Ardını oxu...
Süfrəmizdə hər gün yeyilə bilən ən sağlam yeməklərdən biri şorbadır. Şorbanın nə qədər sağlam olması bişirmə üsulundan və inqrediyentlərdən asılıdır. Foodinfo.az xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb.Şorbalar zülalların, yağların, karbohidratların, vitaminlərin və mineralların balanslaşdırılmış birləşməsidir. Bu yeməyin maye konsistensiyası, həmçinin tərkibindəki qaynadılmış tərəvəz və ət mədəni daha ağır yeməyə hazırlayır. Üstəlik, qaynadıqdan sonra məhsullar daha çox qida saxlayır və qaynadılmış tərəvəz və ətdən olan zülallar daha yaxşı mənimsənilir. Şorbalar da istiləşmə xüsusiyyətlərinə malikdir, aclığı tez təmin edir və asanlıqla həzm olunur, su balansını bərpa edir, ümumi rifahı yaxşılaşdırır və qan təzyiqini normallaşdırır.Noxud şorbası yaxşı həzm olunur və bağırsaq hərəkətliliyini stimullaşdırır, bununla da maddələr mübadiləsini yaxşılaşdırmağa və artıq çəkidən qurtulmağa kömək edir.Toyuq şorbası mədəyə faydalı təsir göstərir, infeksiyanın inkişafını azaldır və bədənin soyuqdəymə ilə mübarizə aparmasına kömək edir.Tərəvəz şorbası maddələr mübadiləsinə başlayır, bədəni təmizləməyə və əlavə funtlardan qurtulmağa kömək edir.Süd şorbası çoxlu protein ehtiva edir və mədə mukozasına müsbət təsir göstərir - bu yemək uşaqlar və yaşlılar üçün tövsiyə olunur.
 
Ardını oxu...
Öd kisəsi daşlarının əmələ gəlməsinə səbəb olan faktorlar çoxdur. Bunlara bizim yanlış həyat tərzimiz də demək olar.
Tribunainfo.az həmin 5 səhvi təqdim edir.
1. Xolesterin çoxdur
Xolesterini artıran qidaları yemək nəinki damarları tutur, öddə də daş əmələ gətirir.
Çünki bu qidaları həll etmətə ödün tam gücü yetmir. Həll olmayan xolesterin toplaşır, bərkiyir, kristallara çevrilir, onlar da zamanla daş olur. Heyvani mənşəli yağ, ət, süd yeyənlərdə bu daha çox olur.
2. Soyuq qidalar, buzlu içkilər
Soyuq, buzlu içki və desertlər, soyuducudan birbaşa nəsə yemək da öddə daş prosesinə səbəb olur.

3. Artıq çəki, piylənmə
Çox miqdaqda yağ, duz, şirin, karbohidrat yemək metobolizmi pozur, öd şirəsini qatılaşdırır, öddə spazm yaradır.

4. Yağlı qidalar, yemək arası qidalanma
Gün ərzində tez-tez atışdırmalıq qidalar, yağlı, souslu fast-fudlar xolesterini, yağlanmanı artırır.
5. Alkoqol
Çox miqdarda spirtli içki ödün sekresiyasını və tərkibini pozur, öd durğunluğu yaradır.
Öd daşı həyati təhlükəlidir, yaxşı halda əməliyyatla xilas olacaqsız.
 
Ardını oxu...
Son günlərdə qızılca xəstəliyinə qarşı yoluxma saylarında artım müşahidə olunur.

Çox təəssüf ki, sözügedən virusa yoluxanlar arasında da ölüm sayları artmaqdadır. Əvvəllər azyaşlıların qızılcaya yoluxduğu və buna görə ölümə dair xəbərlər eşidirdik. Lakin vəziyyət bir qədər dəyişib. Belə ki, artıq gənclər arasında da yoluxma və ölüm hallarına şahidlik edirik. Bəs qızılcaya yoluxma və ölüm yaşı nə üçün artır?

