Ardını oxu...
Əridilmiş kərə yağının ən faydalı olduğunu düşünənlər və yalnız bu yağdan istifadə edənlər 3 orqanı təhlükəyə ata bilər.

“Medicina” xəbər verir ki, həkim qastroenteroloq Sergey Vyalov doymuş yağlarla zəngin bu yağın niyə zərərli olduğunu açıqlayıb.
“İsidilmə, ərinmə, qaynadılma yolu ilə alınan yağ yağlılıq dərəcəsinə görə, hətta təmiz kərə yağını da keçir.

Satışda olan ərinmə yağlarda xolesterin miqdarı o qədər çoxdur ki, qaraciyər, ürək və mədəaltı vəz üçün təhlükə yaradır.

Əgər adi kərə yağının 100 qramında 20 mq xolesterin varsa, ərinmiş və ya QXİ yağda 25 mq xolesterin var. Eləcə də bu yağda zərərli doymuş yağ turşuları çoxdur.

Yağın isidilməsi faydalı maddələri – kalsium, fosfor, kaliumu azaldır, vitamin və mikroelementlər termik işlənmədən sonra intensiv məhv olur.

Xroniki xəstəlikləri olanlara bu yağ olmaz. Amma əridilmiş yağın az miqdarda istifadəsi faydalıdır.
Onda olan yağ turşusu qalın bağırsaq hüceyrələrini qidalandırır, hüceyrə membranını möhkəmləndirir, iltihab və şişlərə qarşı təsir edir”.
 
Ardını oxu...
Dietoloq qışda hər gün yeməli olduğunuz ən sağlam məhsulu açıqlayıb.

Referans.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət soyuqdəyməyə qarşı əsas mübarizə aparan çoxlu C vitamini olan duzlu kələmdən gedir.

Eyni zamanda, mütəxəssisin qeyd etdiyi kimi, bu məhsul soyuq mövsüm üçün aktual olan bir sıra digər sağlamlıq problemlərini də həll etməyə kömək edir.

Dietoloq izah etdi ki, duzlu kələm C vitamini və bağırsaqlar üçün faydalı olan probiotiklərlə son dərəcə zəngindir. Bu o deməkdir ki, immunitet sistemini gücləndirməyə kömək edir və insan həzm sisteminin sağlamlığını dəstəkləyir.

İmmunitet sistemini gücləndirmək və bağırsaq funksiyasını normallaşdırmaqla yanaşı, duzlu kələm, faydalı makro və mikroelementlərin orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdıra bilər. Məsələn, dəmir, sink və kalsium.

Bundan əlavə, bədənin viral hücumlara qarşı müqavimətini artırır və bədənin yağları effektiv şəkildə yandırmasına kömək edir.

Kanadalı alimlər müəyyən ediblər ki, 3-4 ay ərzində hər gün duzlu kələm yemək 5-10 kq artıq çəkidən qurtulmağa kömək edir.

Bununla belə, xəbərdarlıq edilib ki, hər kəs duzlu kələmdən istifadə edə bilməz.

Hipertoniya, xroniki böyrək çatışmazlığı, mədə xorası, bağırsaqlarda iltihab sindromundan əziyyət çəkən insanlar məhsulun istehlakını məhdudlaşdırmalı və ya pəhrizindən tamamilə çıxarmalıdırlar.
 
Ardını oxu...
Son zamanlar artan qrip infeksiyalarına qarşı təbii antibiotikləri əvəz edən reseptlərdən faydalanmaq lazımdır. Mütəxəssislərin fikrincə, güclü immunitet üçün ilk növbədə immuniteti gücləndirən qidalar qəbul etmək önəmlidir.

TEREF Axşam.az-a istinadən təbii antibiotikləri əvəz edən qarışıq təqdim edir.

Bu qarışığı yuxudan oyanan kimi yediyiniz zaman immunitetinizi gücləndirir.

Qarışım belə hazırlanır:

Hər səhər bir qaşıq bal, bir çay qaşığı zəncəfil və yarım çay qaşığı darçın qarışdırın. 10 dəqiqə gözlədikdən sonra acqarına istehlak edin. Hər hansı bir xəstəliyiniz varsa, həkiminizlə məsləhətləşmədən istifadə etməməlisiniz.

