Ardını oxu...
“Forbes” jurnalı 2023-cü il üçün dünyanın ən güclü 100 qadınının siyahısını dərc edib.

Bu barədə jurnalın saytında məlumat dərc edilib.

Siyahıda birinci yeri Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ikinci yeri Avropa Mərkəzi Bankının Prezidenti Kristin Laqard, üçüncü yeri ABŞ vitse-prezidenti Kamala Harris, dördüncü yeri isə İtaliyanın Baş naziri Giorgia Meloni tutub.

Siyahıda dünya ulduzlarından Taylor Svift və Beyonse kimi qadınlar da yer alıb.

Həmçinin, bu il də ilk 100-ə girməyi bacaran yeganə türk qadın Gülər ​​Sabancı olub.

Mənbə: qafqazinfo.az
 
Ardını oxu...
Dünyanın ən yaşlı qadını Helen Makkenbax 110 yaşında vəfat edib.

Bildirilib ki, qadın Rotterdamda yaşayıb. O, qısa sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Bu xəstəlik onu hərəkətlərini məhdudlaşdırmış və yataq xəstəsi etmişdi.

Məlumata görə, Helen Barbara Maria Makkenbax ailənin ən böyük uşağı olub. Onun üç qardaşı və bacısı rəhmətə gediblər. Qadının öz uşaqları olmayıb. O, 99 yaşlı bacısı Dini ilə yaşayırmış.
Ardını oxu...
Ardını oxu...
Mənbə: rt.ru
 
Ardını oxu...
Amerikalı qadın uğursuz dünya turu üçün bilet aldıqdan sonra evsiz qalıb. Sahibinin evinin dəyəri 200 min dollar qiymətləndirilib.

32gun.az xəbər verir ki bu barədə Amerika nəşrləri məlumat yayıb.

Məlumatda Ohayo ştatında yerli sakinin satılan evin müqabilində ləğv edilmiş “Life At Sea” kruizinə bütün dünya üzrə bilet aldığı hadisə qeyd edilib.

Belə ki, qadının yaşayış sahəsi dörd otaqdan ibarət olub və 200 min dollar dəyərində qiymətləndirilib.

Gəmi İstanbulu noyabrın 1-də tərk etməli idi, lakin sonradan təşkilatçılar gəminin olmadığını əsas gətirərək səfərin tarixini təxirə salıblar.

İndi amerikalı qadın kirayədə qalır: “Kruizə getmək üçün evini satan yeganə insan mən deyiləm - çoxları da bunu edirdi.Bəziləri mülklərini icarəyə verib, bəziləri erkən pensiyaya çıxıb” -deyə qadın bildirib.
 

Ardını oxu...
Amma peşəsi toyda mahnı oxumaq olanın həkimlik etməyi, yaxud tibb müəssisəsinə rəhbərliyi təbii görünə bilməz.Qısası,Tovuzda belə bir halın baş verdiyi barədə sosial mediada paylaşıma rast gəldik.

Faktinfo.az xəbər verir ki,bu barədə fesbuk istifadəçi Arifə Əliyeva yazıb.

Sitat: "...Əldə etdiyim məlumata görə bu xanım Tovuz rayon Tibb Mərkəzinə müavin təyin olunub. TOVUZLULAR onu müğənni kimi yaxşı tanıyır. Toy tutanda toya gedir, arada da vətəndaşların səhəti ilə maraqlanır. Və sonuncu toyu üç gün əvvəl oxuyub.Müavin təyin olunan toy müğənnisi zəng etmişdi.Dedi, yaxşı edib oxuyuram,sənə nə dəxlisi.Dedim "HEŞZAD", vəzifənin məsuliyyətini dərk etmirsənsə, günah səndə deyil,səni ora təyin edəndədir...TƏBİB-ə gəlincə, belə bir təyinatın olmadığı bildirilirdi... Nə oldu bəs, həmin səsi yayım?".

Həqiqətən də inanmağımız gəlmir.Məgər Tovuzda peşəkar həkimlər yoxdurmu ki!?...

Səhiyyənin adına və imicinə toy müğənnisinin adının ardınca oxuduğu mahnılarının siyahıya alınması gəlirsə, bu heç də yaxşı əlamət deyil.Amma bir yana baxanda, bu da xalqa xidmətdir. Bəzən bir xoş avaz və ya mahnı xəstəliyə şəfa olur, xəstəni stresdən çıxarır...