Mövzu ilə bağlı “Cebhe.info”-ya açıqlama verən məşhur pediatr Aytən İsmayılzadə bildirib ki, qızılca xəstəliyinin geniş yayılmasına səbəb peyvəndsizlikdir:

“Qızılcaya qarşı yoluxma və ölüm hallarının artmasının əsas səbəbi peyvəndsizlikdir. Mən indiyə kimi bu xəstəliyi ağır keçirənlər arasında peyvəndli olan kimisə görməmişəm. Yoluxanların hamısı peyvənd olunmayanlardır. Nəzərə almaq lazımdır ki, bu xəstəlik sinir sistemini və ağciyəri zədələyə, hətta ölümə səbəb ola bilər. Yəni bunun fəsadları çoxdur”.

Həkim bildirib ki, bu qədər insanın, xüsusilə uşağın qızılcaya yoluxması səhiyyə sistemində peyvəndləmənin çox aşağı səviyyədə olduğunu göstərir:

“ Əlbəttə ki, bu da bizim böyük qüsurumuzdur. Çünki digər xəstəliklərdə də vəziyyət eynidir. Əgər digər xəstəliklər də yayılsa, eyni hal yaşanacaq”.
 
Ardını oxu...
 

Politoloq hesab edir ki, bu, qlobalistlərin dünya əhalisini müəyyən səviyyəyə qədər məhv etmək barədə bəyanatıdır; həkimlər isə bildirir ki...

Yanvarın 15-də öz işinə başlayan növbəti Ümumdünya Davos Forumunun gündəliyinə yeni və sirli pandemiyanın müzakirəsi də daxil edilib. Epidemiya və ya pandemiyaya səbəb ola biləcək “X xəstəliyi” - naməlum patogenin nəzəri adı belədir. Bu barədə Dünya İqtisadi Forumunun (WEF, World Economic Forum) saytında deyilir.

Ümumdünya Səhiyyə Təşkilatına (UST) görə, COVİD-19-dan 20 dəfə çox ölümə səbəb ola biləcək yeni və naməlum patogenə təcili uyğunlaşmaq, peyvənd və ya müalicə metodunun hazırlanmasına sürətlə başlamaq üçün indidən hazırlaşmaq lazımdır. Həmçinin qeyd edilir ki, WEF Səhiyyə və Tibb Mərkəzi bu sahədə gender fərqinin azaldılması da daxil olmaqla, bütün dünyada səhiyyənin nəticələrini yaxşılaşdırmağa çalışır. 

“Davosda planlaşdırılan "X xəstəliyi" müzakirəsi qlobalistlərin dünya əhalisini məhv etmək planlarına dair bəyanatıdır." Bunu MDB Ölkələri İnstitutunun aparıcı elmi işçisi Aleksandr Dudçak deyib: “Bu, növbəti epidemiya zamanı əziyyət çəkə biləcək bəşəriyyət üçün narahatlıq deyil, falçılıq deyil. Bu, qlobalistlərin planları - Yer planetinin əhalisini onlara uyğun gələn müəyyən səviyyəyə qədər məhv etmək barədə bəyanatıdır”.

Onun sözlərinə görə, panelin elanı qlobalistlərin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılan hazır virusa və satışa çıxarılan hazır vaksinlərə malik olduğunu deməyə əsas verir. “Onlar nəinki sağalacaq, həm də onlarla peyvənd olunanların həyatı boyu əlavə ağırlaşmaları olacaq. Bu, sadəcə olaraq, yaxın planlar haqqında bəyanatdır. Onlar bir daha suverenlikdən məhrum olan və nəzarət altında olan dövlətlərin davranış modelini işləyəcəklər”, - Dudçak qeyd edib.

Ekspert əlavə edib ki, yeni virusun yayılmasında məqsəd rəqəmsal konsentrasiya düşərgəsi yaratmaq, insanları bir-birindən ayırmaq, distant təhsil və distant rabitəni tətbiq etməkdir: “Əgər bu insanlar bunu deyirlərsə, biz bunu çox ciddi qəbul etməliyik. Xoşbəxtlikdən Rusiyanın suverenliyi var və bu problemləri təkbaşına həll edə bilər”.