Qarışımla yanaşı qidalanmağınıza da fikir verin. Hər gün bunlardan yemək sizə yardım edəcək:

Folat, dəmir, C vitamini və antioksidantlarla zəngin olan ispanaq immunitet sistemini dəstəkləyir.

Tərkibində E vitamini olan badam ən sağlam qəlyanaltılardan sayılır. İmmunitet sisteminin hüceyrələrini qorumağa kömək edir.

Tərkibində yüksək miqdarda antioksidant olan göyərti immunitet sistemini gücləndirir və idrak funksiyalarını yaxşılaşdırır.

Antiviral və antibakterial xüsusiyyətlərə malik olan sarımsaq immunitet sistemini gücləndirən ən təsirli qidalar arasındadır.

Tərkibində omeqa-3 yağ turşuları olan balıq bədəndəki iltihabı azaltmağa kömək edir və həmçinin immunitet sistemini dəstəkləyir.

Tərkibində C vitamini, A vitamini və lif olan brokoli immuniteti gücləndirən ən təsirli qidalardandır.

Bol probiyotik ehtiva edən qatıq həzm sistemini dəstəkləyir və immunitet sistemini gücləndirir.

C vitamini ilə çox zəngin olan portağal, naringi və qreypfrut kimi sitrus meyvələri immunitet sistemini gücləndirir.

Yüksək antimikrobiyal xüsusiyyətlərə malik olan bal soyuqdəyməyə qarşı təbii həll təklif edir və davamlı öskürək üçün xüsusilə şəfalıdır.
 
 
 
Ardını oxu...
Böyüklər, eləcə də uşaqla fiziki, ruhi və zehni olmaqla üç səviyyədə sağlamlığa sahib olmalıyıq.

Bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, birindəki nasazlıq digərinə də mütləq şəkildə təsir edir.

"İlk növbədə uşaqların sağlam qidalandırın. Uşağınıza mənşəyi bilinməyən zir-zibillər, "fastfood"lar almaqla kimlərinsə cibinə pul, uşağınızın bədəninə isə xəstəlik yığırsınız.
İkinci olaraq uşaqların peyvəndi vaxtlı-vaxtında olunmalıdır. Bunu geniş şərh etməyə ehtiyac yoxdur. Qızılca ilə mübarizə aparan uşaqları görmək kifayətdir.
Bağlı əyləncə mərkəzlərini açıq havada gəzinti, parklarla əvəz edin. Bol oksigen inkişaf edən uşaq orqanizmi üçün çox-çox vacibdir.
Evinizin, qabların, paltarların təmizliyi üçün cürbəcür kimyəvi məhsullar istifadə etməyin.

Uşaqların da, özünüzün də suyunuzu yodlaşdırın. Ölkəmizdə yod çatmır. Duzun yodlaşdırılmasına arxayın olmayın".

Pediatrın uşaqları hərəkətsiz olmaqdan çəkindirməyi tövsiyə edib:

"Daha doğrusu, hərəkəti unutdurmayın. Xüsusi idman növünə gərək yoxdur. Uşağı "xadunoka"qoymaqdan tutmuş, məktəbə maşınla apar-gətir, sonra da qarşısında kitablar, əlində də telefon.. Hərəkətsizlik xəstəliklər üçün münbit şəraitdir. Zooparkda yatan heyvanlarla təbiətdəkiləri müqayisə edin!

Uşağınızın zehnini vaxtından əvvəl dərs yükü ilə yormayın. Onun ətraf mühiti kəşf etmə dövründə dərs məlumatları çox mənasız və cansıxıcı görünür. Sizə öz işiniz varkən başqa maraqsız gələn və səriştəniz olmayan işi versələr necə olar? Adam depressiyaya düşər, ən azından aqressiv olar. Yəni zehnimiz ruhumuza təsir edir".

