Ardını oxu...
Birləşmiş Ştatlar bəyan edib ki, Azərbaycan və Ermənistanı sülh sazişi bağlamağa həvəsləndirməkdə davam edəcək. Dövlət katibi Antoni Blinkenin iki ölkənin lideri ilə Münhendə keçirdiyi son görüşlər də bu mövzuya həs olunub.

Dövlət Departamentinin sözçüsü Metyu Miller Turan agentliyinin suallarını cavablandırarkən deyib: “İki ölkənin lideri Münhendə ikitərəfli görüş keçirib və Birləşmiş Ştatlar sülhə nail olmaq üçün yardım və dəstəyini davam etdirəcək“.

Sülhün “əlçatan olduğunu” deyə bilərikmi?

Miller buna cavab olaraq deyib: “Sülh əlçatan məsafədədir və dövlət katibi bunu hər iki ölkənin lideri ilə müzakirə edərək, onları qalan bir neçə problemin həll edilməsi üçün birlikdə işləməyə çağırıb“.

Proses həqiqətən də davam edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov fevralın 22-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşdə bildirib ki, bu yaxınlarda Ermənistan tərəfinə sülh müqaviləsi layihəsi ilə bağlı ölkəmizin növbəti təklifləri təqdim olunub.

Ancaq başqa bir şey maraqlıdır. Miller, həll edilməli olan bir neçə məsələnin qaldığını söyləyib. Maraqlıdır, Dövlət Departamentinin nümayəndəsi nə demək istəyib? Bu, hansı məsələlərdir? Onun sözlərinə görə, yalnız bir neçə məsələ qalıb. Lakin müharibədən sonrakı üç ildən artıq bir müddətdə sülh bağlamaq mümkün olmayıb. Niyə?

Və bütün bunlar Ermənistan Baş nazir Paşinyanın son bəyanatı zamanı hazırda ölkələrimiz arasında sülh müqaviləsinin imzalanmasının qeyri-mümkün olduğunu bildirməsi fonunda baş verir.

Beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah vəziyyətlə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun fikrincə, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi Qərb siyasi mərkəzlərinin prioritet istiqamətidir. “Həm Brüssel, həm də Vaşinqton sülhə nail olmaq üçün eyni vaxtda tərəfləri təşviq edir və onlara təzyiq göstərir. Lakin 30 ildən artıq müharibə şəraitində olan, düşmənçiliklərinin tarixi isə bir əsrdən artıq davam edən iki xalq/ölkə arasında sülhə nail olunması obyektiv çətinliklərlə üzləşir: məsələn, erməni-türk düşmənçiliyi bəzən hər iki xalq üçün ideoloji xarakter alır. Azərbaycan torpaqlarının 30 ildən artıq işğal altında olması və bu ərazilərin tamamilə dağıdılması da bizim üçün eyni şeydir”, – Fəttah deyir.

Digər tərəfdən, qeyd etmək lazımdır ki, Ermənistan Konstitusiyasında sülhə doğru irəliləyişə ciddi mane olan məqamlar var: “Mənim fikrimcə, cənab Millerin dediyi “sülhə nail olmaq üçün qalan bir neçə məsələ” bu obyektiv səbəblərdir. Lakin hesab edirəm ki, bu maneələr aradan qaldırılsa belə, iki ölkə arasında sülhün bağlanmasına mane olan subyektiv səbəb prosesin uğurla başa çatmasına imkan verməyəcək. Bu, həm Ermənistanın (hərbi və iqtisadi baxımdan), həm də Azərbaycanın (siyasi baxımdan) Kremlə loyallığıdır. Kreml açıq şəkildə bəyan edir ki, Moskvadan kənarda danışıqların sülh yolu ilə başa çatmasına imkan verməyəcək.

Sözlərimi yekunlaşdıraraq deyim ki, iki ölkə arasında sülhün imzalanması üçün hər iki liderin Kremldən asılı olmayan iradəsi olmalıdır. Bu iradə isə hazırda mövcud deyil. Paşinyan hərbi və iqtisadi baxımdan Moskva tərəfindən təhdid edilir. İlham Əliyev Putinin həm rəsmi, həm də şəxsi dostu və müttəfiqidir. İki il əvvəl imzalanmış müttəfiqlik müqaviləsinə əsasən, rəsmi Bakı ilə rəsmi Moskva bütün geosiyasi məsələlərdə öz mövqelərini uzlaşdırmaq barədə razılığa gəliblər. Sülhlə bağlı nə qədər ümidverici bəyanatlar eşitsək də, bu hadisənin əsl vaxtı Putindən sonrakı dövrdür. Yəni, yaxın gələcəkdə sülhə imza atmaq mümkün deyil”, – ekspert əmindir.
 
Ardını oxu...
Ukrayna ölkənin bərpası məsələsində Türkiyə şirkətləri ilə yaxından işləyəcək.

