Laçın rayonunun ən böyük kəndlərindən olan Zabuxda həyat yenidən öz axarına qayıdıb.
AZƏRTAC xəbər verir ki, kənddə yenidən tikilən evlər, yaradılan infrastruktur Zabuxun simasını daha da gözəlləşdirib.
İndi Zabuxun gündüzləri qədər gecələri də parlaq işıqları ilə diqqət çəkir.
Zabux çayının hər iki sahilini əhatə edən kənddə həyat yenidən canlanıb. Doğma sakinlərinə qucaq açan Zabux hər ötən gün simasını dəyişərək gözəlləşir.
Otuz illik işğal dövründə kənd erməni vandalizminə məruz qalsa da, azad edildikdən dərhal sonra buranın yenidən qurulmasına başlanıldı. Qısa müddətdə kənddə evlər və digər obyektlər inşa olunub, yollar abadlaşdırılıb, əhalinin istirahəti üçün park salınıb. Kəndin mərkəzindən keçən çayın üzərində körpü inşa olunub. İndi gündüzlər mənzərəsi ilə seçilən kənd gecələri işıq saçan gözəlliyi ilə diqqət çəkir. Qeyd edək ki, Zabux kəndində 121 ailənin - 475 nəfərin daimi məskunlaşması təmin edilib.
Zabuxun lentə alınan gecə görüntülərini təqdim edirik:
Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən, keçmiş məcburi köçkün Akif Ədil oğlu Hacıyev deyib.
O bildirib ki, bu gün Füzuliyə nəvələri ilə qayıdır:
“Mən Birinci Qarabağ müharibəsində könüllü iştirak etmişəm. Ehtiyatda olan zabitəm. Füzulidən çıxanda 40 yaşım vardı, oğlum qucağımdakı nəvəm yaşında idi. Bu gün 71 yaşım var, nəvələrimlə qayıdıram. Hər birimiz Ali Baş Komandana, müzəffər Ordumuza borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin!”
Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınır. Bununla da Füzuli şəhərində 308 ailə, yəni 1 106 nəfərin daimi məskunlaşması təmin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Oxu.Az xəbər verir ki, noyabrın 27-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 106 nəfər köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 308 ailə, yəni 1 106 nəfərin daimi məskunlaşması təmin edilib. https://t.me/oxuaze/71266
Bu gün Kəlbəcər rayonunun Ermənistanın işğalından azad edilməsindən üç il keçir.
Oxu.Az xatırladır ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində hərbi müstəvidə əldə olunan qələbənin siyasi müstəvidə davam etdirilməsi prosesinə başlayıb.
10 Noyabr Bəyanatına əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verilib.
Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə itki vermədən nail olub.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 25 noyabr 2020-ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
Bu gün Azərbaycan Kəlbəcərdə infastruktur qurur. Kəlbəcər əsrarəngiz təbiətə, Ermənistanla sərhəddə yerləşdiyindən unikal strateji önəmə sahibdir.
Ötən üç il ərzində Azərbaycan Ordusu Kəlbəcərdəki mövqelərini xeyli dərəcədə möhkəmləndirib.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Oxu.Az xəbər verir ki, noyabrın 24-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 72 nəfər köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması təmin edilib.
“Laçından çıxanda oğlum bələkdə idi, indi 32 yaşı var”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Zabux sakini, keçmiş məcburi köçkün Tahir Əliyev deyib.
O bildirib ki, bu gün çox sevinclidir:
“Sevincimizin həddi-hüdudu yoxdur. Bu gün doğma torpağımıza qayıdırıq. Laçının işğaldan azad olunması xəbərini alanda göz yaşımızı saxlaya bilmədik. Oğlum Laçından çıxanda altıaylıq körpə idi. İndi onun 32 yaşı var, iki oğlu ilə o da Zabuxa qayıdır. Bu günü bizə yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Xatırladaq ki, bu gün növbəti köç karvanı Zabux kəndinə yola salınıb. İndiyə qədər Zabux kəndinə 121 ailə (473 nəfər) köçürülüb.
Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 25 ailə (93 nəfər) Zabux kəndinə yola salınıb.
Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 121 ailə (475 nəfər) köçürülüb. https://t.me/oxuaze/70820
“Çox istəyərdim ki, Laçına atamla qayıdım, amma heyif ki, bu günləri görmək ona qismət olmadı”.
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Ülviyyə Atakişiyeva deyib.
O bildirib ki, Laçından çıxarkən 12 yaşı olub:
“Laçından ayağıyalın, başıaçıq çıxdıq. Ermənilər bizə imkan vermədilər ki, evdən nəsə götürək. Evimizi dolu şəkildə qoyub çıxdıq. Bu gün isə dövlətimiz bizim torpağımızı, evimizi bizə dolu qaytardı. Hər cür şərait yaradıb bizi öz yurdumuza köçürdü. Atamın da ən böyük arzusu Laçına qayıtmaq idi, amma ömrü vəfa etmədi. Əminəm ki, bu gün onun ruhu şaddır. Bu günü bizə bəxş edən Ali Baş Komandana, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Xatırladaq ki, bu gün Laçın şəhərinə 21 ailə (81 nəfər) köçürülüb. Bununla da 346 ailənin (1 326 nəfərin) Laçına köçü və məskunlaşması təmin edilib.
Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ümumilikdə 1 660,83 kvadrat kilometr ərazi yenidən bərpa ediləcək Ağdərə rayonunun tərkibinə veriləcək.
Bu, Milli Məclisə daxil olan Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Kəlbəcər rayonun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan 73,74 kvadrat kilometr Ağdərə rayonunun inzibati ərazisinə veriləcək.
Qeyd edək ki, Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq.("Report")
İsrail Cənubi Afrika Respublikasındakı (CAR) səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Modern.az xəbər verir ki, bu barədə İsrial Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik CAR-da İsrailə əleyhinə səsləndirilən son bəyanatlardan sonra bu qərarı qəbul edib.
Cənubi Afrikanın hakim Afrika Milli Konqresi (ANC) partiyası İsrailin bu ölkədəki səfirliyinin bağlanmasını tələb edən təklifini dəstəkləyəcəyini bildirib. İsrailin Qəzzada HƏMAS-a qarşı kampaniyasını çox tənqid edən Cənubi Afrika öz diplomatlarını İsraildən geri çağırıb.