Ardını oxu...
ABŞ hipersəsli “Talon-A” (TA-1) təyyarəsini sınaqdan keçirib.

Bu barədə Redaktor.az "Stratolaunch LLC" şirkətinin saytına istinadən xəbər verir.

“Stratolaunch” MMC “Talon-A” sınaq təyyarəsi olan TA-1-in ilk idarə olunan uçuşunun uğurla başa çatdığını məmnuniyyətlə xəbər verir”, - məlumatda deyilir.

Şirkət ABŞ Hərbi Dəniz Qüvvələrinin hipersəsli uçuşun inkişafı proqramı çərçivəsində müqavilə alıb. Qurğunun havadan təhlükəsiz eniş, mühərrikin alışması, sürətlənməsi, dırmaşması və suya idarə olunan eniş üçün sınaqdan keçirildiyi bildirilir.
 
Ardını oxu...
Planşetlər bir zamanların ən çox axtarılan, əldə edilməsinə çalışılan, insanların ciddi şəkildə əlindən tutan texnoloji yenilik idi. 8-9 il öncəsinə qədər hamı planşet almağa maraq göstərirdi. Elə ən bahalı, maraqlı hədiyyələr də planşetlər hesab olunurdu. Hətta texnologiya bloqerləri planşetlərin notbuk erasını bitirəcəyini də proqnozlaşdırırdılar. Amma vəziyyət dəyişib. Artıq bazarda da planşet markalarına az rast gəlinir. Alınan planşetlərdə isə əsasən uşaqlar oyun oynayırlar.

Açıqlanan statistika da bunu göstərir. Belə ki, 2023-cü il ərzində dünya üzrə planşet satışı 135 milyon 254 min ədəd təşkil edib. “Canalys” agentliyinin hesabatına əsasən, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 10,3 %-lik azalma deməkdir. İkinci əsas məqam isə odur ki, müasir dövrdə ağıllı telefonların inkişafı və məşhurlaşmasından sonra 2019-cu ildə “Google” planşet bazarındakı satış və marağın az olması səbəbi ilə planşet istehsalını dayandırmışdı.

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Doymuş bazar sindromu

Yeni texnologiyalar, telekommunikasiya və innovasiyalar üzrə ekspert Cəlil Xəlilov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, smartfonların daha “ağıllandığı” və notbukların getdikcə daha çox istifadə olunduğu vaxtda planşetlər tənəzzül dövrünü yaşayır. Mütəxəssis vurğulayır ki, qlobal planşet satışları dinamikası son üç il ərzində aşağıya doğru gedir: “Bu enişin səbəbinə gəldikdə isə, ilk nüans doymuş bazar sindromudur. Yəni satışlarda enişi şərtləndirən faktorlardan biri bazarın doymasıdır. Texnoloji qurğularla zəngin bir dünyada istehlakçıların seçim imkanları böyükdür. Planşetlər smartfonlar və notbuklar arasında mükəmməl inqilabi cazibəsi olduğu vaxtlarda bazarı bəzəyirdilər. Bazar oxşar funksiyalarla təchiz edən cihazlarla dolu olduğundan bu cazibə bir müddət sonra zəiflədi. Bazar iqtisadiyyatı burada özünü tam gücü ilə doğrultdu”.

“Köhnə getdi, sən təzədən danış”

Mütəxəssis deyir ki, ikinci faktor istehlakçının seçimlərini dəyişməsidir: “Necə deyərlər, “köhnə getdi, sən təzədən danış”. İstehlakçı seçimləri dinamikdir, dəyişən həyat tərzinə və texnoloji irəliləyişlərə uyğunlaşmaq üçün daim inkişaf edir. Daha böyük ekranları və təkmilləşdirilmiş imkanları ilə cəlb edən smartfonlar və misilsiz məhsuldarlıq təklif edən notbuklar fonunda planşetlər kimi arada qalan texnologiyaya ehtiyacın olub-olmaması getdikcə daha çox sual edilir. Hər ikisində ən yaxşısına sahib ola biləcəyimiz halda niyə onların ortasını seçməliyik?”.
İş üçün notbuk, ünsiyyət üçün isə smartfon

