“Aztelekom” DÖVLƏTƏ SÖYKƏNİB həm müştəriləri soyur... həm də internet provayderlərini...
"Bir aydan çoxdur ki ev telefonu işləmirdi, elə bilirdim uşaq xarab edib, apardım ustaya dedi ki telefon işləyir ATS-ə zəng elə..." Dia-az.İnfo bildirir ki, bunu öz gileyində ictimai fəal Ramil Vəliyev ifadə edib.
Narazı vətəndaş daha sonra qeyd edir: "Zəng etdim ATS-ə, mənə dedilər ki bəs sizin xəbəriniz yoxdur ki artıq fiberoptikdir... ev telefonları internet üzərindən işləyir?.. Dedim, yox, hardan xəbərim olsun?.. Dedim, yaxşı... gəlin, düzəldin zəhmət olmasa... Dedilər ki, ona görə gərək bizim internetə qoşulasınız... Dedim niyə? Bizdə "Birlink"dir və razıyam internetin sürətindən...
Başladı ki ay nə bilim narahat olmayın, bu dövlətindir, hamı dövlətdən alır-satır interneti falan... Dedim, istəmirəm də... var internetim... Gəlin telefonu qoşun, vəssalam…Mənə nə desə, yaxşıdır? O zaman modemin pulunu verməlisiz: 110 manat... Biz də gələk telefon xətti çəkək... Deyirəm, var da evdə modem.... niyə başqa modem alım ki? Nə özəlliyi var sizin modemin? Yox, qayda belədir, əgər bizim interneti istəmirsizsə, 110 manata bizdən modem almalısız... Uzun sözün qısası... ev telefonuna görə məcburi şəkildə "Birlink"dən çıxıb "Aztelecom"a qoşulmalı oldum...
Avqustun 10-u müraciət etdim, düz avqustun 15-i tariflərin qalxdığı gün gəlib qoşdular.... 18 manat internet pulu... üstəgəl də 3 manat telefon pulu danışmışdıq, gəldilər ki 25 manat internet pulu, üstəgəl də 3 manat telefon, ayda 28 manat….
Nəhlət sənə kor şeytan, deyib, razılaşdım. 100 mb/s internet verəcəklər guya... 3 gündür yoxlayıram 40 mb/ -ə hələ çatmayıb …. Neyniyək... kimə deyək dərdimizi? Qaldırmısan qiyməti... əcəb eləmisən, onsuz da hər şeyin qiyməti qalxıb da... Barı keyfiyyəti yüksəlt də….
Onu da deyim ki, ev telefonundan anamdan başqa heç kim istifadə etmir... Mən də ildə-ayda bir dəfə telefonu yoxlamaq üçün 106-ya zəng edib, saatı soruşaram..."

Dünyapress TV

Xəbər lenti