Ardını oxu...
Baş nazir Nikol Paşinyan Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinin Ermənistana daxil olmasına etiraz edir.

Əslində, söhbət 2020-ci ildə Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasından Azərbaycana göndərilmiş sülhməramlı qüvvələrin geri qaytarılmasından gedir.

10 noyabr Bəyanatına uyğun olaraq, Rusiyanın 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti müvəqqəti olaraq Qarabağda və Laçın-Xankəndi yolunda yerləşdirilmişdi.

Bu müddətdə sülhməramlı missiyanın şəxsi heyətinin, zirehli və digər texnikalarının dislokasiyası quru yoldan istifadə etməklə 102 saylı motoatıcı hərbi bazada həyata keçirilib. İndi isə Rusiya Qarabağdakı sülhməramlı qüvvələrin sayını məhdudlaşdırır və hətta yaxın müddətdə tamamilə Azərbaycan ərazisini tərk edəcəyi istisna olunmur.

Bu məntiqlə Rusiya hərbçiləri yenidən Gümrüyə qayıtmalıdır. Lakin Paşinyan Ermənistanın “Birinci Kanal”ına müsahibəsində buna qarşı olduğunu deyib:

“Əgər sülhməramlılar gedirsə, o zaman bizim üçün onların Ermənistan və ya Azərbaycan ərazisindən getməsinin prinsipial əhəmiyyəti yoxdur. Lakin Ermənistan Respublikasının ərazisinə sülhməramlı kontingentin yerləşdirilməsi ilə bağlı deyə bilərik ki, bunun heç bir hüquqi əsası yoxdur. Əgər sülhməramlılar Qarabağı tərk edəcəksə, Rusiyaya gedəcəklər”, - deyə Nikol Paşinyan bildirib.

Baş nazirin bu açıqlaması Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasına çağırış mesajı kimi şərh olunub. Paşinyan məsələyə aydınlıq gətirmək üçün 102-ci bazanın Ermənistandan çıxarılması ilə bağlı müzakirə aparılmadığını deyib.

Ancaq ekspertlər hesab edir ki, sülhməramlı kontingentin Azərbaycanı tərk etməsi növbədə, Rusiya hərbi bazalarının Ermənistan ərazisindən çıxarılmasına səbəb ola bilər.

Ona görə də Paşinyanın açıqlaması Rusiya hakimiyyətində narahatlıqla qarşılanıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sülhməramlıların gələcək taleyinin Bakı ilə müzakirə edildiyini, lakin İrəvanla da əlaqələrin davam etdirildiyini deyib. Peskov Paşinyanın açıqlamasına münasibət bildirməyib.

TEREF.AZ-ın məlumatına görə, politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Paşinyanı açıqlaması Rusiya hərbi bazasını Ermənistandan çıxartmaq məqsədi daşımır:

"O, Rusiyanın Ermənistanda siyasi və hərbi təsirini azaltmağa çalışır. Paşinyan qorxur ki, sülhməramlı kontingent Gümrüyə qayıtsa, 102-ci hərbi bazanın maddi-texniki bazası güclənə bilər.

Bu da İrıvan və Moskva arasında gərginliyin artdığı hazırkı vəziyyətdə Rusiyanın Ermənistanda hərbi cəhətdən güclənməsi deməkdir. Nəticədə, müəyyən spekulyasiyalar və problemlər yarana bilər. Ona görə də Paşinyan bu ifadəni işlətməklə müəyyən imic addımı atır.

Bu da ondan ibarətdir ki, artıq Ermənistan Qarabağ məsələsində Rusiya amilinə fərqli yanaşır. Əgər Qarabağ Azərbaycan ərazisidirsə, o zaman Rusiya münasibətləri Ermənistanla deyil, Azərbaycanla qurmalıdır. Belə olan təqdirdə, sülhməramlılar bölgəni Ermənistan deyil, Azərbaycan vasitəsilə tərk edərək Rusiyaya qayıtmalıdır.

Ermənistandakı hərbi bazalar məsələsinə gəlincə, bu ikiitərəfli müqavilələrlə tənzimlənir. Müqavilə 2049-cu ilə qədər qüvvədədir. Ona görə də sülhməramlıların çıxmasının hərbi bazaların mövcudluğuna təsir göstərəcəyinə inanmıram”.
 
Ardını oxu...
Ermənistan-Azərbaycan sərhədində indi demək olar ki, eskalasiya riski sıfırdır.

APA xəbər verir ki, bu barədə Ermənistanın baş naziri ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

Paşinyan bildirib ki, sərhəddə heç bir gərginlik yoxdur.

