Ardını oxu...
Qarabağda artıq söz sahibi nə ABŞ, nə Fransa, nə də Rusiyadır. Müharibədən sonra atılan addımlar da göstərdi ki, həlledici qərarı Azərbaycanın mərkəzi hakimiyyəti verir və Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması bunun tarixi nümunəsi hesab edilə bilər.
Teref.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı yazır. Daha sonra politoloq fikirlərini şərh edərək yazır:
Bu baxımdan, Vaşinqton, Paris, yaxud Moskvanın nəsə deməsi nəticəni dəyişmir. Bu paytaxtlardan gələn bəyanatlar da əslində “mövqe bildirmək”dən başqa bir şey deyil. Məsələ həll olunub, bütün tərəflər reallığı qəbul edir, həm də diplomatik etirazla “əlimizdən gələni etdik” görüntüsü verirlər.
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
İrandakı rejimin və İslam Keşikçiləri Korpusunun Azərbaycan əleyhinə o qədər təxribatıyla üzləşmişik ki, “nə əcəb İrandakı dairələr Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasına reaksiya vermirlər” sualı beyinlərdə dolaşır.
Tehran Zəngəzur dəhlizinin əleyhinə olduğunu gizlətmir, hər zaman “qırmızı çizgilərdən” dəm vurur. Ancaq Tehran açıq şəkildə “biz Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsinin və sərhəd-keçid məntəqələrinin yaradılmasının əleyhinəyik” deyə bilmir, deyə də bilməz, çünki bu məntiqə ziddir, deyərlər ki, iki dövlətin öz aralarında sərhəd-keçid məntəqəsinin yaradılmasından sənə nə?
Ona görə də Tehran hələ ki, seyrçi mövqedədir. Ancaq daxilən narahatdırlar, çünki sərhəd-keçid məntəqəsinin yaradılması separatizmin sonunu yaxınlaşdıran Azərbaycanın uğurudur.
Tehran isə Azərbaycanın uğurlarından hər zaman narahatdır. Həm də ona görə narahatdırlar ki, bundan sonra Ermənistan üzərindən Qarabağa yük daşıya bilməyəcək, SEPAH təlimatçıları Azərbaycan ərazisinə daxil ola bilməyəcəklər.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Çinin Fransadakı səfiri Lou Şayenin Fransanın televiziya kanallarından birinə verdiyi müsahibə geniş ək-səda doğurub.
Aparıcı səfirə “Krım kimindir” sualıyla müraciət edib. Çinli diplomat Krımı “tarixi rus ərazisi” adlandırıb.
Çin səfiri müsahibəsində “irəli gedərək” ümumiyyətlə müstəqilliyini qazanan keçmiş sovet ölkələrinin “beynəlxalq hüquqda effektiv statusunun olmadıqlarını” bildirib.
Çinli diplomatın sözlərinə görə, müstəqilliyini qazanan dövlətlərin “suveren ölkə statusunu reallaşdıracaq heç bir beynəlxalq müqavilə yoxdur”.
Çinli səfirin “məntiqinə” görə Ukrayna, Gürcüstan, Azərbaycan və SSRİ-nin tərkibindəki keçmiş respublikaların müstəqillikləri nominal xarakter daşıyır. Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko çinli diplomatın açıqlamalarına sərt reaksiya verib. Ukraynalı diplomat deyib ki, çinli həmkarının coğrafiya ilə bağlı problemləri var. Ukrayna səfiri çinli diplomatın Pekinin Ukraynanın ərazi bütövlüyünü tanımasıyla bağlı siyasətinə ziddiyyət təşkil etdiyini bildirib. Beynəlxalq aləm Pekinin Krımla bağlı məsələyə münasibət bildirməsini istəyir.
Çinli səfirin sözlərinə Baltik ölkələrinin Fransadakı səfirləri də sərt reaksiya veriblər. Belə çıxır ki, Kreml bir gün Rusiya imperiyasının keçmişdə istila etdiyi hansısa ərazisini güc yolu ilə geri qaytarmaq istədikdə Pekin buna da haqq qazandıracaq.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Birinci Dünya müharibəsi illərində bir neçə cəbhədə savaşan Osmanlı dövlətini arxadan vuran bir qrup terrorçunun 24 aprel 1915-ci ildə həbs gününü ermənilər " soyqırım" kimi qeyd edirlər. Bildirirlər ki, guya 1,5 milyon erməni öldürülüb. Lakin aşağıdakı suallar qarşısında aciz qalırlar:

