimiyyət dövrünə o könlü şad, ruhu asudə qədəm qoyacaq. Navalnının qətli barədə kimsə ona sual versə, cavabı bəllidir: “Günah onun özündədir”.

Həqiqətən, müasir Rusiya Federasiyası adlanan dövlətdə vətəndaş Aleksey Navalnı özünün qətlə yetirilməsi üçün əlindən gələni 100 faiz etdi. Navalnı ağıllı adam idi, lakin bir neçə məsələdə uşaq kimi sadəlövh idi. Məsələn, inanırdı ki, rus xalqı azadlığa layiqdir. İnanırdı ki, Putin siyasətdə hansısa qaydalar əsasında oynayır. Bu, onun ən böyük səhvi idi. Putin üçün hakimiyyət naminə savaşda heç bir qayda yoxdur, nə hüquqi, nə əxlaqi, nə də dini. Deyə bilərlər ki, Navalnı Putinin hakimiyyətinə təhlükə deyildi. Deyə bilərlər, lakin çox səhv edərlər. Navalnı kiril əlifbasında “Г” hərfi kimi əyilmiş rus kütləsinin içində çox nadir insanlardan idi ki, nida işarəsi kimi dik dayanıb insanın əyilə bilmədiyini nümayiş etdirirdi. Bax, bu əyilməzlik örnəyi Putin üsul-idarəsi üçün həqiqi təhlükə idi. Məhz bu əyilməzliyə görə jurnalist Anna Politkovskayanı öldürmüşdülər.

Putin sanki aramsız olaraq adını belə çəkmək istəmədiyi Navalnı ilə danışırdı. Sanki ona deyirdi: siyasət hesabına dolanmaq istəyirsən? Bax Zyuqanova, bax Mironova, gör necə yağ-bal içində üzürlər. Sənin nəyin onlardan artıq və ya əskikdir? Qoşul onlara, salaq səni Dövlət Dumasına, lap istəsən elə yan-yörəni də salaq oraya, hətta bir fraksiya da yaradıb Dumanın tribunasından od püskür. Özün istəmədin. Hərçənd ki, səndən əla konstruktiv müxalifət çıxardı. Qərb belələrini daha çox sevir, gəzərdin Amerikanı, Avropanı, istəsəydin, lap Asiyanı və Afrikanı, bizim hakimiyyəti orada ifşa edərdin. Günah sənin özündədir, özün istəmədin.
İnsan cəmiyyətdən təcrid olub yaşaya bilməz. Anladın? Yaşaya bilməz. Çünki insan ictimai heyvandır. Özü seçir, hansı heyvan olsun. Şir olmaq istəsə, bilməlidir ki, Rusiyadakı ondan güclü şirə tabe olmalıdır. Tabe olmasa, onu parçalayacaqlar. Tülkü olmaq istəsə, ona dovşandan, toyuqdan ovlamağa izn verəcəklər, bəy balası kimi yaşayacaq. Dovşan və toyuq ləzzətlidir. Amma səndən güclü heyvanın ovlağına girib orada ağalıq eşqinə düşsən, bil ki, axırın elə belə olacaq.

Sənə neçə dəfə anlatmağa çalışdılar ki, həddini biləsən? Tutub saldılar qoduqluğa, anlamadın, çıxdın başladın yenə əvvəlki işlərinə. Mühasirəyə alıb bütün gəlir mənbələrini kəsdilər, anlamadın. Həddini aşıb sabiq rus Prezidenti Dmitriy Medvedevin 3 milyard dollarlıq malikanəsini çəkdin, dünyaya göstərdin. Həmin 3 milyard dolları Medvedevə bağışlamış Əlişir Usmanov səni məhkəmə ilə hədələdi, işarəni anlamadın. Putinin Qara dəniz sahilində Gəlincikdəki möhtəşəm qəsrini və ətrafını çəkib dünyaya göstərdin, yenə ürəyin soyumadı. Ətrafına özün kimiləri toplayıb adam balası kimi yaşamaq istəyən bütün rus nazir, general və polkovniklərinin halal zəhmətlə əldə etdikləri malını-mülkünü çəkib onları öz aləmində sanki rüsvay elədin. Daha anlamadın ki, rus xalqı, insan nə qədər çox oğurlayıbsa, ona bir o qədər çox hörmət edir, onu bacarıqlı adam sayır.