“Report”un Şərqi Avropa bürosunun əməkdaşının Kiyevdə keçirilən “Ukrayna –2024-cü il” beynəlxalq forumundan verdiyi məlumata görə, bunu Ukraynanın Baş naziri Denis Şmıhal çıxış edən Ukraynanın Baş naziri Denis Şmıhal deyib.

“Biz ərazilərimizin bərpasında Türkiyə şirkətləri ilə yaxından işləyəcəyik”, – siyasətçi qeyd edib.

Onun sözlərinə görə, Türkiyə şirkətləri Ukraynada fəal çalışırlar: ”Ölkəmizin infrastrukturunun qurulmasına dair Türkiyə şirkətləri ilə çoxlu sayda müqavilələr imzalanıb. Müharibə başlayandan bəri Türkiyə dövləti Ukraynaya böyük kömək edir. Hazırda Ukraynada “Bayraktar”ın zavodu tikilir”.

Xatırladaq ki, Ukraynada tikintisi həyata keçirilən dron zavodunda “Bayraktar”ın TB2 və TB3 modellərinin istehsalı nəzərdə tutulub.
Ardını oxu...
Ukrayna ABŞ və Avropa İttifaqı ilə ölkənin hava məkanının açılması məsələsi ilə bağlı danışıqlar aparır.
Bunu Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov deyib.

Kubrakov “Ukrayna. 2024-cü il” forumunda bildirib ki, Ukrayna Amerika və Avropa tənzimləyiciləri ilə öz hava məkanının açılması ilə bağlı məsləhətləşmələr aparır.

"Bu, mürəkkəb prosesdir, lakin Ukrayna artıq ilk rəsmi addımları atır: bu həftələrdə risklərin qiymətləndirilməsi ilə bağlı müvafiq tənzimləyicilərə rəsmi bəyanatlar göndərəcəyik", - nazir bildirib. O, təhlükəsizlik problemlərini əsas gətirərək uçuşların bərpası üçün təxmini vaxt verməkdən imtina edib.

Deyib ki, təfərrüatlar qərbli həmkarlarının cavabından sonra məlum olacaq.

Bundan əvvəl Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Gürcüstanın Rusiya ilə hava əlaqəsi açacağı təqdirdə ukraynalıların Gürcüstandan çıxarılmasına icazə verib. Onun sözlərinə görə, hazırda təxliyyə marşrutlarının təşkili imkanları müzakirə edilir.
TASS
 
Ardını oxu...
Gürcüstanda 2024-cü ilin payızına təyin edilmiş parlament seçkiləri fonunda etirazlar başlaya bilər.

Axar.az xəbər verir ki, bu barəd rusiyalı politoloq Aleksandr Dudçak deyib.

O, ölkədə yeni inqilab riski barədə xəbərdarlıq edib.

“Gürcüstanda Avropa gündəmini əsasən prezident Salome Zurabişvili irəli sürür. Lakin yerli əhali artıq Rusiya ilə normal mehriban qonşuluq münasibətlərinin bərpasının bəhrəsini hiss edir. Ticarət dövriyyəsi ilə yanaşı, turist axını da var", - deyə Dudçak bildirib.

Ekspert bildirib ki, parlament seçkilərindən sonra vəziyyət dəyişə bilər. Politoloqun fikrincə, Gürcüstan müxalifəti etiraz aksiyaları təşkil etməyə çalışacaq.
 
Ardını oxu...
Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib.

Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Zvezda” telekanalına bildirib.

“Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik”, – o deyib.

Peskov qeyd edib ki, bu halda detalları başa düşmək çox vacibdir: “Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”.

Bundan əvvəl respublikanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan KTMT-də iştirakını dayandırıb.

Son vaxtlar İrəvan bəzi inteqrasiya formatlarında görüşləri buraxıb. O cümlədən, Paşinyan Minskdə keçirilən KTMT sammitində iştirak etməyib.
 
Ardını oxu...
Avropa Parlamenti gələn həftə plenar iclasda Ermənistanla viza rejiminin liberallaşdırılmasına dair qətnaməni müzakirə edəcək.Bbu barədə Almaniyadan olan deputat Viola fon Kramon məlumat verib.
“Əgər biz viza proqramı və ya liberallaşdırma tədbirləri ilə irəliləsək, bu, ticarət və bazarlarımızın liberallaşdırılması baxımından da insanlar üçün nəzərəçarpacaq hadisə olacaq”, - o qeyd edib.
Onun sözlərinə görə, Avropa İttifaqına üzv olan bəzi ölkələrin Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı ciddi narahatlıqları var.