1.Terrorçuların həbsini soyqırımı kimi qəbul etməsi erməni cəmiyyəti və qurama dövlətinin terroru həyat tərzi və siyasəti seçməsi demək deyilmi? Bütün sonrakı fəaliyyətlər bunu sübut etmirmi?
2.Rəsmi statistikaya görə Şərqi Anadoluda bu qədər erməni yaşamadığı halda 1,5 milyon erməni necə öldürülə bilər?
3. O dövrün sənədlərində hərbi əməliyyatların gedişində 350 min nəfər erməninin öldüyü yazılsa da sonralar bu say artırılaraq 500, 650, 700, 850 min, 1 milyon, 1,5 milyona çıxarılıb.Soruşulur: ermənilərin ölüləri də artıb törəyirmi?Erməni siyasətçiləri və tarixçiləri o zamanın erməni ictimai xadimlərinin yazdıqlarını oxuyublarmı?
4.Osmanlını arxadan vuran bütün ünsürlərin sağlamlığını qorumaqdan ötrü həkim, canlarını mühafizə etmək üçün jandarma nəzarəti altında ölkə daxilində yaşayış yerlərinin daha təhlükəsiz yerə dəyişdirilməsi, mal və mülkünün qorunması və geri qayıdanların ona sahib çıxmaları "soyqırım"dırsa bu gün Ermənistan adlandırılan ərazidə bir nəfər də olsun azərbaycanlının olmamasının, mal və mülklərinin talanmasının, Xocalıda və digər yerlərdə törədilənlərin adı nədir?
5. Əgər Osmanlı soyqırımı törətsəydi bu gün Türkiyədə erməni qalardımı?Media orqanları fəaliyyət göstərə bilərdimi? Onlar Türkiyə Böyük Millət Məclisinə seçilə bilərdilərmi?
6.Əgər ermənilər haqlı olduqlarını iddia edirlərsə arxivlərini açan Türkiyədən niyə nümunə götürmürlər və arxivlərini bağlı saxlayırlar?

Ermənilər bu sualların qarşısında acizdirlər, cavab verməyə faktları və məntiq də yoxdur.Məntiq və fakt yoxdursa deməki, siyasət vardır.Siyasət isə belədir: Ermənistan adlı bir qurama dövlət aşağıdakı sacayaq üstündə dayanıb:

1.Erməni ünsürünü təhdid altında saxlayan terror təşkilatları.
2.Terroru təşviq edən və onunla çulğalaşmış kilsə.
3. Ermənilərin başlarını dumanda saxlayan uydurma soyqırımı.

Bəzi erməni xadimlərinin fikrincə, bu ayaqlardan biri olmasa, Ermənistan da olmaz. Amma bu ayaqlar da ermənilərin bədbəxtliyidir.Onlar normal cəmiyyət və dövlət olmaq istəyirlərsə, tamamilə yenidən qurulmalıdırlar. Yoxsa özlərinə və qonşularına baş ağrısı olaraq davam edəcəklər...

Musa Qasımlı - deputat
DİA.AZ
Ardını oxu...
Naxçıvan şəhəri, Şərur rayonunda yerləşən Dövlət Tikinti İdarəsinin işçiləri tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət eədn şikayətçilər yazırlar:

“Cənab Prezident!

Biz, Naxçıvan şəhəri, Şərur rayonunda yerləşən Dövlət Tikinti İdarəsinin işçiləri olaraq Sizdən xahiş edirik ki, müraciətimizin araşdırılması üçün tapşırıq verəsiniz.

Öncə onu qeyd edək ki, biz xalqımızın gələcəyi və rifahı naminə atdığınız addımları və siyasətinizi alqışlayırıq. Biz Şərur Rayon Dövlət Tikinti İdarəsinin işçiləri olaraq, işlə bağlı problemlərimizi sizə çatdırmaq istəyirik.

İllərdir Şərur Rayon Tikinti İdarəsində usta və fəhlə olaraq işləyirik. Burdan əldə etdiyimiz gəlirlə ailəmizi dolandırır, uşaqlarımıza çətinlikl ədə olsa gələcək qurmağa çalışırıq. Bu idarə 80 ildir fəaliyyət göstərir. Hətta bizim babalarımız belə, burada işləyərək, bizləri bu günlərə çatdırıblar.

Beş ildir işlərimiz zəif olsa da, azdan-çoxdan evimizə çörək pulu aparırıq. Amma bu gün Şərur rayon Dövlət Tikinti İdarəsi ləğv edilib, yüzdən artıq ailə başçısı işsiz qalıb. Onların da ailə üzvünü hesablıyanda, bu, yeddi yüz nəfərə gedib çıxır.