Sənə neçə dəfə anlatmağa çalışdılar ki, həddini biləsən? Tutub saldılar qoduqluğa, anlamadın, çıxdın başladın yenə əvvəlki işlərinə. Mühasirəyə alıb bütün gəlir mənbələrini kəsdilər, anlamadın. Həddini aşıb sabiq rus prezidenti Dmitriy Medvedevin 3 milyard dollarlıq malikanəsini çəkdin, dünyaya göstərdin. Həmin 3 milyard dolları Medvedevə bağışlamış Əlişir Usmanov səni məhkəmə ilə hədələdi, işarəni anlamadın. Putinin Qara dəniz sahilində Gəlincikdəki möhtəşəm qəsrini və ətrafını çəkib dünyaya göstərdin, yenə ürəyin soyumadı. Ətrafına özün kimiləri toplayıb adam balası kimi yaşamaq istəyən bütün rus nazir, general və polkovniklərinin halal zəhmətlə əldə etdikləri malını-mülkünü çəkib onları öz aləmində sanki rüsvay elədin. Daha anlamadın ki, rus xalqı, insan nə qədər çox oğurlayıbsa, ona bir o qədər çox hörmət edir, onu bacarıqlı adam sayır.

Qaldı son işarəyə, sənə onu da göndərdik. Zəhərlədik. Ancaq miyanə, elə yox ki, yıxılıb öləsən. Hətta icazə verdik ki, müalicə üçün Almaniyaya gedəsən.

İşarəni anladınmı? Xeyr a! Əksinə, dələduz adamlarla əlbir olub səni zəhərləmiş şərəfli zabitlərlə telefon əlaqəsi yaratdın, özünü hökumət adamı kimi qələmə verib onları zəhərləmə əməliyyatı barədə sənə telefonla məruzə etməyə vadar etdin. Sonra isə səs yazısını dünyaya yayıb həm hökumətin rəzalətini, həm də rus xəfiyyə zabitlərinin axmaqlığını bütün dünyaya faş etdin.

Sənə yenə imkan verdik həyatında nəsə qanasan. Sən Almaniyada olanda səni axtarışa verdik. Ağlın olsaydı, elə Almaniyada qalardın. Xeyr a! Rus xalqına qəhrəman olduğunu sübut etmək istədin, durub uçdun Moskvaya. Səni hava limanında böyük izdiham gözləyirdi. Biz sənə qəhrəman olmağa icazə verə bilməzdik. Təyyarəni başqa limanda əylədik və birbaşa göndərdik səni bizim bütün dünyada öz “ədaləti” ilə tanınan məhkəməmizə. Orada da sənə lazımi və layiqlı cəzanı kəsdilər.

Yenə farağat durmadın, başladın qazamatdan bəyanat yaymağa, xalqa demokratiya naminə mübarizə dərsləri verməyə, hakimiyyəti ifşa etməyə. Səni əyalət qazamatına keçirdik, oradan da səsini ucaldıb hökuməti, ən əsası, rus xalqının xilaskarı və son ümid yeri olan Prezidenti tənqid etdin.

Sənə təkrar məhkəmə qurub 19 il həbs cəzası kəsdik ki, mumlayasan. Xeyr a! Daha ucadan qışqırdın, xalqı oyatmaq istədin.

Hay-hay, sən saydığını say, gör fələk nə sayır!

Sənin vəkillərini həbs etdik, bir neçəsi xaricə qaçdı. Yenə ram olmadın. Məcbur olub səni Sibirin şimalına, ən soyuq, ən ağır şəraiti olan Labıtnanqi həbs düşərgəsinə keçirdik. Qazamatda yatdığın bütün bu müddət ərzində səni ardıcıl olaraq 29 dəfə ŞİZO-ya saldıq ki, ağlın başına gəlsin.

