Ardını oxu...
Novruz - dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

Qədim tarixi olan, hələ islamdan əvvəlki dövrə təsadüf edən Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə geniş qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Novruz bayramı haqqında belə deyib: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir".
Artıq üçüncü ildir ki, Azərbaycan xalqı bu qədim bayramı böyük ruh yüksəkliyi ilə qeyd edir. Üç il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”.
Novruz bayramının əhəmiyyəti nəzərə alınaraq 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib.
Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz fəlsəfəsi təbiətin dörd ünsürü ilə - Su, Od, Yel, Torpaq ilə bağlıdır.“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruz ənənələri incəsənətimizə də sirayət etmişdir. Belə ki, xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin, pəhləvanların, kəndirbazların iştirakı ilə şənliklər keçirilən kütləvi bayramdır. Həqiqətən də Azərbaycana bu bayram çox yaraşır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az
 
Ardını oxu...
Təbiətin dörd ünsürünü - Su, Od, Yel, Torpağı özündə ehtiva edən, zəngin tarixi və rəngarəng folkloru birləşdirən Novruz xalqımızın ən əziz bayramlarındandır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan dəyərli mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, nəcib insani dəyərləri təcəssüm etdirir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini bir daha göstərir.
Bu əziz bayramı çox yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev Novruzla bağlı arzularını belə bildirmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram”.
Bu gün Ulu Öndərin ruhu şaddır. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfər artıq 2 ildir ki, qədim tarixi olan Novruz bayramını tam fərqli əhvalda keçirməyimizə vəsilə olub. 30 illik fasilədən sonra Şuşa şəhərində bayram tonqalının yandırılması hər birimizdə sonsuz sevinc və böyük fəxarət hissi yaradıb. Torpaqlarımızın azad olunması uğrunda apardığımız haqq savaşında canından keçən bütün şəhidlərimizi ehtiramla anırıq. Artıq ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmuşdur, əminik ki, bundan sonra ölkəmiz bütün bayramları sülh və əmin-amanlıq şəraitində keçirəcəkdir.
Bayramınız mübarək, əziz xalqım.
Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor
Teref.az
 
