Ardını oxu...
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə yayılan bu məlumatı qəti surətdə təkzib edirik.

 
Ardını oxu...
19 sentyabr 2023-cü ildə Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində 2 nəfər mülki şəxsin ölməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalar başlanılıb.

Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, 19 sentyabr 2023-cü ildə saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması, törədilən terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
06:31

Sentyabrın 19-da saat 04:00 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, “Azəravtoyol” ASC-yə məxsus “Hovo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.
Ardını oxu...
“Onlar gicgaha yaxından atəşlə öldürülüblər”.

Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, 1994-cü ildə Ermənistan Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən azərbaycanlı əsirlərin öldürülməsi ilə bağlı məlumat yaymışdı: “Həmin dövrdə meyitlər Azərbaycana gətirildikdən sonra britaniyalı ekspert tərəfindən onların yaxın məsafədən gicgaha atəş edilərək öldürüldüyü məlum olub”.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 

Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri Tokmak istiqamətində uğurlu irəliləyiş üçün ilkin şərait yaradıb və Donetskə yaxınlaşıb. Bu, Ukrayna Silahlı Qüvvələrinin gələcək uğurlu fəaliyyətləri ilə bağlı ehtiyatlı nikbinlikdən danışmağa imkan verir, lakin tərəqqinin sürəti bir çox amillərlə əlaqələndirilir.

Beləliklə, əks-hücumun uğurlu xarakteri, ilk növbədə, minalardan təmizləmə üçün zəruri olan avadanlığın təchizatından asılıdır. İndi biz tələb olunanın 15%-dən çoxunu almamışıq. Silahlı Qüvvələrin operativ yerləşdirmə və əks-hücum zamanı qarşılaşdığı ikinci problem hava örtüyünün olmamasıdır. Və bu, təkcə təyyarələrə deyil, həm də qısa və orta mənzilli hava hücumundan müdafiə sistemlərinə aiddir.

Ruslar sözdə aktiv müdafiə taktikasından istifadə edirlər: hücum bölmələrimizi şərti hava hücumundan müdafiədən çıxarırlar və müvafiq olaraq bundan sonra aviasiya və helikopterlərlə döyüşürlər. Bu, Ukraynanın əməliyyatlarının uğurlu olmasına mane olan problemdir. Üstəlik, təyyarələrin olmaması böyük problemdir. Amerika təcrübəsindən danışsaq, uğurlu irəliləyiş üçün ilkin şərait yaradan havada üstünlükdür. Anlamaq və müqayisə etmək üçün: Amerika qoşunlarının və müttəfiqlərinin İraqdakı quru hücumu hava hücumlarından 40 gün sonra başlayıb. Bizdə ümumiyyətlə belə bir hal yoxdur.

Ukrayna ordusu öz təcrübəsindən istifadə etməyə məcburdur. Lakin bəzi Qərb mediasının təqdim etməyə çalışdığı kimi cəbhədəki vəziyyətin Birinci Dünya müharibəsini xatırlatdığını söyləmək doğru deyil. 1916-cı il Verdun yaxınlığında baş verən hadisələrə səbəb Almaniyanın 1914-1915-ci illərin şiddətli döyüşləri səbəbindən cəbhə xətti boyunca genişmiqyaslı hücumlar keçirə bilməməsi idi. Müvafiq olaraq, xeyli sayda canlı qüvvə itkisi oldu.

Ukrayna-Rusiya cəbhəsində baş verənlər isə fərqlidir. Biz eyni vaxtda bir neçə cəbhədə hücuma keçirik. Zaporojyedə - Robotino-Verbovo-Novoprokopovka, üstəlik, Vremeevski performansı və müvafiq olaraq Baxmut. Bəli, bu, gözlənilən tərəqqinin sürəti deyil - həftədə 5 kilometr azdır. Ancaq onu da qeyd etmək lazımdır ki, rus işğalçıları da boş oturmayıblar - çoxeşelonlu müdafiə xətti qurublar. Bir neçə bölgədə dörd müdafiə xətti var. Üstəlik, əsas problem eni 15 kilometrə qədər olan mina sahələridir.

İndi baş verənlər: birinci müdafiə xəttini keçə bildik və ikinci müdafiə xəttində hərbi toqquşmaya girdik. Üstəlik, taktika dəyişikliyi var - döyüşlər zamanı ağır zirehli texnikadan istifadə, birinci cərgədəki döyüşlər zamanı baş vermədi. İşğalçıların özlərinin fikrincə, bu, Ukrayna Silahlı Qüvvələrinin süni minalanmış sahələr xəttini yarıb keçdiyini göstərir. Bununla belə, nə qədər irəliləyiş ola biləcəyi ilə bağlı proqnoz vermək nankor bir işdir. Nəzərə alınmalı bir çox amillər var. İlk növbədə, mənim fikrimcə, bu, Qərb tərəfdaşlarımızdan yüksək texnologiyalı silahların çatdırılma tempindən asılıdır.