Violanın fikirlərinə münasibət bildirən politoloq Cümşüd Nuriyev “Sherg.az”a deyib ki, Avropa Parlamentinin Ermənistanla bağlı qəbul edəcəyi qərar bölgədə yeni hadisələrə təkan verəcək:
“Onsuz da Ermənistanda heç kim qalmaq istəmir. Əgər viza rejiminin liberallaşdırılması baş tutsa, nə qədər erməni var hamısı Avropaya xüsusilədə Fransaya gedəcək. Avropa Parlamenti bu qərara görə sonradan peşman olacaqlarını başa düşmür. Qərarın qəbul olunması üçün çox çalışırlar və bununla da Ermənistanı Avropaya yaxınlaşdırmağı düşünürlər”.

Ekspert söyləyib ki, Rusiyanın bununla bağlı reaksiyası çox mənfi olacaq:
“Nəzərə alsaq ki, martın 17-də Rusiyada Prezident seçkiləri baş tutacaq, Vladimir Putinə siyasi gedişlər etmək lazımdır. Yəni Rusiya Ukraynanı Ermənistanla əvəz edə bilər. Eyni zamanda Ermənistan dövlət səviyyəsində Zvartnots Beynəlxalq Hava Limanından rus sərhədçilərinin çıxarılması ilə bağlı qərar qəbul edib. Digər tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Ermənistanın normal dövlət siyasəti yoxdur. Rusiya isə indiyə qədər Ermənistanı dəstəklədiyinə görə çox peşmandır. Rusiya Zvartnotsdan sərhədçilərin çıxarılması məsələsinə görə Ermənistanı ciddi şəkildə cəzalandıracaq”.
 

Ermənistan və Fransanın müdafiə nazirləri hərbi əməkdaşlıq barəsində sənədlər paketi imzalayıblar.
Qeyd olunub ki, daha bir saziş Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanla adı açıqlanmayan Fransa şirkətinin nümayəndəsi tərəfindən imzalanıb.
Qeyd edək ki, Fransanın müdafiə naziri Sebastyan Lekornu İrəvanda səfərdədir. Bu, Fransanın müdafiə nazirinin Ermənistana ilk səfəridir.

Mövzu ilə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentində sektor müdiri, politoloq İlyas Hüseynov bildirib ki, Fransa açıq şəkildə Ermənistana öz hərbi dəstəyini bildirməkdədir:

“Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa lideri Makronla görüşdə də hərbi-texniki əməkdaşlığa bağlı fikirlər müşahidə olundu. Eyni zamanda görüş zamanı Fransanın hərbi cəhətdən Ermənistana yardım etməsi də səsləndirildi. Bunun ardınca isə Fransanın müdafiə naziri Sebastyan Lekornunun İrəvana səfər etdiyini görürür. O, Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüşüb. Bu görüş hərbi cəhətdən Ermənistana dəstək vermək niyyəti güdür. Yayılan məlumatlara görə gecə görmə cihazları və radarlar da daxil olmaqla hərbi yardımın müxtəlif seqmentləri özünü büruzə verir. Açıq şəkildə Ermənistanın Fransa tərəfindən dəstək alması Cənubi Qafqazdakı hazırki vəziyyəti dəyişməyə yönəlib. Şübhəsiz ki, Fransa tərəfindən silahların Ermənistana verilməsi gələcəkdə böyük təhlükə və təhdid formalaşdıra bilər. Təhlükəsizlik adı altında verilən silahların hücum xarakterli olması istisna edilmir. Yəni bununla Ermənistan Azərbaycanın ərazilərinə müdaxilə edə bilər. Buna qarşı dünya birliyi də öz etiraz səsini qaldırmalıdır. Çünki Fransa hər kəsin gözü önündə Ermənistanı silahlandıraraq müharibəyə təşviq edir”.
 
Ardını oxu...
Husilər Amerika və Britaniya gəmilərinin Qırmızı dənizə girməsini qadağan edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Həmçinin bu gün Yəmən husiləri Ədən körfəzində iki raketlə hücuma məruz qaldıqdan sonra alovlanan Britaniyaya məxsus “Islander” yük gəmisinə hücum edib.
Ardını oxu...
Ardını oxu...
 


 
Ardını oxu...
Kanadanın Kalqari şəhərində yaşayan Tim Çen həftədə iki dəfə Vankuverdəki Britaniya Kolumbiyası Universitetində mühazirələrinə uçur.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Çen təyyarə biletinin qiymətinin Vankuverdə kirayə pulu ödəməkdən daha ucuz olduğunu bildirib.

O, biletlərin aylıq 1200 dollara (təx. 2040 AZN) bərabər olduğunu, Vankuverdə bir otaqlı mənzilin orta kirayəsinin isə 2 100 dollar (təx. 3570 AZN) civarında olduğunu söyləyib.

Həftədə yalnız 2 gün məktəbə gedən Çen bu üsulla ayda təxminən 900 dollar (təx. 1530 AZN) qənaət edir.

Dünyapress TV

Xəbər lenti