Ardını oxu...
Rusiyanın himayəsi sayəsində 32 il ərzində Azərbaycan Respublikasının suveren(!) ərazisinin 20 faizinə yaxınının işğal atında saxlanmasına, 1 milyona yaxın soydaşımızın didərgin düşməsinə şərait yaratmış gorbagor(!) separatçı-terrorçu rejimin Azərbaycan ordusunun bir sutkalıq əməliyyatından sonra İrəvana sığınmış tör-töküntülərinin qondarma “parlament”inin üzdəniraq “deputat”ları son qapalı iclaslarından sonra yenidən sonuncu “prezident” Samvel Şahramanyanla görüşüblər.

Moderator.az xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı məlumata görə, görüşdə Qarabağda “köçkün ermənilərin ehtiyacları və onların həlli yolları” məsələsi ilə yanaşı, Şahramanyanın sentyabrın 28-də separatçı qurumun ləğv edilməsi ilə bağlı “bədnam” qərarının taleyi də müzakirə edilib.

Xatırladılır ki, həmin qərarla separatçı rejimin “dövlət institutları bir neçə gün sonra, yəni 1 yanvard 2024-cü ildə bağlanmalı və qurum ləğv edilməlidir. Şahramanyan bu haqda dəqiq açıqlama verməyib, sadəcə bildirib ki, “o qərarı verən özüdür və məsuliyyətini daşıyır, ona görə də nə etməli olduğunu bilir”.

“Bəzilərində belə təəssürat yaranıb ki, Şahramanyan imzaladığı fərmanı ləğv edib. Mənbələrimiz onu da bildirdilər ki, artsax məsələsi üzrə beynəlxalq komitənin yaradılması istiqamətində intensiv iş aparılır və bu komitə əvvəlki sessiyada işə salınıb. Bununla Ermənistan siyasi qüvvələrinin fəal üzvlərindən ibarət kiçik bir qrup məşğul olsa da, onlar bu fəaliyyətləri hələlik ciddi məxfilik şəraitində həyata keçirmək qərarına gəliblər”-deyə erməni qəzeti yazır.
 
Ardını oxu...
Bu gün daha 20 ailə Bakıdan doğma Laçın şəhərinə yola salınıb.

“Report” xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksindən 86 nəfər yola düşüb.

Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Köçürülən sakinlər üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.
 
Ardını oxu...
“Füzulidən çıxanda götürdüyüm əşyaları indi özümlə doğma yurduma aparıram”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Şücaət Əliyeva deyib.

O qeyd edib ki, artıq səhəri öz doğma şəhərində açacağı üçün çox xoşbəxtdir:

“Artıq sabahı öz doğma yurdumda - Füzulimdə açacağam. Çox sevincliyəm, çox xoşbəxtəm. Füzulidən çıxanda götürdüyüm əşyaları indi qaytarıb doğma yurda aparıram. Hər kəs deyir ki, bu köhnə qab-qacağı özünlə niyə götürürsən? Amma onlar başa düşmürlər ki, bu, mənim üçün necə əvəzolunmaz hissdir.

Dövlətimiz övladlarımı gözəl evlə, şəraitlə təmin edib. Bir mən qalmışdım Əhmədlidə kirayədə, artıq dövlət doğma yurdumda məni də evlə təmin etdi. Bu günü yaşadığımız üçün Ali Baş Komandana, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün Füzuli şəhərinə daha 25 ailə (112 nəfər) köçürülür.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 358 ailənin, yəni 1 298 nəfərin daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova
 
Ardını oxu...
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Oxu.Az-ın məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 13-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 112 nəfər köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Füzuli şəhərində 358 ailənin, yəni 1 298 nəfərin daimi məskunlaşması təmin edilib.
Ardını oxu...
Paşinyanın müavini Mger Qriqoryan 6 dekabrda Ermənistan parlamentində çıxışı zamanı sərhədin müxtəlif hissələri ilə bağlı delimitasiya işlərinin 1975-1979-cu illəri əhatə edən 22 xəritə ilə aparılacağını bildirib. Əlbəttə, buna Azərbaycan da razılıq verməlidir. Fikrimcə, danışıqlarda da bəhs etdiyimiz istiqamətdə ümumi anlayış mövcuddur.