Cənab Prizdent!

Biz hal-hazırda ailəmiz və övladlarımız qarşısında öz öhdəliyimizi yerinə yetirə bilmirik. Bu səbəbdən, Sizə müraciət edərək bildirik ki, uşaqlarımız ac qalıb, xəcalətdən evimizə gedə bilmirik, bizə kömək edin, iş yerimiz bağlanmasın, biz də usta və fəhlələr olaraq ölkəmizə, dövlətimizə və xalqımıza alın tərimizlə xidmət edək, övladlarımızı vətənpərvər ruhda böyüdək.

Cənab Prizdent!

İndiyə kimi işlədiyimiz işlərin belə, doğru-düzgün haqqını ala bilməmişik. Sədərək rayonunda yerləşən Sərhəd Gömrük Keçid Məntəqəsində tikilən “Tır parkı”nda bizi işlədib, əmək haqqımızı verməyiblər. Sizdən xahiş edirik ki, müraciətimizi diqqətdə saxlayıb, bizə kömək edəsiniz. Əminik ki, bizə kömək edəcəksiniz, ailəmizin qabağında xəcalətli qoymayacaqsınız”.
 //“Hürriyyət”//
 
Ardını oxu...
“Son hadisələr göstərir ki, Ermənistan tərəfi bütün məsələlərdə olduğu kimi mina xəritələrinin verilməsində də süni əngəllər yaradır, Azərbaycana qarşı heç bir xoşməramlı münasibət göstərmir və beynəlxalq hüququ kobud şəkildə pozmağa davam edir”.

Bu fikirləri Oxu.Az-a politoloq İlqar Vəlizadə erməni təxribatı nəticəsində basdırılmış mina partlaması ilə 3 hərbçimizin xəsarət alması haqqında danışarkən deyib.

O xatırladıb ki, ermənilərin mina təxribatının nəticəsində faciəvi hadisələr davam edir, itkilərimiz artır:

“Beynəlxalq təsisatlar, təşkilatlar səviyyəsində dəfələrlə bu məsələləri qaldırmalıyıq. Azərbaycan tərəfi Ermənistana iradlarını dönə-dönə bildirməlidir ki, nəticədə heç olmasa beynəlxalq təşkilatlar ermənilərdən bunu tələb edə bilsin. Ermənistanın onsuz da xoşagəlməz imici formalaşıb. Rəsmi İrəvan hansısa tədbirlər görməlidir ki, bunu heç olmasa yaxşıya doğru dəyişə bilsin.

Beynəlxalq hüquq normalarına, qoşulduğu konvensiyaların şərtlərinə, o cümlədən minalarla əlaqədar konvensiyanın tələblərinə əməl etməyən, hüquq prinsiplərini pozan Ermənistana heç kim təsir etməyib. İndi də vasitəçi ölkələr, beynəlxalq təşkilatlar Paşinyan hakimiyyətinə təsir göstərmirlər. İstənilən halda biz çalışmalıyıq beynəlxalq səviyyədə Ermənistanın yararsız siyasətinə diqqətin cəlb olunmasını təmin edək. Başqa çıxış yolumuz qalmır.

Digər tərəfdən müxtəlif səviyyələrdə müzakirələr aparılır ki, Ermənistan Azərbaycana təzminat ödəsin. Düşünürəm ki, digər qanun pozuntuları ilə yanaşı mina terroru ilə bağlı da Azərbaycana dəyən zərərin ödənilməsi beynəlxalq məhkəmələrin diqqətində olmalıdır. Bu məsələ ilə bağlı hüquqşünaslar, mütəxəssislər işləməlidirlər ki, Ermənistan mina terroruna görə məsuliyyətə cəlb edilsin”.

Aysel Aslan
Ardını oxu...
Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Ovik
Ağazaryan “Facebook”dakı səhifəsində İrəvanda keçirilən ağır atletika üzrə Avropa
çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını pisləyib.
“Bir vətəndaş və parlament deputatı olaraq, xalqımda vəhşi və adamyeyən tayfalara xas olan
təzahürləri tamamilə aradan qaldırmaq üçün mümkün olan hər şeyi etmədiyimə görə bütün
beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm. Mən utanıram”, – deyə deputat yazıb.
Eyni zamanda, müsabiqənin təşkilatçıları və Ermənistanın səlahiyyətli orqanları hadisəni
pisləməyiblər. Ermənistanın Təhsil, Mədəniyyət və İdman Nazirliyi hesab edir ki, “insident tez bir
zamanda aradan qaldırılıb”. Azərbaycan komandasının çempionatda iştirakdan imtina etməsinə
gəlincə, nazirlik bunu “idman etikası baxımından problemli” adlandırıb.