Bu nə sirli virusdur belə, təxminlər varmı? Doğrudanmı koronavirsudan qat-qat qorxulu olacaq? Bəs həkimlər bu barədə nə düşünür?

Ardını oxu...

Mərdan Əliyev

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu yeni məsələ deyil, 2018-2019-cu illərdə də belə bir məlumat var idi: “Sadəcə olaraq, koronavirusdan sonra daha çox gündəmə gəldi və daha da artdı. "X xəstəliyi"nin törədicisi məlum deyil. Virus olacaq, ya bakteriya olacaq, göbələklər olacaq, bilinmir. Çox güman ki, törədicisi virus olacaq. Bu, gələcəyin problemidir. Yəni yaxınlarda belə bir virus olacaq deyə bir şey yoxdur. Sadəcə olaraq, ÜST istəyir ki, dünya buna hazırlıqlı olsun. Təsəvvür edin ki, hazırlıqsız olarıqsa, koronavirusdan 20 dəfə daha yüksək yoluxucu və  öldürücü xəstəlik olarsa, bunun nəticəsi çox pis ola bilər. ÜST indidən dünya ölkələrinin hazırlıqlı olmasını istəyir, çünki COVİD-19 virusu meydana çıxdığı kimi başqa bir virus da yarana bilər. Bu zaman dünya daha aciz qalmasın deyə buna hazırlıqlı olmalıdır. Bu, əslində ciddi məsələdir. Onlar istəyirlər ki, bu məsələ gündəmdə olsun. Amma gələcəkdə belə bir xəstəliyin olma ehtimalından bəhs olunur. Dəqiq olacaq deyə bir fakt da yoxdur. Bilmirəm, onlar bunu necə hesablayırlar. Səhv etmirəmsə, onların proqramı var, ÜST bu proqram vasitəsilə belə bir problemin olma ehtimalını irəli sürür”.     

Ardını oxu...

Adil Qeybull

Mövzu ilə bağlı tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla da qəzetimizə fikirlərini açıqladı. O dedi ki, hələ 2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı insan sağlamlığını təhdid edən amillərdən biri kimi müxtəlif xəstəlikləri, o cümlədən qripin qarşıda pandemiya olacağını nəzərdə tuturdu və bunu təhdid amili kimi nəzərə alırdı: “Sonra COVİD-19 pandemiyası oldu. Mütəmadi olaraq Afrikada qızdırmalar baş verir. Bundan qabaq dünyada taunun, təbii çiçəyin, sarı qızdırmanın, vəbanın müxtəlif pandemiyalarının olub, kütləvi insan tələfatı ilə nəticələnib. Təhlükəli infeksiyaların istənilən an baş verməsi, bunun nəticəsində yaranan pandemiyalardan söhbət gedir. Ona görə adı X-dır. Yəni məchul. Bunlardan hər hansı biri baş verə bilər. Yaxud nəzərdə tutulmayan, misal üçün, koronavirus kimi virus ortaya çıxa bilər. Biz bunlara hazır olmalıyıq. ÜST xəbərdar edir ki, bu cür situasiyalarda vaxtında vaksin hazırlamaq, profilaktik tədbirlər görmək, dünya əhalisini qorumaq üçün maksimum tədbirlər görülməlidir. Söhbət bundan gedir. Biz heç nədən arxayınlaşmamalıyıq. Xüsusilə də qlobal istiləşmə ilə bağlı ayrı-ayrı virusların fəallaşması, insanın immun sisteminin dəyişməsi, onun təlatümlərinin baş verməsi, bütün bunlar hamısı yeni-yeni situasiyalar yaradır ki, bu da hansısa qorxulu, məchul bir infeksiyanın ortaya çıxmasını şərtləndirir”.   