Bu sözləri Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi üçün həyata keçiriləcək delimitasiya prosesində istifadə olunacaq xəritələr haqqında danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib.

O, prosesin dinamikasının formalaşacaq siyasi mühitdən asılı olacağını qeyd edib.

“Əsas məsələ ziddiyyətlər olduğu zaman gücdən istifadə etməmək öhdəliyidir. Əgər sülh sazişi imzalansa və tərəflər bu öhdəliyi üzərlərinə götürsə, delimitasiya prosesi uzun illər davam edə bilər. Ancaq bütün hallarda prosesin sürəti Azərbaycan və Ermənistan arasında formalaşacaq siyasi mühitdən asılı olacaq”.

Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov isə Azərbaycanın qazandığı Zəfərin veriləcək qərarlara mütləq şəkildə təsir göstərəcəyini vurğulayıb:

“Delimitasiya prosesində hansı xəritələrdən istifadə olunacağı məsələsi iki tərəfin də birlikdə verəcəyi qərardan sonra müəyyən ediləcək. SSRİ dövrü xəritələrindən istifadə ehtimalı daha çoxdur. Xəritənin 1975 və s. illərə aid olması mütləq deyil. Delimitasiya işinin mahiyyəti, tarixi, coğrafi və siyasi məqamlar da bunu tələb edir. İkitərəfli delimitasiya komissiyası var, görüşlər keçirilir. İki dövlət hərbi-siyasi reallıqlar nəzərə alınmaqla qərarlar verəcək. Azərbaycanın qazandığı Zəfər veriləcək qərarlara mütləq şəkildə öz təsirini göstərəcək”.
 
Ardını oxu...
Yaxın illərdə (ola bilər ki, he, bir zaman) Qarabağda ermənilərlə azərbaycanlıların birgəyaşayışı, ermənilərin ümumiyyətlə Azərbaycan dövlətində yaşaması mümkün deyil. Və bunu azərbaycanlılar, Azərbaycan hökuməti deyil, vaxtilə Qarabağda yaşayan ermənilər istəmirlər.

Özlərini absurd teatrının aktyoru kimi aparan, reallıqdan ayrı düşən bu şəxslər, 30 ildən artıq müddətdə qeyri-qanuni şəkildə Azərbaycan ərazisində fəaliyyət göstərən erməni təşkilatları Qarabağa qayıtmaq üçün şərt irəli sürürlər. Məsələn, “Artsaxın” (onlar hələ də Qarabağı belə adlandırmaqda davam edirlər) 150-dən çox “partiya, ictimai təşkilat, KİV və icması” 10 dekabr İnsan Haqları Günü, eləcə də “Artsax respublikasının müstəqilliyi barədə referendum, Artsax respublikasının konstitusiyası günü” ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Müraciətdə ənənəvi olaraq Azərbaycanı irqçilikdə, etnik təmizləmədə ittiham edən ermənilər Qarabağı tərk etmək “səbəblərindən” bəhs edərək, tarixə baş vururlar və təbii ki, bu zaman həmin tarixi öz bildikləri kimi də qələmə verirlər. Azərbaycan cəmiyyəti bu “tarixə” yaxşı bələd olduğundan, onun üzərində geniş dayanmağa ehtiyac yoxdur.

Müraciətin maraqlısı tərəfi isə ermənilərin hələ də Qarabağa qayıtmaq üçün şərtlər irəli sürməsi və bu şərtlərin absurdluğudur.

Bəs ermənilər hansı şərtləri irəli sürüblər?

Birinci: Onlar “Artsax respublikası vətəndaşlarının” Azərbaycanın yurisdiksiyasına qayıtmasını istisna edir, Azərbaycan ordusunun, polisinin və hakimiyyət orqanlarının Qarabağdan, eləcə də “1992-ci ildə etnik təmizləmə həyata keçirilən Şaumyan rayonundan” çıxarılmasını tələb edirlər.