Hadisənin səbəbkarı, Azərbaycan bayrağını yandıran Ermənistan İctimai Televiziyasının
əməkdaşı Aram Nikolyan cəzalandırılmayıb. O, iki saat polis idarəsində saxlanılıb və heç bir
sanksiya tətbiq olunmadan sərbəst buraxılıb.
Nikolyanın bu hərəkəti Ermənistanın bir çox ictimai-siyasi xadimi tərəfindən dəstəklənib. Belə ki,
Serj Sarqsyanın Respublikaçılar Partiyasından deputatı, Ermənistanın keçmiş təhsil naziri
Armen Aşotyan “Facebook” səhifəsində yazıb ki, “Aram Nikolyan Azərbaycanın bayrağını yox,
nikolizm simvolunu yandırıb”.
Aysor.am xəbər verir ki, öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan İctimai
Televiziyanın rəhbərliyinə stilistik studiyanın rəhbəri Aram Nikolyanın Azərbaycan bayrağını
yandırdığına görə işdən çıxarılması barədə göstəriş verib.
Bu, ancaq Ermənistanda baş verən hadisələrdir. Eyni zamanda, hadisənin bölgəmizdəki
vəziyyətə necə təsir edəcəyi barədə düşünmək yerinə düşər. Nikolyan kimin maraqlarına uyğun
hərəkət edib? Onun arxasında hansısa qüvvələr ola bilərmi? Yoxsa bu, bir nəfərin aksiyasıdır? Və
baş verən hadisə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə yaxınlaşma
perspektivinə necə təsir edəcək?
Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu məsələ ilə bağlı
fikirlərini Press Klubla bölüşüb.
O, hesab edir ki, Ermənistanda Azərbaycan bayrağı ilə baş verənlər birmənalı şəkildə təxribatdır.
“Ermənistan hökuməti bunda maraqlı idimi? Məncə, yox. Hakimiyyətin reaksiyası tam əksini
deyir. Bəs nə baş verib? Niyə bu məqsəd üçün İctimai TV-nin əməkdaşından istifadə olunub?
Bu, hadisədə düşmən əlinin olduğunu deməyə əsas verir. Biz görürük ki, Ermənistan və
Azərbaycanın sülh sazişinin əldə edilməsi istiqamətində mövqeləri yaxınlaşanda, ən azından
stabil danışıqlar prosesinin başlanması istiqamətində cəhdlər ediləndə, bunu məhv etmək,
qarşısını almaq üçün müxtəlif təxribatlar həyata keçirilir.

Məncə, Azərbaycan bayrağı ilə baş verənlər bu seriyadandır. Və rəsmi İrəvanın, hökumət
üzvlərinin, hakim partiyadan olan deputatların reaksiyası onu deməyə əsas verir ki, hər kəs
təxribat baş verdiyini anlayır.
İrəvanda olan azərbaycanlı idmançıların zorla saxlanması, az qala girov olması və s. bağlı da
informasiya var idi.
Hesab edirəm ki, burada mövqelərin yaxınlaşmasının, ən azından stabil sülh danışıqlarının
aparılmasının qarşısını almaq üçün sistemli iş aparılır. Bu kimin marağındadır? Bu niyə baş
verir? Düşünürəm ki, bunu yalnız təxmin edə bilərik. Sərhəddə hərbi toqquşmanı təşkil edən,
keçən ilin sentyabrında qarşıdurmanı təşkil edən qüvvə. Şübhəsiz ki, regionda sabit sülh və
inkişafa nail olmağın açarı Azərbaycan və Ermənistan arasında sülh prosesidir. Və belə inkişaf
olduğu təqdirdə, regiona xarici təsir kəskin şəkildə azalır. Belə təsirin effektivliyi azalır.
Prinsipcə, biz bunu son 35 ildə müşahidə edə bilərik. Bu proses davam edir və hesab edirəm
ki, Ermənistan hakimiyyəti tam və hərtərəfli araşdırma aparsa, bütün bunları təhrik edənlərin
izinə düşəcək. İrəvanın nəinki araşdırma aparması, həm də araşdırmanın nəticələrini dərc
etməsi çox ağıllı addım olardı. Ümid edirəm ki, bu, baş verəcək.
Bu hadisənin sülh müqaviləsinin perspektivlərinə necə təsir edəcəyinə gəlincə, düşünürəm ki,
bunun həlledici mənfi təsiri olmayacaq, amma şübhəsiz ki, hər iki tərəfdə mənfi ictimai əhvalruhiyyə yaradacaq. Yaxşı olardı ki, bu cür təxribatlara köklənməyək, nəyin bahasına olursaolsun, sülh danışıqlarını davam etdirək. Çünki yuxarıda qeyd etdiyim kimi, regionda sabit
sülhün əldə olunması məhz Bakı ilə İrəvan arasında sülh sazişinin əldə olunmasından keçir”, –
deyə Oruclu yekunlaşdırıb.
Rauf Orucov
Ardını oxu...
Lənkəran rayonunun Girdəni kənd həkim məntəqəsi açınacaqlı vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, həkim məntəqəsinin binasının divarları çatlaq, bünövrəsi çökmüş, pəncərə və qapıları isə qırıq-salxaq vəziyyətdədir.