Mütəxəssis pandemiyadan sonra planşet bazarında enişin daha çox hiss olunduğunu vurğulayır: “COVID-19 pandemiyası məsafəli iş və virtual ünsiyyət üçün katalizator rolunu oynadı. Bu zaman da işimizi rahatlaşdıran cihazlara tələbat artdı. Planşetlər də məsafəli iş və virtual görüşlər üçün əlverişli texnologiya kimi özünü bu dövrdə doğrultdu. Dünya tədricən normala doğru irəlilədikcə isə, bu maraq azalmağa başladı. İnsanların işlərinə geri dönməsi, virtual görüşlərdən kənarlaşması planşetlərə olan ehtiyac azaltdı. Yenidən hamı iş üçün notbuklara, ünsiyyət üçün isə smartfonlara qayıtdı”.

“İnsanlar ehtiyacları dəbdəbədən üstün tuturlar”

Həmsöhbətimiz deyir ki, planşet bazarına təsir edən dördüncü əsas faktor iqtisadi təsirlərdir: “İqtisadi aspekti də nəzərdən qaçırmaq olmaz. Son bir neçə ildə dünyada insanların iqtisadi vəziyyətləri qeyri-müəyyəndir. İqtisadi tənəzzüllər istehlakçıların xərcləmə vərdişlərinə də təsir edib. Belə vaxtlarda planşetlər kimi vacib olmayan alətlər arxa plana keçir. Çünki insanlar hazırkı dövrdə ehtiyacları dəbdəbədən üstün tuturlar”.

Ümid hələ də var?

C.Xəlilovun sözlərinə görə, ümumi azalmaya baxmayaraq, planşet bazarının müəyyən seqmentləri inkişaf etməkdə davam edir. Yəni, ümid hələ də var: “Planşetlərin daşınma qabiliyyətini və çoxyönümlülüyünü dərk edən təhsil müəssisələri onların istifadəsində inadkarlıq nümayiş etdirirlər. Bundan əlavə, istehsalçılar da fəal şəkildə yeniliklər edir, bazarlara uyğun yeni funksiyalar təqdim edirlər. Planşet bazarının gələcəyi ilə bağlı işartılar hələ də var. Peşəkar mövqe, mövcud ekosistemlərə inteqrasiya və ya inqilabi dizaynlar vasitəsilə planşetləri yenidən canlandırmaq bəlkə də mümkündür. İnnovasiyaları qəbul etmək, istehlakçı ehtiyaclarını anlamaq və daim inkişaf edən texnoloji mənzərədə fərqli dəyər təklifi hazırlamaq bu texnologiyanı böhrandan çıxara bilər”.

Mütəxəssis sonda vurğuladı ki, qlobal planşet satışlarının azalması sadəcə statistik göstərici deyil, dəyişən istehlakçı davranışlarının, bazar dinamikasının və texnoloji irəliləyişlərin nəticəsidir.
 
Ardını oxu...
Günəşdə M yüksək dərəcəli güclü partlayış qeydə alınıb.

"Cebhe.info" xəbər verir ki, tətbiqi Geofizika İnstitutun Heliogeofizika Xidmətindən verilən məlumata görə, rentgen diapazonunda 13 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb.

Kosmik havanın monitorinqi göstərib ki, son 24 saat ərzində Günəş partlayışlarının Yerin ionosferinə təsiri beş göstəricidən ən aşağı R1 səviyyəsindədir (beş göstəricidə R1 ən aşağı təsir, R5 isə ekstremal təsirdir).
 
Ardını oxu...
Yaponiya Milli Astronomiya Rəsədxanasının alimləri digər ölkələrdən olan həmkarları ilə birlikdə “Subaru teleskopu”nun köməyilə Günəş sistemində üç yeni peyk aşkar ediblər.

Tədqiqat elmi qurumun rəsmi saytında dərc olunub.

Bildirilib ki, Uranın yeni tapılan peyki S/2023 sahəsində buzlu nəhəng planetin məlum peyklərinin ümumi sayı 28-ə çatıb. Onun diametri cəmi səkkiz kilometrdir.