Ardını oxu...
Tarix təkrarlanır. İran təyyarələri yenə hava sərhədimizi pozurlar. Tehranın Azərbaycana qarşı planlı təzyiq siyasəti mövcuddur və onu bənd-bənd yerinə yetirməyə çalışır.
Qısa zaman kəsiyində üzləşdiyimiz təxribatların bir hissəsini xatırlayaq:
1. İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə İran hərbçiləri Azərbaycan ərazisində peyda oldular və xəbərdarlıqdan sonra ərazimizi tərk etdilər.
2. İran nəqliyyat maşınları Ermənistandan Qarabağa yük daşıdılar;
3. Azərbaycan torpaqlarının böyük hissəsini azad etdikdən sonra SEPAH zabitləri Ermənistan üzərindən Qarabağa getməyə başladılar;
4.İran Azərbaycanla sərhəddə nümayişkənarə şəkildə hərbi təlimlər keçirdi;
5. Azərbaycanın İrandakı səfirliyinə terror hücumu təşkil olundu;
6. İranda Azərbaycan vətəndaşı müəammalı şəkildə yoxa çıxdı;
7. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakıda Qlobal Forumuna sayılı günlər qalarkən, Tehranda “Nizami Gəncəvi fars şairidir” yalanı əsasında tədbir keçirdilər.
İran təyyarəsinin sərhədimiz ətrafında uçuş keçirməsinə reaksiya verməsək qarşı tərəf sərhəd pozuculuğunu genişləndirəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirinə nota verməsi Tehranı durduran deyil. Tehranı ya Azərbaycan təyyarələrinin sərhədə yaxın uçuşları, ya Türkiyə ilə birgə növbəti hərbi təlimləri, ya da 2001-ci ildə olduğu kimi Türk yıldızlarının Bakı səmasında növbəti uçuşları durduracaq.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Fevralın 20-də İrana gedən F.Səfərli geri qayıtmamışdan bir gün öncə - martın 4-də yoxa çıxıb, səbəblər bəlli deyil, lakin Azərbaycan vətəndaşının İran kəşfiyyatının ovuna çevrilməsi də istisna edilməməlidir.
İran rejimi bu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarına potensial casus olaraq baxır. Fevralın 6-da “İranın Azərbaycana qarşı casusluq fəaliyyəti və mexanizmləri” (linki şərhə əlavə edirəm) adlı yazıda da bu haqda yazmışdıq:
- Molla rejimi hazırda İrana səfər edən bütün azərbaycanlıları potensial casus gözündə görür və bütün vasitələrlə onları ələ almağa çalışır. Son proseslər – İranın diqqəti daxildəki etirazlardan yayındırmaq üçün “xarici düşmən” obrazından yapışması və bu obrazı Azərbaycan üzərində fokuslandırması, “bölgədə sionistlər və terrorçular var” iddiaları və səfirliyimizə qarşı törədilən terror aktından sonra gərginliyin pik həddə çatması bu ölkəyə gedən azərbaycanlıların iki çətin seçim qarşısında qala biləcəyi riskini də yaradıb:
ya İran casusuna çevrilə, ya da “Azərbaycan casusu” olaraq həbs edilə bilərlər
İran xüsusi xidmət orqanlarının azərbaycanlıları əməkdaşlığa məcbur etmək üçün “Bakıdan göndərilən casus” ittihamından istifadə etməsi ehtimalı yüksəkdir.
Hətta bir qədər də irəli gedib “terrorçu” ittihamı da irəli sürülə bilərlər. Molla rejiminin “Azərbaycan regiona terrorçu ixrac edir” iddiasını “isbatlamaq” üçün “Arazdan keçən terrorçular” və “Şahçıraq terror aktının Bakıdan gələn koordinatoru” kimi ssenariləri işə salması da bu versiyanı istisna etmir.
“Casus” və “terrorçu” tapılması həm də bu iddialarının “təsdiqi” üçün lazımdır. Baş verənlər deməyə əsas verir ki, İrana səfər etmək azərbaycanlılar üçün heç olmadığı qədər təhlükəyə çevrilib.
Fərid Səfərlinin İranda “yoxa çıxması” bu məsələni bir daha aktuallaşdırdı. Vətəndaşımızın axtarışının tezliklə müsbət nəticə verməsini diləyirik. Lakin bütün hallarda hazırda İrana səfər etmək hər bir Azərbaycan vətəndaşı üçün riskli olaraq qalır.
Asif Nerimanli
Teref.az
 
Ardını oxu...
Abdullahian Ankarada Çavuşoğlu ilə görüşündə bildirib ki, İran, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünə hazırdırlar.
Sonuncu dəfə üçtərəfli görüş gündəmə gələndə Tehrandakı səfirliyimizə qarşı terror aktı törədildi. Teraktın sifarişçilərinin İran rejimi daxilindəki münasibətlərin gərginliyindən maraqlı qüvvələrin olduğu bəllidir, Əliyev də “İran isteblişmentinin nümayəndələri”nə işarə etmiş, yalnız sifarişçilər ədalət mühakiməsi qarşısına çıxarıldığı təqdirdə münasibətlərin normallaşmasından danışmağın mümkün olduğunu demişdi. Rəsmi Tehran isə nəinki sifarişçiləri cəzalandırmır, terrorçuya da “dəli” adı qoyub məsuliyyətdən yayındırır. Bunun fonunda “üçtərəfli görüş”dən bəhs etmələri o deməkdir ki, Tehran Bakının tələblərini nəzərə almaq niyyətində deyil.
Abdullahianın çıxışı həm də yeni təhlükə gözləntisini də gündəmə gətirir. Çünki Bakı-Tehran xəttində təmasları baltalamaq üçün terakta əl atan rejim daxilindəki qüvvələr “üçtərəfli görüş”ün qarşısını almaq məqsədilə Azərbaycana qarşı yenidən hərəkətə keçə bilər. Təbrizdəki konsulluğumuzun bu qüvvələrin hədəfində ola biləcəyi də istisna edilməməlidir. Bu baxımdan, rəsmi Tehranla münasibətlərin normallaşmasından yalnız həmin qüvvələri neytrallaşdırdığı halda bəhs etmək mümkündür.
İranlı nazir Ankarada “sionist” iddialarını da təkrarlayıb. Bildirib ki, “sionistlərin Qafqazda mövcudluğu regionun sülh və sabitliyinə ciddi təhlükədir”. Bu, Bakıya qarşı səslənmiş fikirdir və bunu Ankarada dilə gətirmələri Türkiyə üzərindən Azərbaycana təsir etməyə cəhdidir. Halbuki, Abdullahin Ankarada “sionistlər Qafqazdadır” dediyi vaxt İsrail Suriyada İrana bağlı qüvvələri yenidən darmadağın edib. Tehran isə hələ də Qafqazda “sionist” axtarır.
Asif Nərimanli
Teref.az
 