Həkim məntəqəsi 1948-ci ildə tikilib. 1964-cü ildən Girdəni kənd xəstəxanası kimi fəaliyyət göstərib. 2010-cu ildə xəstəxana ləğv olunub, yenidən həkim məntəqəsi kimi fəaliyyət göstərməyə başlayıb.

Sakinlər deyir ki, məntəqənin bu vəziyyətdə olması çox təhlükəlidir. Binalar köhnədir və xidmət üçün isə heç bir şərait yoxdur.

Həkim məntəqəsinin müdiri Məhəmməd İmamverdiyev bildirir ki, məntəqə bir neçə kəndin əhalisinə, təxminən 7 min nəfərə xidmət edir. Bunlardan da 1760 nəfəri uşaqlardır.
Tibb məntəqəsinin vəziyyəti ilə bağlı TƏBİB-in rəsmisi Zamirə Ədilova da açıqlama verib.

Şöbə müdiri bildirib ki, İcbari tibbi sığorta sisteminə keçidlə əlaqədar aparılan islahatlar çərçivəsində rayon mərkəzi xəstəxanalarının, o cümlədən ilkin səhiyyə xidmətinin strukturunda təkmilləşdirmə işləri aparılır. 2022-2024-cü illəri əhatə edən plan çərçivəsində Ailə Sağlamlıq mərkəzlərinin sayının artırılması, yeni ilkin səhiyyə xidmətləri müəssisələrinin tikilməsi və təmiri, kadrlarla təminatı əsas məsələlərdəndir. Bu istiqamətdə araşdırmalar aparılır, analizlər edilir və plana uyğun olaraq işlər həyata keçirilir.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Xankəndində separatçıların və Rusiyanın "sülhməramlı" hərbi kontingentinin girovluğunda qalan hayklar talonla 1 kq. banan və 1 kq alma almaq üçün növbəyə düzülüblər.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndində yaşayan erməni bloger "Facebook" səhifəsində paylaşdığı məlumat və video-görüntülər vasitəsilə danışıb.

"30 il Qarabağ dağlarından qızıl çıxardılar və kasıb ermənilərin uşaqları vətənlərini müdafiə etdiklərini hesab edərək bunun üçün öldülər. Və Drmbon(Kəlbəcər rayonunun Mehmana kəndi- S.L.) kəndindəki ən qızıllı "damar" sorulub tükənəndən sonra qərara gəldilər ki, Qarabağ artıq Ermənistana lazım deyil.

Robert Köçəryan indi haradadır, Serj Sarkisyan haradadır - axı bütün resursları onlar idarə edirdi" - deyə bloger Qarabağdakı haykların bu acınacaqlı duruma düşməsində Ermənistanın terrorçu eks-prezidentlərini günahlandırır.

 
 
 
Ardını oxu...
"Şikayətim - bu, məni xəstəliyə salan "Azercell" şirkətindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Azər Məmmədli adlı istifadəçi giley edir.

Ardını oxu...
Artıq çilədən çıxdığı aşkar şəkildə duyulan narazı abonent fikirlərini belə ifadə edir: "İlahi, il olub 2023 amma bu şirkət hələ də doğru-düzgün internet provayderliyi edə bilmir.

Ardını oxu...
4G (LTE)-nin adı var, özü yox. Adicə 120 kb həcmi olan səs yazısını açmaqda 1 saat düşünür bu internet.

Düz Bakının göbəyində edir bunu. Kürdəmirin hansısa düzündə etsə, yandırmaz məni".

DİA.AZ bildirir ki, müraciətinin sonunda vətəndaş digər abunəçilərə xitab edərək sual edir: "Hər kəsdə bugündədi Azercell-in interneti?"

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 

Dünyapress TV

Xəbər lenti