Ağlın başına gəlmədi. Rus xalqının əksəriyyəti kimi başıaşağı yaşamaq istəmədin.
Özün istəmədin. Gözün kor oldu, görmədin ki, rus xalqı, hamı bir nəfər kimi, ayağa qalxıb Putini dübarə özünə rəhbər seçməyə hazırlaşır. Qazamatdan etiraz səsini ucaltdın, xalqı oyatmağa çalışdın. Belə vəziyyətə dəxi dözmək olmazdı.

Di al payını!

Zərdüşt Əlizadə - dia-az.info

Ardını oxu...
Rusiya sərhədçiləri İrəvanın Zvartnots beynəlxalq hava limanından çıxarılacaq. Ermənistanın “Factor.am” saytı bu barədə yüksək rütbəli Ermənistan rəsmisinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, bu proses yaxın vaxtlarda baş verəcək. Rəsmi şəxs bu qərarın nədən qaynaqlandığını açıqlamasa da, əmin edib ki, siyasi qərar artıq verilib.

Maraqlıdır ki, Rusiya sərhədçilərinin Zvartnots hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir. Saytın məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandirləri ilə Rusiya Federal Təhlükəsizlik Xidməti arasında imzalanmış sənədə əsasən, Rusiya sərhədçiləri hava limanında xidmət edir. “Factor.am” Milli Təhlükəsizlik Xidmətindən rus sərhədçilərinin hava limanından çıxarılıb-çıxarılmadığını soruşduqda, kəşfiyyat onların heç bir məlumatı olmadığını bildirib. Amma Ermənistanda "Ruslar, evinizə gedin!" şüarlarının artdığı müşahidə edilir.

Erməni ekspertlər də bildirirlər ki, rəsmi İrəvanın belə bir qərar verməsi inandırıcıdır. Məsələn, erməni siyasi şərhçi Ramella Mnatsakanyan yazısında qeyd edib ki, 1992-ci ildə Ermənistan və Rusiya Ermənistan ərazisində rus sərhədçilərinin statusunu və fəaliyyətini tənzimləyən saziş imzalayıblar: “Lakin bu sazişdə hava limanında xidmətlərin göstərilməsi ilə bağlı bənd yoxdur. Müvafiq olaraq, Rusiya sərhədçiləri orada mahiyyətcə qeyri-qanuni fəaliyyət göstərirlər. Təbii ki, bu qanunsuzluğun qarşısını almaq lazım və mümkün idi. Amma Robert Köçəryan və Serj Sarkisyanın prezidentliyi dövründə belə addımların atılması mümkün deyildi. Çünki onlar Ermənistanı tamamilə Rusiyadan asılı bir dövlətə çevirmək kursu seçmişdilər. O zaman biz bir çox müstəqillik və suverenlik atributlarını itirdik”.

“Sarkisyan təbii ki, hamını Avropa İttifaqına daxil olmağa can atdığına inandırdı, lakin 2013-cü il sentyabrın 3-də biz hamımız bu istəyin olmadığını reallıqda gördük. Ermənistan Avropa İttifaqı əvəzinə Rusiyanın çətiri altındakı Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına qoşuldu. Bu qurumlara çıxmaq isə girməkdən daha çətin olacaq. Amma mən əminəm ki, bu istiqamətdə addımlar atılmalıdır. Çünki artıq sual yaranır: biz gələcəyimizi Rusiya ilə görürük, yoxsa Qərblə?”, - deyə siyasi icmalçı vurğulayıb.

“İndi bəzilərinə elə gələ bilər ki, Rusiya Ukraynada kollektiv Qərbi məğlub edir. Amma bu, yanlış fikirdir, illüziyadır. Rusiya qlobal mənada artıq uduzub. O, gələcəyini itirdi. Rusiyanın bütün mahiyyəti, bu günü və gələcəyi davamlı müharibə və iflasdır. Təbii ki, Kreml hər şeyin əla olduğunu nümayiş etdirməyə çalışır. Amma yalandır. Ona görə də Rusiyadan qorxmaq yox, ondan yavaş-yavaş qopmaq lazımdır”, Mnatsakanyan əlavə edib.

