Ardını oxu...
Bu gün Azərbaycan ordusunun bir neçə ərazini işğaldan azad etməsindən üç il keçir.

Oxu.Az xatırladır ki, 2020-ci ilin 23 oktyabrında cəbhənin bir neçə istiqamətində uğurlar qazanılıb.

Azərbaycan hərbçiləri Xocavəndin Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayılın Dağ Tumas, Nüsnüs, Minbaşılı kəndlərini və Xələfli qəsəbəsini, Zəngilanın Vənədli, Mirzəhəsənli kəndlərini, Qubadlının Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad ediblər.
Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qələbə xəbərlərini tvit ataraq xalqa çatdırıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bu gün İranla 132 kilometrlik dövlət sərhədinin işğaldan azad olunmasından üçil keçir.

2020-ci ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad edilib. Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.

Müjdəli xəbəri Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çatdırıb. Dövlət başçısı Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması münasibətlə hər iki ölkənin xalqını təbrik edib

Ağbənd qəsəbəsini və Ağbənd sərhəd zastavasını işğaldan azad edən Azərbaycan hərbçiləri bu barədə Ali Baş Komandan İlham Əliyevə raport verib.

Həmin gün Ağbənd qəsəbəsilə yanaşı, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin, eləcə də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli və Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri düşməndən təmizlənib.

Ölkə rəhbərinin tapşırığı ilə Dövlət Sərhəd Xidməti tərəfindən qısa müddət ərzində İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi işğaldan azad olunan hissəsində də bütün zəruri mühafizə infrastrukturu yaradılıb, sərhəd zastavalarının fəaliyyəti bərpa edilib.
Ardını oxu...
Azərbaycan sentyabrda Qarabağda keçirilən genişmiqyaslı anti-terror əməliyyatı zamanı “Artsaxın” iki keçmiş təhlükəsizlik məmuru – Samvel Babayan və Vitali Balasanyanla atəşkəs barədə danışıqlar aparmaqdan imtina edib. Bu barədə oktyabrın 18-də Ermənistanın “Joxovurd” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Bu məlumata görə, separatçıların lideri Samvel Şahramanyan sentyabrın 19-da vəziyyətin gərginləşdiyi zaman Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin müavini ilə əlaqə saxlayıb. O, atəşkəs elan edilməsini və erməni tərəfindən əsas nümayəndəsi qismində Samvel Babayanla danışıqlara başlanılmasını təklif edib.

Nəşrin yazdığına görə, Azərbaycan tərəfi razılaşmayaraq, Babayanı “yalançı və dezinformasiya yayan şəxs adlandırıb və onu Ermənistana göndərməyi təklif edib”. Daha sonra Şahramanyan Vitali Balasanyanı təklif edib, amma Bakı bununla da razılaşmayıb.

Azərbaycan son nəticədə bütün namizədləri rədd edərək deyib ki, atəşin dayandırılması üçün yalnız bir şey tələb olunur – “DQR”-in buraxılması haqqında bəyanatın imzalanması. “Joxovurd” yazır ki, sonda belə olub.

“Turan” agentliyinin haqlı olaraq qeyd etdiyi kimi, bu vəziyyətdə bir sual qaranlıq olaraq qalır: Bakı Azərbaycana qarşı döyüşən və onun ərazilərinin işğalında iştirak edən Babayan və Balasanyanın Qarabağı tərk etməsinə niyə icazə verdi? Məsələn, Samvel Babayan Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin komandanı olub. 1992-ci ildə Şuşanı işğal edən bölmələrdən birinə komandirlik edib.

Vitali Balasanyan Xocalının işğalında və Xocalı sakinlərinin qətliamında iştirak edib. O, Ağdamdan xocalılılara köməyə gələn Azərbaycan qüvvələrini qarşısını almalı olan dəstəyə də rəhbərlik edib. Əsgəran rayonunun məhz Balasanyanın nəzarətində olan ərazisində yüzlərlə Xocalı sakini qətlə yetirilib, əsir götürülüb.

Siyasi şərhçi Murad Sadəddinov Pressklub.az-a açıqlamasında ilk olaraq qeyd edib ki, sentyabrın 19-da Qarabağda genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi ilə bağlı qiymətləndirmə ilə razı deyil.

Onun fikrincə, bu, məhdud anti-terror tədbiri idi və bu tədbir zamanı Azərbaycan öz ərazisində yerləşən qeyri-qanuni erməni dəstələrini tərksilah etmək üçün silahlı qüvvələrinin kiçik, cüzi bir hissəsindən istifadə edib.

“Bu, Ermənistan tərəfinin müvafiq bəndinə əməl etmədiyi 2020-ci ilin Üçtərəfli Bəyannaməsi əsasında edilib.

