Ardını oxu...
İslandiyanın Qrindavik şəhərinin sakinləri və “Mavi Laquna” kurortunda olan turistlər Reykyanes yarımadasında vulkan püskürməsi səbəbindən təxliyə ediliblər.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, geotermal kurortda təxminən 700 nəfər olub.

Qeyd edək ki, bu, son üç ayda yarımadada dördüncü vulkan püskürməsidir.
 
Ardını oxu...
Rusiyada keçirilən prezident seçkilərində 15:45-ə olan seçici fəallığı açıqlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, Rusiya prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparır.

Rusiyanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini martın 18-i günün birinci yarısında açıqlayacaq.
 
 
 
Ardını oxu...
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ohayo ştatında keçirilən mitinqdə deyib ki, qarşıdan gələn prezident seçkilərində uduzsa, ölkə “qan gölünə” düşəcək.
Qaynarinfo xəbər verir ki, onun sözlərini “The New York Times”ın müxbiri Maykl Qold X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
“Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək. Bu, baş verəcək ən kiçik hadisədir”, deyə Tramp xəbərdarlıq edib.
Tramp xatırladıb ki, o, əvvəllər 2016-cı il ABŞ prezident seçkisini ən vacib səsvermə adlandırıb, lakin əhəmiyyətinə görə 2024-cü il seçkisi onu üstələyir.
“Biz tənəzzüldəyik. Amma biz hər şeyi dəyişəcəyik. Biz ABŞ-ni yenidən böyük ölkəyə çevirəcəyik”, deyə sabiq prezident bildirib.
Tramp həmçinin qeyd edib ki, sekçiyə 7 ay qalmış Ağ Evin hazırkı rəhbəri Co Baydenin ölkəyə zərər vurmağa kifayət qədər vaxtı var.
Trampın sözlərinə görə, Bayden administrasiyasının hərəkətləri ABŞ iqtisadiyyatını məhv edib və miqrant axınına və inflyasiyanın artmasına səbəb olub. ABŞ-ın keçmiş prezidenti bütün fəlakətləri aradan qaldırmağın ən asan yolunun onun Ağ Evə qayıtması olduğunu bildirib.
“Biz bunun öhdəsindən gələcəyik”, deyə Tramp qeyd edib.
Keçmiş prezident seçkidə qələbəsinə əmin olduğunu bildirib və Baydenin rüsvayçılıqla vəzifəsini tərk etməli olacağını vurğulayıb.
“Co, işdən çıxarılmısan. Get burdan! Dəhşətli işlər gördün!”, deyə Tramp əlavə edib.
O, həmçinin Baydeni Amerika demokratiyası üçün təhlükə adlandıraraq, öz səriştəsizliyi ilə daim ölkəyə zərər verdiyini qeyd edib. Tramp buna misal olaraq Meksika ilə sərhəddə həll olunmamış miqrasiya böhranını və ABŞ-da inflyasiyanın yüksəlməsini göstərib.
 
Ardını oxu...
HƏMAS vasitəçilərə Qəzza zolağında döyüşlərə son qoymalı olan yeni plan təqdim edib. Plan üç əsas mərhələdən ibarətdir:

İlk addım, İsrail tərəfindən saxlanılan 350 fələstinli məhbusun qarşılığında yaraqlılar tərəfindən saxlanılan 35 girovun - qadın, xəstə və qocanın azad edilməsini nəzərdə tutan altı həftəlik atəşkəs olacaq.

HƏMAS həmçinin hər bir əsgər üçün terrorizm ittihamı ilə uzun müddət cəza çəkən bəziləri də daxil olmaqla 50 məhbusun əvəzində ən azı beş qadın əsgəri azad edəcək.

Bundan əlavə, İsrail hərbçiləri məcburi köçkün fələstinlilərin Qəzza zolağının şimalına qayıtmasına icazə verməli və yardımın əraziyə sərbəst axınını təmin etməlidir.

İkinci mərhələdə hər iki tərəf daimi atəşkəs elan edəcək, HƏMAS daha çox məhbus qarşılığında girovluqda qalan İsrail əsgərlərini azad edəcək.

Üçüncü mərhələdə HƏMAS Qəzzanın blokadasının götürülməsi müqabilində ölən israillilərin cəsədlərini təhvil verəcək və bu, bölgənin yenidən qurulmasına başlamağa imkan verəcək.

Mənbə: Bloomberg
 
Ardını oxu...
Amerikalı milyarder İlon Mask İngiltərənin “Reuters” xəbər agentliyini dünyanın ən yalançı mediası adlandırıb.

TNS xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

"Reuters"in əməkdaşları öz auditoriyasına nəfəs aldıqları qədər asanlıqla yalan danışır",- Mask qeyd edib.
 
Ardını oxu...
Moskva vaxtı ilə saat 20:00-a (Bakı vaxtı ilə saat 21:00) olan məlumata görə, Rusiyada prezident seçkilərində ümumi seçici fəallığı 28,96 % təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının rəsmi saytında dərc olunan məlumatda deyilir.

“Səsvermənin gedişi 28,96% təşkil edir”, - internet saytında məlumat verilir.
 
Ardını oxu...
Böyük Britaniyanın Əmək və Pensiya Departamentinin məlumatlarına görə, hər ay ən azı 20 min insan psixi sağlamlıq problemlərinə görə əlillik müavinəti tələb edir. Bu çərçivədə, son iki ildə edilən bütün qiymətləndirmələrin yüzdə 69-u “zehni və davranış pozğunluqları”nı əhatə edir.

