Ardını oxu...
Artıq ölkəmizdə hökumətə məxsus datadan effektiv istifadə edilməsi güclənib.
Bir müddət öncə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadəyə start verilmişdi.
İndiyədək 4500-dən çox tələbə mygov-u smartfonuna yükləyib və rəqəmsal tələbə kartına sahib olub.
"mygov” tətbiqində SİMA imza və ya digər üsullarla öz hesabına daxil olan tələbə “kartlar” bölməsində tələbə məlumatlarını əks etdirən rəqəmsal tələbə kartını da əldə edir.
Bu məlumatlar ETN-nin mygov-a inteqrasiya olunan tələbə datası əsasında real vaxtda formalaşır.
Bununla da tələbələr fiziki formada tələbə bileti olmadan müxtəlif yerlərdə özlərini identifikasiya edə biləcəklər. Universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün rəqəmsal tələbə kartından isitifadə olunacaq.
Tələbələr kartın üzərindəki “QR paylaş” düyməsi vasitəsilə həmin bölmədə əks olunan unikal nömrəni təqdim edərək məlumatları digər tərəflərlə paylaşa bilərlər. Eyni zamanda tələbə kartının PDF sənəd formatında paylaşılması da mümkündür. Qarşı tərəf isə bu məlumatları “mygov Checker” mobil tətbiqi və ya veb platforması vasitəsilə yoxlaya biləcək.
Digər universitetlərin də bu hökumət datasından istifadə edərək yeni dəyərlər yaratması faydalı olardı.
Ümid edirəm İRİA və ETN bu istiqamətdə universitetlərə metodiki-informasiya dəstəyini gücləndirəcək.
Osman Gunduz
TEREF
 
 

 


Ardını oxu...
Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib.

Bu barədə açıqlamanı Qazaxıstanın paytaxtı Astanada yerləşən Türk Akademiyası yayıb.

Bildirilib ki, sentyabrın 9-11-də Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclası keçirilib.

Açıqlamada TDT-yə üzv ölkələrdən ibarət Türk Dünyası Birgə Əlifba Komissiyası üzvlərinin iştirak etdiyi iclasın uğurla başa çatdığı vurğulanıb. İclasın əsas məqsədi ortaq əlifba üzrə işləri yekunlaşdırmaq olub. Bu sahədə əldə edilən məlumatlardan və komissiyanın 2 illik fəaliyyət təcrübəsindən yararlanaraq türk dilləri üçün əlifba layihəsi elan edilib. 34 hərfdən ibarət ortaq türk əlifbası təklifi ilə bağlı razılıq əldə olunub.

Məlumata görə, əlifba ilə bağlı ilk dəfə 1991-ci ildə elm adamları tərəfindən təşəbbüs irəli sürülüb. Latın əlifbası əsasında Ortaq Türk Əlifbası layihəsinin hərtərəfli nəzərdən keçirildiyi və komissiya üzvlərinin bu əlifba layihəsində hazırlanması lazım olan məsələlərlə bağlı uyğun qərarlar verildiyi vurğulanıb. Açıqlamda aşağıdakılar qeyd edilir: “ Bu fədakar iş nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifbada hər bir hərf türk dillərində rast gəlinən müxtəlif fonemləri təmsil edir”.

Bildirilib ki, əlifba Türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq edir.

 
Ardını oxu...
"Kişi və qadın cinsi hüceyrələrinin iştirakı ilə ekstrakorporal, yəni bədəndənxaric mayalanma ilə uşaq yaradıla bilər. Amma sonra bu uşaq ana bətninə implantasiya olunmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla dünyada uşaq istehsal edən fabriklə bağlı məlumata aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, həmin ana bətni, yəni həmin yumurta hüceyrənin daşıyıcısı doğma ana da ola bilər:

"Yaxud da surroqat ana. Əsas məsələ burada nədir? Əgər süni bir embrionu yetişdirməkdən söhbət gedirsə, bunun qan təchizatı, yaxud qidalanması, ifrazatı, okisgen təchizatı təmin olunmalıdır. Bunun üçün xüsusi bir mexanizm olmalıdır. Əgər proses insan orqanizmində baş verirsə, bu başqa məsələ, yox tamamilə sona kimi hamiləlik bədəndənxaric baş verəcəksə, onun prespektivləri haqqında nəsə demək çətindir. Əsas məsələ odur ki, hüceyrələr düzgün bölünsün və düzgün inkişaf etsin. Onlara lazım olan qida maddələri, okisgen, ifrazatlar, həmin süni intellekdən ibarət olan aparat hər şeyi təm təmin edə bilsin. Bu halda real və məntiqli görünür".