İkinci: Onların tələbinə görə, “Artsaxın” bütün “sərhədi” boyunca BMT-nin çoxmillətli beynəlxalq sülhməramlı qüvvələri yerləşdirilməli və silahsız zona yaradılmalıdır.

Üçüncüsü: “Beynəlxalq hüquqa malik olan” Laçın “dəhlizi” BMT idarəçiliyinə verilməlidir.

Dördüncüsü: “Artsax ərazisi” ermənilərin qayıtmasını təmin etmək üçün BMT idarəçiliyinə verilir. Qarabağın yekun statusunu müəyyən edəcək referenduma qədər BMT idarəçiliyi davam edir və sonra referendumun nəticələri bütün ölkələr tərəfindən tanınır.

Beşincisi: Azərbaycan heç bir separatçını təqib etmir, həbs olunan və məhkum edilən bütün ermənilər (o cümlədən, Bakı həbsxanasında saxlanılan separatçı liderlər) dərhal buraxılır. Eyni zamanda, Azərbaycan vətəndaşlarının və onun “muzdlularının” törətdiyi “cinayətləri” araşdırmaq üçün tribunal yaradılır və eyni tribunal “Artsax vətəndaşlarına” qarşı irəli sürülən hərbi cinayət ittihamlarını araşdıra bilər.

Müraciət BMT Baş katibi, BMT Təhlükəsizlik Şurası, ATƏT sədri, ATƏT Minsk Qrupu həmsədrləri, Avropa Şurası (Baş katib, AŞPA sədri, Nazirlər Şurası sədri), Avropa İttifaqı Şurası prezidenti, Avropa Parlamenti sədri, MDB baş katibi, KTMT baş katibi, NATO baş katibinə ünvanlanıb.

Yəni, bu qədər “sadə”. Azərbaycan, yuxarıda sadalanan şərtləri yerinə yetirməlidir və ancaq bundan sonra Qarabağ erməniləri həmin əraziyə qayıtmaq barədə düşünə bilərlər.

Bu müraciəti oxuyandan sonra başa düşürsən ki, reallığı anlamağa başlayan Ermənistan ermənilərindən fərqli olaraq, Qarabağ erməniləri hələ də nə baş verdiyini dərk etmir, dünyada, bölgədə hansı proseslər getdiyini, özlərinin hansı vəziyyətdə olduqlarını anlamırlar (anlamaq istəmirlər). Onlar hələ də güman edirlər ki, bu torpaqları qaytarmaq üçün minlərlə qurban verən, əsassız beynəlxalq hücumların ən gərgin dövrünü geridə buraxan Azərbaycanı təzyiq vasitəsilə güzəştə getməyə məcbur edə bilərlər.

Amma bir şey aydındır ki, artıq ermənilər geriyə qayıtmayacaqlar. Şərtlər (ümumiyyətlə şərt sürmələri) absurddur, özləri geriyə qayıtmaq istəmirlər, buna onların milyonlarla vəsaitə göz dikən təşkilatları imkan verməyəcək.

Mümkündür ki, onların çox cüzi bir hissəsi hansısa zaman kəsiyindən sonra geriyə dönmək qərarı qəbul etsin. Amma bu, bəlkə də barmaqla sayıla bilinəcək qədər olsun.

Hələlik isə… son məlumata görə, artıq Qarabağdan köçən 17 min erməni bir daha geri qayıtmamaq üçün Ermənistanın özünü də tərk ediblər.

Bəlkə irəli sürülən şərtlər dünyaya səpələnib, özlərinə daha yaxşı yer tapmaq üçün bir vasitədir?

