Ardını oxu...
Cənubi Afrikada yerləşən MeerKAT radio teleskoplarından istifadə edən astronomlar qrupu bir radioqalaktikada ulduz əmələ gətirən qazı öyrənməyə çalışıb. Ancaq bunun əvəzinə cəmi üç saat ərzində qazla zəngin 49 yeni qalaktika kəşf etdilər.

"DogruXeber.az" qeyd edir ki, qalaktikalar 49-lar adlandırıldı.

Qərbi Avstraliyadakı Curtin Universitetinin Beynəlxalq Radio Astronomiya Tədqiqatları Mərkəzinin (ICRAR) tədqiqatçısı, tədqiqatın rəhbəri Marcin Glowacki 49 yeni qalaktikanı astronomlar üçün "qızıl külçələri" hesab edir. Onun fikrincə, onların kəşfi 1848-ci ildə Kaliforniyada qızıl basqınının başlanğıcını qoyan Kolomadakı Sutterin mişar zavodunda ilk qızıl dənələrinin kəşfi qədər təsadüfi ola bilər.

"Bu qədər qısa müddətdə demək olar ki, 50 yeni qalaktika tapacağımı gözləmirdim. "Digər MeerKAT tədqiqatlarında istifadə edilən müxtəlif qalaktika tapma üsullarından istifadə edərək, biz bu qalaktikaların hamısını tapa və onların tərkibində olan qazı müəyyən edə bildik." - deyə Glovacki bildirib.

Yeni kəşf edilmiş 49 qalaktikanın bir çoxu bir-birinə yaxın yerləşərək qalaktika klasterləri əmələ gətirir.
 
 
 
Ardını oxu...
“Telegram” istifadəçiləri messencerlə bağlı problemlər barədə məlumat verirlər.

Qeyd olunur ki, 48% istifadəçidə proqram işləmir, 42%-də isə qoşulma problemi var. Digər 11% isə mesajların onlara çatmadığından şikayət edirlər.

Problemlərlə bağlı məlumatlar saat 21:00-dan sonra yayılmağa başlayıb. “Telegram” tətbiqində həmçinin foto və videoları zəif normal şəkildə əks olunmur, səsli və video mesajlar fasilələrlə yüklənir.

Həmçinin, “VKontakte” sosial çəbəkəsində də nasazlığın baş verdiyi qeyd olunur.

Nasazlığın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Mənbə: kommersant.ru
 
Ardını oxu...
Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, son vaxtlar fırıldaqçıların ən çox istifadə etdiyi metodlar – dəyərli mükafat vəd edən kampaniyalarda, lotereyalarda iştirakla bağlı saxta elanların paylaşılması, qısa zamanda yüksək gəlir vəd edən, piramida sxeminə əsaslanan investisiya əməliyyatlarına vəsait yatırılması və ya internet üzərindən satılan məhsulların sahibinə müraciət edərək, alıcı qismində ödəniş etmək üçün kart məlumatlarının əldə olunmasıdır.

Təəssüf ki, bəzi vətəndaşlar bu cür kiberdələduzluqların qurbanı olmağa davam edirlər. Onlar şəxsi məlumatları qorumalı olduqlarını bilsələr də necə qorumalı olduğunu bilmirlər.

Bəs insanlar bu cür dələduzluq hallarından necə qorunmalıdır? Eləcə də şəxsi məlumatları təhlükəsiz şəkildə saxlamaq üçün nə etmək lazımdır?

Bununla bağlı Pressklub.az saytına danışan İnformasiya-kommunikasiya təhlükəsizliyi üzrə ekspert Fərhad Mirəliyev deyib ki, kiberhücumdan qorunmaq üçün universal metod yoxdur. Amma bu hallara qarşı bəzi təhlükəsizlik tədbirləri var ki, onlara əməl etmək tövsiyə olunur.

Ekspert deyib ki, vətəndaşlar heç bir halda şirin vədlərə, mükafatlara, uduşlara aldanmamalıdırlar. O cümlədən, bəzi ödənişlərin (kommunal, cərimə ödənişləri və s.) yarıdan çoxunun geri qaytarılması təklif edilir. Bu yalan vədlərə inanan istifadəçinin məlumatları kənar şəxslərin əlinə keçir və məlum hadisə baş verir.