Rusiyalı tibb elmləri namizədi, immunoloq Nikolay Kryuçkov da Lenta.ru-ya açıqlamasında deyib ki, dünya ictimaiyyətini ölümcül "X xəstəliyi"nə hazırlamaq gələcək pandemiyalarla daha yaxşı mübarizə aparmağa imkan verəcək. O, Dünya İqtisadi Forumunda aparılan bu mövzunun müzakirəsinin mahiyyətini açıqlayıb: “Gələcəkdə pandemiyaya səbəb ola biləcək patogenlərin siyahısı var. Bu o demək deyil ki, onlar mütləq buna səbəb olacaqlar, lakin onların pandemiyaya səbəb olmaq potensialı var və əvvəllər pandemiyaya səbəb olmayıblar. Kifayət qədər bir neçə belə infeksiya var, bunların sayı ondan çoxdur. Onlar mütəxəssislərin "radar"ındadır və davranışlarına nəzarət edilir. Bunlar, məsələn, koronaviruslar, hemorragik qızdırmalar, Zika virusu, Nipah virusu və bir sıra başqalarıdır. Ancaq mütəxəssislərin diqqətini cəlb etməyən infeksiyalar da var. Faktiki olaraq pandemiya potensialına malik infeksiyalar var, lakin biz onlar haqqında heç nə bilmirik, ya onlar hələ prinsipcə mövcud deyil, ya da inkişaf edir". Onun sözlərinə görə, mütəxəssislər "X xəstəliyi"nin ilk halını müəyyən etdikdən sonra qısa müddət ərzində dərmanın hazırlanmasına və istifadəsinə imkan verəcək mexanizm hazırlamağı planlaşdırırlar: “Zaman lazımdır. Pandemiyanın özünü tam şəkildə göstərməsi üçün kifayət qədər vaxt keçərsə, belə mərhələlərdə onunla mübarizə aparmaq çətindir. Əgər bu vəziyyəti ilkin mərhələlərdə dayandıra bilsələr, o zaman pandemiyadan tamamilə qaçmaq olar. Buna görə də bu konsepsiya hazırlanıb. Bu, bu gün həqiqətən mövcud olan bir növ xəstəlik deyil, bu, pandemiya əleyhinə tədbirləri effektiv planlaşdırmağa imkan verən bir konsepsiyadır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

Ardını oxu...
“X xəstəliyi” 2024-cü il yanvarın 15-dən 19-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya
İqtisadi Forumunun mövzularından biri olacaq.
Bu barədə təşkilatın saytında məlumat verilib.
Görüş barədə yerləşdirilən elan da deyilir:
“Ümumdünya Səhiyyə Təşkilatının naməlum “X xəstəliyi”nin koronavirus pandemiyasından 20
dəfə daha çox ölümə səbəb ola biləcəyinə dair yeni xəbərdarlıqları ilə səhiyyə sistemlərini
qarşıda duran çoxsaylı çağırışlara hazırlamaq üçün hansı yeni səylərə ehtiyac var?”.
Müzakirə yanvarın 17-də baş tutacaq. Bu görüşün iştirakçıları Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, Braziliyanın səhiyyə naziri Nisia Trindade
Lima, koronavirus əleyhinə peyvənd hazırlayan “AstraZeneca” şirkətinin rəsmiləri və digər
pressklub.az
 
Ardını oxu...
Dietoloq Natalya Denisova bananın faydalı xüsusiyyətlərindən danışıb və onları əvəz edə biləcək məhsulun adını çəkib.

“Cebhe.info” xəbər verir ki, onun sözlərinə görə, bioloji tərkibinə görə bu meyvə kartofa yaxındır.

Banan əsasən su və karbohidratlardan ibarətdir və karotenoidlər, B vitaminləri və bədəndən artıq suyun çıxarılmasına kömək edən yüksək miqdarda kalium ehtiva edir.

Belə ki, bu meyvələr ödəmə meyilli olanlar üçün faydalıdır.

Bundan əlavə, bananda çoxlu triptofan, serotoninin xəbərçisi olan bir amin turşusu var. Həkim deyib ki, bunun sayəsində bu meyvələri yemək əhvalınızı yaxşılaşdıra bilər.
 
Ardını oxu...
Bir çoxları arıqlamaq üçün anansdan istifadəni məqbul hesab edir və onun yağyandırıcı xüsusiyyətinin olduğuna inanır.