Samvel Şahramanyanın bəyanatı və “Joxovurd” qəzetində “öz mənbələrinə” istinadən dərc olunan məlumatlara gəlincə qeyd etmək istəyirəm ki, bu, həqiqətə tamamilə uyğun deyil. Biz erməni tərəfinin saxta xəbərlərdən həmişə necə bacarıqla istifadə etdiyini görməyə öyrəşmişik. Mümkündür ki, Qarabağdakı separatçı hərəkatın keçmiş liderlərinin Samvel Babayanla problemləri olub. Müsahibələrindən də görürük ki, o, onları müxtəlif yanlış addımlarda ittiham edir. Və görünür, onun bəyanatlarına və ittihamlarına hansısa formada cavab vermək üçün Şahramanyan fürsətdən istifadə edərək, Ermənistan ictimaiyyətinin gözündə Babayanın nüfuzunu ən azı müəyyən dərəcədə sarsıtmaq istəyir.

Qoyulan suallara gəlincə, hesab edirəm ki, Azərbaycan tərəfi belə danışıqlar təklifləri qəbul etməyəcəkdi. Çünki Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı bəyan etmişdi ki, qanunsuz silahlı birləşmələr silahı yerə qoymayana, müxtəlif növ separatçı strukturlar “səlahiyyətlərindən” imtina etməyənə və təşkilatlarını ləğv etməyənə qədər Azərbaycan bu əməliyyatı dayandırmayacaq.

Yəni, Bakı açıq şəkildə şərt qoymuşdu ki, separatçılar öz strukturlarını ləğv etməlidirlər. Və belə də oldu.

Burada, bir çox filmlərdə göstərilən sovet qoşunlarının Berlini tutması anını xatırlayırıq. O zaman da artıq mühasirəyə alınmış alman silahlı qüvvələri danışıqlar və s. bağlı müxtəlif təkliflər irəli sürürdülər. Və o zaman da Moskvanın mövqeyi qəti idi – tam və qeyd-şərtsiz təslim. Hesab edirəm ki, bu, bizim vəziyyətimizlə müəyyən qədər müqayisə oluna bilər”, – Sadəddinov deyir.

“DQR” özünü ləğv etdikdən sonra Bakı mülki əhaliyə (yeri gəlmişkən, onların arasında Azərbaycana silahlı müqavimət göstərən çoxlu hərbi qulluqçular da var idi) ölkəmizin ərazisini tərk etmək imkanı verib, – o, davam edir.

“Azərbaycana qarşı uzun müddət vuruşan S.Babayan və V.Balasanyanın Qarabağı tərk etməsinə icazə və imkan verməsinə gəlincə, mən bu fikirlə razı deyiləm. Düşünürəm ki, belə bir fürsət olsaydı, Azərbaycan bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında olan separatçı hərəkatın liderləri kimi, onları da həbs edib məsuliyyətə cəlb edərdi”, – o davam edib.

“Düşünürəm ki, uzun müddət Azərbaycana qarşı döyüşlərdə iştirak etmiş və əraziyə yaxşı bələd olan həm Samvel Babayan, həm də Vitali Balasanyan hansısa çoban cığırları ilə Qarabağı tərk edərək, Ermənistan ərazisinə keçə biliblər.

Hazırda Azərbaycanda bir çox cinayətlər, o cümlədən Xocalı cinayəti ilə bağlı aparılan məhkəmə prosesləri bir çox yeni faktlar və sübutları üzə çıxaracaq, onlara qarşı ayrı-ayrılıqda ittihamlar irəli sürüləcək və onlar beynəlxalq axtarışa veriləcək. Əgər sözsüz ki, hələ axtarışa verilməliyiblərsə. Və zaman keçdikcə – əlverişli şərait yaransa, biz onları həbs edib məsuliyyətə cəlb edə biləcəyik”, – deyə siyasi müşahidəçi hesab edir.
 
Ardını oxu...
Gələn ilin birinci rübündə əhalinin Şuşaya köçünə başlanılacaq.

Bunu Azərtac-a açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

A.Kərimov bildirib ki, ilkin olaraq birdəfəlik 400-dək ailənin köçürülməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, yeni yaşayış kompleksinin tikintisi bu ilin sonuna yekunlaşacaq.
 
Ardını oxu...
BQXK-nin komandaları Qarabağdakı icmalara baş çəkir, bölgə kütləvi şəkildə boşaldıldıqdan sonra insanlara kömək etməyə çalışır, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatında deyilir.

"Az sayda insan öz seçimi ilə, yaxud da özləri gedə bilmədiyi üçün öz evlərində qalıb. Bəzilərinin tibbi yardıma və ya yemək və suya ehtiyacı var. Digərləri ailə üzvləri ilə əlaqə saxlamağı və ya getmələri üçün nəqliyyat vasitəsi tapmağı xahiş edirlər. Komandalarımız həmçinin ölən şəxslərin səliqə ilə morqlara aparılmasına kömək ediblər", deyə BQXK-nin əməkdaşı Kris Pul bildirib.

BQXK komandaları öz evlərində qalan az sayda insanla əlaqə saxlayır və daim yeni insaları tapır. Onlar məmnuniyyətlə çörək və su alır və ya ailə üzvləri və dostları ilə əlaqə saxlamaq üçün BQXK-nin telefonlarından istifadə edirlər.