Müsahibimiz bildirib ki, fərdi məlumatlarla işləmə qaydalarına ciddi əməl ol

unmalıdır. Sosial şəbəkələr üzərindən fərdi məlumatların paylaşılması yolverilməzdir. Kiberdələduzlar həmin fərdi məlumatlardan istifadə etməklə vətəndaşa aid hesabları ələ keçirə bilər. Bu həm sosial şəbəkə hesabları, həm də bank hesabları ola bilər: “Bəzən də hər hansı xidmət üçün istifadəçinin şəxsi vəsiqəsinin şəkli istənilir. Bununla da məlumatlar naməlum şəxsin əlinə keçir. Və ya internetdə xeyriyyə kampaniyası başladan insanların yardım almaq yerinə, bank məlumatları oğurlanır, pulları mənimsənilir. Bu hallarda kart məlumatlar

ı, eləcə də 3D Secure xidməti vasitəsilə telefona daxil olan şifrələr heç bir halda qarşı tərəfə bildirilməməlidir. Bu məsələlərə ciddi yanaşmalıyıq”.

Ekspertin sözlərinə görə, bəzi vətəndaşlar da var ki, həm ehtiyat edir, həm də risk etmək istəyir. Onlar hər hansı vəd üçün balansı sıfır olan kartın məlumatlarını qarşı tərəfə ötürür və balansda pul olmadığı üçün heç bir zərərə uğramayacağını zənn edir. Amma həmin kartların rekvizitləri vasitəsilə kiberdələduzlar hesablara daxil ola bilir. Yəni, vətəndaşın digər kartlarına da giriş imkanı qazanır.

Ekspert deyib ki, şifrələr mürəkkəb kombinasiyalardan ibarət olmalıdır ki, kiberdələduzlar hesabı asanlıqla əldə edə bilməsinlər. Artıq klassik şifrə metodu təhlükəsizlik standartlarına cavab vermir. Həmçinin əksər hesablarda iki mərhələli doğrulama sistemini aktivləşdirmək lazımdır.

Həmsöhbətimiz bildirib ki, cihazlar və avadanlıqlarla bağlı tələblər də nəzərə alınmalıdır: “Bəzən insanlar köhnə kompüterdən, telefondan istifadə edir. 10-15 il öncə icad edilmiş avadanlıqda təhlükəsizliklə bağlı ciddi boşluqlar olur. Həmin məhsulun istehsalçısı ona yeniləmə göndərmir. Bu da potensial təhlükədir”.

Mirəliyev son olaraq bildirib ki, proqram təminatının yüklənməsinə və idarə olunmasına ciddi nəzarət olmalıdır. Proqram təminatı ancaq təsdiq olunmuş marketlərdən (play market, app store və s.) yüklənməlidir. İnternetdən hansısa proqramı pulsuz olacaq deyə yükləmək həmin cihaza müdaxilə imkanı yaradır: “Amma orijinal marketlərdə də təhlükəli proqramlar ola bilər. Hansı proqramın nəyə icazə istədiyinə diqqət etmək lazımdır. Məsələn, kompas proqramı kameranıza girişə icazə istəyirsə, oxumadan hamısını təsdiqləmək yerinə, şübhələnmək gərəkdir”.

Bəs bu kiberhücuma məruz qaldıqdan sonra vətəndaş itirdiyi pulları geri ala bilərmi? Zərərçəkmiş şəxs öz hüquqlarını necə tələb etməlidir?

Pressklub.az-ın suallarını cavablayan hüquqşünas Mehman Muradlı bildirib ki, bəzən itirilmiş pulların qaytarılması mümkün olmur.

“Zərərçəkmiş şəxslər polisə və ya banka müraciət edə bilərlər. Bu zaman dələduz cinayət məcəlləsinin 177.2.5 maddəsi ilə məsuliyyətə cəlb olunur. Bəzən pulların qaytarılması mümkün olmaya bilər. Amma cinayətkar dəstənin müəyyən olunmasına vətəndaşlar yardımçı ola bilərlər”.

Rəqəmsal era inkişaf etdikcə kiberhücumlar da inkişaf edir. İnsanların elektron bank kartlarından hücuma uğraması az deyilmiş kimi, daha çox gəlir qazanmaq vədi ilə əslində mövcud olmayan saxta kriptovalyuta şirkətləri tərəfindən də aldadılırlar. Nəticədə əli aşından da olurlar, vəli aşından da.

