Ardını oxu...
Rusiyaya, Ermənistana, Dünyaya açıq və net demək lazımdır ki, əgər gizli bir işiniz yoxdursa, Laçın yolundan ancaq dinc əhali gedib-gəlirsə, ərzaq və digər ləvazimat daşınırsa, nədən Azərbaycan öz sərhədində buraxılış, nəzarət məntəqisi qura bilməz?! Bunun nə ziyanı ola bilər ki?! Yox əgər siz o yolla silah-sursat daşıdığınıza, terrorçuları silahlandırmaq üçün istifadə edirsinizsə, o zaman bizim də təhlükəsizliklə bağlı addımlar atmağa haqqımız-hüququmuz var.
Lavrovun, Rusiyanın, Ermənistanın həyasızcasına, "10 noyabr sazişində bu nəzərdə tutulmayıb", demələri boş sözdür - yoxdur, lap yaxşı, olmayan nə varsa Azərbaycan qanunları ilə tənzimlənir!
Ölkə 10 noyabr sazişi ilə deyil də, Azərbaycan konstitusiyası ilə idarə olunmalıdı, sərhəd məsələsi məhz Ana Yasada təsbit olunub tənzimlənir.
Natiq Cəfərli
Teref.az
 
Ardını oxu...
Türklərin ən qədim miflərindən olan Göktürk Mifologiyasında türk millətinə adını vermiş və adı “türk” olan bir “Ata” var. Göktürklərin Aşina soyundan olan bu Ata Köğmen dağlarında ilk atəşi yandıran, millətini donmaqdan xilas edəndir. Və iştə “O millət” onu “Baş” seçib TÜRK adlandırır.
Bu mif Göktürklərin 4-5-ci əsrlərinə aiddir. Əsrlər boyu böyük müharibə və qırğınlardan sağ çıxdıqdan sonra Göktürk Dövlətinin qurulmasından bəhs edən mifdir. Və bu Çin yazılı mənbələrində də var.
Millətlər dinlərini dəyişəndə ​​öz əcdadlarını yeni qəbul edilmiş dinin əcdadlarının əcdadları ilə əlaqələndirmək ehtiyacı hiss edirlər.
Türklər müsəlman olduqdan sonra Göktürklərin əcdadı olan Türkü Sami kökənli yəhudilik və islam mənşəli yəhudilik dinlərində Nuhun nəvəsi Yafesin nəslinə bağlayır. Yəhudilər və ərəblər eyni irqdən, yəni semit olduqları üçün onların mifologiyası da eynidir. Yəhudi miflərində Yefet, ərəb miflərində isə Yafəs adlanır.
Oğuz kağan dastanı kimi tanıdığımız mifin İslam variantında Oğuz kağan Anasına “Müsəlman olmasan, südünü əmmərəm” deyir. Oğuz atasını da öldürür. Eposdakı “Ata” fiquru əslində Oğuzların qeyri-müsəlman əcdadlarını simvolizə edir.Oğuz xan müəyyən mənada əvvəlki din xadimlərini məhv edir və Türk Millətini yeni din olan İslamı qəbul etməyə təşviq edir. Oğuz xaqanını ərəb əfsanələrində Zülkərneynə yamaq, yəhudi əfsanələrində isə Toqarmaya yamaq vuraraq onu ərəbləşdirməyə çalışırlar.
Miflər, dastanlar və rəvayətlər insanın şüuraltının ən dərin emosional mərkəzlərinə o qədər təsir edir ki, kütləni bir anda hərəkətə keçirə bilir. Təbii ki, mifologiyaları yaradanlar həmin cəmiyyətin şüuraltında olan arxetipləri bilən, mif, dastan və rəvayətlərə yiyələnmiş insanlardır.
Nuray Bilgili..
Teref.az
Ardını oxu...
Məncə, Qarabağdakı separatçı-cinayətkar rejimin əsas təchizatı Rusiya "sülhməramlıları" tərəfindən elə Laçın yolu vasitəsi ilə daşınır.
XİN bəyan edib ki, Laçın rayonu ilə Ermənistanın sərhədində nəzarət-buraxılış məntəqəsi quraşdırılmalıdır. Hazırda həmin nöqtədə Rusiya ordusunun postu var, dövlət və quru qoşunlarının bayraqları asılıb, erməni və rus dillərində "xoş gəlmisiniz" lövhəsi qoyulub.
Onların yerində Azərbaycan Respublikasının dövlət qurumlarının fəaliyyəti təmin olunmalıdır.

Elçin Rüstəmli - ekspert
DİA.AZ

Ardını oxu...