Professor vurğulayıb ki, göz rəngi, boyu və bəzi əlamətləri də korreksiya etmək olur:

"Ona görə sperma və yumurta hüceylərindən alınan insanların orqanizmlərinin xarakteri qeyd olunur. Təbii ki, onlardan olan genetik materilın da müəyyən proqnozları olur. Ona görə də hesab edirəm ki, bu mümkündür. Digər tərəfdən gen mühəndisliyi vasitəsi ilə indi genetik müdaxilə də mümkündür və bu məsələ getdikcə inkişaf edir. Zaman gələcək ki, embrion müdaxilənin insanın bəzi xüsusiyyətlərini dəyişmək, genetik defektləri bərpa etmək də mümkün olacaq".

Adil Qeybulla hələlik bunu nəzəri məsələ hesab edir:

"Ayrı-ayrı ölkələrdə məsələnin hüquqi tərəfləri həll olunmalıdır. Əvvəlcə qanun olmalı, sonra hüququ mexanizmlər işlənilməlidir. Yalnız bundan sonra buna icazə verilə bilər. Çünki burada dini-inancı, məsələyə fərqli yanaşması olan ölkələr var. Burada birmənalı fikir demək çətindir. Amma lazımı şəriat olsa, ekstrakorporal uşaq, embrion yetişdirilməsi mümkündür".

Xatırladaq ki, dünyada uşaq istehsal edən fabrik açılır. Bu barədə türkiyəli jurnalist Uğur Önver məlumat yayıb. O qeyd edib ki, hər cür üsulları sınadığı halda, uşaq sahibi ola bilməyən cütlüklər artıq süni intellekt sahəsində bir ailə qura biləcəklər. Fabrik istehsalı olan uşaq 200 min avroya satılacaq.

Tags:
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olub, Azərbaycan vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi aparılır.

Bu gün Səbail Rayon Məhkəməsində iş üzrə Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilən Dünyamalıyev Cavid İlqar oğlunun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə prosesi keçirilib.

Məlum olub ki, C.Dünyamalıyevin rəhbərlik etdiyi qrup Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sərəncamlarında olan xüsusi serverlərə ötürüb. Daha sonra isə tiktok və teleqram sosial şəbəkələrində yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını həyata keçirməyə cəhd ediblər.

Onlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif tanınmış simaların fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.

Həmin şəxslərin fəaliyyətləri ifşa olunub, topladıqları fərdi məlumatlara giriş imkanları bloklanıb və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları aradan qaldırılıb.

Məhkəmənin qərarı ilə Cavid Dünyamalıyevin barəsində həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.
 
 
 
Ardını oxu...
Ermənistanın müdafiə naziri Suren Papikyan Cənubi Koreyada süni intellekt müzakirələrində iştirak edib.
Mövzu “müharibədə süni intellektdən istifadəyə nəzarət” olsa da görünür ki, elə hərbi sahədə süni intellektdən istifadəni öyrənmək və tətbiq etmək Ermənistan üçün prioritetdir.
Müzakirələrdə Cənubi Koreya, Niderland, Böyük Britaniya, Sinqapur və Keniyanın hərbi sahə üzrə rəsmiləri iştirak edib
Ermənistanın hərbi texnologiyalar sahəsində Hindistandan sonra texnoloji cəhətdən inkişaf etmiş ölkə olan Cənubi Koreya ilə əməkdaşlığa can atması da diqqət çəkəndir.
Osman Gunduz
TEREF
 