Müsahibimiz bununla bağlı deyib ki, hazırda dələduzluq cinayətləri əsasən bank kartları və kriptovalyuta üzərindən həyata keçirilir. Mövcud olmayan kriptovalyutanın satışı ilə məşğul olmaq dələduzluq cinayətinin yeni formasıdır. Bu cür cinayətlə mübarizə aparmaq çox çətindir. Və çox vaxt uğursuzluqla nəticələnir. Buna baxmayaraq, dövlətlər bu cür cinayətkarlıqla mübarizəyə cəhd edirlər. Bu mübarizədə dövlətlərin bir-biri ilə əlaqəli şəkildə fəaliyyəti uğur gətirə bilər.

Bəs bu kiberhücumlar bank xidmətlərinin, yoxsa istifadəçilərin diqqətsizliyi ucbatından baş verir? Bu məsələdə əsas məsuliyyət kimin üzərinə düşür?

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən bank mütəxəssisi, iqtisadçı Elman Sadıqov bildirib ki, vətəndaşlar bu məsələdə daha diqqətli olmalıdır.

“Təhlükəsizlik tədbirləri genişlənsə də, əhalinin bu məsələdə maariflənməsi önəmlidir. Banklar və provayderlər təhlükəsizlik üçün əlindən gələni etsə də bəzi vətəndaşların diqqətsizliyi və məlumatsızlığı ucbatından bu hadisələr baş verir. Vətəndaş kart məlumatlarını kiməsə ötürürsə, həmin kart üzrə əməliyyatlar olunması riski artır. Bu zaman bank heç nə edə bilmir”.

Ekspert deyib ki, televiziya və ya internet kanallarında bu məsələyə həsr edilmiş verilişlər təyin edərək həmin sahənin mütəxəssislərini dəvət edib, onlarla söhbət etmək olar. Hətta ayrı-ayrı şirkətlərdə təlimlər keçirilə bilər.

Müsahibimiz deyib ki, il ərzində dünyada təkcə plastik kartlar dələduzluğundan 100 milyard dollar itki hesablanır. Məsələ bu qədər ciddidir: “Dünyada bəzi banklar bu cür kiberhücumlara məruz qalsa da, imicini qorumaq üçün gizli saxlayır. Ona görə də bu gün hakerliklə bağlı 5 xəbər eşidiriksə, əmin olaq ki, əslində 50 hadisə baş verib”.

Müasir dünyanın bəlasına çevrilən bu kiberhücumlar cəmiyyət üçün ciddi təhlükədir. Nağdlaşma sisteminin zamanla tarixə qovuşduğu dövrdə hər kəsin bank kartlarından istifadə etməsi hakerlərin işini asanlaşdırır. İnsanları narahat edən bu problemdən qurtulmaq elə də asan deyil.

Bəs bu mübarizədə müxtəlif maarifləndirmə tədbirlərinin keçirilməsi gözlənilən effekti verəcəkmi?

Bununla bağlı Pressklub.az-a danışan sosioloq Nail Cəlil deyib ki, məlumatlı olmaq da insanları bu təhlükə ilə üzləşmək ehtimalından tam sığortalamır.

“Kiberdələduzluqla effektiv mübarizənin yolu cəmiyyətin maarifləndirilməsidir. Nəticədə hər kəs müvafiq risklərlə üzləşdikdə nə edəcəyini bilməlidir. Amma bu da təhlükənin qarşısını almaq üçün yetərli deyil”.

Sosioloq deyib ki, ona görə də qabaqlayıcı texnoloji müdafiə, sosial təhlükəsizlik tədbirləri vacibdir: “Bu mübarizədə medianın iştirakı ilə geniş ictimai dəstəyin formalaşdırılması vəziyyəti yaxşılığa doğru dəyişə bilər. Dələduzlara qarşı qanun çərçivəsində fəaliyyət göstərmək, onları hər addımda məhdudlaşdırmaq lazımdır”.

Məsələnin ciddiliyini nəzərə alaraq, Daxili İşlər Nazirliyi bununla bağlı əhalini vaxtaşırı xəbərdar edir, kart məlumatlarını naməlum şəxslərlə, eləcə də sosial şəbəkələrdə paylaşmamağa çağırır.

