Ardını oxu...
Rusiyanın Hərbi Hava Qüvvələrinin qırıcısı Su-25 öz hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mıkola Oleşşuk teleqramda bildirib.

“Əminliklə deyə bilərəm ki, Rusiyanın Su-25 qırıcısını Ukraynanın HHM-i vurmayıb! Bu, Rusiya zenitçilərinin dəqiq və yüksək səviyyədə icra olunmuş işidir ki, buna görə bütün Ukrayna xalqından onlara təşəkkür düşür!”, – hərbçi qeyd edib.
 
Ardını oxu...
İsrail Müdafiə Qüvvələri BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin məktəbinin yaxınlığında Fələstin HƏMAS-ın üç tuneli aşkarlayıb.

"Report" xəbər verir ki, bu barədə ordunun teleqram kanalında deyilir.

Belə ki, məktəbin yaxınlığındakı binada hərbçilər raket istehsalı üçün hissələr tapıblar.

Ordu həmçinin qeyd edib ki, Qəzza şəhərinin Şecaya bölgəsindəki əməliyyat mərkəzinə reyd zamanı silah və partlayıcı qurğular, o cümlədən AK-47 avtomatları və qumbaraatanları aşkar edilib.
 
Ardını oxu...
"Türkiyə və ABŞ Ankaraya Amerikanın F-16 qırıcılarının satışı və mövcud təyyarələrin modernləşdirilməsi ilə bağlı texniki danışıqları başa çatdırıb".

"Report" CNN Türk-ə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

“Biz 40 ədəd “F-16 Block” 70 təyyarəsi üçün satınalma prosesinin gedişini və ABŞ-dan 79 təkmilləşdirmə dəstinin alınmasını izləyirik. ABŞ ilə texniki görüşlərimiz başa çatıb. Həmsöhbətlərimizə bildiririk ki, məsələ ilə bağlı müsbət və konkret addımlar gözləyirik, ümid edirik ki, proses ən qısa zamanda başlayacaq”, - nazir bildirib.

Gülər qeyd edib ki, silah tədarükü kontekstində ən mühüm məsələ müttəfiqlərin bir-birinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməməsini təmin etməkdir: “Müttəfiqlər Türkiyənin qlobal və regional funksiyasını aydın şəkildə anlamalı və məhdudlaşdırıcı təcrübələrdən dərhal imtina etməlidirlər. Güclü Türkiyə və onun güclü ordusü güclü NATO və terrora qarşı effektiv mübarizədir”.
Ardını oxu...
Ukraynada müharibə davam edir.

Pubilka.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gün paytaxt Kiyevdə hava hücumları daha kəskin formada davam edib:

“Raket hücumları Ukrayna Hava Hücumundan Müdafiə Sistemi tərəfindən zərərsizləşdirilsə də, şəhərdə bir neçə dəfə partlayış səsi eşidilib. Dağıntılar və tələfatın olduğu bildirilir. Bununla bağlı dəqiq statistika hələ ki, açıqlanmayıb”.

Qeyd edilib ki, son bir ayda Ukraynanın artıq cəbhə və qeyri-cəbhə bölgəsi yoxdur. Bütün şəhərləri, vilayətləri hücumlara məruz qalır:
“Ötən gecə Ukrayna Hava Hücumundan Müdafiə Sistemi Dneprpetrovsk, Poltava və Vinnitsa vilayətlərində 30-a qədər İran istehsalı olan “Şahed-136” və “Şahed-132” tipli dronları məhv edib”.

Bildirilib ki, ölkədə ən çox gərginlik Xerson və Donetsk vilayətlərində müşahidə edilir. Donetsk vilayətinin Avdiyevka şəhərini Ukrayna tam olaraq əldən vermək istəmir, bu səbəbdən müdafiəsi daha güclü təşkil olunub:

“Çünki Avdiyevka əldən gedərsə, Ukrayna Pokrovsk şəhərini itirmək təhlükəsi ilə üzləşə bilər. Bu isə döyüşün Dneprpetrovsk vilayətinə keçməsi və Ukraynanın cənub istiqamətinin müharibə meydanına çevrilməsi deməkdir”.

Ətraflı süjetdə:
 
Ardını oxu...
İsrail Müdafiə Ordusu (SAXAL) son 24 saat ərzində Qəzza zolağında 250-dən çox hədəfə hücum edildiyini açıqlayıb.