Neptunun yeni kəşf edilən iki peykinin ən parlağı (S/2002 N5) təqribən 23 kilometr ölçüdədir və planetin ətrafında orbitini tamamlamaq üçün təxminən doqquz il fırlanır.

Neptunun digər yeni peyki (S/2021 N1) təqribən 14 kilometr ölçüdədir və təqribən 27 illik orbital yoluna malikdir. Bu son dərəcə zəif obyekt ilk dəfə 2021-ci ildə kəşf edilib. Bu iki yeni peykin kəşfi Neptunun məlum peyklərinin ümumi sayını 16-ya çatdırıb.

Yeni peyklər həmçinin Uran və Neptun ətrafında xarici peyklərin dinamik orbital qruplarının olduğunu göstərir. Bu qruplar bir zamanlar daha böyük olan ana peyklərin kometlər və ya asteroidlərin keçmiş təsirləri nəticəsində parçalandığını, həmçinin daha böyük cisimlərin olduğu orbitlərdə qırıq fraqmentlərin qaldığını göstərir.
 
Ardını oxu...
Con Hopkins Universitetinin alimləri işıqdan istifadə etməklə manipulyasiya edilə bilən maye kristallar hazırlayıblar. Foodinfo.az xəbər verir ki, “Advanced Materials” jurnalında dərc olunan tədqiqat nəticələri gələcəyin kameraları və robotlarının yaradılmasına kömək edəcək.Təcrübə zamanı mütəxəssislər mikroskop vasitəsilə maye kristalları qütbləşmiş və qütbləşməmiş işıqla işıqlandırıblar. Bu üsuldan keçən işığın qütbləşməsindən asılı olaraq işığı fokuslamağa qadir olan mikroskopik maye kristal lens yaratmaq üçün istifadə edilib.Qütbləşmiş işıqda işıq dalğalarının titrəmə müstəvisi müəyyən oriyentasiyaya malikdir, qütbləşməmiş işıq şüasında isə vibrasiya müxtəlif istiqamətlərdə baş verir. Hər iki növ işığa məruz qalma, ölçüləri bir neçə mikrometrə qədər kiçik nümunələr yaratmaq üçün iki növ maye kristalın oriyentasiyasını idarə etməyə imkan verib.Bu, işıqlandırma şəraitinə əsasən avtomatik fokuslanan kamera linzaları kimi stimullara cavab olaraq formasını dəyişən proqramlaşdırıla bilən alətlərə yol açır.
 
Ardını oxu...
Hər şey nə qədər kövrək imiş: Husilər tərəfindən sübut edildi

Bu xəbər tragikomikdir. “YouTube”, “Google”, “Facebook”, “Instagram” və digərləri də daxil olmaqla, ən böyük xidmətlər və saytlar üçün problemlərin başladığı dünənki genişmiqyaslı kəsilmənin səbəbi heyrətedicidir. Sən demə, hadisəyə səbəb Husilərin hücumu olub.

Honq-Konq provayderi “HGC Global Communications Limited”ə istinadən müxtəlif mənbələr Husilərin vədlərinə əməl edərək Qırmızı dənizdə Asiya, Avropa və Afrikanı birləşdirən internet kabellərinə hücum etdiklərini yazır.

HGC-nin məlumatına görə, bu hadisə Asiya ilə Avropa, eləcə də Yaxın Şərq arasında kommunikasiyanın təxminən 25%-nə təsir edib. Şirkət qeyd edir ki, müştərilərin işini dayandırmamaq üçün kommunikasiyaların hərəkət istiqaməti dəyişdirilib.

Təsirə məruz qalan müəssisələrə də yardım göstərilir. Təsirə məruz qalan kabel sistemlərindən birinə sahib olan Cənubi Afrika şirkəti “Seacom”dan CNN-ə bildirilib ki, təmir işləri bir aydan tez başlamayacaq.

Təsirə məruz qalan digər şəbəkələrə Misir vasitəsilə Cənub-Şərqi Asiyanı Avropa ilə birləşdirən 25.000 kilometrlik kabel sistemi daxildir. TGN kabelini idarə edən Hindistan telekommunikasiya şirkəti “Tata Communications”dan “Associated Press” agentliyinə Yəmən yaxınlığında kabelin zədələndiyi və bəzi xidmətlərin kəsildiyi və ya istiqamətinin dəyişdirildiyi təsdiqlənib.