“Cebhe.info” xəbər verir ki, Moskva Səhiyyə İdarəsinin baş dietoloqu Antonina Starodubova ananasın faydalarından və ananasın gündəlik qəbulundan danışıb. Mütəxəssis ananasın yağ yandırıcı təsirə malik olması ilə bağlı yayılan inamı da təkzib edib.

Həkim “Moskva 24” telekanalı ilə söhbətində onların tərkibində qida zülallarının parçalanmasını yaxşılaşdıran və iltihab əleyhinə təsir göstərən bromelain fermentinin olduğunu izah etdi.

Ananas həm də beta-karotin, C, B1, B2, B6, PP vitaminləri və liflə zəngindir:

“Lif mədə-bağırsaq traktının funksional vəziyyətinə müsbət təsir göstərir və lipid mübadiləsini normallaşdırmağa kömək edir".

Buna baxmayaraq, meyvə artıq piylərddən xilas olmağa kömək etməyəcək.

"Ananasın yağ yandırıcı təsiri yoxdur",- deyə dietoloq qeyd edib.

Bundan əlavə, o, allergiya, şişkinlik, artan qaz əmələ gəlməsi və nəcis pozğunluqlarının mümkün təzahürləri səbəbindən ananasın həddindən artıq istifadəsinə qarşı xəbərdarlıq etdi. Onun sözlərinə görə, böyüklər üçün orta gündəlik pay təxminən 250-300 qramdır.
 
Ardını oxu...
Adi kartof da insanda zəhərlənmə yarada bilər.

“Cebhe.info” xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux adi kartof yeməkdən sonra zəhərlənmə riskindən danışıb.
Onun sözlərinə görə, bədənin intoksikasiyası yaşıl və ya cücərmiş məhsuldan qaynaqlana bilər. Tibb elmləri namizədi “Life” nəşrinə müsahibəsində deyib ki, kartof qabıqları və cücərtilərində zəhərli maddə – solanin var:

“Tərəvəzin özünü zərərvericilərdən və göbələklərdən qorumaq üçün ona ehtiyacı var. Lakin insanlarda solanin intoksikasiyaya səbəb ola bilər”.

Bununla əlaqədar olaraq, həkim kök yumrularından qabığı və gözləri kəsməyi və sonra tərəvəzi termal müalicə etməyi məsləhət görür. Qastroenteroloq solanin zəhərlənməsinin əlamətlərini də sadalayıb.

Adətən kartof yedikdən iki saat sonra ortaya çıxan həyəcanverici simptomların siyahısına ishal, ürəkbulanma və qusma, baş ağrısı, həmçinin letarji və temperaturun kəskin yüksəlməsi daxildir.
 
Ardını oxu...
D vitamini çatışmazlığı yaşlı insanlarda xroniki yorğunluğa səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, bunu "Nutrients" jurnalında dərc olunan araşdırma göstərib.

Yeni məqalənin müəllifləri D vitamininin rolu ilə bağlı yüksək keyfiyyətli tədqiqatı nəzərdən keçiriblər. Təcrübələr göstərir ki, maddə yorğunluqla əlaqəli mexanizmlərə təsir edə bilər, məsələn, əzələlərdə iltihabı və ya sərbəst radikalların hüceyrə zədələnməsini azaldan genləri aktivləşdirməklə. Bundan əlavə, sinir siqnallarının ötürülməsində və əhvalın tənzimlənməsində mühüm rol oynayan maddələr olan serotonin və dopamin istehsalında iştirak edir.
Yaşlı insanlarda, eləcə də dağınıq sklerozlu xəstələrdə yorğunluq və D vitamini arasında müəyyən əlaqə var. Revmatizm, xərçəng və xroniki yorğunluq sindromu olan insanlar üçün D vitamininin yorğunluğa təsirinin daha az keyfiyyətli sübutları mövcuddur.

Bir sıra tədqiqatlar normal D vitamini səviyyələri ilə bütün səbəblərdən ölüm riskinin azaldığını tapıb. Lakin dəlillər ziddiyyətlidir və əlavə araşdırmaya ehtiyac var.