Ardını oxu...
E-Polis mobil tətbiqi yenilənib. Hamı üçün faydalı ola biləcək yeni xidmətlər var. "102 SOS" artıq aktivdir.
PlayStore-dən görünür ki, E-Polis mobil tətbiqi bir neçə gün öncə yenilənib və yeni xidmətlər yaradılıb.
Ən çox diqqətimi cəlb edən isə "İtirilmiş əşyaların TAPILMAMASI ilə bağlı arayış üçün müraciətin qəbulu " xidməti oldu.
Maraqlı, faydalı və çox sayda insanlar üçün gərəkli ola biləcək bir xidmətdir. Əvvəllər bunun üçün polisə getmək, ərizələr yazmaq, elanlar vermək lazım gəlirdi.
İndi isə sadəcə tətbiqdə itən əşyaları seçib müraciəti göndərmək yetərlidir.
E-Polis-də digər yeniliklər "Nəqliyyat vasitəsinin idarə edilməsi üzrə sorğuların qəbulu", "AYNA cərimələri haqqında məlumat və ödəniş" və "Arxiv arayışlarının verilməsi üçün müraciətin qəbulu" xidmətləridir.
Ən çox diqqət çəkən məqamlardan daha birisi də "102 SOS" xidmətilə bağlıdır.
Əvvəlki versiyalarda 102 xidmətinə video və audio faylların göndərilməsi, yazılı müraciət nəzərdə tutulmuşdu.
E-Polisin yeni versiyasında isə artıq xidmətə birbaşa zəng üçün "102 SOS" DÜYMƏSİ yerləşdirilib.
Bu düyməni basmaqla birbaşa "102 xidmətə " bağlanmaq olar.
Güman ki növbəti mərhələdə "102 SOS" vasitəsilə ən yaxınlıqda olan polislə əlaqə yaratmaq imkanı da reallaşdırılacaq.
Beləliklə, E-Polisə 5 yeni xidmət əlavə edilib.
DİN-nin və bütövlükdə polis sisteminin rəqəmsal transformasiyası istiqamətində atılan addımlar, kütləvi polis xidmətlərinin rəqəmsallaşdırılması və müntəzəm yenilənməsi sahəsində DİN tərəfindən görülən işlər çox təqdirəlayiqdir.
Yeri gəlmişkən, E-Polis-in əvvəlki versiyasından əldə etmək mümkün olan xidmətləri bir daha təqdim edirəm :
- məhkumluq haqqında arayış
- 102 xidmətə onlayn müraciət (Virtual -102)
- avtomobilin yüklü olub-olmaması haqqında arayış
- DYP cərimələri üzrə müraciət
- etibarnamə üzrə müraciət
- Nəqliyyat qəzası ilə bağlı icbari sığorta arayışı
- STOP -la bağlı məlumatlandırma
- işğaldan azad edilmiş ərazilərdə buraxılış icazəsi məlumatı
- şəxsin özü haqqında məlumat və s.
Osman Gunduz
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılıb.

“Aztelekom”un yaydığı məlumatda bildirilib ki, avqustun 15-dən etibarən edilən dəyişikliklər əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə həyata keçirilib:

“Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırıb.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir”.

Bildirək ki, Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılsa da, tarifləri üzrə internetin nə sürəti, nə də xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində nəzərəçarpacaq müsbət dəyişikliklər baş verməyib. Artıq bununla bağlı şikayətlər pik həddə çatıb. Abunəçilər kütləvi şəkildə “Aztelekom”un fəaliyyətinə etiraz edirlər.

Maraqlıdır, tariflər üzrə internetin sürəti ilə bağlı problem nə zaman həl olunacaq?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, əhalinin 80 faizdən çoxu internetlə təmin edilib:


“Yaxın bir neçə ildə ölkəmizdə rəqəmsal dünyaya diqqət artıb. Bu səbəbdən də internet xətlərin sayı da durmadan artırılıb. Demək olar ki, ən ucqar kəndlərə belə, fiber-optik kabel xətləri çəkilib.

Bu gün daha sürətli internetdən yararlanmaq üçün yüksək sürətli internet paketlərindən istifadə etmək yaxşı olardı. Lakin əhaliyə söz verilən yüksəksürətli internetə paketləri, praktikada gözlənildiyi kimi deyil. İnternetin keyfiyyəti artırmaq daha məqsədəuyğun olardı, nəyin ki, internetin qiymətini”.

İqtisadçı bildirib ki, bu gün internet paketləri və mobil internetin qiyməti ölkəmizdə xeyli bahadır:

“Azərbaycanda qonşu dövlətlərlə müqayisdə internet paketlərinin qiyməti xeyli bahadır. Yalnız sanksiyalar altında olan və 3-cü dünya ölkələri ilə müqayisədə bizdə internetin qiyməti və sürəti normaldır.

Bu çox aşağı göstəricidir. Məhz Azərbaycanda internet daha ucuz və əlçatan olmalıdır. Ən əsası isə Rəqabət Məcəlləsinin prinsiplərinə əsaslanaraq abunəçilərə alternativ yaradılmalıdır”.