Mütəxəssis uşaqlara ağıllı telefonlar verərək onları "ağılsız etməməyi" məsləhət görüb:

"Sosial şəbəkələrdəki düşük və görməmiş insanlar uşaqlarımızın tərbiyəçisi olmasın. Necə ki uşağınızı hər adama etibar etməzsiniz, eləcə də onları bu təhlükə ilə üz-üzə qoymayın.
Uşaqlarınızın ruhi sağlamlığı onların gördüklərindən, eşitdiklərindən birbaşa asılıdır. Sosial şəbəklərdəki xəbərlərin yanında ailəiçi münaqişələr ikinci plana keçə bilir. Hər neqativ məlumat öz zədəsini qoyur, şüuraltı zibillənir. Yazilanı silmək olmur.

Uşaqlara israf etməməyi və nə isə düzəltməyi öyrədin!", - o əlavə edib. \\Ölkə.Az
 
Ardını oxu...
Günümüzdə arıqlığını və ya köklüyünü kompleks edən kifayət qədər insan var. Çoxu həkimlə məsləhətləşmədən özbaşına bitkitərkibli, iştahartıran kimi bilinən bu dərmanlardan istifadəyə üz tutur. İnsanların böyük əksəriyyəti bununla bağlı sosial şəbəkələrdə arıqlamaq və kökəlmək üçün dərman, eləcə də qida əlavələrinin satıldığı səhifələrlə əlaqə saxlayır. Amma ağıllarına belə gətirmirlər ki, bununla da elə öz sağlamlıqlarını sual altına atmış olurlar.

Araşdırmalarımıza görə sosial şəbəkələrdə dövlət qeydiyyatından və ekspertizasından keçməyən, həmçinin Azərbaycana qeyri-qanuni idxal olunan təhlükəli tərkibli məhsulların hələ də açıq satışı həyata keçirilir. Belə səhifələrin sayı isə həddindən çoxdur.

Məsələni dəfələrlə aktuallaşdırsaq da, aidiyyəti qurumlar qeydiyyatdan keçməyən dərmanların ölkəyə necə daxil olmasını araşdırmağa maraqlı deyillər...

Xatırladaq ki, bir müddət əvvəl “İnstagram” platformasında “elen cosmetics” adlı səhifənin qeyri-qanuni satışa çıxardığı məhsulların, konkret isə Azərbaycan bazarında populyarlıq qazanan və çəki artırmaq üçün nəzərdə tutulan “Samyun Wan” qida əlavəsinin təhlükəli tərkibə malik olduğunu araşdırıb ortaya çıxarmışdıq.

AQTA 20 günə kökəldən təhlükəli dərmandan nümunələr götürüərək laboratoriyaya göndərmişdi.

Beləliklə, “Samyun Wan” preparatlarının tərkibində bioloji aktiv qida məhsullarına xas olmayan və insan sağlamlığı üçün təhlükəli hesab olunan kənar kimyəvi maddə aşkar edilmişdi. Amma qida əlavəsinin satışını həyata keçirən şəxslərin cəzalandırılması və ya məsuluyyətə cəlb olunması barədə heç br tədbir görülmədi.

Bizim.Media mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçməyən daha iki dərmanı araşdırıb.

Bunlar “İntagram” platformasında arıqlamaq üçün “ariqlama_dermani_reduksin” adlı səhifənin reklam etdiyi “Reduksin” və həmin platformada “kokelmek_istyenler_ucun” adlı səhifənin satışa çıxardığı “Max Fat Premium” peraparatlarıdır.

Hər iki səhifədəki dərmanların rəsmi qeydiyyatının olub-olmaması barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu göndərdik.

Mərkəzdən bildirilib ki, hər iki dərmanın dövlət qeydiyyatı yoxdur.

Mövzuyla bağlı danışan Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi Elvin Nağıyevin sözlərinə görə Mərkəzin səlahiyyətlərinə yalnız rəsmi yollarla idxal olunan dərman vasitələrinin keyfiyyətinin yoxlanılması, eləcə də laborator analizlərin aparılması daxildir:

“Belə ki Mərkəz tərəfindən yoxlanılmış və istifadəyə yararlı olan dərman vasitələri xüsusi nəzarət markası ilə markalanır. belə nəzarət markası olmayan dərman vasitələrinin həmçinin, onlayn platformalar və sosial şəbəkələr üzərindən satışa çıxarılan dərman vasitələrinin istifadəsi məqsədəmüvafiq hesab edilmir. Qeyd olunan dərman vasitələrinin istifadəsi zamanı yaranan hər hansı mənfi təsirlə əlaqədar Mərkəzin (012) 596 07 12 nömrəli qaynar xətti vasitəsilə həmçinin, pharma.az elekron saytından onlayn müraciətlərini göndərə bilərlər”.