Serum D vitamini səviyyəsinin 20 ng/ml-dən aşağı olması çatışmazlığı, 21-29 ng/mL arasında olması isə çatışmazlığı göstərir. Gündəlik 600-800 IU vitamin qəbulu optimal sümük sağlamlığını təmin edir və 30 ng/ml-dən yuxarı səviyyələri saxlamaq üçün 1000-2000 IU lazımdır.
 
Ardını oxu...
Son illərdə paytaxt Bakı başda olmaqla, böyük şəhərlərimizdə havanın həddindən çox çirkli olması barədə narahatlıq mövcuddur. Bu məsələdə ən böyük pay sahibi avtomobillər, xüsusilə də istismar müddətini başa vurmuş nəqliyyat vasitələridir. Mövcud durum artıq müvafiq qurumları da hərəkətə gətirib. Bəs sözügedən sahədə daha hansı işlərin görülməsinə ehtiyac var?

“Kaspi” qəzeti növbəti məqaləsində bu və digər suallara cavab tapmağa çalışıb.

Avtomobilləri sıradan çıxaran səbəblər

Ekoloq Kənan Kərimli dedi ki, nəqliyyat vasitələrinin sayı hər gün artır, xüsusən daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbə olaraq qalırlar: “Avtomobillərin əksəriyyəti fiziki və texniki cəhətdən aşınmış, ekoloji göstəricilərinə görə istismara yararsız vəziyyətdədir. Əlverişsiz yol şəraiti, yanacaq-sürtgü materiallarının keyfiyyətinin aşağı olması avtonəqliyyat vasitələrinin texniki hissələrinin və aqreqatlarının sürətlə yeyilməsinə, yanacaq sərfinin və xaric olan qazların zəhərliliyinin artmasına səbəb olur. Texniki qulluq və təmirin keyfiyyətinin yüksək səviyyədə olmaması, müasir avadanlıqların və ixtisaslı mütəxəssislərin çatışmazlığı avtonəqliyyat vasitələrinin iş qabiliyyətinin tam bərpa edilməsinə mənfi təsir göstərir. Avtonəqliyyat vasitələrinin ekoloji parametrlərini normada saxlamaq üçün onların texniki vəziyyətinə diaqnostika stendləri və avadanlıqlarından istifadə olunmaqla dövri nəzarət zəruridir”.

Bu avtomobillərə keçid tək çarədir

K.Kərimlinin fikrincə, hibrid və elektromobillərə keçid tək çarədir: “Yararsız və ya istismar müddətini başa vurmuş avtomobillərin dövriyyədən çıxarılması ekoloji durumun yaxşılaşmasında rol oynamaqla yanaşı, həm də yol-nəqliyyat hadisələrinə səbəb olan halların azalmasına da təsir göstərəcək. Nisbətən ekoloji təmiz hesab olunan hibrid, tam elektrik və buraxılışı 1-3 il aralığında olan yeni, kiçik həcmli daxili yanma mühərrikli avtomobillərin ölkəyə gətirilməsini stimullaşdıran addımların atılması ekoloji tarazlığı bərpa edəcək. Bununla yanaşı, tam elektrikli avtomobillərə digər nəqliyyat vasitələrində olmayan müəyyən imtiyazların verilməsi əhali arasında onlara marağın yaranmasına səbəb olar. Bu imtiyazlara dayanacaqların pulsuz olması, faizsiz kredit şərtləri ilə satış, sığorta qiymətində, texniki servis xidmətlərinin qiymətlərində endirim, enerji doldurma məntəqələrinin sayının artırılması və s. daxildir”.

