Ardını oxu...
"Qəzzada etdiklərimizi Beyrutda da edə bilərik".
Bakupost.az İsrail KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
Livanla sərhədə gələn Yoav Qalant Livan burada komandirlərlə vəziyyəti qiymətləndirib, əsgərlərlə söhbət edib.
" Livan vətəndaşları, mən cənuba doğru hərəkət edərkən ağ bayraq qaldıran Qəzza vətəndaşlarını görürəm. "Hizbullah" Livanı mümkün müharibəyə doğru itələyir və səhvlər edir. Belə səhvlərin bədəlini Livan vətəndaşları ödəyəcək. Qəzzada nə ediriksə, Beyrutda da onu edə bilərik. Ümid edirəm ki, "Hizbullah" özünü yaxşı aparacaq və Nəsrullah bizi təhrik etməyəcək. Çünki bu təcavüz qəbuledilməzdir", - İsrailin müdafiə naziri deyib.
O, həmçinin əlavə edib ki, İsrail Hərbi Hava Qüvvələrinin gücü çox böyükdür və Qəzza zolağındakı əməliyyatlara Hərbi Hava Qüvvələrinin ümumi gücünün heç 10%-i də cəlb olunmayıb.
 
Ardını oxu...
Almaniya hökuməti 2024-cü ildə Ukraynaya hərbi yardımı 4 milyard avrodan 8 milyard avroya çatdırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya Müdafiə Nazirliyindəki öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, Almaniya Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinə Ukraynaya hərbi yardım üçün ilkin olaraq 4 milyard avro daxil edib, lakin onun hamısı artıq cari layihələrə ayrılıb, yeniləri üçün isə Müdafiə Nazirliyinə cəmi 120 milyon avro qalıb. Qurum əlavə 5 milyard avro tələb edib və bu həftə Nazirlər Kabineti 4 milyard avro ayırmağa qərar verib.

Bundestaqın Büdcə Komitəsi müvafiq dəyişiklikləri gələn həftə nəzərdən keçirmək niyyətindədir.
 
Ardını oxu...
“Noyabrın 10-da müvəqqəti işğal olunmuş Krımın ərazisindəki Uzkaya körfəzi ərazisində aparılan əlavə kəşfiyyatın nəticələri göstərir ki, suüstü dronların hücumundan sonra Rusiya Federasiyası Qara Dəniz Donanmasının (BSF) 2 kiçik desant gəmisi məhv edilib".

“AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) mesajında deyildiyi kimi, alınan yeni kəşfiyyat məlumatlarına görə, işğalçıların bu iki qayığı məhv edilib: biri köhnə layihə 1176 "Akula", digəri daha yeni layihə 11770 "Serna".

"Hücum nəticəsində hər iki Rusiya gəmisi batdı: "Akula" dərhal,“Serna”isə sağ qalmaq üçün uğursuz mübarizədən sonra", - kəşfiyyat rəsmiləri təfərrüatları paylaşıb.

"Ov davam edir!", - GUR əlavə edib.

Rusiya Qara Dəniz Donanmasının gəmilərinə hücum

noyabrın 10-na keçən gecə təşkil olunub. Krım ərazisində keçirilən əməliyyat nəticəsində Rusiyanın Qara Dəniz Donanmasının iki desant kateri vurulub. Ukrayna kəşfiyyatı qeyd edib ki, Rusiya Zmeynı adasının işğalı zamanı hərbi texnika və qoşunların daşınması üçün “Serna” sinfinə aid belə kiçik desant katerlərindən fəal istifadə edib. Bundan əlavə, rus işğalçıları adada və Qara dənizdə qrupun mobil mühafizəsini təmin etmək üçün qayıqların göyərtəsində Tor-M2 hava hücumundan müdafiə sistemləri yerləşdiriblər.

 
Ardını oxu...
“Qafqazinfo” xəbər verir ki, İsrailin Azərbaycandakı səfirliyi bu barədə "X" hesabında paylaşıb.