Ardını oxu...
Abdullahian Ankarada Çavuşoğlu ilə görüşündə bildirib ki, İran, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünə hazırdırlar.
Sonuncu dəfə üçtərəfli görüş gündəmə gələndə Tehrandakı səfirliyimizə qarşı terror aktı törədildi. Teraktın sifarişçilərinin İran rejimi daxilindəki münasibətlərin gərginliyindən maraqlı qüvvələrin olduğu bəllidir, Əliyev də “İran isteblişmentinin nümayəndələri”nə işarə etmiş, yalnız sifarişçilər ədalət mühakiməsi qarşısına çıxarıldığı təqdirdə münasibətlərin normallaşmasından danışmağın mümkün olduğunu demişdi. Rəsmi Tehran isə nəinki sifarişçiləri cəzalandırmır, terrorçuya da “dəli” adı qoyub məsuliyyətdən yayındırır. Bunun fonunda “üçtərəfli görüş”dən bəhs etmələri o deməkdir ki, Tehran Bakının tələblərini nəzərə almaq niyyətində deyil.
Abdullahianın çıxışı həm də yeni təhlükə gözləntisini də gündəmə gətirir. Çünki Bakı-Tehran xəttində təmasları baltalamaq üçün terakta əl atan rejim daxilindəki qüvvələr “üçtərəfli görüş”ün qarşısını almaq məqsədilə Azərbaycana qarşı yenidən hərəkətə keçə bilər. Təbrizdəki konsulluğumuzun bu qüvvələrin hədəfində ola biləcəyi də istisna edilməməlidir. Bu baxımdan, rəsmi Tehranla münasibətlərin normallaşmasından yalnız həmin qüvvələri neytrallaşdırdığı halda bəhs etmək mümkündür.
İranlı nazir Ankarada “sionist” iddialarını da təkrarlayıb. Bildirib ki, “sionistlərin Qafqazda mövcudluğu regionun sülh və sabitliyinə ciddi təhlükədir”. Bu, Bakıya qarşı səslənmiş fikirdir və bunu Ankarada dilə gətirmələri Türkiyə üzərindən Azərbaycana təsir etməyə cəhdidir. Halbuki, Abdullahin Ankarada “sionistlər Qafqazdadır” dediyi vaxt İsrail Suriyada İrana bağlı qüvvələri yenidən darmadağın edib. Tehran isə hələ də Qafqazda “sionist” axtarır.