Mərkəz rəsmisi onu da əlavə edib ki, bəzən vitamin komplekslərin və ya arıqladıcı bioloji fəallığa malik qida əlavələrinin bu yollarla satışını görmək mümkündür ki, bu da əhali arasında çaşqınlıq yaradan məsələlərdəndir:

“Bu cür məhsullara nəzarət Mərkəzin səlahiyyətləri daxilində deyil”.

Bəs, rəsmi qeydiyyatdan keçirilməyən bu kimi dərmanlar ölkəyə hansı yollarla gətirilir? Daha doğrusu sahibkarlar bu vasitələri gömrükdən necə keçirirlər?

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov eyni mövzu ilə bağlı əvvəlki sorğularımızla verdiyi açıqlamanı təkrarlayıb:

“Ölkə ərazisinə kommersiya məqsədləri üçün gətirilən bioloji fəallığa malik qida əlavələrinin gömrük rəsmiləşdirilməsi aidiyyəti dövlət qurumlarının icazə sənədi əsasında həyata keçirilir. Həmin icazə sənədi ilə təmin olunan malların ölkə ərazisinə idxalına icazə verilir. Bioloji fəallığa malik qida əlavələri fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirildikdə isə hər hansı icazə sənədi tələb olunmur”.

Bir daha qeyd edirik ki, sözügedən məsələdə şəxsi istifadədən söhbət getmir. Eyni zamanda qurumun açıqlamasında konkret məhsula, qanunsuz və kütləvi satışına toxunulmur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə xüsusi icazə əsasında olan və sərbəst satışı qadağan edilmiş dərman preparatları ilə bağlı daxil olan hər bir məlumata çevik reaksiya verilir:

“Polis əməkdaşları tərəfindən həmin məlumatlar yoxlanılıb araşdırılmaqla qanunamüvafiq tədbirlər görülür".

Görünən isə odur ki, bu cür məhsulların sosial şəbəkələr üzərindən satışı davam edir...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Quyu suyundan istifadə edərkən çoxumuz bilirik ki, o suyu qaynatmadan içməməliyik, çünki tərkibindəki bakteriyalar insan sağlamlığına təhlükə yarada bilər. Buna görə də deyə bilərik ki, qaynar su bakteriyaları öldürmək üçün həyati əhəmiyyət kəsb edir. Bəs bakteriyalar bu şəkildə ölə bilərsə, onların cəsədlərinə nə olur?
Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatında bu suallara cavab axtarılıb. Bakteriyaların ölmə üsulundan, yaşadıqları mühitdən və digər amillərdən asılı olaraq dəyişir.

Mövzu ilə maraqlananları aşağıda sadalaya bilərik:

Bakteriyalar müxtəlif yollarla ölə bilər.Misal üçün; Onlar qaynar su, antibiotiklər, şüalar və ya immunitet sistemi kimi xarici faktorlar tərəfindən öldürülə bilər.

Bakteriya; Temperatur, pH, rütubət, qida və oksigen kimi ətraf mühit amillərinə həssasdır. Bu amillər öz optimal dəyərlərindən uzaqlaşır; Bakteriyaların böyüməsini, bölünməsini və ya metabolizmini maneə törədə bilər. Misal üçün; Qaynar su bakteriyaların hüceyrə membranlarını və zülallarını pozaraq öldürür.

Ancaq bilmək lazımdır ki, qaynar su bütün bakteriyaları öldürmür. Bəzi bakteriyalar həddindən artıq temperaturlara davamlı sporlar əmələ gətirərək sağ qala bilirlər.

Bakteriyalar həmçinin antibiotiklər, radiasiya və ya immun sistemi kimi xarici amillərlə də öldürülə bilər. Antibiotiklər; Bakteriyaların hüceyrə divarını, DNT və ya zülal sintezini pozaraq onları məhv edir. Şüalar bakteriyaların DNT-sini parçalayaraq öldürür. İmmun sistemi; Bakteriyaları tanıyır və onları faqositoz, iltihab və ya antikorlarla məhv edir.