Yeri gəlmişkən, 2023-cü ilin birinci yarısına olan statistikaya əsasən, kiberhücumların sayına görə ilk üçlükdə ABŞ, Hindistan və Çindir. Fransa dördüncü, Böyük Britaniya isə beşinci yerdədir.

Gələcəkdə Azərbaycanın da bu sıralara daxil olmaması üçün bu gün əlimizdən gələni etməli, bütün qabaqlayıcı tədbirləri həyata keçirməliyik. Şəxsi məlumatlarımızın qorunmasına diqqət etməli, naməlum şəxslərə etimad etməməliyik. Bunun üçün həm aidiyyəti qurumlar, həm də sadə vətəndaşlar məsələyə ciddi yanaşmalı, məsuliyyətli davranmalıdır.
 
 

 


Ardını oxu...
Toronto Universitetinin tədqiqatçıları tərəfindən aparılan və Communications Psychology jurnalında dərc edilən araşdırmaya görə, X sosial şəbəkəsi (əvvəllər "Twitter") emosional rifaha mənfi təsir göstərə bilər.

Qaynarinfo xəbər verir ki, ABŞ-da 252 istifadəçi üzərində aparılan bir araşdırma, X-dən istifadənin müsbət emosiyaların sürətlə azalması, qəzəbin artması, siyasi qütbləşmə və cansıxıcılıq hissləri ilə əlaqəli olduğunu göstərib. X bəzi istifadəçilər üçün aidiyyət hissini artırsa da, onları çox da məmnun etmir.

İstifadəçilərin X-i açmaq motivasiyası sosial şəbəkənin emosional rifaha təsirində mühüm rol oynayır. Problemlərin öhdəsindən gəlmək üçün platformadan istifadə edənlər rifahda daha az bal toplayıb və özlərini daha qəzəbli və bədbəxt hiss ediblər. Həmçinin X istifadəçiləri tez-tez özlərini daha tənha və cansıxıcı hiss edirlər.

Platformada istifadəçilərin vaxtının 74%-ni alan lentdə keçirərkən əhval-ruhiyyə daha tez pisləşib. Tədqiqatlar göstərir ki, İnternetdə müxtəlif fikirlərə məruz qalmaq istifadəçinin qütbləşməsini artırmır, əksinə exo-kamera effektini (Eko-kamera media nəzəriyyəsində qapalı sistem (partiya, həmfikirlər dairəsi, subkultura) daxilində mesajın ötürülməsi və ya təkrarlanması ilə müəyyən ideya və inancların gücləndirildiyi və ya gücləndirildiyi vəziyyəti təmsil edən bir anlayışdır-red.) gücləndsirə bilir.

Müəlliflər yazır ki, məlumatlar İlon Maskın Twitter-dəki dəyişikliklərindən əvvəl toplanmış olsa da, tədqiqatın nəticələri aktual olaraq qalır və geniş tətbiqi var.

Alimlər sosial mediadan daha diqqətli istifadə etməyi və əsəbləşirsinizsə, bundan çəkinməyi məsləhət görürlər.
 
Ardını oxu...
“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam etməkdədir.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək paketlərinin anbara gəldiyini və bağlamada ev ünvanının qeyd olunmadığını bildirib, ünvanın yenilənməsi üçün saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.
 