Mənbə: Press Klub
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır

Ardını oxu...
Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirmədiyinə görə Azərbaycan Naxçıvana çıxış üçün yeni variant irəli sürür. Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumundakı çıxışında bu variantın nədən ibarət olduğu aydın olur.
İrəvan Zəngəzur dəhlizinin keçdiyi ərazidə öz pulu hesabına dəmiryolu xətti inşa edir və başqa ölkələrə daşımalardan gömrük rüsumu alır, lakin Azərbaycandan yox. Naxçıvan Azərbaycan ərazisi olduğu üçün bura daşınacaq sərnişin və yüklər gömrük rüsumu və sərhəd yoxlanışından azad edilməlidir. Əliyev bunu “Azərbaycandan Azərbaycana” prinsipi ilə izah edir və Kalininqrad dəmir yolu təcrübəsindən istifdənin Brüsseldə gündəmə gəldiyini bildirir. Əks təqdirdə, Ermənistan regional kommunikasiyadan kənarda qalmağa davam edəcək, çünki İrəvandan fərqli olaraq, Bakının Naxçıvana İran marşrutu üzərindən çıxış alternativi var.

Müəllif: Asif Nərimanlı
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Ardını oxu...
Yeni ili Şuşada qarşılamaq istəyənlər 2 nəfərlik paket üçün 2500-3500 manat sərf etməli olacaqlar. Paketə Şuşa hotelində 2 gecə 3 gün qalmaq, Yeni il şənliyi, müxtəlif musiqi və şou proqramlar, atəşfəşanlıq və sair aiddir. Elanı paylaşan şirkətlər bildirir ki, bu paketi alanlar üçün işğaldan azad olunan ərazilərə giriş üçün icazə məsələsi həll olunacaq.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, məbləğ bazar iqtisadiyyatına uyğun qərarlaşdırılıb:

“Bu paket özəl şirkətlər tərəfindən hazırlanır. Vətəndaşlar 2500-3500 manatlıq qiymətlə razılaşmasalar, müəyyən endirimlər ola bilər. Bazar iqtisadiyyatında qiymətin yaxşısı-pisi yoxdur, alıcının olub-olmamasına fikir verilir.

Bu cür qiymətlərin təyin edilməsində həmin şirkətlərin menecerləri ortaq qərar verir və buna əsasən məbləğ müəyyən edilir. Burada dövlətdən icazə almağa da ehtiyac yoxdur. Ümumiyyətlə, dövlət bu kimi məsələlərə qarışmır”.

Ekspertin fikrincə, aylıq gəliri aşağı olan vətəndaşlar bu kimi tədbirlərdə iştirak etmək yerinə, daha münasib alternativlərə müraciət edə bilər.
 
 
 
Ardını oxu...
2023-cü ilin bitməsinə artıq sayılı günlər qalıb.
Bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əhalinin qayıdışı ilə bağlı bir çox hadisənin şahidi olduq.
Zəngilan rayonunun Ağalı kəndindən başlayan Böyük Qayıdış Laçın, Füzuli, Tərtər rayonlarının da azad edilmiş kəndləri ilə davam etdirildi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, təkcə 2023-cü ilin 11 ayı ərzində ümumilikdə 901 ailə, yəni 3 516 nəfər öz dədə-baba yurduna qaytarılıb.
Yola saldığımız ildə Füzuli şəhərinə 308 ailə (1 106 nəfər), Laçın şəhərinə 363 ailə (1 389 nəfər), Zəngilan rayonu Ağalı kəndinə 109 ailə (545 nəfər), Laçının Zabux kəndinə isə 121 ailə (476 nəfər) köçürülüb.
44 günlük Vətən müharibəsinin bitməsindən 2023-cü ilin dekabrına qədər isə işğaldan azad olunmuş ərazilərə ümumilikdə 987 ailə (3 932 nəfər) köçürülüb.
Baş nazir Əli Əsədov isə parlamentin dekabrın 5-də keçirilən plenar iclasında çıxışı zamanı 2023-cü ilin sonunadək əlavə olaraq 215 ailənin də doğma yurduna köçürüləcəyini vurğulayıb.
Baş nazir bildirib ki, 2026-cı ilədək 34 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub.
 

Ötən il "Dünya Göz Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə vergi borcunun olması barədə xəbər vermişdik.