Analitik vurğulayıb ki, Rusiya Ermənistanı öz əsarətində saxlamaq üçün hər cəhdi edəcək: “Qərbin vəzifəsi isə Rusiyanın bu planlarının qarşısını almaqdır. Görünür, biz artıq bu qarşıdurmanın kulminasiyasının başlanğıcını görürük. Bundan sonra Rusiya hərbi bazalarının çıxarılması və onların başqa müttəfiq dövlətin bazaları ilə əvəzlənməsi məsələsi gündəmə gəlməlidir. Daha sonra Ermənistanın Aİ və NATO-ya gedən yolu qarşımızdadır. Bu, uzun və çətin olacaq, amma alternativ rus əsarətidir”.

Azərbaycanlı politoloq Qabil Hüseynli AYNA-ya deyib ki, Ermənistan faktiki olaraq Qərbə meyil edib: “Qərb Ermənistanı məzəmmət edir və Rusiyadan uzaqlaşdırır. Buna görə də Ermənistan yavaş-yavaş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) da çıxmaq istiqamətində bir sıra addımlar atır. Baş nazir Nikol Paşinyanın son bəyanatı, Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu deməsi də bunun əlamətidir. Görünür, Ermənistan Rusiyanın başçılıq etdiyi kollektiv strukturlardan ayrılmağı qarşısına məqsəd qoyub. Onlar hətta bunu açıq şəkildə də bəyan edirlər və tamamilə Qərbin qanadının altına sığınıblar".

“Hazırda Ermənistandakı anti-Rusiya ritorikası və addımları digər postsovet məkanındakı qüvvələrdən güclüdür. Baxmayaraq ki, Ermənistan hər zaman Rusiyadan bəhrələnib. Ermənilərin bölgəyə gəlməsində və dövlətlərinin qurulmasında da Çar Rusiyasının böyük rolu olub. Amma Ermənistan belədir. Yaxşılığa yaxşılıqla deyil, pisliklə qarşılıq verir. Ermənistanın Rusiyadan uzaqlaşmasını Moskva xəyanət kimi qəbul edə bilər. Amma burda təəccüblənəcək məqam yoxdur. Çünki ermənilər əzəldən belə olublar, xəyanətkarlıq onların xislətində var. Ermənistan hər zaman bir dövlətdən bəhrələnib onun imkanlarından istifadə etmək kimi manevrlərdə şöhrət qazanıb. Rusiya bunu əvvəldən bilməli idi və Azərbaycanın ərazilərinin işğalının 30 il erməni işğalında qalmasına dəstək verməməli idi. Halbuki Moskva istər işğal dövründə, istər 44 günlük müharibədə, istərsə də müharibədən keçən 3 ildə İrəvanın yanında oldu, onu dəstəklədi”, - Hüseynli vurğulayıb.

Analitik hesab edir ki, Rusiya bu davranışları səbəbindən Ermənistanı cəzalandıracaq: “İndi hava limanından rus əsgərlərini çıxara bilərlər, amma Gümrüdəki bazanı necə çıcaracaqlar? 2043-cü ilədək Gümrüdəki hərbi bazanın qalmaq müddəti var. Bundan tez bazanın çıxarılmasına ermənilər təşəbbüs göstərsələr, Rusiya İrəvanı qan gölünə çevirər, mərkəzi meydanda da Paşinyanı asar. Eyni zamanda, yüzlərlə müqavilələri var ki, onların bir neçəsi icra olunmasa, Ermənistan çökər. Ola bilər ki, Ermənistanın ayaqda qalması üçün Qərb Ermənistana söz vermiş olsun. Amma Rusiyadan qopmaq Ermənistan üçün elə də asan olmayacaq”.

Dünyapress TV

Xəbər lenti