Ardını oxu...
ABŞ-nin Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində magistr təhsili alan azərbaycanlı tələbələr İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin də nümayiş olunacağı qondarma “erməni soyqırımı”nın anım günü tədbirinin ləğv edilməsinə nail olublar.
Yeniavaz.com xəbər verir ki, bu barədə həmin tələbələrdən Ceyhun Xəlilov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, sözügedən tədbirdə İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayiş etdiriləcəyini görən kimi digər magistr tələbələri İnqilab Hüseynzadə və Murad Qurbanovla “LLM Advising Office”ə (universitetin magistr mərkəzi) yollanıblar:
“Münaqişənin tarixi, 1905-ci ildən bəri Azərbaycan xalqının məruz qaldığı sistematik qırğınlar, BMT-nin 4 qətnaməsi, Xocalı soyqırımı və ən əsası hazırda davam edən sülh danışıqlarından söz açdıq. Bu tədbirin Azərbaycanı birbaşa soyqırımda günahlandırdığını diqqətlərinə çatdırdıq. Əlavə olaraq, tədbirin təsviri hissəsində “Artsakh” sözünün işlədilməsinin bizim ərazi suverenliyimizə birbaşa zidd olduğunu bildirdik.
Növbəti gün “Advising Office”in rəhbəri hər üçümüzü şəxsən qəbul edərək uzun müzakirə apardı. Qeyd etdi ki, tədbir kifayət qədər “offensive”də olsa, insanların sağlamlığı üçün ciddi təhdidlər də olsa, bütün deyilənlər yalan da olsa, ABŞ Konstitusiyasının 1-ci əlavəsinə əsasən, heç kimin tədbiri ləğv etmək hüququ yoxdur. Bu halda biz də Azərbaycana qarşı baş verən qırğınlar, habelə Vətən müharibəsi dövründə Gəncə və Bərdəyə olan hücumlarla bağlı stend açmaq istədiyimizi dedik.
Daha sonra tədbirin təşkilatçısı olan İnsan Hüquqları Mərkəzinin direktor müavini ilə bu məsələni müzakirə etdik. Bütün narazılıqlarımızı və etirazlarımızı bildirdik. Qeyd etdik ki, hüquq fakültəsində dərs deyən Beynəlxalq Ədalət Məhkəməsinin köhnə sədri, hakim Joan Donoghue belə qeyd edir ki, münaqişə artıq bitib. Və bu tədbirin keçirilməsi yalnız provokativ xarakter daşıyır. Sülh danışıqlarına xələl gətirir.
Nəticədə əvvəlcə qondarma qurumun tarixin ən qaranlıq nöqtəsinə göndərilmiş adı silindi. Direktor müavini isə bildirdi ki, tədbir başlamazdan əvvəl özü şəxsən təkzib verərək bu tədbirin qondarma hadisələrin anım gününə heç bir aidiyyəti olmadığını bildirəcək. Və bu gün artıq tədbir ləğv edildi”.
Ardını oxu...
Aprelin 23-də saat 22:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır.

Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır".

Ardını oxu...
  

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür.

APA xatırladır ki, 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

Laçın sərhəd-buraxılış məntəqəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu.

Prezident İlham Əliyevin bildirdiyi kimi, 23 aprel Azərbaycanın ərazi bütövlüyünün tam bərpası deməkdir.

 
 
 

Ardını oxu...
  

Akif Nağı: “Qarabağdan köçmüş ermənilərin son zamanlar aktivləşməsində, toplantılar keçirməsində bir hədəf var...”

İrəvanda fəaliyyət göstərən üzdəniraq “Artsaxın qorunması Komitəsi” baş nazir Nikol Paşinyanın “Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək” bəyanatına reaksiya verib. Bəyanatda deyilir ki, Paşinyanın bu mövqeyi dövlətin və xalqın maraqlarına qarşı yönəlmiş siyasətin növbəti təzahürü kimi qiymətləndirilir.

“Komitə” qeyd edir: “Bu cür yanaşmalar təkcə artsaxın deyil, həm də bütün Ermənistan Respublikasının təhlükəsizliyinə, suverenliyinə və dövlət davamlılığına ciddi təhlükə yaradır. Qarabağ hərəkatı mahiyyət etibarilə təkcə artsaxın azad edilməsinə deyil, həm də erməni xalqının tarixi hüquqlarının bərpasına və birliyinin möhkəmləndirilməsinə yönəlmiş milli azadlıq hərəkatı idi”.

Bəyanatda Paşinyanın mübarizədən imtinası öz tarixini inkar etməyə bərabər addım kimi qiymətləndirilir. “Onlar beynəlxalq hüquqları görünməz edir, çünki artsax xalqının (belə bir xalq da varmış! - red.) öz müqəddəratını təyin etmək hüququ heç bir şəkildə ləğv edilməyib. Səhifənin bağlı elan edilməsi faktiki olaraq beynəlxalq arenada bu hüququ müdafiə etməkdən imtina etmək deməkdir”, - deyə hələ də göylərdə süzən radikal-revanşistlər bəyan ediblər.