Burada ən maraqlısı odur ki, ötən həftə Qırmızı dənizdə kabellərin zədələnməsi ehtimalı barədə xəbərlər yayılmağa başlayıb. Ən azı, İsrail mediası Qəzza zolağında davam edən müharibədə HƏMAS-a dəstək olmaq üçün bu sularda yük gəmilərinə hücum edən Husiləri dəyən ziyanda günahlandırıb.

Bundan əlavə, CNN-in qeyd etdiyi kimi, Qırmızı dənizdə kabellərin məhv edilməsi Yəmənin rəsmi hökumətinin Husi üsyançılarının kabelləri hədəfə ala biləcəyi barədə xəbərdarlıq etməsindən həftələr sonra baş verib. Onu da qeyd edim ki, bu yaraqlılar kritik su yolunda ticarət gəmilərinə hücum edərək qlobal təchizat zəncirlərini pozublar.

Bu və ya digər şəkildə, çərşənbə axşamı milyardlarla insan “YouTube”, “Google”, “Facebook”, “Instagram” da daxil olmaqla, ən böyük xidmət və saytların təhlükəsizliyinin nə qədər illüziya olduğunu gördü.

Bəli, onların işi bərpa olundu, amma xal, məşhur zarafatda olduğu kimi düşdü. Üstəlik, yəmənli husilər martın 4-ü bazar ertəsi günü Ədən körfəzində İsveçrə dəniz qüvvələrinə məxsus gəmiyə iki gəmi əleyhinə ballistik raket atıb və nəticədə gəmini zədələyiblər. Üsyançılar əvvəlcə Yəməndən Qırmızı dənizin cənubuna gəmi əleyhinə ballistik raket atıblar. Husilər raket suya düşdüyü üçün ticarət və ya ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiləri vura bilməyiblər.

Həmin gün Husilər Liberiya bayraqlı İsveçrə dəniz qüvvələrinə məxsus “MSC SKY II” gəmisini vuraraq növbəti hücuma keçiblər. Bundan əlavə, husilər Qırmızı dənizdə Amerikanın iki hərbi gəmisini məhv edərək, hücum etdikləri hərbi əməliyyat həyata keçirdiklərini iddia edirlər.

İstər-istəməz, Husilərin Qırmızı dənizdəki hücumları artıq qlobal gəmiçiliyi pozdu və şirkətləri Afrikanın cənubundan daha uzun və daha bahalı marşrutlara dəyişməyə məcbur etdi. Çərşənbə axşamı məlum oldu ki, onlar müvəqqəti də olsa, dünyada milyardlarla insanı “YouTube”, “Google”, “Facebook”, “Instagram”a girişsiz qoymağa qadirdirlər.

Xatırladım ki, söhbət ABŞ, Böyük Britaniya və dünyanın bir çox başqa ölkələrinə müqavimət göstərən silahlılardan gedir. Amma gördüyümüz kimi, bu fövqəlqüvvələr Yəmənin şimalındakı dağlardan olan tayfalar ittifaqının nümayəndələri qarşısında acizdirlər.
Müəllif: Əkbər Həsənov
ayna.az
 