32gun.az-ın məlunatına görə, efirlərdə bəh-bəhlə reklam olunan xəstəxananın Azərbaycan Dövlətinə vergi borcu qat-qat artıb.

Belə ki, ötən il 46404.28 AZN vergi borcu olan Dünya Göz Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı borcu 300 min manata (296869.30 AZN) yaxındır.

Maraqlısı bundadır ki, borcu olan xəstəxana ölkənin reytinqli verilişlərində reklam olunmaqdan da çəkinmir.

Bildirək ki, Qanuni təmsilçisi Adem Esgün olan "Dünya Göz Azərbaycan"ın nizamnamə kapitalı 10000AZN-dir.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni Qərbi azərbaycanlıların öz evlərinə qayıdışı ilə bağlı razılaşmadan asılı olacaq.

Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barədə danışarkən belə fikir söyləyib.

“Sülh prosesinin təşəbbüskarı biz olmuşuq. İlkin mərhələdə Ermənistan tərəfinin səyləri var idi. Bu, həmin sülh müqaviləsi layihəsinə “Dağlıq Qaradağ respublikası”nı daxil etmək idi. Biz əlbəttə ki, bunu rədd etdik”.

Onlar çalışırdılar ki, müxtəlif mətnlər, formatlar çərçivəsində bunu (“Dağlıq Qaradağ Respublikası” – red.) oraya daxil etsinlər. Bizim isə münasibətimiz o idi ki, bu haqda danışa bilmərik, danışmamalıyıq və ərazi bütövlüyünün tanınması qarşılıqlı olmalıdır. Ona görə də biz deyirdik ki, Azərbaycanda erməni azlığı o mətnə daxil ediləcəksə, o zaman Ermənistandan didərgin salınmış azərbaycanlıların da məsələsi oraya daxil edilməlidir və onlar Ermənistana qayıtmalı, orada yaşamalıdırlar, onların hüquqları, təhlükəsizlikləri tam təmin olunmalıdır.

Necə ki, Azərbaycanda erməni azlığının hüquqları təmin ediləcək. Təəssüf olsun ki, Ermənistan tərəfi bunu rədd etdi. Bu, məntiqsiz idi. Çünki biz qeyri-adi bir şey təklif etmirdik. Biz qarşılıqlı prinsipi təklif edirdik. Digər variant isə, ümumiyyətlə, bu mövzuya toxunmamaq idi. Sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra mənə elə gəlir ki, bu maneə aradan qalxıb. Biz hər iki azlığı sülh müqaviləsində təsbit edəcəyik və ya bunun haqqında, ümumiyyətlə, danışmayacağıq”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin bu çıxışından sonra Ermənistan tərəfi təkliflə bağlı açıqlama verib. Ermənistan Milli Məclisinin sədri Alen Simonyan dolayısı ilə əhalinin hər iki ölkənin ərazisinə qayıdışı məsələsini zamanın öhdəsinə buraxmağı təklif edib:

“Əgər biz həqiqətən də sülhün bərqərar olmasından danışırıqsa və sadəcə bir kağız imzalamaq və iddia etmək deyil, o zaman hər şeyin vaxt tələb etdiyini başa düşmək lazımdır. Məsələn, biz Gürcüstanla heç bir müqavilə bağlamamışıq, amma burada gürcülər yaşayır, Gürcüstanda soydaşlarımız yaşayır. Təbii ki, bir fərq var, çünki münaqişə amili mövcudur. Bu, o deməkdir ki, vaxt lazımdır, Azərbaycan brend səviyyəsinə qaldırılmış ermənilərə qarşı nifrət təbliğatını dayandırmalıdır”,-spiker belə deyib.

Alen Simonyan əlavə edib ki, hansısa mərhələdə həm ermənilərin Azərbaycana, həm də azərbaycanlıların Ermənistana səfər edəcəyini istisna etmir. Parlament sədrinin açıqlaması göstərir ki, Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmasına razı deyil və belə bir təklifin sülh sazişinə salınmasını istəmir. Simonyan qeyri-müəyyən gələcəkdə azərbaycanmlıların Ermənistana, ermənilərin isə Azərbaycana səfərinin mümkünlüyündən danışır.