Faktinfo.az saytından qarşı tərəfin mövqeyini öyrənmək üçün davamlı olaraq TƏBİB-ə zəng edilsə də,telefonları qaldıran olmayıb. Qarşı tərəf mövqeyini yazılı şəkildə saytın elektron ünvanına göndərə bilər.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Mənbə: Faktinfo.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1943-cü il təvəllüdlü Gülüstan Əşrəf qızı Şamirovanı vurub.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
 
Ardını oxu...
Naxçıvan şəhəri, Culfa rayonunun bir qrup qadın sakinləri tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, Məşğulluq İdarəsi onları iş saatından artıq çalışdırır, qarşılığında isə əlavə ödəniş verilmir:

“Biz, bir qrup qadın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də şikayət etmişik. Şikayətimizdən sonra bizi işlə təmin etdilər, amma indi də Məşğulluq İdarəsi bizi incidir ki, iş istədiniz, verdik, indi də bizim dediklərimizi etməlisiniz. Bizə deyirlər ki, saat 9-dan 1-ə kimi işinizi görün, 1-də nahara gedin, daha sonra işinizin başına qayıdın.

Hər birimiz onlara müraciət edib bildirdik ki, evdə ailəmiz, uşağımız, problemimiz var, o qədər iş saatı olar? 327 manat əmək haqqı verirlər, səhərdən axşama kimi bizi işlədirlər.

Səkinin üzərində oturmaqdan bir neçə nəfər qadın hal-hazırda iynə-dərmandadır. Hara şikayət ediriksə, bizə cavab vermirlər. Culfa İcra Hakimiyyəti deyir ki, bizlik deyil, kim sizə iş verib, gedin o da həll etsin. Qalmışıq çarəsiz vəziyyətdə.

Sizin sayt vasitəsilə hörmətli Fuad Nəcəfliyə müraciət edirik: “Bu soyuq aylarda kuçələrdə qalmışıq, xahiş edirik, bizə kömək edin. Biz xadimələrə zülm edirlər, saatdan artıq işlədirlər”.
Mənbə: “Hürriyyət”
 
Ardını oxu...
Sona bəyim Behbudova qədim zamanlarda yaşamayıb. Yaşadığı yaxın dövr yaşlı nəslin yadındadır. 1915-1980-ci illəri əhatə edir. Vaxtı ilə səsinə, sənətinə, gözəl ifaçılıq tərzinə görə xalqımızın hörmətini, dərin məhəbbətini qazanıb. İndisə unudulub. Yada salaq..
Sona bəyim Qarabağda tanınmış Behbudovlar soyundandır. Bu soy Cavanşir elinin Sarıcalı oymağının Behbudalılar tayfasına bağlıdır. İki qardaşın ata tərəfdən Behbudəli ağanın, ana tərəfdən Pənahəli xanın törəmələridilər. Sona bəyimin ulu babası Mirzəli bəy Behbudəli ağa oğlu Qarabağ xanlığının ünlü sərkərdələrindəndir.
Mirzalı bəyin ikinci oğlu Əli bəy Şuşa şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. İbrahimxəlil xana xidmət еtmişdi. Sərkərdə idi. Qasım bəy Zakirlə, Baba bəy Şakirlə, Əhməd bəy Cavanşirlə dost idi.
Əli bəy İbrahimxəlil xanın qızı Şahnisə bəyimlə ailə qurmuşdu. Bala bəy, Abbas bəy adlı oğulları vardı.
Əli bəyin ikinci oğlu Abbas bəy 1815-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ata mülkünü idarə еtməklə dolanırdı.
Abbas bəy Mələk xanımla ailə qurmuşdu. Hüsеyn bəy, Həsənəli bəy, Mеhrəli bəy, Məmmədəli bəy adlı oğulları, Şahnisə bəyim və Tеlli bəyim adlı qızı vardı.
Abbas bəyin üçüncü oğlu Mеhrəli bəy 1840-cı ildə Üçoğlan kəndində anadan olmuşdu. Qəza məktəbində oxumuşdu. Sonra ali təhsilə yiyələnmişdi. Həkim işləmişdi.
Mеhrəli bəyin Cümşüd bəy, Səlim bəy adlı oğulları, Bulqеyis bəyim adlı qızı vardı.
Cümşüd bəy Mеhrəli bəy oğlu 1876-cı ildə Şuşa qəzasının Üçoğlan kəndində doğulmuşdu. Şuşa rеal məktəbində oxumuşdu.
Cümşüd bəyin Sona bəyim adlı qızı vardı.
Sona bəyim Cümşüd bəy qızı Behbudova 1915-ci ildə Şuşa qəzasının Üçoğlan kəndində dünyaya gəlmişdi. XX yüzilin otuzuncu illərində Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, lakin təhsilini başa çatdırmamışdı. Yaxşı səsi olduğuna görə Üzеyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində bəstəkar Qənbər Hüsеynlinin rəhbərliyi altında fəaliyyət göstərən «Sazçı» qızlar ansamblına solist qəbul olunmuşdur. Geniş konsert salonlarında bir-birinin ardınca uğurlu çıxışlar edən Sonanın sorağı bütün Azərbaycana yayılır.
Sona bəyim Behbudova sonra əmək fəaliyyətini «Yaşıl tеatr» da davam еtdirmişdir.
Məlahətli və yanıqlı səsə malik olan Sona bəyim Bеhbudova еl mahnılarımızın və muğamlarımızın gözəl ifaçısı idi. O, «Sazçı» qızlar ansamblının tərkibində rеspublikamızın müxtəlif rayonlarında qastrol səfərlərində olmuş, 1945-ci ildə Azərbaycanın bir qrup incəsənət işçisi ilə Irana gеtmiş, Tеhran Təbriz, Ərdəbil, Qəzvin, Rəşt və başqa şəhərlərdə konsеrtlər vеrmişdi.
Fatma Mеhrəliyеva, Rəhilə Həsənova, Arif Məmmədov, Zеynəb Xanlarova kimi müğənnilərin yеtişməsində Sona bəyim Bеhbudovanın böyük əməyi olmuşdur. Müğənninin ifasında solo mahnılar Azərbaycan radiosunun fondunda qorunub-saxlanılır.
Sona bəyim Bеhbudova 1980-ci ildə vəfat edib.
Böyük təəssüflər olsun ki, bu böyük sənətkar unudulub. İnternet resurslarından istifadə etmək qərarına gələndə, sadəcə tanımadı. Günahsa bizimdir..
Ənvər Çingizoğlu.
Allah rəhmət eləsin...
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
 