“İsrailin Azərbaycandakı səfirliyi olaraq oktyabrın 7-də HƏMAS-a qarşı hərbi əməliyyatlar zamanı Azərbaycan əsilli 20 yaşlı serjant Lior Əzizovun həlak olmasından dərin kədər hissi keçiririk. Lior Qolani briqadasının döyüşçüsü idi. Liorun atası Timur 2005-ci ildə İsraildə terror aktının qurbanı olub və 5 il sonra aldığı fiziki və psixi xəsarətlərdən dünyasını dəyişib. Babası Vahid Əzizov 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına həlak olub və Şəhidlər Xiyabanında dəfn olunub. Bir ailənin üç nəsil boyunca ağrı və itkilərinə sonsuz hüznlə yas tuturuq. Liorun anası Natali onu belə xatırlayır: O, həkim və rəssam olmaq istəyən ağıllı, həssas uşaq idi. Onunla ilk söhbətimiz şənbə günü, müharibənin ilk günündə oldu. Dedi ki, "burda atışma gedir, amma yaxşıyam, narahat olma. Ana, yenə zəng edəcəm, söz verirəm və səni sevirəm. "Bu ondan gələn son zəng oldu. Liorun və Əzizovlar ailəsinin həyatdan köçmüş digər üzvlərinin ruhları şad olsun”, - səfirliyin paylaşımında bildirilib.
Ruhları şad olsun!!
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İraqın qərbində yerləşən Ənbar əyalətində ABŞ-nin Ayn əl-Əsəd bazasına iki hücum həyata keçirilib.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, hərbi obyektə raket zərbəsi endirilib. Daha sonra bazaya kamikadze dronları tərəfindən hücum edilib.

“Al Arabiya” telekanalı adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, ABŞ hərbçiləri pilotsuz təyyarələrin hücumunun qarşısını ala bilib.

Bazar ertəsi İraq İslami Müqavimət Hərəkatı şiə silahlılarının Suriya və İraqda ABŞ-ın dörd hərbi obyektinə altı hücum təşkil etdiyini bildirib.
 
Ardını oxu...
Lvanın “Hizbullah” qruplaşması Rusiya və Sovet istehsalı olan P-800 "Yaxont" gəmi əleyhinə raketləri ilə silahlanıb.

Bu barədə “Reuters” öz mənbələrinə istinadən yazıb.

Agentliyin məlumatına görə, raketlərin Suriyadan gəldiyi güman edilir. Suriyada 2011-ci ildə gedən vətəndaş müharibəsində qruplaşma prezident Bəşər Əsədin qüvvələrinin tərkibində döyüşüb.

Raketlərin Hizbullaha dəqiq nə vaxt çatdırıldığı açıqlanmır.
 
Ardını oxu...
Ukrayna ordusu yeni HHM kompleksləri əldə edib.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Təhlükəsizlik Xİdmətinin gündəlik hesabatını qəbul edən zaman bildirib.
Zelenski qeyd edib ki, Ukraynanın qış mövsümü üçün hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə, Silahlı Qüvvələr tərəfdaş ölkələrin göndərdiyi NASAMS sistemlərini təhvil alıb.
Ukrayna Prezidentinə həmçinin ordunun hazırlıq səviyyəsi, silah-sursat, əks-kəşfiyyat tədbirləri barədə məlumat verilib.
 
Ardını oxu...
İsrail ordusu HƏMAS-ın reaktiv yaylım atəşi sistemlərini məhv edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin bölmələri Qəzza zolağında quru əməliyyatları zamanı HƏMAS-ın mülki obyektlərdən terrorizm üçün istifadə etdiyini aşkarlayan sübutlar təqdim edib. Daha sonra məscidlərdən birinin yaxınlığında təşkilatın istifadə etdiyi reaktiv yaylım atəş sistemləri sıradan çıxarılıb.