Bakteriyalar öldükdən sonra onların cəsədləri başqa canlılar tərəfindən yeyilə, parçalana və ya fosilləşə bilər

Bakteriyaların cəsədləri yaşadıqları mühitdən və digər canlıların varlığından asılı olaraq müxtəlif yollarla sona çata bilər. Misal üçün; Bakteriyaların cəsədləri digər bakteriyalar, göbələklər, protozoa, qurdlar və ya həşəratlar kimi mikroorqanizmlər tərəfindən yeyilə bilər. Beləliklə, cəsədlər qidalanma dövrünə töhfə verir.

Bakterial cəsədlər nadir hallarda fosilləşə bilər. Bu şəkildə bakteriya cəsədləri milyonlarla il sonra da yaşaya bilir. Misal üçün; Stromatolitlər bakteriyaların fosilləşmiş koloniyalarıdır.

Bakteriya cəsədləri gündəlik həyatımıza mənfi təsir göstərməsə də, əməliyyat kimi xüsusi gigiyenik məsələlərdə onların cəsədlərinin bir parçasının belə tapılmamasına son dərəcə diqqət yetirilir
.
Xəstəxanaların avadanlıqların təmizlənməsi ilə bağlı nə qədər həssas olduğunu az-çox bilirik. Əməliyyatlar zamanı skalpelləri təmizləmək üçün adətən ikinci "Depirogenasiya" mərhələsi tətbiq olunur.

Bu, bakteriyaları öldürmək üçün deyil, qalan fraqmentlərin immunitet reaksiyasına səbəb olmasının qarşısını almaq üçün aparılan bir prosesdir. Beləliklə, bu prosesin məqsədi bakteriyaların ölü cəsədlərini parçalamaqdır.

Və nəhayət, gələk əsas sualımıza: Gündəlik həyatımızda ölü bakteriya riski varmı?

Bu sualın cavabı həm bəli, həm də yox. Çünki təkcə insanlar deyil, dünyada demək olar ki, hər şey ölü və ya canlı bakteriyalarla örtülmüşdür. Əslində burada əsas məsələ ölü bakteriyaları hansı mühitdə yediyiniz və ya içdiyinizdir.

Burada demək istədiyimiz budur; Bu, ölü bakteriyaların sizə pis təsir etməsi deyil, bəzi bakteriyaların ölü olsalar belə, endotoksin daşıya bilməsidir. Toksin istehsal edən bakteriyalar ölü və ya diri sizə zərər verə bilər. Buna görə çirkli və ya kiflənmiş qidalar, içkilər istehlak etməmək daha yaxşıdır, çünki bakteriyaların növündən asılı olaraq bu, sizi zəhərləyə və ya infeksiyaya səbəb ola bilər.

Onu da xatırlatmaq lazımdır ki; Hər bakteriya düşündüyünüz qədər zərərli deyil. Axı, hər bir insanın minlərlə bakteriya daşıdığını nəzərə alsaq, bu məsələni çox da şişirtməməliyik. Ancaq tanımadığınız mənbədən içdiyiniz suyu qaynatmağı və yeni aldığınız meyvə-tərəvəzləri yumağı unutmayın. Bunu da deməsək olmaz.
 
Ardını oxu...
Bakının Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələrində el arasında sarılıq kimi bilinən Hepatit “A” virusu yayılıb. Xəstəliyin yayılmasına səbəb içməli su olduğu iddia olunur. Bu iddia ilə yerli mətbuatda çıxış edən sakinlər kanalizasiya suyunun içməli suya qarışdığını deyiblər.

Xəstəliyin yaranma səbəbləri arasında gigiyena qaydalarına düzgün əməl etməmək, natəmizlik, çirkli sudan istifadə yer tutur. Ötən ilin noyabrında Mingəçevir və Yevlax şəhərlərində də sarılığa yoluxanların sayı artmışdı.