Emmanuel Makronunun yeritdiyi siyasət əleyhinə iğtişaşçılar törədənlər “Krala ölüm” şüarları səsləndirdiyinə görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralının xaricə ilk rəsmi səfəri baş tutmadı. "III Çarlz, gilyotinin ( bədənin boyun nahiyəsindən üzülməsi ilə icra olunmuş edam üsulunda istifadə edilən alət) nə olduğunu bilirsinizmi?" kimi hədələr öz işini gördü...

Fransa niyə od içindədir? Çünki Emmanuel Makron hökuməti Fransada təqaüd yaşını 62-dən 64-ə qaldırmaq istəyir. Deyim ki, bu, bütövlükdə Qərbin problemidir. Niyə? Çünki əhali sürətlə qocalır. Gənc nəsil isə yaşlılara nisbətdə azlıqdadır. Yəni gənc azlıq yaşlı çoxluğun maddi təminatını həyata keçirməkdə çətinlik çəkir. Ona görə də Qərb ölkələri gənc mühacirlərə oturum verməkdə maraqlıdır. Niyə? Çünki Qərbdə dünyaya gələnlərin sayı dünyadan gedənlərin sayından kəskin şəkildə azdır...

Azərbaycanda da təqaüd yaşını artırmaq istəyirlər. Bizdə əhalinin sürətlə yaşlanması prosesi getmir. Yəni Qərbi bu kimi addımlara sövq edən amil Azərbaycanda mövcud deyil. Ancaq Azərbaycan hökuməti süni şəkildə yaşlı insanların daha gec təqaüdə çıxmasına nail olmaqla dövlətin onlara verdiyi simvolik xarakterli təqaüdü də kəsməyə çalışır...

Elbəyi Həsənli - DİA. AZ
Ardını oxu...
Regional təhlükəsizlik immunitetini gücləndirə biləcək zərif bir proses var.

Bu, Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqının səyi ilə görüşləridir.

Avropa İttifaqı Rusiya və ABŞ-nin bir birinə qarşı gərilən maraqlarını yumşaldan platformadır.

Daha doğrusu belə idi, lakin Fransanın səyləri ilə bu prosesə zərbə vuruldu, ardınca Avropa İttifaqı balansdan çıxdı və üzərindəki ABŞ kölgəsi geniş spektri əhatə etdi.

Rusiya Avropa İttifaqına ondan sonra meydan oxumağa başladı, lakin bu gün bir az o köhnə xəttə qayıdış müşahidə edildi.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin İlham Əliyevlə və Nikol Paşinyanla danışıqlarından sonra Qarabağda baş verənlər bunun dəlili kimi görünə bilər.

Qısası, Avropa Birliyinin moderatorluğu bütün tərəflərə sərf edir. Ancaq bu modeli zədələmək meyli o zaman inkişaf edir ki, ABŞ və Rusiya öz diktələrini qılınc kimi Avropa İttifaqı üzərinə qaldırır, Ermənistan da bundan sui-istifadə edir...

Aqşin Kərimov - DİA. AZ
Ardını oxu...
Bakının bütün xəbərdarlığına rəğmən, ermənilər Qarabağa silah-sursat daşıyır, canlı qüvvə cəlb edir, hətta daşımaları daha rahat həyata keçirmək üçün yeni yol çəkirlər. Rusiya sülhməramlıları da faktiki onların mühafizəçisi rolunda çıxış edir.

Xəbərdarlıqlar praktiki addımla da edilməlidir, əks təqdirdə, nə ermənilər əməllərindən əl çəkəcək, nə də ruslar. Bir azdan daha çox silahlanmış, daha mütəşəkkil formada qarşımıza çıxacaqlar.