Qeyd olunub ki, əməliyyatlar nəticəsində İsrail ərazisinə raket zərbələri endirməyə hazırlaşan bir qrup terrorçu məhv edilib.

Eyni zamanda, SAXAL anklavda həyata keçirilən yeni əməliyyatların görüntülərini yayıb.

 
Ardını oxu...
Amerika Birləşmiş Ştatları yenilənmiş Fələstin Milli Administrasiyası meydana çıxana qədər Qəzza zolağı üçün bir növ müvəqqəti təhlükəsizlik həllini tapmağa çalışır.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib.

"Həm Qəzza, həm də İordan çayının qərb sahili üçün uzunmüddətli həll yolunda işləyərkən bir növ müvəqqəti təhlükəsizlik tənzimləməsinin tələb olunduğuna da inanırıq. Və inanırıq ki, Qəzza və İordan çayının qərb sahili siyasi baxımdan birləşməlidir. yenilənmiş Fələstin Milli Administrasiyası”, - Amerika liderinin müşaviri Vaşinqtonda "The Wall Street Journal" tərəfindən təşkil edilən forumda çıxış edərkən deyib .

"Bunlar, cari böhrana, mövcud münaqişəyə həll yolu yaratmaq, həmçinin həm israillilər, həm də fələstinlilər üçün daha sabit gələcək təmin etmək üçün zəruri hesab etdiyimiz elementlərdir", - Sullivan vurğulayıb.
Ardını oxu...
“Hizbullah” şiə təşkilatının silahlı birləşmələri Livanla sərhəddə İsrail hərbçilərinin mövqelərinə hücum etmək üçün pilotsuz uçuş aparatlarından istifadə edib.
APA xəbər verir ki, bu barədə Hizbullah Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
“İslam müqaviməti pilotsuz təyyarələri İsrail ordusunun Yaar qəsəbəsindəki qərargahına və hərbi kazarmalarına hücum edərək bütün hədəfləri dəqiqliklə vurub” - bəyanatda qarşı tərəfin sıralarında itkilərin olduğu iddia edilir.

Livanla sərhəddən 2 km aralıda yerləşən Yaarda bu yaxınlarda İsrail qüvvələrinin əməliyyat qərargahı yaradılıb. Al Mayadeen telekanalının məlumatına görə, şiə qırıcıları pilotsuz təyyarənin hücumundan əvvəl İsrailin hava hücumundan müdafiə sistemlərinə müdaxilə ediblər.
 
Ardını oxu...
İsrail-Qəzza münaqişəsində daha iki jurnalist ölüb.

Bu barədə Qəzza hökuməti məlumat yayıb.

İsrail döyüş təyyarələrinin Ed-Derc bölgəsinə hücüumu zamanı qadın jurnalist Ula Atallah ölüb. O, "Anadolu" agentliyinin keçmiş müxbiri olub. Yerli mənbələrdən alınan məlumata görə, Atallahın eyni evdə olan bəzi ailə üzvlərinin də həyatını itirdiyi bildirilib. Fələstin Jurnalistlər Birliyindən verilən açıqlamada İsrailin Xan Yunus şəhərinə endirdiyi hava hücumunda jurnalist Dua əl-Cebburun əri və uşaqları ilə birlikdə həlak olduğu qeyd edilib.

Cebburun yerli "Media Eye Network"də işlədiyi deyilir.

Qeyd edək ki, Qəzzada 7 oktyabrdan bəri ölən media mənsublarının sayı 9-u qadın olmaqla 84-ə yüksəlib.
 
Ardını oxu...
İsrail əsgərləri şiə “Hizbullah” silahlılarının silahlı hücumlarına cavab olaraq Livanın cənubundakı ərazini silahlardan atəşə tutub. 32gun.az bildirir ki, bu barədə Livan Silahlı Qüvvələrinin mətbuat xidmətinin Telegram kanalında məlumat verilib.

Məlumatda bildirilir ki, Ayn İbl sərhəd bölgəsində Livan ordusunun silah anbarı və hərbi tibb mərkəzi atəşə tutulub.

"Binalara ziyan dəyib, binalardan birində yanğın baş verib və o, tezliklə söndürülüb.

Hərbi personal arasında itki olmayıb”.-mətndə qeyd olunub.

Dünyapress TV

Xəbər lenti