Bu isə o deməkdir ki, azərbaycanlılar turist kimi Ermənistana səfər edə bilər, ancaq orada daimi məskunlaşıb yaşaya bilməz. Simonyanın bu mövqeyi adekvat olaraq ermənilərin də Qarabağa qayıtmasına dair maddənin sülh müqaviləsinə daxil edilməməsi üçün əsas yaradır. Ona görə də Ermənistanın belə bir razılaşmadan imtina etməsi ermənilərin Qarabağa kütləvi köçürülməsi ilə bağlı Qərb dövlətlərinin irəli sürdüyü tələbləri qəbul etməmək üçün hüquqi baza yaradır. Bu isə Qərbdən Azərbaycana yönəlik siyasi təzyiqlərin aradan qalxması deməkdir.

Eyni zamanda, Qarabağdan könüllü köçmüş və beynəlxalq məhkəmə instansiyalarına müraciət edəcək ermənilərin qaytarılması üçün də hər hansı iddialara qarşı Azərbaycanın hüquqi arqumentlərini güclənidirir.

Politoloq İlqar Vəlizadə “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, ermənilərin Qarabağa qayıtması yalnız azərbaycanlıların Qərbi Azərbaycana dönəcəyi halda mümkündür.

“Prezident İlham Əliyev də bəyan etdi ki, bu, qarşılıqlı şəkildə olmalıdır. Yəni Qərbi azərbaycanlılar öz vətəninə qayıtmasa, ermənilər də Qarabağa qayıtmamalıdır. Əgər Ermənistan hakimiyyəti bunu istəyirsə, açıq deməlidir. Çox güman ki, onlar bu mövqeyin tərəfdarıdır. Amma Ermənistan bir tərəfdən, ermənilərin Qarabağa qayıtmasını istəyir. Eyni zamanda, bu yanaşma ilə fikirlərini açıq deyə bilmirlər. Çünki başa düşürlər ki, bu real deyil. Ona görə də vasitəçi tərəflərin əli ilə “oyun” oynayırlar.

Xüsusilə də ABŞ bu “oyun”da əsas tərəf kimi iştirak edir. Çox güman ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayenin Bakıya səfəri zamanı da bu məsələ müzakirə olunub. Qərb, o cümlədən ABŞ ermənilərin kütləvi şəkildə Qarabağa qayıtmasından danışır. Lakin bu, yalnız Qərbi azərbaycanlıların Ermənistana qayıtması şərtilə mümkün ola bilər. Əgər Ermənistan özündə cürət tapsa və ermənilərin Azərbaycana qayıtmamasına razı olsa, o zaman sülh danışıqları daha süərtlə davam edə bilər və nəticə əldə etmək daha asan olar”.

Politoloq onu da bildirdi ki, ermənilər qarşılıqlı razılaşma əsasında Qarabağa köçməsə belə, azərbaycanlıların Ermənistana qaytarılması məsələsi beynəlxalq müstəvidə qaldırıla bilər. Bu da azərbaycanlıların Ermənistandan zorla deportasiya edilməsi, ermənilərin isə Qarabağdan könüllü köçməsi ilə bağlıdır:

“Azərbaycan bu tələbi sülh sazişindən kənar irəli sürə bilər. Sülh sazişində azərbaycanlıların və ermənilərin qarşılıqlı şəkildə, həm Ermənistana, həm də Azərbaycana qaytarılması ümumiyyətlə, qaldırılmır. Belə olan halda azərbaycanlıların öz evlərinə dönməsi məsələsi başqa müstəvidə müzakirə oluna bilər. Qərbi azərbaycanlıların Ermənistana qayıtması məsələsinin tələ ediləcəyini Azərbaycan Prezidenti də deyib. Lakin bu, sülh sənədi ilə bağlı deyil”.
 

Dünyapress TV

Xəbər lenti