Asif Nərimanlı - DİA.AZ
Ardını oxu...
Cənubdan Bakıya qarşı irəli sürülən təhdidlər və iranlı generalların Azərbaycan sərhədinə intensiv səfərləri bu sualı aktuallaşdırır.
Bu gün İran sərhəd qoşunlarının komandanı general Əhməd Əli Qudərzi Azərbaycanla sərhəddə gəlib və “Azərbaycan-Ermənista arasındakı olan problemin diplomatik yolla həllinə ümid edirik” deyib, “müharibə və qan heç kimə fayda verməyib” kimi təhdid xarakterli tövsiyə də səsləndirib.
SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpur da İran-Ermənistan və İran-Azərbaycan birgə sərhəd bölgələrinə baş çəkib, “Aşura” adlandırdıqları sərhəd birliyinin döyüş qabiliyyətini yoxlayıb.
Son dövrlər daha çox videobloqerliklə məşğul olan SEPAH-ın Araz sahili üzərindən Azərbaycana uçan dronlarlarla çıxardığı kino, İran hərbi hava qüvvələrinin Azərbaycanla sərhəddə patrul xidməti aparmaq üçün döyüş hazırlığı vəziyyətinə gətirildiyi haqda məlumatlar, “Əliyev və himayədarlarına aydın mesajımız: Bir gün gələcəyik...” kimi açıq mətnli təhdidlər də bu kontekstdə diqqət çəkir.
İranın Azərbaycana ritorik hücumunun iki mümkün səbəbi görünür:
Birincisi, Azərbaycan və Ermənistan arasında mümkün eskalasiyanın yaşanmasıdır: Bakı-İrəvan xəttindəki ritorika gərinliyin yaşana biləcəyi gözləntisini artırır, xüsusilə Ermənistan Aİ missiyasını legitimləşdirmək, Azərbaycanı “təcavüzkar” göstərmək və ümumilikdə danışıqların gündəliyini tamamilə yeniləmək məqsədilə sərhəd döyüşlərində maraqlıdır; buna paralel olaraq, İrəvanın sülh müqaviləsi ilə bağlı sərgilədiyi mövqe də eskalasiyanı yeganə seçimə çevirir və bu mənzərə fonunda Tehran Bakıya “hədə-qorxu” gəlməklə Ermənistanın “təhlükəsizliyində” rolunu nümayiş etdirir;
İkincisi, Ermənistanın “təhlükəsizliyində” rolunu nümayiş etdirmək erməni diasporu/lobbisinin dəstəyini qazanmaq, Qərbə “İran olmasa, Ermənistan bölgədə təklənəcək” mesajı vermək və bununla İrana hərbi müdaxilə ssenarisində cəbhənin genişlənməsinin qarşısını almaq istəyirlər;
Tehrandakı mollalar iddia edirlər ki, mümkün eskalasiyada Azərbaycan İran-Ermənistan sərəhədini – Zəngəzur dəhlizini nəzarətə götürəcək, halbuki, Bakının belə bir planının olduğuna dair heç bir işarə yoxdur, xüsusilə mövcud vəziyyətdə Azərbaycan buna getmək fikrində deyil. Hərçənd, mollalar bütün iddialarını bu kontekstdə qurmaqla Bakıya təzyiq hücumlarına haqq qazandırmağa çalışır və belə görünür ki, Tehran bu bəhanə ilə Azərbaycanla sərhəd boyunca hərbi qüvvələri artırmaq niyyətindədir, çünki özlərini İrana mümkün hərbi müdaxilədə bu coğrafiyanın platforma olacağına inandırıblar. Və bütün bunların fonunda İran həm daxili, həm də xarici təhlükələrdə istiqaməti yayındırmaqda Azərbaycanı “zəif bənd” olaraq görür.
Bu baxımdan, İran müdaxilə edə bilməsə də, Azərbaycanla sərhəddə hansısa təxribatlara əl atacağı da istisna edilməməlidir. Çünki Tehran Bakıya ilk atəş açan tərəf olmaq istəmir və bunu Azərbaycanın etməsi üçün əlindən gələni edir. Bu qədər təxribat xarakterli bəyanatların verilməsi də Azərbaycanı təhrik etmək məqsədi daşıyır.
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
İrandakı etirazların mühərrikinin dörd silindri var.
Birinci: Sosial-iqtisadi böhran;
İkinci: Dövlət daxilində ali rəhbərlik uğrundakı qızışan mübarizə;
Üçüncü: Xarici amillərin həmin iki faktorla yaxşı oynaması;
Dördüncü: İrana qarşı beynəlxalq planın yeni metodlarla işə salınması.
Mən təhlil nöqteyi-nəzərindən birinin digərindən ayrı tutulmasının tərəfdarı deyiləm və zamanla proqnozlarımın düzgünlüyünü göstərən informasiyalar da üzə çıxır (əvvəlki yazılarıma diqqətlə baxsanız görə bilərsiniz).
Yeni məlumatlara əsasən, hakimiyyət içərisində ali rəhbər Seyid Əli Xameneinin oğlu Möctəba Xamenei ilə bağlı mübahisələr artır.
İranın "qara qutusu" SEPAH daxilində belə Möctəba Xamenei ilə bağlı fikir ayrılıqları mövcuddur.
Bir qisim onun təhlükəsizlik strukturları üzərindəki təsirlərini tənqid edir, digər qisim isə təqdir edir. Yəqin tənqid edənlər Prezident İbrahim Rəisini önə çəkmək istəyənlərdir.
Qeyd edim ki, Möctəba Xamenei ölkədə heç bir rəsmi vəzifə tutmur.
Ancaq onun BƏSİC qüvvələrinin faktiki lideri olduğu bildirilir.
MƏNTİQ:
İranın hüdudlarındakı aksiyalar bəlli bir səviyyədə elə hakimiyyət tərəfindən yönləndirilir. Bu, bir tərəfin başqa tərəfi neytrallaşdırılması üçün lazım olan əməliyyatların tərkib hissəsidir.
Daha da BÖYÜYÜ: İranın dövlət aparatında xarici kəşfiyyat orqanları ilə əməkdaşlıqlar vüsət alıb və karyera pilləkənlərini qalxmaq üçün "düşmənin" gücündən istifadə olunur.
Möctəba isə atasının yerinə iddialı olmaqda davam edir - post-Xamenei dövrünün "lideri" kimi hazırlanır!
Hələ ki, SEPAH prosesləri idarə etmək bacarıqlarını itirməyib.
Qısası, ali rəhbər kürsüsünə yiyələnmək üçün iki fiquru ortaya atıblar - biri Prezident İbrahim Rəisi, digəri isə Möctəba Xameneidir.
Yönləndirici isə SEPAH və onun bəzi qollarının əməkdaşlıq etdiyi xarici xüsusi xidmət orqanlarıdır.
Aqşin Kərimov - DİA.AZ
Ardını oxu...
Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan 2021-ci ilin iyun ayında Azərbaycana səfərdən geri qayıdarkən təyyarədə türkiyəli jurnalistlərdən birinin “Azərbaycan ictimaiyyətində Türkiyənin hərbi baza məsələsində ciddi tələb var. Şuşa Bəyannaməsidə hərbi baza məsələsi varmı” sualına belə cavab vermişdi: “Bu məsələ bəyannamədən kənarda deyil. Burada daha sonra addımlar ata bilərik”. Yəni Ərdoğan bu cavabı ilə Türkiyənin Azərbaycanda hərbi bazanın yaradılmasını istisna etməmişdi.
Türkiyədə mayın 14-də prezident seçkisi keçiriləcək. Bu seçkilərin nəticəsi bəlli deyil. Ona görə nə qədər ki, Ərdoğan hakimiyyətdədir hərbi baza məsələsini reallaşdırmaq faydalı olar. İran, qarşısında Azərbaycan-Türkiyə hərbi ittifaqının real gücünü görməyincə təxribatlardan əl çəkməyəcək. Türkiyənin Azərbaycanda hərbi bazası Rusiyanı da Azərbaycana qarşı təxribatlardan çəkindirəcək amillərdən birinə çevrilə bilər.