Ardını oxu...
Monhly Notices of the Royal Astronomical Society jurnalında dərc olunacaq araşdırmaya görə, astronomlar Yer kürəsinə ən yaxın “ulduz qətliamını” aşkar ediblər. “Space” yazır ki, onlar superkütləvi qara dəliyin bir ulduzu necə parçaladığını və sonra onu məhv etdiyini gördülər.Alimlər deyirlər ki, onlar daha əvvəl superkütləli qara dəliklər tərəfindən məhv edilmiş ulduzları görmüş olsalar da, bu, görünən işıqdan istifadə edərək kosmik baxımdan Yerə nisbətən yaxın görünən ilk ulduz öldürən qara dəlikdir. Yeni kəşf superkütləvi qara dəliklərin necə böyüdüyünü və ətraflarında maddə topladığını daha yaxşı başa düşməyə imkan verir.Kütləsi Günəşdən 1 milyon dəfə böyük olan qara dəlik tərəfindən ulduzun “məhv edilməsi” prosesi NGC 3799 adlı yeni ulduzların aktiv şəkildə əmələ gəlməsi ilə bared spiral qalaktikada baş verib. O, təxminən 160 milyon işıq məsafəsində yerləşir. Qara dəlik bir ulduzu parçalayanda və sonra onun materialını istehlak etməyə başlayanda bu proses gelgitin pozulması adlanır.Ulduzlar bütün böyük qalaktikaların mərkəzlərində yerləşən superkütləvi qara dəliklərə çox yaxınlaşdıqda gelgit pozulması baş verir. Qara dəliklərin böyük cazibə qüvvəsi məhv olmuş ulduzları üfüqi olaraq sıxışdıran və eyni zamanda onları şaquli olaraq uzatan güclü gelgit qüvvələri yaradır. Bu, ulduzları qara dəliyin ətrafında fırlanan ulduz materiyasının kosmik spagettisinə çevirir. Bu, spagettiləşmə prosesi adlanır və ulduz parçalandıqdan sonra superkütləvi qara dəlik yavaş-yavaş ulduzun maddəsini istehlak etməyə başlayır. Absorbsiya prosesi baş verdikdə, Yerdəki teleskoplar tərəfindən aşkar edilə bilən çox parlaq işıq parıltıları görünür.Alimlər kəşf edilmiş ASASSN-23bd ulduzunun gelgit pozulması prosesini adlandırıblar və bunun əlavə araşdırma tələb etdiyinə inanırlar. Fakt budur ki, belə hadisələr nadir hallarda baş vermir, lakin görünən işıqdan istifadə edərək, Yerə nisbi yaxınlıqda onları tez-tez görmək mümkün deyil.Astronomlar bu nəticəyə gəliblər ki, ulduzların öldürülməsi prosesi əvvəllər düşünüldüyündən daha geniş yayılmış ola bilər. Alimlər həmçinin müəyyən ediblər ki, ASASSN-23bd təkcə Yerə yaxınlığına görə deyil, ulduzların bütün məlum gelgit pozulmaları arasında fərqlənir.
 
 
 
Ardını oxu...
Sərfəli qiymətlər təklif edən “Nar” “Dinlət” xidmətini yeni aktivləşdirən abunəçilər üçün 1 ay müddətinə ödənişsiz təqdim edir. Xidməti aktiv edəndən sonra abunəçilər dinlet.az platformasına keçid etməklə istədikləri musiqi parçasını seçə bilərlər.
“Dinlət” xidməti abunəçilərə “Nar” nömrəsinə daxil olan zəng zamanı qarşı tərəfin standart zəng səsi əvəzinə dinləməsi üçün musiqi parçalarını, fərqli melodiyaları, əyləncəli replikaları təyin etməyə imkan verir.
Abunəçiyə öz tərzini nümayiş etdirməyə imkan verən “Dinlet” xidməti bir zamanların ən sevilən xidmətləri olub. Yenilənən “Dinlət” xidməti isə artıq daha geniş seçim və yeni funksiyalar təqdim edir.
Xidmətdən pulsuz istifadə etmək üçün *606*1#YES şifrəsini yığmaq lazımdır. Qeyd edək ki, 1 aylıq ödənişsiz müddət bitdikdən sonra xidmət avtomatik deaktiv edilir. Ətraflı məlumatı nar.az/senin-ucun/dinlet/ səhifəsindən əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 
Ardını oxu...
İsrailin Milli Su Qurumu - “Mekorot” şirkəti Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağış yağdırmaqla bağlı layihə təklif edib.

Bunu şirkətin beynəlxalq əlaqələr şöbəsinin direktoru Dieqo Berqer bildirib.
Ardını oxu...
Onun sözlərinə görə, layihə ötən həftə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə təqdim olunub: "Təkliflərimiz arasında süni yağışın yağdırılması da var. Buludların içərisində aerozollar var. Gümüş yodid kristallarını aerozollara səpəndə onlar ağırlaşır, yağış yağır. Bunu ölkənin şimalında və cənubunda reallaşdırmaq olar. İsraildə 1972-ci ildən ötən ilə kimi bu üsuldan istifadə etmişik. İndi isə ona ehtiyacımız yoxdur. Bu layihə böyük vəsait tələb edir, amma gələcəkdə istifadəsi o qədər də xərc tələb etməyəcək. Sözügedən layihə ilə bağlı planlaşdırma düzgün aparılmalıdır. Radarlar olmalıdır, səpiləcək nöqtələr hesablanmalıdır"(Report).
 