İndi eyni vaxtda bir neçə istiqamətdə uğurlu irəliləyiş üçün ilkin şərtlər yaradılıb. Orexovskidə Novoprokopovka bölgəsindəki dominant yüksəkliklərə nəzarət edirik ki, bu da Zaporojye bölgəsinin işğal olunmuş ərazilərinin kifayət qədər böyük ərazilərini atəşə nəzarət altında saxlamağa imkan verir. Tokmak istiqamətində daha da uğurlu irəliləyiş üçün şərait yaradılıb. Vremevski çarxında Staromlinovkadan dörd kilometr aralıdayıq. Bu rus işğalçılarının ikinci müdafiə xəttidir. Üstəlik, Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttinin üstündən asılmış Vremevski üsyanının özü də mövcudiyyətini dayandırdı. Baxmut istiqamətində biz Rusiyanın əks-hücumunu dayandırdıq və indi Kleşçievka, Andrevka, Kurdyumovka və Ozaryanovkada uğurlu irəliləyiş əldə etdik. Üstəlik, son bir neçə gündə cəbhənin ən problemli sektoru olan Avdeyevski istiqamətində uğurlu irəliləyiş var. Təcrübəlilərin demək olar ki, yarısını nəzarətə götürdük. Bu da Donetskə 3,5-4 kilometrdir.

Bütün bunlar Ukrayna Silahlı Qüvvələrinin gələcək uğurlu fəaliyyəti ilə bağlı ehtiyatlı nikbinlikdən danışmağa əsas verir.

Müəllif: Dmitri Snegirev - Hərbi ekspert, "Doğru səbəb" ictimai təşəbbüsünün həmsədri.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Ardını oxu...
Ermənistanda sərhəd qoşunlarının zabiti yerli qəzetlərdən birinin ofisinə zəng edərək ölkə ordusundakı acınacaqlı vəziyyətdən danışıb.

Onun sözləri erməni mətbuatında dərc edilib.

Zabit bildirib ki, ölkədə müqavilə əsasında xidmət edən hərbi qulluqçuların vəziyyəti olduqca pisdir. Belə ki, hərbi qulluqçu döyüş mövqeyinə qalxmadığı təqdirdə 127 min dram (541 azn) məvacib alır. Döyüş mövqeyinə çıxan hərbi qulluqçulara isə hər gün üçün 4 min dram (17 azn) əlavə ödəniş hesablanır. Nəticədə 14 gün döyüş mövqeyində xidmət etmiş hərbçilərə maksimum 200 min dram (853 azn) əməkhaqqı verilir. Buna görə də “naməlum” səbəbdən döyüş postlarına qalxan müqaviləlilər orada aylarla qalırlar.

Zabitin sözlərinə görə, kifayət qədər şəxsi heyət olmadığı üçün döyüş növbətçiliyinin dəyişməsi gec-gec həyata keçirilir. Bu, bütün sərhədboyu mövqelərə aiddir. Çatışmazlığın əsas səbəbi aşağı məvacibdir. İnsanlar fəhləlik etməyi hərbi xidmətdən daha üstün tuturlar. Hətta müqaviləlilər də xidmətdən imtina edirlər. Hazırda 71 nəfərlik olmalı bölükdə cəmi 26 nəfər şəxsi heyət var.

Hərbçi qeyd edib ki, hərbi qulluqçuların attestasiya prosesində də ciddi problemlər mövcuddur. Belə ki, bu proses yalnız müqaviləlilərə şamil edilir, halbuki sıravidən generallaradək hər kəsi əhatə etməlidir.

Bununla yanaşı, hərbi qulluqçu bildirib ki, sərhəd qoşunlarında xidmət şəraiti dözülməzdir. Savadsızlıq baş alıb gedir və səsi bərk çıxanlardan kimə gəldi vəzifə verilir. Həmçinin, könüllülərlə müqaviləlilərin münasibətləri yaxşı deyil. Çünki birincilər ikinciləri daim alçaldırlar.

Zabitin fikirlərilə bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi A.Tonosyanla əlaqə saxlanılıb. O, da öz növbəsində kütləvi olmasa da, çox sayda müqaviləli hərbi qulluqçunun tərxis üçün raport yazdığını təsdiqləyib.
oxu.az
 
Ardını oxu...
Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətdə cavab tədbirləri görülüb.
 
Ardını oxu...
Sentyabrın 14-ü saat 19:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bundan başqa, saat 19:05-dən 19:25-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
 
Ardını oxu...
Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, aviasiya marşalı Zahir Əhməd Babar Sidhu ilə görüşüb.

Bu barədə diplomat “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, aviasiya marşalı Zahir Əhməd Babar Sidhu ilə görüşməkdən şadam. Biz Azərbaycan və Pakistan arasında münasibətlərin hazırkı səviyyəsini və ikitərəfli əlaqələrimizin, xüsusən də hərbi və hərbi-texniki sahədə daha da möhkəmləndirilməsi yolları barədə fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.
Ardını oxu...
Sentyabrın 12-si saat 20:30 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Kilsəkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.
 

Dünyapress TV

Xəbər lenti