Ardını oxu...
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi "Digital leadership" proqramı çərçivəsində dövlət qurumlarının iştirakı ilə rəqəmsal transformasiya üzrə növbəti müzakirə təşkil edib.
50-dək dövlət qurumunun rəqəmsal sektorunun təmsilçilərinin iştirakı ilə keçirilən 2 günlük tədbirdə ölkədə rəqəmsal transformasiya, rəqəmsal hökumət quruculuğu sahəsində uğurlar və problemlər ətrafında faydalı müzakirələr aparıldı.
Dövlətə məxsus data idarəetməsinin təkmilləşdirilməsi, inteqrasiya və açıq datalara əlçatımlıqla bağlı təqdimatlar oldu.
Görünən odur ki İRİA dövlət datası sektorunda ciddi addımlar atmaq niyyətindədir.
Düşünürəm ki, bu tip müzakirələr əhəmiyyətlidir.
Son zamanlarda ayrı-ayrı dövlət ruqumlarında bu sahədə müəyyən uğurlar əldə olunub.
Hazırda bu istiqamətdə müəyyən irəliləyişlər olsa da problemlər də çoxdur. Pərakəndəlik daha çox gözə çarpır.
Xüsusən də bu sektorda kordinasiyada, inteqrasiyada, dövlətə məxsus data idarəetməsində, açıq datalara əlçatımlıqda, hüquqi təminatda görülməli işlər daha çoxdur.
İRİA bu müzakirələrin yekunu olara rəqəmsal transformasiya, rəqəmsal hökumət quruculuğu üzrə bir Yol Xəritəsi hazırlamaq niyyətindədir.
Ümid edirəm dövlət qurumlarının rəqəmsal strukturlarının və onların təmsilçilənin bu tip oflayn əməkdaşlığı onlara məxsus datanın və informasiya sistemlərinin də inteqrasiyasına ciddi təkan verəcək.
Osman Gunduz
TEREF
 
Ardını oxu...
Facebook, İnstagram sosial şəbəkələrində problemin səbəbi məlum olub.

Azpost.info bildirir ki, Yəmənin husi qruplaşmasının Qırmızı dənizdə kabelləri zədələməsi qlobal şəbəkədə “dayanma” yaradıb. Bu barədə Honqkonq provayder şirkəti olan “HGC Global Communications Limited” məlumat yayıb.

Şirkət bildirib ki, hücumun fəsadları artıq aradan qaldırılır.

Bəzi proqnozlara görə, kabellər yalnız 8 həftədən sonra tam bərpa olunacaq.

Qırmızı dənizdən keçən kabellər bütün qlobal trafikin 25%-ni təşkil edir.

Xatırladaq ki, Yəmənin husi üsyançıları Qırmızı dənizin altından keçən və qlobal internet və telekommunikasiyanı dəstəkləyən üç kabeli kəsiblər.

Bu barədə “Associated Press” yazıb.

“Bunun tam olaraq necə baş verdiyi bəlli deyil. O məlumdur ki, husilər İsraili Qəzza zolağında HƏMAS-la müharibəni dayandırmağa məcbur etmək üçün Ədən körfəzindəki ticarət gəmilərinə və konteyner gəmilərinə raket zərbələri endirməyə davam edir”, – məlumatda deyilir.
 
Ardını oxu...
“X” (keçmiş “Twitter”) sosial şəbəkəsinin sahibi İlon Mask “Meta” xidmətlərində geniş miqyaslı pozuntular barədə zarafat edib.

Sosial şəbəkədə “Hamınızın niyə indi burada olduğunuzu bilirik”, - mesajı yayımlanıb.

Maskın səhifəsində də “Facebook” və “Instagram” kimi servislərdəki problemləri lağa qoyan foto yayılıb.
Ardını oxu...
“WhatsApp” iOS cihazları üçün yeni məxfilik funksiyası tətbiq edir.
“WABetaInfo” portalına istinadən xəbər verir ki, istifadəçilər paroldan istifadə etməklə öz hesablarına daxil ola biləcəklər.
Qeyd olunur ki, yeni funksiya altı rəqəmli koddan deyil, paroldan istifadə etməklə hesabınıza daxil olmağa imkan verəcək. Portalın məlumatına görə, giriş açarı “iCloud”da saxlanılacaq ki, bu da biometrikadan istifadə etməklə digər “Apple” cihazlarında “WhatsApp” hesabınıza daxil olmağa imkan verəcək.
Eyni zamanda, əgər istifadəçi başqa cihazda messencerə daxil olmaq istəsə, yenə də ənənəvi altı simvollu koddan istifadə edə biləcək.
“WABetaInfo”nun müəllifləri həmçinin bildiriblər ki, yeni funksiya “WhatsApp”ın “TestFlight” xidmətindən endirilmiş beta versiyasında tapıla bilər.
 
 
 

Dünyapress TV

Xəbər lenti