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri çərçivəsində bu türk dövləti ilə bağlı bəzi sadə statistik rəqəmləri təqdim edirəm :
1. 2020-ci ildə İT sahəsində eksport 30 milyon $ olub, hazırda 500 milyon $ civarındaıdr.
MDB-də bu sahədə ən yüksək göstərici indiyədək Rusiya, Ukrayna və Belarusda olub.
2. Regionun ən böyük texnoparkı – Beynəlxalq Astana Hub öz ətrafında 1400-dən çox şirkəti birləşdirir. Bunların 400-ə qədəri xarici şirkətlərdir. Güclü startap ekosistemi var.
(Biz yerli, oturuşmuş İT şirkətlərimizi vergidən azad etdiyimiz halda, onlar startaplara və xaricə yönəlik İT fəaliyyətə güzəştlər tətbiq ediblər )
3. 2022-ci ilin sonu 5G üçün iki operatora lisenziya veriblər, hazırda 15 şəhərdə 1000-dən çox baza stansiyası bu texnologiya üzərindədir
4. Qazax dilinin milli korpusunun yaradılması, bunun əsasında süni intellektin inkişaf etdirilməsi məqsədilə superkompüter mərkəzinin və DATA mərkəzin yaradılması üçün Presight AI Ltd şirkəti və BƏƏ ilə birlikdə işbirliyi qurublar
5. BMT statistikasına görə Qazaxıstan rəqəmsal hökumət quruculuğunda MDB-də birincidir (190 ölkə arasında 28-ci yer)
6. Bu ölkənin eGov Mobil tətbiqində 25-dən çox sənədi qazaxlılar “rəqəmsal sənəd” olaraq əldə edə bilirlər (yeri gəlmişkən, bizdə oxşar mobil tətbiqdə olan bu tip məlumatlar, elə sadəcə məlumatdır, sənəd statusu yoxdur)
7. 2020-ci ildə bu ölkədə e-ticarət pərakəndə ticarətin 4-5%-ni təşkil edirdi, hazırda e-ticarət dövriyyəsi 12% ətrfaındadır ( söhbət real e-ticarətdən gedir, hansı ki dünyada orta göstərici 15-20 % ətrafındadır, bizim metodikada isə kartla ödənilən işıq pulu da e-ticarətə aid edildiyindən –dövriyyəmiz 70% civarındadır )
8. İnfrastruktura vaxt və böyük pullar xərcləməmək üçün Qazaxıstanın ucqarlarında, steplərdə olan məktəbləri internetlə təmin etmək üçün Starlink-lə müqavilə imzalayıblar və s.
Beləliklə, Qazaxıstan hazırda rəqəmsal sektorda MDB-də ən sürətli inkişaf edən ölkədir.
Bununla belə, qeyd etmək istərdim ki, bu sektorda bəzi istiqamətlər üzrə Azərbaycanın göstəriciləri və uğurları Qazaxsıtandan bir xeyli üstündür.
Prezident İlham Əliyev andiçmə mərasimində Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətə üstünlük veriləcəyini qeyd edib. Bizim ailəmizin Türk dünyası olduğunu vurğulayıb.
Bu baxımdan düşünürəm ki, rəqəmsal sektorda yüksək sürətlə inkişaf edən Qazaxıstan kimi türk dövləti ilə əlaqələrimizin və əməkdaşlığımızın gücləndirilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir.
Osman Gunduz
TEREF
 
 
 
Ardını oxu...
ABŞ hipersəsli “Talon-A” (TA-1) təyyarəsini sınaqdan keçirib.

Bu barədə Redaktor.az "Stratolaunch LLC" şirkətinin saytına istinadən xəbər verir.

“Stratolaunch” MMC “Talon-A” sınaq təyyarəsi olan TA-1-in ilk idarə olunan uçuşunun uğurla başa çatdığını məmnuniyyətlə xəbər verir”, - məlumatda deyilir.

Şirkət ABŞ Hərbi Dəniz Qüvvələrinin hipersəsli uçuşun inkişafı proqramı çərçivəsində müqavilə alıb. Qurğunun havadan təhlükəsiz eniş, mühərrikin alışması, sürətlənməsi, dırmaşması və suya idarə olunan eniş üçün sınaqdan keçirildiyi bildirilir.
 

Dünyapress TV

Xəbər lenti