The Guardian qəzeti yazır ki, əvvəlki rəqəmlər psixi sağlamlıq və öyrənmə əlillərinin insanın işləyə bilib-bilməməsindən asılı olmayaraq ödənilən əlilliyə görə müavinətlərə ən çox töhfə verənlər arasında olduğunu göstərib.

Nazirlik rəqəmlərinə görə, bir ildə 400 min artaraq 2 milyon adamın universal kredit sağlamlıq yardımı aldığı və bunların yüzdə 69’unun heç bir işdə işləyə bilməyəcəyi təyin olundu.
NTV
Ardını oxu...
Latviya prezidenti Edqars Rinkeviçs Rusiyaya qarşı mübarizə aparmağa və onu məhv etməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Mən Fransa prezidenti Emmanuel Makronu tam dəstəkləyirəm: biz özümüz üçün qırmızı xətlər çəkməməliyik, Rusiya üçün qırmızı xətlər çəkməliyik və bundan qorxmamalıyıq... Rusiya məhv edilməlidir”, - Edqars Rinkeviç bildirib.

Artıq bir çox istifadəçi bunu tənqid edib. Şərhlərdə onlar Latviya rəhbərini istefaya çağırıblar. Onlar qeyd ediblər ki, Avropa liderləri bütün gücləri ilə Ukraynada sülhün əldə edilməsini gecikdirməklə Rusiyanı təxribata çəkməyə çalışırlar.

Bundan əvvəl Emmanuel Makron bildirib ki, Fransanın Ukraynaya dəstəyində heç bir qırmızı xətt və ya məhdudiyyət yoxdur. Bundan sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıqlama verib. O bildirib ki, indi Rusiya Federasiyasında Paris üçün qırmızı xətlər yoxdur.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Rusiyanın “Lukoyl” neft şirkətinin vitse-prezidenti Vitali Robertus öz ofisində intihar edib. Onun meyiti Sretenski bulvarındakı ofisdə tapılıb.

“Robertus baş ağrısından şikayətlənib, sonra özünü ofisinə bağlayıb. Bir neçə saat oradan çıxmayıb və zənglərə cavab verməyib. Nəticədə şirkət işçiləri ofisə girmək qərarına gəlib və onun cansız bədənini aşkar ediblər”, - bildirilib.

Qeyd edək ki, Robertusun intihar etməsinin səbəbi açıqlanmayıb.

“AzPolitika” xatırladır ki, bu, “Lukoyl” şirkətinin rəhbərliyində artıq 4-cü ölüm hadisəsisidr. Belə ki;
Ardını oxu...
- 2022-ci ilin may ayında şirkətin keçmiş vitse-prezidenti, əsas təchizat və satış şöbəsinin rəhbəri Aleksandr Subbotin müəmmalı şəraitdə vəfat edib. Subbotin alkoqolizmdən qurbağa zəhəri, xoruz qanı və ruhların köməyi ilə müalicə edən bir şamanla seans zamanı ölüb. Ölümün rəsmi səbəbi ürək çatışmazlığı kimi göstərilib;

Ardını oxu...
-2022-ci il sentyabrın 1-də “Lukoyl”un Direktorlar Şurasının 67 yaşlı rəhbəri Ravil Maqanov müalicə aldığı Moskvada Mərkəzi Klinik Xəstəxananın 6-cı mərtəbəsində pəncərədən yıxılaraq dünyasını dəyişib;

Ardını oxu...
-24 oktyabr 2023-cü ildə "Lukoyl"un Direktorlar Şurasının yeni rəhbəri Vladimir Nekrasov da vəfat ediv. Ölümün rəsmi səbəbi ürək çatışmazlığı olub;

Xatırladaq ki, 1 aprel 2022-ci il tarixində “Lukoyl”un faktiki təsisçisi və sahibi, azərbaycanlı sahibkar Vahid Ələkbərov gözlənilmədən şirkətin rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb və eyni zamanda şirkətin Direktorlar Şurasını tərk edib.
 
 

 


Ardını oxu...
“Rusiyanın azadlığı” legionu Rusiyanın Kursk və Belqorod vilayətlərinin sakinlərinə müraciət edərək kütləvi hücum altında qalmamaq üçün regionun xaricinə təxliyə olunmağa çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın tərəfində savaşan legionun bəyanatında bildirilib.

“Kursk və Belqorod vilayətlərində məhdud hərbi əməliyyatın keçirilməsi ilə əlaqədar sərhədyanı ərazilərdə aşağıdakı yaşayış məntəqələrinin sakinlərini təcili təxliyəsinə çağırırıq. Özünüzü və uşaqlarınızın həyatını xilas edin!”, – açıqlamada diqqətə çatdırılıb.

Legionerlər bildiriblər ki, Rusiya hərbçiləri “mülkilər arasında gizləndiklərinə görə” martın 14-ü saat 21:00-dan martın 15-i 07:00-dək (Bakı vaxtı ilə 22:00-dan 08:00-dək) humanitar dəhliz açılır.

Xatırladaq ki, martın 12-dən Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Kursk və Belqorod vilayətləri “Rusiyanın azadlığı”, “Rus könüllü korpusu” və “Sibir tabor”unun hücumuna məruz qalıb. Ukraynanın tərəfində savaşan rusiyalılardan ibarət hərbi birləşmə Ukrayna-Rusiya sərhədini keçərək müvəqqəti də olsa bir neçə kəndə daxil olmağı bacarmışdı.
 
 

 


Dünyapress TV

Xəbər lenti