Bundan əlavə, Qəzza zolağının şimal hissəsində İsrailə yönəlmiş daha 50 raket aşkarlanıb.
Ardını oxu...
Moskva və ya Sankt-Peterburqa B61-13 nüvə bombası ilə zərbə endirilərsə, nə qədər insanın ölə biləcəyi hesablanıb.

Axar.az xəbər verir ki, hesablamanı Britaniyanın “Deyli Meyil” nəşri Pentaqonun məlumatlarına istinadla aparıb.

Bildirilib ki, B61-13 Moskvaya düşsə, 300.000 ölü, 870.000 yaralı ilə ciddi dağıntılar törədər:

“Bombanın partlamasından sonra yarım mil məsafədə olan hər kəs alovda buxarlanar, partlayış binaları tamamilə dağıdar və bir mil radiusda bütün canlıları məhv edər.

Partlayış mərkəzindən 2 mil radiusda olanların əksəriyyəti yüksək radiasiya səbəbindən bir ay əziyyət çəkəndən sonra ölər, sağ qalanların 15 faizi sonradan xərçəngdən həyatını itirər”.
 
Ardını oxu...
Rusiya ilə Ukrayna arasında iki ilə yaxındır davam edən nəticəsiz müharibə, eləcə də Yaxın Şərqdə HƏMAS-la İsrail arasındakı hərbi əməliyyatlar dünya düzənini dəyişib. Fövqəldövlətlər arasında gərginlik, qütbləşmə dərinləşib. Artıq dünya liderləri, nüfuzlu beyin mərkəzləri hesabatlarında Üçüncü Dünya müharibəsi (buna nüvə müharibəsi də deyirlər) təhlükəsindən açıq danışmağa başlayıblar.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Siyasi liderlərdən xəbərdarlıq

Bir neçə xarici dövlətin rəhbərləri ard-arda elan ediblər ki, Üçüncü Dünya müharibəsinin başlamasına az qalıb. Məsələn, Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Üçüncü Dünya müharibəsi Yaxın Şərqdə başlaya bilər və bu gün hər şey buna doğru gedir. Oxşar nöqteyi-nəzəri KXDR rəhbəri Kim Çen İn də ifadə edib. O bildirib ki, “biz hazırda Üçüncü Dünya müharibəsinin başlanmasına hazır olmalıyıq”.

Hətta Roma Papası Fransisk də deyib ki, dünya nüvə müharibəsinin astanasındadır.

“Dünyamız hissə-hissə aparılan Üçüncü Dünya müharibəsinin məngənəsində qalmaqda davam edir. Ukraynadakı münaqişənin faciəvi vəziyyətində nüvə silahından istifadə təhlükəsi qalmaqdadır. İndiki vəziyyət bizə 1962-ci ilin oktyabrında Kubadakı raket böhranında olduğu kimi, dünyanın nüvə müharibəsi astanasında olduğunu göstərir. Nüvə silahları olmadan da bir dünya mümkündür və bu, zəruridir”, - deyə Fransisk vurğulayıb.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, İsrail “Fələstin məsələsini” güc yolu ilə həll etməyə çalışarsa, “bütün əlaqəli region və qeyri-regional oyunçular üçün partlayış təhlükəsi yarana bilər”.

ABŞ-nin Yaxın Şərqdə müharibəyə girə biləcəyi ehtimalları da yeni müharibəni aktuallaşdırıb. Beləliklə, Üçüncü Dünya müharibəsi və yaxud nüvə müharibəsinin baş vermə ehtimalları hansısa bir ekspert və beyin mərkəzləri tərəfindən deyil, konkret liderlər tərəfindən səslənir.

Nüvə təhlükəsi artır

Yeri gəlmişkən, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra dövlətlər ordusunu gücləndirməyə və hərbi texnika sayını artırmağa qərar veriblər. Müxtəlif dövlətlərin hərbi büdcələri də artır. BMT Baş katibi Antonio Quterreşin sözlərinə görə, dünyada toplam 13 min 400 nüvə başlığı var və bu, nüvə müharibəsi ehtimalını artırır.