Asif Nərimanlı - DİA.AZ
Ardını oxu...
"Xəyali kimlik" fransızların icadıdır," milli kimlik"lərin çoxu bu düstürla inşa edildi.
"Xəyali kimliyin" əsası torpaqla və onun sərhədləri ilə qurulur.Torpaq "vətən" olur,sərhədlər isə "xəritə"." Xəritə"sinin sərhədləri malik olduğu torpaqlardan qat qat artıq olmalıdır ki,bu kimlik xəyali kimliyə dönsün.Torpaqlarının deyil,xəyali xəritəsinin kənarındakı isə "düşmən"ə dönməlidir.
"Xəyali kimliyin" dərdi hələ də yaşayır,bu xəyali kimliklərin hər birinin əlinə bir xəritə verilib ki,o " xəritələr" hələ də "yalanlar adası" dırlar,
Yalandan doğru çıxmaz ki...
Zamanı deyil,məkanı dondurmaqdır bunun adı.İnsan üçün ən vacib olan zamanı saxlamadır ki,dəyərlər təfəkkür edilib tərəqqi etsin,
Bu isə məkanı dondurmaqdır ki,hər kəs zamanını boşa keçirsin.
Boş keçən zamanda " xəyali kimlik" məkanını ancaq xəritələrində böyüdər.
Bir də "vətənləşdirdiyi" torpaqa deyil,onun üzərində inşa etdiyi Sarayı sevər.
Sarayda isə xəritələr divardakı kağızdan başqa bir işə yaramaz.
Ankaranın siyasi gündəmi Oyundur,futbolu icad edən və istifadə edən Siyasəti də eyni səhnədə ən yaxşı ifa edənmiş,
Yolda yazı yazmağın bir dərdi var ki,Qarşılaşdığın Adam,gördüyün mənzərə,getdiyin yol fərqli fərqli üfüqlər açır.

İdris Heydərli - DİA.AZ
 
Ardını oxu...
Baş nazir Nikol Paşinyan Almaniyada erməni icmasının nümayəndələri ilə görüşdə deyib ki, Ermənistanın dərin iqtisadi, o cümlədən daxili təhlükəsizlik, demokratik inkişaf baxımından heç bir problemi yoxdur. Yəni demək istəyib ki, iqtisadi və sosial məsələləri həll edir, zəif müxalifət də ona problem yaratmır, əsas problemi Azərbaycanla qarşıdurmayla bağlıdır. Halbuki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişini imzalamağı qəbul etsə məsələ bitəcək. Paşinyan Almaniyada ermənilər qarşısında daha bir diqqət çəkən açıqlama verib: “Təhlükəsizlik sistemlərindən danışırıq, amma nədənsə təhlükəsizlik sistemlərimizin bizə xəyanət etdiyini demirik. Belə çıxır ki, biz əslində sabun köpüyünə çevrilən təhlükəsizlik faktorlarına etibar etmişik? Belə çıxa bilərmi ki, bizi aldadırlar, yoxsa biz özümüzü aldadırıq?”.
Paşinyanın üstürörtülü dediyi sözlərin mənası budur: 1. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana xəyanət etdi; 2. Ermənistanın təhlükəsizliyinə cavabdeh olan bunların hər ikisi sabun köpüyü idi. Başqa bir nəticə isə budur ki, Nikol Paşinyan ordusunun gücünü də itirdiyini etiraf edib.
Paşinyan Qarabağ yükünü daşıya bilmir. Ancaq bu o demək deyil ki, həmin yükdən Kreml və Ermənistandakı “Qarabağ klanı” imtina edib. Azərbaycan hərbçilərinə qarşı təxribatları planlaşdıran məhz bu iki gücün birliyidir. Separatçıların dinməz olmaları gərəkirkən Azərbaycan hərbçilərinə atəş açırlarsa, onları kənardan dəstəkləyənlər var.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Əvvəllər Dənizkənarı Milli Parkında Hərbi Qənimətlər Parkı vardı - 2021 -ci il 12 apreldə açılışı oldu. (İndi bilmirəm var ya yoxdu... heç maraqlanmadım da, getmədim də. Varlığı-yoxluğu artıq məni maraqlandırmır).
Bilirsiniz yəqin ,Ermənistan ordusuna məxsus Rusiya istehsallı ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənirdi orda.