Baş nazir bildirib ki, nə Ermənistan, nə də Azərbaycan tərəfində qoşunların cəmləşməsi yoxdur.
Ardını oxu...
İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu 29 yaşlı Avner Netanyahu hərbi xidmətə çağırılaraq cəbhəyə göndərilib.

Bu barədə “İsrailin səsi” məlumat yayıb.

Avner baş nazirin üç övladının ən kiçiyidir.

Ondan başqa siyasətçinin 45 yaşlı qızı və 32 yaşlı oğlu da var.

Avnerin dəqiq harada xidmət edəcəyi və antiterror əməliyyatı zamanı nə edəcəyi barədə məlumat verilmir.//Axar.az
Ardını oxu...
“Hökumət müharibə elan etmək və HƏMAS-ı məhv etmək qərarına gəlib. Mən sizi mümkün olan hər şeyi etməyə və qorxmadan düşmənlərimizə qarşı qiyamət günü silahlarından istifadə etməyə çağırıram”.

Bunu İsrailin strategiya üzrə zabiti Tali Qotlib “X” sosial şəbəkəsi hesabında yazıb.

O, “qiyamət günü silahları” dedikdə nüvə silahlarını nəzərdə tutub.

Oxu.az
Ardını oxu...
İsrail ordusu 48 saat ərzində 300 min ehtiyatda olan əsgəri səfərbər etdiyini açıqlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Həcəri jurnalistlərə açıqlaması zamanı bildirib:

"Biz heç vaxt bu qədər tez ehtiyatda olan əsgərləri səfərbər etməmişdik”.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb

HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olanların sayı 700-ü ötüb.
Ardını oxu...
İsrail ilə Livan arasında hərbi toqquşma başlayıb.

Bu barədə İsrailin Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, hazırda İsrail helikopterləri Livanda əməliyyat keçirir.

Xatırladaq ki, daha əvvəl Livandan İsrail ərazisinə silahlı şəxslərin keçdiyi barədə məlumat yayılmışdı. //report//
Ardını oxu...
Ukraynaya verilən silahlar İsraildə partlayır.
Konqresmen Marcori Teylor Qrin Pentaqona müraciət edərək, HƏMAS yaraqlılarının Amerika silahlarını haradan əldə etdiyini və onların Ukraynadan və ya Əfqanıstandan fələstinlilərə çatıb-çatmadığını yoxlamağa çağırıb.
"Biz HƏMAS-ın İsrailə qarşı istifadə etdiyi bütün ABŞ silahlarının seriya nömrələrini izləmək üçün İsraillə işləməliyik. Onlar Əfqanıstandan gəliblər? Ukraynadan gəliblər? Çox güman ki, hər ikisindən", - Qrin sosial şəbəkədə yazıb.
Qərb silahlarının Ukraynadan fələstinli yaraqlıların əlinə keçməsi ilə bağlı ilk faktlar bu ilin iyununda məlum olub. Daha sonra İsrailin baş naziri Binyamin Netanyahu bunu açıqlayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.
Sputnik
Ardını oxu...
“Bizi silah, pul və digər avadanlıqlarla təmin etdiyinə görə İran İslam Respublikasına təşəkkür edirik”.

Bizim.Media xəbər verir ki, bunu təşkilatın “İzzəddin əl-Qəssam” hərbi qanadının sözçüsü Əbu Ubeyda deyib.

Onun sözlərinə görə, İran İsraili dağıtmaq üçün bizə raketlər verdi və tank əleyhinə raketlərlə bizə kömək etdi.

 
Ardını oxu...
İsrailin müdafiə naziri Yoav Qallant Livanla sərhəddə əhalinin məskunlaşdığı ərazilərin boşaldılması barədə əmr verib.

Axar.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşri məlumat yayıb.

Livanla sərhəddə yaşayan sakinlərin əksəriyyəti təhlükəsizlik tövsiyələrinə fəal reaksiya verib və könüllü olaraq cənub bölgələrinə təxliyə edilib.

Məlumata görə, ərazidə tank və digər zirehli texnikaların sayı artıb.
Ardını oxu...
“HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində ölənlərin sayı artıb.

İsrail ərazisinə atılan 3 mindən çox raket 300 nəfərin ölümünə, 1 500 yerli sakinin xəsarət almasına səbəb olub.

Öz növbəsində İsrailin Baş naziri Benyamin Netanyahu mühasirədə olan Qəzza zolağının sakinlərini bölgəni tərk etməyə çağırıb və HƏMAS-ın mövcud olduğu bütün əraziləri xarabalığa çevirəcəklərini bildirib.
Netanyahu Qəzza zolağından hücuma cavab olaraq “Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsinin başa çatdığını və terrorçuların əksəriyyətinin məhv edildiyini açıqlayıb.
 

Dünyapress TV

Xəbər lenti