Görəsən, bu sarsaqlar hansı “öz müqəddəratını təyinetmə hüququ”ndan dəm vururlar? Məqsədləri nədir? Axı Azərbaycan zamanında təklif etdi ki, qalın və vətəndaşlığı qəbul edin. Paşinyan əleyhinə belə bəyanatların erməni ictimai şüuruna hansı təsirləri ola bilər?

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, ermənilər hələ uzun müddət “artsax” mövzusundan Azərbaycana qarşı sui-istifadə etməyə çalışacaqlar: “Xislətlərinə uyğun olaraq məsələlərin mahiyyətini təhrif edirlər, reallıqda tam uzaq bir təsəvvür yaratmağa çalışırlar. Həmin ermənilər hələ bir müddət sonra daha geniş fəaliyyətə başlayacaqlar ki, guya onlara qarşı genosid həyata keçirilib, guya zorla köçürülüblər, köçmüş adamların sayını şişirdəcəklər. Hətta daha da absurda gedərək dünyaya car çəkəcəklər ki, guya onlar Qarabağdan çıxarkən yüzlərlə, minlərlə ölən olub. Bu, erməni siyasətidir, böhtan, yalançı vay-şivən onların qanındadır. Bu, əslində onların bədbəxtçiliyidir”.

A.Nağı vurğuladı ki, indiyə qədər də o sualın cavabını ortaya qoya bilmirlər ki, nə üçün 2023-cü ilin sentyabr ayında bir həftə ərzində ermənilər Qarabağı könüllü şəkildə tərk edib getdilər: “Azərbaycan ən yüksək səviyyədə onlara dəfələrlə müraciət etdi ki, vətəndaşlığımızı qəbul edib yaşayın. Ancaq ermənilər bu çağırışlara müsbət münasibət göstərmədilər. Azərbaycan onların qarşısını kəsib zorla Qarabağda saxlaya bilməzdi. Bunu etmək insan haqlarına qarşı addım olardı. Baş nazir Nikol Paşinyan son vaxtlar izah etməyə çalışır ki, Ermənistan daxilində və xaricində olan müəyyən erməni mərkəzləri, o cümlədən müəyyən dövlətlər Azərbaycana qarşı "Qarabağdan çıxarılmış erməni" faktorundan istifadə etmək üçün həmin kütləvi köçü təşkil etdilər. Eyni zamanda köçmüş ermənilərdən Nikol Paşinyan hakimiyyətinə qarşı istifadə etmək məqsədlərdən biri olub. Bunu da Paşinyan deyir".

Partiya sədrinin dediyinə görə, son bir aydır Ermənistanda Qarabağdan köçmüş erməni revanşistlərin aktivləşməsi, toplantılar, aksiyalar keçirmələri, bəyanatlar vermələri prosesin məhz buna doğru getdiyini göstərir: “Yəni artıq açıq görünməkdədir ki, separatçı ermənilər Paşinyan və Paşinyan hökumətini açıq hədəfə alıblar. Onları həm Robert Köçəryan-Serj Sərkisyan cütlüyü, həm də xaricdən istiqamətləndirənlər var”.

A.Nağı onu da dedi ki, Paşinyan əslində ikiüzlülük edir: “Çünki Paşinyanın xəbəri olmadan Qarabağdan ermənilər qısa müddətdə köçməzdilər. Paşinyan da belə bir plan qurmuşdu ki, Qarabağdan ermənilərin kütləvi köçməsindən Azərbaycana qarşı istifadə ediləcək. Ona görə də həmin köçdə Paşinyan da maraqlı idi. İndi Paşinyan görür ki, həmin ermənilər onun özünü hədəfə almağa başlayıb, ona görə məlum izahatı verir”.

Ardını oxu...

Akif Nağı

Partiya sədri hesab edir ki, Qarabağdan köçmüş ermənilərin müəyyən müddətdən sonra yeni-yeni tələblərlə meydana çıxmaları da istisna deyil: “Əslində həmin ermənilərin aktivləşməsi həm də Paşinyan hökumətinin oyunlarındandır.  Paşinyan bir tərəfdən deyir ki, "Qarabağ hərəkatı yoxdur, bunu davam etdirməyə də ehtiyac yoxdur", o biri tərəfdən Ermənistanda Qarabağdan köçmüş cinayətkar ermənilərə fəaliyyət imkanı yaradır. Ümumiyyətlə, ermənilərin aktivləşməsində Fransa kimi dövlətlərin rolu da var".

Həmsöhbətimiz əlavə etdi ki, ermənilərin “artsax” oyununu davam etdirməsində məqsədlərdən biri də xaricdəki erməni diasporundan, erməni mərkəzlərindən maliyyə yardımları almaqdır.