Elxan Şahinoğlu - DİA.AZ
 

Ardını oxu...
Paşinyan xarici işlər naziri Ararat Mirzoyana Qarabağla bağlı bir neçə tapşırıq verib:
- “Qarabağda “soyqırımı”n qarşısını almaq üçün BMT mexanizmlərinin işə salınması məsələsi qaldırılsın. Laçın dəhlizinə BMT-nin faktaraşdırıcı missiyasının gətirilməsi üzərində iş davam etdirilsin”;
- Ermənilərin “Hadruta, Şuşaya, Xocavəndə, Ağdərəyə, Laçına və Çaykəndə qaytarılması məsələsini BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə müzakirə etsin”;
Birinci istəkləri hüquqi və siyasi baxımdan baxımdan mümkün deyil:
- Qarabağ Azərbaycan ərazisidir və rəsmi Bakının razılığı olmadan heç bir faktaraşdırıcı missiyas bölgəyə gətirilə bilməz;
- BMT-nin mexanizmlərinin işə salınması Təhlükəsizlik Şurasında yekdilliklə qəbul olunmalıdır. Ki, TŞ-də Azərbayanı dəstəkləyən ölkələr var, o cümlədən, Rusiya mövcud olduğu bölgəyə kənar müdaxiləyə razı olmadığı üçün buna veto qoya bilər;
İkinci istəkləri azərbaycanlıların da Xankəndinə qayıtması deməkdir:
Nikol ermənilərin azad olunmuş ərazilərə qaytarılmasını 10 noyabr razılaşmasına istinadən irəli sürür: bəyanatın 7-ci bəndində qeyd olunur ki, “daxili məcburi köçkünlər və qaçqınlar Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Bu bənd azərbaycanlıların Xankəndində qayıtmasını da özündə ehtiva edir.
Rəsmi İrəvan anlayır ki, hər iki istəklərini reallaşdırmaq çətindir, buna baxmayaraq, Paşinyan israr edir. Bu israrın hədəfi Bakıya qarşı beynəlxalq təzyiqə nail olmaq, sülh müqaviləsinin imzalanması prosesini uzatmaq, onlar üçün daha əlverişli şərtlərin yetişməsinə qədər gözləməkdir. 30 ilə yaxın davam edən işğal dövründə bu taktikadan istifadə edirdilər və vəziyyət yalnız gücdən istifadə etdikdə dəyişdi. İndi eyni taktikanı işə salıblar.

Asif Nərimanlı - DİA.AZ

Dünyapress TV

Xəbər lenti