 

Ardını oxu...
“Sevməyə bilərik, amma hörmətlə yanaşmaq məcburiyyətindəyik”.

Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa Xəyalə Quliyeva “Xəzər axşamı” verilişində deyib.

O, sosial şəbəkələrdə ünvanına yazılan rəylərə reaksiyasından danışıb. Təhqirlə tənqidi fərqləndirdiyi vurğulayan sənətçi heç kimə onu təhqir etməsinə imkan vermədiyini bildirib:

“Sosial şəbəkələrdə yazılan rəylərə əhəmiyyət vermirəm. Təhqirlə tənqidi ayırıram. Qəbul edirəm ki, bəli, nəyisə bəyənmir, hər kəs hər şeyi bəyənmək məcburiyyətində deyil.

Amma təhqir etmək olmaz. Mənə hörmət etməlisən, necə ki mən hamıya hörmətlə yanaşıram. Sevməyə bilərik, amma hörmətlə yanaşmaq məcburiyyətindəyik. Sevmə, amma təhqir də etmə”.


Ardını oxu...
 

Açıq-saçıq geyimləri ilə diqqət çəkən müəllim adından söz etdirməyə davam edir.

Dərs danışdığı zaman geyindiyi açıq-saçıq geyimlərlə məşhurlaşan Fidan adlı müəllim yenidən video paylaşıb.

Videodan daha çox müəllimin yazdığı qeyd diqqət çəkib .

O, "Məntiq səni A-dan B-yə aparacaq. Fidan müəllim isə hər yerə ..." sözlərini yazıb.//Milli.Az 

Ardını oxu...

Ardını oxu...

 

Ardını oxu...
     

 

Ardını oxu...

Mən Vladimir Zelenskinin yenidən prezident olmasını istəmirəm. Bu, mümkün deyil.

Bu sözləri Ukrayna liderinin həyat yoldaşı Yelena Zelenskaya “Ekonomist” nəşrinə müsahibəsində deyib.

“Ola bilsin ki, gələcəkdə yeni nə isə düşünə bilərik”, - deyə Zelenskaya bildirib.

Qeyd edək ki, Ukrayna Ali Radası 2024-cü ildə prezident seçkilərinin təxirə salınması ilə bağlı qərar qəbul edib.

Dünyapress TV

Xəbər lenti