A.Nağının fikrincə, Paşinyan səmimidirsə, Şahramanyan, Sərkisyan, Köçəryan kimi quldurların fəaliyyətini məhdudlaşdırsın, onları Azərbaycana versin: “Onlara fəaliyyət imkanı yaratdıqca, həm erməni cəmiyyətinə daha ciddi təsir göstərməyə çalışacaqlar, həm də Paşinyanın bəyanatlarında səmimi olmadığı isbatlanacaq. Şahramanyanın tullanıb-düşməsi onun qandallanıb Bakıdakı cinayətkar həmkarlarının yanına gətirilməsi ilə bitəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

 
 
 

Ardını oxu...
  

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bu gün işğaldan azad edilmiş iki kəndə növbəti köç karvanı yola salınıb.

Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 34 ailə - 141 nəfər köçürülüb.

Eyni zamanda Xocalı rayonunun Ballıca kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 21 ailə - 83 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.**report.az


Ardını oxu...
  

Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Ardını oxu...
  

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri Xankəndi şəhərinə səfər edib. 

Musavat.com xəbər verir ki, səfərdə Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 7 beynəlxalq təşkilatdan, ümumilikdə 100-dən çox diplomat və hərbi attaşelər iştirak edir.

Səfərdə məqsəd xarici diplomatları Xankəndi şəhərində həyata keçirilən bərpa-yenidənqurma işləri və Qarabağ Universitetində tələbələr üçün yaradılan şəraitlə yaxından tanış etməkdir.

Bununla yanaşı, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında sözügedən səfərdən görüntülər paylaşıb. 

Onun sözlərinə görə, Xankəndinin azad edilməsi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

Həmin görüntüləri təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bu gün Başlıbel faciəsinin ildönümüdür.

1993-cü ilin aprelin 18-də Ermənistanın Kəlbəcər rayonunu işğalı zamanı Başlıbel kəndində törətdiyi qırğından 32 il ötür.

Bu cinayət nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb.

Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc sakin xilas olmaq məqsədilə mağaraya sığınıb, lakin ermənilər onların yerini aşkarladıqda silahlı hücuma keçərək qətliam törədiblər.

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilmiş həmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və ayrı-ayrı dəfn olunub.

Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov götürülənlər olub və bugünədək itkin hesab olunanlar var.

Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.
 

Ardını oxu...
Bərpası dövlət büdcəsinə 35 milyona başa gələn Ağdamın Sarıcalı kəndində tikilən evlərə su damıb.

Yenicag.az bu barədə araşsırmaçı-jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Jurnalist su daman evlərin tikintisi ilə bağlı maraqlı detallar açıqlayıb.

O bildirib ki, Sarıcalıdakı evləri tikən şirkət “6-cı mərtəbə” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

Jurnalistin sözlərinə görə, “6-cı mərtəbə” şirkətinin direktoru Təhməzli Ataş İlahi oğludur. Ataş Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşıdır.

“O biri qardaşı isə Mənzil İnşaatı Dövlət Agentliyi yanında MİDA MMC-nin rəhbəri Fərhad Təhməzovdur.

35 milyonluq tenderi udan şirkətin bir ucu gedib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə çıxır. Şirkətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Bu şəxs London Universitetinin məzunu və 2 ildən bəridir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr müavini təyin olunmuş Pərvin Nəbiyevin atasıdır. Pərvin Nəbiyev özü də bir müddət bu şirkətdə layihə menecerinin müavini olub. Pərvin Nəbiyevin atasının adı Təhməzli ailəsinin başqa bir şirkətində – “VƏLİYEV ŞAHİN İ. VƏ TƏHMƏZLİ ŞAHBAZ A. TAM ORTAQLI BAK TİKİNTİ ABADLIQ” MÜƏSSİSƏSİ-də də qanuni direktor kimi qeyd olunur. Şahbaz Təhməzli “6-cı mərtəbə”nin sahibi Ataş Təhməzlinin oğludur. Şahin Vəliyev İsrafil oğlu isə hamımızın yaxşı tanıdığımız oliqarx deputat, “Kristal Abşeron”un sahibi Ağalar Vəliyevin qardaşıdır”, – deyə jurnalist qeyd edib.
Ardını oxu...
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 14-də davam etdirilib.

"DogruXeber.az" xəbər verir ki, təqsirləndirilən şəxs Arayik Harutyunyan dindirilmə zamanı Samvel Babayanın 2000-ci ildə Arkadi Qukasyana qarşı sui-qəsd törətməsindən danışıb, onu məcburiyyətdən “Təhlükəsizlik şurası”nın “katibi” təyin etdiyini bildirib.

A.Harutyunyan Murad Petrosyanı isə 2010-2012-ci ildən sonra tanıdığını bildirib: “Ondan əvvəl isə onun barəsində eşitmişdim. Bir neçə il əvvəl öldü. Petrosyanla bir komandada olmamışıq. O, mənə qarşı olub. Biz əks qütblərdə olmuşuq”.

Bu zaman məhkəmədə sənəd tədqiq olunub. Sənədə əsasən məlum olub ki, A.Harutyunyan M.Petrosyan vəfat edərkən başsağlığı verib, onu barəsində xoş sözlər yazıb, fəaliyyətini yüksək qiymətləndirib.

Dünyapress TV

Xəbər lenti