BQXK-yə uzaq dağlıq qəsəbədə 92 yaşlı atası ilə birlikdə yaşayan Aron Kazaryan da müraciət edib.

 
Ardını oxu...
“Rusiya sülhməramlılarının nəzarət məntəqələrinin bağlanması doğru addımdır. Hansı yerlərdə ki məntəqələr bağlanıb, demək, orada bunlara ehtiyac qalmayıb”.

TEREF.AZ bildrir ki, bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, sülhməramlıların burada qalma müddəti Azərbaycanla Rusiya arasındakı müzakirələrdən asılıdır:

“Hələlik görünür onların burada müəyyən funksiyaları var. Vladimir Putin bildirdi ki, bu, məsələ Azərbaycanla Rusiya arasında müzakirə olunacaq. Üçtərəfli bəyanatın şərtinə görə, sülhməramlıların qalma müddəti maksimum 2025-ci ilin noyabr ayına qədərdir. Bu baxımdan, proses öz-özlüyündə təbii yolla gedir. Nə zaman ki bölgədə bütün məsələlər həllini tapacaq, o zaman Rusiya sülhməramlılarına ehtiyac qalmayacaq”.

Oqtay Qasımov qeyd edib ki, ayın sonuna doğru Brüsseldə liderlər səviyyəsində üçtərəfli görüş baş tuta bilər:

“Rusiya tərəfindən də təşəbbüs oldu. Amma Ermənistan son zamanlar Rusiyanın istəklərindən yayınmağa çalışır. Üç format vardı, danışıqlar da bu platformalarda aparılıb. Azərbaycan üçün vacib olan sazişin hansı şəhərdə imzalanması yox, sənədin beynəlxalq hüquq və ədalət prinsipinə uyğun imzalanmasıdır. Yəni bizim üçün məkanın fərqi yoxdur.

Prezident İlham Əliyev təşəbbüs irəli sürdü, Ermənistanı birbaşa danışıqlar üçün Tiflisdə görüşün keçirilməsini təklif etdi. Ermənistan hələlik bu təklifə münasibətdə susur”.

 
Ardını oxu...
Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Suqovuşan su anbarı təmir-bərpadan sonra istifadəyə verilib.

Müzəffər Ali Baş Komandan Sərsəng su anbarı ərazisində də Dövlət Bayrağımızı ucaldıb.

Ekspertlər hər iki su anbarının strateji əhəmiyyəti barədə danışıblar.
Ətraflı “ATV Xəbər”in sujetində:

 
 
 

          
Ardını oxu...
Bu gün Azərbaycanın bir neçə yaşayış məntəqəsinin Ermənistanın işğalından azad edilməsindən üç il keçir.

Oxu.Az xatırladır ki, 44 günlük Vətən müharibəsində, oktyabrın 18-də Azərbaycan Ordusu Cəbrayıl istiqamətində yeni qələbələr qazanıb.

Belə ki, oktyabrın 18-də Cəbrayılın Hacılı, Hacı İsaqlı kəndləri və Xudafərin qəsəbəsi işğaldan təmizlənib.
Həmin gün Xudafərin körpüsü də azad edilərək onun üzərində Azərbaycanın Dövlət Bayrağı qaldırılıb.
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, sentyabrın 19-dan Rusiya sülhməramlılarının Qarabağda ümumilikdə 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Tribunainfo.az xəbər verir ki, teleqram kanallarında sülhməramlılara məxsus postlardan birinin sökülməsi görüntüləri yayılıb.

 
Ardını oxu...
"Associated Press" Qarabağı tərk etmək məcburiyyətində qalan azərbaycanlılarla bağlı məqalə dərc edib.

“Qarabağı tərk edən azərbaycanlılar qayıtmağa can atırlar” başlıqlı məqalədə qarabağlı Nazim Vəliyevin Azərbaycanın daxilində, separatçı bölgədə etnik zorakılıqlar başlayanda evini tərk etmək məcburiyyətində qaldığından bəhs edilib. O, gənc yaşda diş həkimi olmaq istəyib. Otuz ildən çox vaxt keçdikdən sonra həkimlik karyerası başa çatan 60 yaşlı Vəliyev indi yenidən Azərbaycanın nəzarətində olan doğma şəhərinə qayıdacağına ümid edir.

Nəşr qeyd edir ki, Vəliyev 1988-ci ildə baş verən və daha sonra açıq müharibəyə çevrilən zorakılıqlar fonunda Qarabağ bölgəsini tərk etməyə məcbur olan 700 min azərbaycanlı arasındadır...

“Mən tez-tez yuxularımda görürdüm ki, qonşularımla əvvəlki kimi meşədə gəzirik, gül yığırıq”, – deyə bildirən Bahar Əliquliyeva isə Xankəndidəki uşaqlığından danışıb.

Azərbaycanın şəhərə nəzarəti bərpa etdiyini biləndə, hətta buna inanmayıb.

"Özümü keçmişlə indiki arasında bir yerdə hiss etdim", - o, Associated Press-ə deyib. \\Ölkə.Az
 

Dünyapress TV

Xəbər lenti