Həmin ərəfədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən hər iki şəhərdə epidemioloji araşdırma aparıldığını, infeksiya baş verən ərazidə su təchizatı və kanalizasiya sistemlərinin vəziyyətinin yoxlanıldığı bildirilmişdi. Yəni xəstəliyin bu səbəbdən yarana bilməsi heç kimə sirr deyil.

Tibb üzrə mütəxəssis Adil Qeybulla da Bizim.Media-ya açıqlamasında xəstəliyin çirklənmiş sudan yoluxma hallarının tamamilə mümkün olduğunu bildirib:

“Fekal-oral yolu burda əsas yoluxma yolu sayılır. Kanalizasiya özü ciddi şəkildə yoxlanmalıdır, yəni suyun çirklənməsinin baş vermə səbəbləri müəyyən edilməlidir. Vəbanın da bu cür yoluxması halları var. Suyun kolititri və kolindeksi daim nəzarətdə olmalıdır”.

O, xəstəliyin həm də hava-damcı yolu ilə yoluxduğunu qeyd edib:

“İnfeksion sarılıq virus hepatitis xəstəliyidir. Digər virus hepatitləri B, C, D, E virusları məhz A virusundan transformasiya etmişdir. Hava-damcı yolu ilə də yoluxur, onun təhlükəliliyi ondan ibarətdir ki, yoluxucudur. Ona görə də adı infeksion sarılıqdır, xəstəlik zamanı qaraciyər hüceyrələrində bir sıra proseslər gedir, piqmentlər qana sovrulur və xəstəlik yaradır.

Xəstəlik müalicə olunmadıqda və qaraciyərdə qlutatyon səviyyə aşağı olduqda qaraciyər çatışmazlığına gətirib çıxara bilər. Ona görə də məsələyə ciddi yanaşılmalı, xəstələnən şəxslər yataq rejiminə keçməli, təcrid olunmalı, tam müalicə olunduqdan sonra işə başlamalıdırlar. Xəstəlikdən qorunmanın ən yaxşı yolu təcrid olunmaqdır, tibbi maska geyinmək, əllərin dezinfeksiyasına fikir vermək, insanların sıx olduğu yerdə məsafə gözləmək və s. Bir sözlə, karantin qaydalarının gözlənilməsidir”.

Həkim xəstəliyin özbaşına müalicəsinin tərəfdarı deyil.

O, xəstəliyə yoluxan şəxslərdə hansı əlamətlərin olduğuna aydınlıq gətirib:

“Xəstəlik zamanı qızdırma, halsızlıq, zəiflik baş verir, qaraciyər funksiyası aşağı düşür. Bəzən xəstənin dərisində, gözün sklerasında sarılıq əlamətləri baş verir. Qaraciyərdəki zədələnmədən asılı olaraq sarılıq bu və ya digər intensivlikdə ola bilər. Ona görə də xəstələnən zaman həkimə müraciət etmək və həkim təyinatı əsasında müalicə almaq lazımdır. Özbaşına müalicə məsləhət deyil. Yoluxmayan şəxslərə isə məsləhət odur ki, xəstəliyin vaksini var, vaksin olunmaq xəstəlikdən yoluxmanın ən yaxşı yoludur”.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qəsəbə sakinlərinin virusa sudan yoluxma iddialarını təkzib edib: “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə monitorinqlər aparıldı. Orada bir çox nöqtələrdən, evlərdən, şəbəkə xətlərindən, mərkəzi anbarlardan su nümunələri götürüldü, hamısı həm onların, həm bizim laboratoriyalarda yoxlanıldı, suyun tərkibində heç nə aşkarlanmadı.

Su standartlara tam uyğundur, tərkibində hər hansı virus, o cümlədən, Hepatit “A” virusu mövcud deyil”.
 
