Gəmi ilə dünya turuna çəxmaq istəyən qadın evsiz qaldı - 200 min dollara mənzilini satıb…
Amerikalı qadın uğursuz dünya turu üçün bilet aldıqdan sonra evsiz qalıb. Sahibinin evinin dəyəri 200 min dollar qiymətləndirilib.

32gun.az xəbər verir ki bu barədə Amerika nəşrləri məlumat yayıb.

Məlumatda Ohayo ştatında yerli sakinin satılan evin müqabilində ləğv edilmiş “Life At Sea” kruizinə bütün dünya üzrə bilet aldığı hadisə qeyd edilib.

Belə ki, qadının yaşayış sahəsi dörd otaqdan ibarət olub və 200 min dollar dəyərində qiymətləndirilib.

Gəmi İstanbulu noyabrın 1-də tərk etməli idi, lakin sonradan təşkilatçılar gəminin olmadığını əsas gətirərək səfərin tarixini təxirə salıblar.

İndi amerikalı qadın kirayədə qalır: “Kruizə getmək üçün evini satan yeganə insan mən deyiləm - çoxları da bunu edirdi.Bəziləri mülklərini icarəyə verib, bəziləri erkən pensiyaya çıxıb” -deyə qadın bildirib.
 

Dünyapress TV

Xəbər lenti