O qeyd edib ki, “Aztelekom”un üzərində olan təyziq yüksək olduğundan gələn ildən ölkəmizdə internetin qiyməti ucuzalaşacağı proqnozlaşdırılır:

““Aztelekom” ən çox narazılıq olunan dövlət qurumlarından biridir. Hazırda “Aztelekom” əhalinin gözləntisini doğrulda bilmir. İnternetin sürətinin artırılması təqdirəlayiqdir. Lakin əhalinin durumunu da nəzərə alaraq internet sürətin qiymətə münasib edilməlidir. Hesab edirəm ki, internetin qiyməti ucuzlaşmalı və daha münasib şərtlərlə vətəndaşların istifadəsinə verilməlidir”.
 
Ardını oxu...
Ayda atmosferin olmaması insan gözünün məsafə və ölçü alışqanlığını dəyişir. Sanki ətrafdakı hər şey yaxınlıqda, əlinin altındadır, yetər ki, əlini uzad. Əslində isə Apollon15 Ay modulunun fonunda Hadley dağı onlarla kilometr uzaqdadır və onun hündürlüyü 4500 metrdir.
“Apollon”un bütün altı missiyasının astronavtları məsafə təxminlərində dəfələrlə yanılmışdılar – yaxınlıqda görünən kiçik obyektlər çox uzaqda idilər, onlara yaxınlaşanda isə ölçülərinin nə qədər nəhəng olduğu ortaya çıxırdı.
https://t.me/ibrahim_nebioglu
TEREF
 
Ardını oxu...
“WhatsApp” istifadəçiləri PİN kodu vasitəsilə yeni mesajlardan “qorunma” imkanı əldə edəcəklər.

Bu yeni funksiya iOS cihazlarında “TestFlight” proqramı vasitəsilə aşkar edilib. Bu yeniliklə istifadəçilər arzuolunmaz mesajlardan qorunmaq üçün PİN kodu təyin edə biləcəklər. Belə ki, yeni həmsöhbətlər ilk mesajı yazmaq üçün həmin PİN kodunu daxil etməli olacaqlar. Bu məhdudiyyət yalnız istifadəçilərin “əlaqə kitabı”nda olmayan şəxslərə şamil ediləcək.

Hələlik, bu funksiyanın messencerin ictimai versiyasında nə vaxt istifadəyə veriləcəyi barədə məlumat verilməyib
 
Ardını oxu...
Ölkədə bütün sahələrdə qiymətlərin durmadan və sürətlə artdığı bir zamanda internet provayderləri də “heç kimdən geri qalmayaq” devizini rəhbər götürüblər. Lakin provayderlər “əmma” qoyaraq, bir qədər hiyləgər yol seçiblər...

“Aztelekom” GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırdığını elan edib. Yeni sürət tariflərində abunəçilər üçün seçim imkanı 100 Mbit/s-dən başlayır. İddiaya görə, hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir. Yəni, əvvəllər abunəçilər 10, 15, 18 manatlıq paketlərdən yararlanırdılarsa, yeni qiymət dəyişikliyində artıq seçim imkanı yoxdur. Bu tariflər isə insanların narazılığına səbəb olub.

“Aztelekom” və “Bakı Telefon Rabitəsi” internetin qiyməti ilə bağlı məlumatlara belə aydınlıq gətiriblər ki, aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksək sürətli internetə artan tələbatının qarşılanması və daha yüksək keyfiyyətli internet xidmətlərindən faydalanmasıdır: “Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır”.

İlk baxışdan hər şey gözəldir. Milli provayderlərimiz internetin sürəti baxımından beynəlxalq reytinqlərdə quyruqda sürünən ölkəmizi “pis siyahıdan” çıxarmağa cəhd edir. Yuxarıda qeyd etdiyimiz “əmma” olmasa...

Mütəxəssislərin fikrincə, “Aztelekom”un faktiki texniki imkanları 100 Mbit internet qrafikini təmin etməyə yetmir. Ən yaxşı halda 15-16 Mbit-ə qədər internetlə təmin edə bilir. Həm də vətəndaşa seçim haqqı verilmir. Ən aşağı səviyyə 25 manat deyil, 10-15 manat ola bilər. Burada seçim, rəqabət imkanları, istehlakçıların seçmə sərbəstliyi olmalıdır. Hər kəs də öz büdcəsinə, iqtisadi qrafikinə uyğun, özünə lazım olan qədər internetə vəsait ödəməlidir. Böyük şirkətlər, banklar, təhsil, səhiyyə müəssisələri var ki, orada yüksək sürətli internetə ehtiyac var. Ancaq hər hansı fərdi mənzil, yaxud bir vətəndaş üçün bu qədər yüksək internetə də ehtiyac yoxdur. Olarsa, o zaman vətəndaş büdcəsinə uyğun olaraq daha keyfiyyətli internet üçün çox vəsait ödəyə bilər. Bir sözlə, aşağı kateqoriyalarda seçim olmalıdır. Seçim olmadığına görə bu, birbaşa istehlakçı hüquqlarının, bazarda rəqabət prinsiplərinin pozulmasıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Pressklub.az-a açıqlamasında deyib ki, istehlakçıların beynəlxalq və yerli hüquqlarından biri onun seçim hüququdur:

“Təəssüf ki, bizdə bu barədə haqsızlıq olur. İstehlakçıların seçim hüququ pozulur. Azərbaycan hökuməti elə bir şərait yaratmalıdır ki, istehlakçıların seçim hüququ təmin olunsun. Kim hansı internetdən istifadə etmək istəyirsə, ona da qoşulsun. Çox təəssüf ki, burada hökmranlıq mövcuddur istehlakçılara təzyiqlər olur. Bu barədə mənə şikayətlər gəlir. Bu, istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Bununla bağlı AİB-ə yazılı şikayətlər daxil olarsa, biz insanların hüquqlarını qorumaq üçün lazımi addımları atarıq”.

Yuxarıda da qeyd etdiyimiz kimi, mütəxəssislər “Aztelekom”un faktiki 100 Mbit internet qrafikini təmin etməyə texniki imkanları olmadığını bildirilər. Elə abunəçilər də qiymət və “sürət” artımı olmasına baxmayaraq, yenə də əziyyət çəkdiklərindən gileylənirlər. Bəs bu problemlərin yaranma səbəbi nədir?

Pressklub.az-a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, adətən insanlar “qapıdan çölə çıxan kimi internet gedir” deyirlər.


Yəni, paketlərin dəyişməsindən sonra internetin keyfiyyəti azalıb: “Əslində modemin əhatəsindən kənara çıxmağın internetin keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu sadəcə modemin siqnallarının əhatəsi ilə əlaqəlidir”.

Ekspert deyib ki, paketin sürətinin qalxması ilə siqnalların fəaliyyətinin zəifləməsinin heç bir əlaqəsi olmasa da insanlar bundan əziyyət çəkirsə, siqnalgücləndirici qurğular, yəni akses pointlərdən istifadə edə bilərlər: “Hər bir halda provayderlər də xidmət etdiyi bölgələrdə öz qurğularını yaxşılaşdırmalıdır. Ola bilsin ki, əhalinin, ailə təsərrüfatının və bizneslərin sayına görə müəyyən qurğular tam hesablanmayıb və daha aşağı yüklə təmin olunub. Həmçinin, ədalətsiz yanaşma da istisna olunmur. Amma bunların hər biri texniki olaraq əsaslanmalıdır. Vətəndaşlar evlərində telefonu və ya kompüteri birbaşa gələn xəttə qoşaraq sürət testi ilə öz internet limitlərini ölçməlidir”.

İnternetin sürətindən şikayət edənlərdən biri də Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabandır. “Qiymətin bahalaşmasının internet xidmətinin keyfiyyətinə heç bir aidiyyatı yoxdur. KTV səhərdən işləmir. Yazırsan da cavab vermirlər. Zəng etməyin mənası da yoxdur”- deyə, o, paylaşımında bildirib.

Yeri gəlmişkən, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mətbuata açıqlamasında bildirib ki, deyilən arqumentlər məntiqsizdir və heç bir dataya söykənmir. Hələlik ölkədə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur.

Onun sözlərinə görə, sektorda istehlakçıların hüququnu qorumalı olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir: “O da müstəqil deyil. “Aztelekom” da nə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) çəkinir, nə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən. Yenicə magistral (backbone) statusu qazanan “Aztelekom”-un hər bir müştəriyə minimal 100Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur”.

Osman Gündüz hesab edir ki, gərək müvafiq qurumlar monitorinq aparıb “Aztelekom”un elan etdiyi parametrlərə uyğun texnoloji imkanlarının olmasını müəyyən etsin: “Əminliklə deyirəm ki, “Aztelekom”da nəinki hər abunəçiyə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkanı yoxdur. Açıqlasın görək, “Aztelekom” hazırda nə qədər trafik alır və nə qədər satır? Müştərilərin sayı və tələbatı nə qədərdir ? Dövlət qurumu üçün bu məlumatlar açıq olmalıdır. Lakin “Aztelekom” bunu qapalı saxlayır”.

Günay Elşən
 
 
 

Dünyapress TV

Xəbər lenti