Ardını oxu...
Ürək insanın ən vacib orqanıdır və onu çox yükləməmək üçün pəhriz səhvlərindən qaçınmaq lazımdır. Foodinfo.az xəbər verir ki, həkim və dietoloq Natalya Zubarevanın Gazeta.ru-ya verdiyi məlumata görə, bu, təkcə ürək və qan damarlarının deyil, həm də mədə-bağırsaq traktının xəstəliklərinin qarşısını almağa kömək edəcək. Əks halda, endokrin pozğunluqlar, 2-ci tip diabet və xərçəngə tutula bilərsiniz.Mütəxəssis ilk səhvini tərəvəz, meyvə və giləmeyvə qıtlığı adlandırıb. Onlar bitki mənşəli məhsulların geniş çeşiddə rənglənməsini təmin edən bioloji aktiv komponentlər olan fitonutrientlərin mənbəyidir. Onlar həmçinin xolesterol səviyyəsini və qan təzyiqini aşağı salır, qan damarlarının kapilyarlarını gücləndirir.İkinci səhv, qızardılmış qidaları, hətta həftədə bir neçə dəfə yeməkdir ki, bu da ürək çatışmazlığı, piylənmə və hipertoniyanın inkişafına səbəb olurÜçüncü səhv şəkərin həddindən artıq yeməkdir. Şirniyyatlarda, bişmiş məmulatlarda, süddə, kolbasalarda, fast foodda və hazır səhər yeməyində olduğunu nəzərə alsaq, çox asan hesab itirmək və çox şəkər yeyib-yemədiyinizi anlamamaq çox asandır.Həkim həmçinin qidaya duz əlavə etməyi məsləhət görmür. Həddindən artıq duz emal edilmiş ətlərdə, çipslərdə, qəlyanaltılarda və fast foodda tapıla bilər. Həddindən artıq duz yemək yüksək qan təzyiqinə səbəb olur və ürək çatışmazlığına və ya vuruşa səbəb ola bilər. Duzun gündəlik fizioloji norması 1,5 qramdır.Beşinci səhv maye çatışmazlığıdır. Suyun olmaması qanın qalınlaşmasına gətirib çıxarır və ürək-damar sisteminin onu pompalamasını çətinləşdirir. Buna görə insult və infarkt riski artır.
 
Ardını oxu...
Rəqəmsal resept (Elektron resept) sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" hesabında Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Elektron səhiyyə standartlarının və təsnifatlarının nəşriyyatı şöbəsinin müdiri Kəbutər Mövsümlü deyib.

Onun sözlərinə görə, eyni zamanda, e-resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini təmin edir:

"Elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin edəcək. Belə ki, elektron resept kağız dövriyyəsini aradan qaldıracaq, həkimlər vətəndaşlara onlayn və sürətli şəkildə xidmət göstərəcək. Eyni zamanda, elektron resept əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək".

Kəbutər Mövsümlü bildirib ki, Elektron Resept sisteminin tətbiqi yuxarıda qeyd olunan üstünlüklərlə yanaşı, bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq:

"Bu sistemin tətbiqi ilə dərman satışı sahəsində tranzaksiyalara nəzarətin real mexanizmi yaranacaq". \\Trend.Az
 
Ardını oxu...
Səhər bir stəkan limonlu su bədəndəki əsas prosesləri işə salır, bütün gün üçün canlılıq və enerji verir.Foodinfo.az xəbər verir ki, bunu terapevt və dietoloq Yelena Manovska Pravda.Ru ilə söhbətində deyib. Onun sözlərinə görə, limonlu su içməyin bir sıra açıq üstünlüklərinə baxmayaraq, məsələn, soyuqdəymə zamanı içkinin bir sıra əks göstərişləri var.Bundan əlavə, artan diş həssaslığından əziyyət çəkənlər limonlu sudan çəkinməlidirlər. İçkidəki yüksək turşu tərkibi emayenin məhvinə səbəb ola bilər və həssaslığı artırır.Növbəti əks göstəriş mədə-bağırsaq xəstəlikləri, məsələn, qastrit, xoralar, bağırsaq mukozasının iltihabıdır. Limonun tərkibindəki turşuya görə mədə selikli qişasının əlavə qıcıqlanması baş verir ki, bu da sancılar və ağrılarla müşayiət oluna bilər.Limon suyu da nəzərəçarpacaq sidikqovucu təsirə malikdir, buna görə də bu içki böyrək xəstəlikləri üçün kontrendikedir. Ürək-damar problemi olan insanlar da risk altındadırlar, onlar içki içməzdən əvvəl bir mütəxəssislə məsləhətləşməlidirlər.
 

Dünyapress TV

Xəbər lenti