Məlum, o qənimətləri qanını qaşığa qoyan , canını heçə sayan Azərbaycan xalqının cəsur oğulları tarixdə görünməmiş igidlik, qəhrəmanlıqları sayəsində gətirmişdilər. Eşidəndə 30 il yanan ürəyimə su səpilmişdi! Gündə 40 dəfə deyirdim ki, Qazilərim yaralarınıza qurban olum, şəhidlərim torpağınıza , cavan , nakam canınıza, ruhunuza qurban olum...
Döyüş bölgəsindən dönəndən sonra planlaşdırırdım ki, o parka gedim, reportaj hazırlayım. Qəlbimdə qürur, gözlərimdə sevinc... Erməniləri dəli eliyən o park məni elə xoşbəxt edirdi kii...

2 gün sonra məlum oldu ki, ziyarət pulludur, biletin qiyməti də cəmi 2 manatdır. İrad bildirə bilərsiniz ki, "nə böyük puldur ki, buna danışırsan?" Bəli böyük pul deyil, amma ürəyimizdəki qüruru, gözümüzdəki sevinci qırmaq üçün kifayət edəcək məbləğdi.

Bu xalq neftə, qaza, ikraya, balığa, işığa, suya, bütün təbii sərvətlərə artıqlaması ilə pul ödəyir. Vergi də verir.
Azərbaycanın bu başından, o başına qədər hansı köşəsində bir yay günü altına döşək qoyub oturub dincəlmək istəyirsən, bir dəstə qoçu başının üstünü kəsdirir, pul istəyir... adi çəmənliyi deyirəm eee, adi çəmənlik.

Yadıma düşdü . Vətən müharibəsindən əvvəlki illər idi.Toğanada pulsuz yer tapmadıq ki, oturaq. Həyat yoldaşım qoçunun birinə dedi ki, mənim bu torpaq üçün döyüşmüşəm qanım tökülüb, 2 gün morqda qalmışam, indi şikəstəm, mənim heç haqqım çatmır ki, bu cayın kənarında ailəmlə elə o torpağın üstündə oturum? Qoçu bir az mehribancasına dedi ki, Qardaş biz də yuxarı "haqq-hesab veririk də, sən də bizi başa düş də". O quruca torpağı üstündə oturmaq üçün də o vaxt 2 manat ödədik! Dedilər, samovar istəyirsinizsə 2 manat ödəyin onu da təşkil edək(((

Aydındı, bütün təbii sərvətlər hamısı sizindir, sizin olsun!
Amma nolardı ki, heç olmasa, mənəvi sərvətlərimizə əl uzatmayaydınız? Şuşaya "turpaket" nədir?Oğullarını Şuşa üçün qurban vermiş, şikəstliyini qəbul etmiş Azərbaycan xalqına 2 günlük tur üçün 215 manat, 3 günlük üçün 370 manat pul qoparmaq hansı düşmənçiliyin təzahürüdür? Bu kimin ağıllı məsləhəti" ilədir?
Bilmirəm kim necə düşünür, amma məncə, bu ürəyi Şuşanı görmək eşqi ilə çarpan bir azərbaycanlıya söyüşdən başqa bir şey deyil... Söyüşü qəbul edənlərə də içi özüm qarışıq ayıb olsun...
Əntiqə Rəşid
Teref.az
 
Ardını oxu...
Qarabağda separatçı-terrorçuların videomüşahidə kameraları sıradan çıxarıldı, eyni zamanda, sülhməramlıların gözü qarşısında səngər qazdıqlarının görüntüləri yayıldı.
Bu addımın atılması və faktın tirajlanması ilə rəsmi Bakı təmasların qurulmasını istəyən Qərbə Qarabağdakı erməni əhalisinin adından danışmaq istəyənlərin Azərbaycan suverenliyinə təhdid yaratdığını göstərir və onları məhvetmə hüququna sahib olduğu mesajını verir.
Və son siyasi proseslər, xüsusilə Xocalı görüşü fonunda bu faktların ortaya çıxması qanunsuz silahlı dəstələrə qarşı mümkün əməliyyatı da aktuallaşdırır.

Asif Nərimanlı - DİA.AZ

Dünyapress TV

Xəbər lenti