Bu sahədə müvafiq addımlar atılacaq

Ekoloqun sözlərinə görə, ictimai nəqliyyat şəbəkəsinin hər kəs üçün əlçatan olması avtomobil sahiblərinin də ondan istifadəsinə zəmin yaradar: “Bu baxımdan son illərdə atılan addımlar, xüsusən avtobus hərəkəti üçün ayrılmış xüsusi zolaq bu keçidin sürətlənməsinə səbəb olub. Gələcəkdə istismara yararsız avtomobillərin utilizasiyası, idxal olunan yeni avtomobillərə güzəştlər, ölkə ərazisində ekoloji göstəricilərə nəzarət edən ekoloji postların sayının artırılması, texniki qulluq və təmirin keyfiyyətinə dövlət nəzarətinin artırılması, yeni avtomobillərin daha əlçatan olması üçün müvafiq addımlar atılması gözlənilir”.

Yeni qərarlar veriləcək

Nəqliyyat eksperti Eldəniz Cəfər bildirdi ki, Azərbaycanda ekosistemin yaxşılaşdırılması üçün bir sıra yeni layihələr həyata keçirilib: “2022-ci ilin sonunda Yol Xəritəsi hazırlanıb. Ölkəyə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələri gömrük və digər rüsumlardan azad edilib. Görünür, növbəti mərhələdə atmosferə buraxılan zərərli qazların miqdarını azaltmaq üçün yeni qərarlar veriləcək. Bu gün Azərbaycana idxal olunan avtomobillərin ekoloji standartı Avro-4-dür. Növbəti illərdə ölkəmizdə artıq Avro-5 standartına keçid olacaq. Yəqin ki, hazırlıqlar ona doğru gedir”.

Avtomobillərin 80 faizinin yaşı 10 ildən artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimovun sözlərinə görə, ölkəmizə idxal olunan 80 faizdən çox avtomobilin istismar ili 10 ildən artıqdır. Burada 30 ildən daha çox yaşı olan avtomobillərin də payı böyükdür: “Vacib məqamlardan biri avtomobillərin mütəmadi texniki baxışdan keçirilməsi və həmin nəqliyyat vasitələrinin mövcud standartlara uyğunluğunun yoxlanılmasıdır. Avtomobilin bir sıra hissələrinin sıradan çıxması ətraf mühitə ciddi təsir göstərə bilər. Ona görə atmosfer havasına atılan çirkləndirici qazların 80 faizdən çoxu məhz nəqliyyat sektorunun üzərinə düşür. Bu da müvafiq tədbirlərin görülməsinin sürətləndirilməsini tələb edir”.

Fevral ayından bu sistem işə başlayacaq

Müsahibimiz bildirdi ki, istismar müddəti bitmiş nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər qəbul olunub: “Tullantılar haqqında” qanuna xüsusi bölmə və yeni maddələr daxil edilib. Hazırda istismar müddəti bitmiş köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı müvafiq tədbirlər görülür. Fevral ayından artıq bu sistem işə başlayacaq. Ödəmələr olunması üçün fond yaradılır. Sentyabr ayından köhnəlmiş nəqliyyat vasitələri müvafiq özəl şirkətlərdən təşkil olunacaq utilizatorlara təhvil veriləcək”.

Əhaliyə alternativ təklif etməliyik

F.Mütəllimov qeyd etdi ki, hazırda elektromobillərin istifadəsinin təşviqinə, köhnə nəqliyyat vasitələrinin idxalı ilə bağlı tənzimləmələrin həyata keçirilməsinə daha çox fokuslanılıb. Amma əhaliyə alternativ təklif edilməlidir: “Bu gün hər kəsin bir nəqliyyat vasitəsindən istifadəsi tıxaclara gətirib çıxarır. Lakin ictimai nəqliyyatdan istifadə üçün imkanlar daha da yaxşılaşdırılmalıdır. İctimai nəqliyyat sisteminin yaxşılaşdırılması istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən işlər görülür. Metro şəbəkəsinin genişləndirilməsi, müntəzəm marşrut xətlərinin yaxşılaşdırılması, fərdi avtomobillərdən istifadənin azaldılması, velosiped yollarının olması və digər mühərriksiz nəqliyyat vasitələrindən istifadənin artırılması ilə bağlı kompleks tədbirlərin görülməsi nəzərdə tutulur”.

Dünyapress TV

Xəbər lenti