Əlavə edib ki, nüvə silahının tətbiqi riski “soyuq müharibə”dən bəri görünməmiş səviyyəyə çatıb. O bildirib ki, bu təhlükəni azaltmağın yeganə yolu nüvə silahlarını aradan qaldırmaqdır. A.Quterreş dünya ictimaiyyətini bu məsələdə həmrəyliyə çağırıb. Xüsusilə Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə nüvə toqquşması təhlükəsinin miqyasını nümayiş etdirir. Bu çağırışlara baxmayaraq, nüvə silahına malik dövlətlər nüvə arsenallarını daha da artırır. Oktyabr ayında NATO ölkələrinin nüvə təlimləri keçirilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu da bəyan edib ki, nüvə müharibəsi ehtimalı getdikcə artır. Onun sözlərinə görə, Qərb Rusiya ilə münaqişəni gərginləşdirmək xətti tutub və bu, nüvə gücləri arasında hərbi toqquşmaya səbəb ola bilər.

Rusiya fərqli müharibə olacağını bəyan edir, ABŞ isə hədələyir

Qərblə Rusiya arasında qızğın toqquşma baş verərsə, tamamilə fərqli bir müharibə olacağını Vladimir Putin də bəyan edib. ABŞ Konqresinin həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə, o cümlədən nüvə qarşıdurması variantını nəzərə almaqla hazırlaşmaq tövsiyəsini şərh edən Rusiya prezidenti “biz sülh istəyirik və əgər onlar Rusiya ilə döyüşmək istəyirlərsə, bu, tamam başqa müharibə olacaq”, - deyə bildirib. Əlavə edib ki, ağlı başında olan heç bir şəxs nüvə gücləri arasında müharibə ehtimalına yol verməməlidir.

Amerikalı müşahidəçilər hesab edirlər ki, NATO ölkələri taktiki nüvə silahının mümkün istifadəsinə hazırlaşmalıdırlar. ABŞ-nin Çinə diqqətinin yönəldiyi vaxtda nüvə müharibəsi baş verə biləcəyi vurğulanır.

NATO ilə gələcək hipotetik müharibə

Pentaqonun keçmiş yüksək rütbəli məmuru Qreqori Uiver hesab edir ki, Ukraynaya müdaxilənin edildiyi ilk günlərdə rus ordusunun zəif irəliləyişləri NATO-da bəzilərini inandırmışdı ki, alyansın üstünlüyü və adi silahlanma sayəsində rus təcavüzünün qarşısını almaq mümkün olacaq. Amma bu, yanlış təsəvvür idi.

“NATO rəhbərliyi başa düşməlidir ki, rus qüvvələrinin Ukraynadakı fəaliyyəti Rusiyanın nüvə silahından asılılığını artıra bilər. NATO ilə gələcək hipotetik müharibədə Rusiya çox güman ki, ya qələbəyə nail olmaq, ya da məğlubiyyətin qarşısını almaq üçün münaqişənin əvvəlində nüvə silahından istifadə etmək ehtiyacını hiss edəcək”, - deyə ekspert bildirib.

Beləliklə, Üçüncü Dünya və yaxud nüvə müharibəsi ehtimalı artır. Ən təhlükəlisi odur ki, ABŞ və digər Avropa ölkələri münaqişələrin həlli istiqamətində heç bir addım atmırlar. Əksinə, münaqişə ocaqlarının daha da alovlanmasına şərait yaradırlar. Bu həm Yaxın Şərqdə, həm də Ukrayna-Rusiya münaqişəsində özünü göstərir. Dünyada 100-dən artıq aktiv münaqişə olduğunu nəzərə alsaq, bu ehtimalın reallığa çevrilmə təhlükəsi günbəgün artır.

Dünyapress TV

Xəbər lenti