Ardını oxu...
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Daha sonra hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. Növbəti parad isə 2018-ci ildə Ordumuzun 100 illiyinə həsr olundu.

Son illər ərzində Azərbaycanda ordu quruculuğuna kifayət qədər böyük məbləğ ayrılıb, Silahlı Qüvvələrimiz müasir silah növləri ilə təchiz edilib.

Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı.

Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı, eyni zamanda, Müdafiə Nazirliyi rəhbərliyinin düzgün qurduğu fəaliyyət nəticəsində Ordumuzun üzüağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri odur ki, Azərbaycan Ordusu mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi.

Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

2020-ci il Azərbaycan xalqı, Ordusu üçün xüsusi il oldu. Həmin ilin iyul ayında Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində təxribata cəhd etdilər. Bu zaman Azərbaycan Silahlı Qüvvələri təxribat cəhdinin qarşısını qətiyyətlə aldı. Düşmənə sarsıdıcı zərbə vuran ordumuz 2020-ci il sentyabrın 27-də ermənilərin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi. Hazırda Azərbaycan bayrağı Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, bütün Qarabağda dalğalanır. Vətən müharibəsi ilə qəhrəman əsgərlərimiz düşmən ordusunu tamamilə məhv etdilər. Bu qələbə ilə şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Paradda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Paradda 3 000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu.

Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar - “KamAZ” markalı avtomobilin qoşqusunda “D-30”, “Ural” markalı avtomobilin qoşqusunda “D-20” topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, “T-72” tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqidir.

2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu gün də Vətən müharibəsində ordumuzun ələ keçirdiyi düşmənə məxsus hərbi qənimətlər bu parkda nümayiş etdirilir.

Tarixi zəfərdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.
 
Ardını oxu...
Dünən axşam politoloq və publisist Mixail Serenko Volqoqradda saxlanılıb.

“AzPolitika.info” Rusiya mediasına istinadla xəbər verir ki, yaxınlarının dediyinə görə, Serenko Yevgeni Priqojin rəhbərlik etdiyi “Vaqner” PMC-nin silahlı üsyanına kömək etməkdə şübhəli bilinir.

Serenkonun həyat yoldaşının sözlərinə görə, saat 22-də onların mənzilinə 6 silahlı polis əməkdaşı və bir müstəntiq daxil olub. Hüquq mühafizə orqanlarını əməkdaşları mənzildən demək olar ki, bütün avadanlıqları götürüb və vəkilini çağırmağa imkan vermədən Serenkonu polis şöbəsinə aparıblar.

Daha sonra politoloqun vəkili aydınlaşdırdı ki, FSB cinayət işinə operativ dəstək verir, lakin politoloqun konkret nədə ittiham olunduğu hələlik məlum deyil.
Mixail Serenko Volqoqradda bir neçə çap mediasında çalışıb. O, şəhər dumasının deputatı olub, daha sonra Traktorozavodski rayonunun administrasiyasının rəhbəri təyin edilib. Sonralar MİAK-a və Volqoqrad bələdiyyə televiziyasına rəhbərlik edib. Bir neçə il əvvəl o, “Freedom Island” internet nəşrinin yaradıcısı olub.

Dünən “Vaqner”ə dəstək videosu ilə müraciət edən “Ştorm-Z” özəl hərbi təşkilatı isə Yevgeni Priqojini xəyanətdə günahlandırıb. Əsasən məhkumların daxil olduqları bölüyün nümayəndələri Priqojini boşboğazlıqda günahlandırıb və ona inananları qisasçıların ümidinə buraxdığını deyiblər.

Muzdlular əmin edirlər ki, yaxşı adamlar Priqojin kimi insanlıqdan çıxmış birisinə xəyanəti bağışlamayacaqlar.

Silahlılardan birinin sözlərinə görə, “Vaqner”i dəstəkləyənlərə qarşı artıq repressiyalar başlanıb: onlar artıq “Putinin aşpazı”nın xəyanətinin nəticələrini öz “dəri”lərində hiss etməyə başlayıblar.
Ardını oxu...
“Burada komandirlər artıq bizi çürüdürlər, boğurlar. Belə olmamalı idi. İnsanlar bir-biri ilə hərəkət edəndə bərabər hərəkət edirlər. Sən isə, belə çıxır ki, insan deyilsən. “Şerstyuqa”san (termin həbsxana lüğətində həbsxana rəhbərliyi ilə əməkdaşlıq edənlərə aid edilir - red.). Sənə başqa ad vermək olmaz. Əgər belə deyilsə, özünü göstər. Biz sənə arxayınıq”, - deyə o əlavə edib.

“Jenya, sən bizi və digər oğlanları satdın. Yaxşı bazar açdın. Biz səni dəstəklədik, bəs indi nə olacaq? Bizə artıq “yaxşı həyat” vəd edirlər. Elə sənin oğlanlarına da. İnan, yaxşı adamlar bunu belə qoymayacaqlar”, - deyə başqa bir döyüşçü bildirib.

Xatırladaq ki, “Vaqner” qüvvələri bir gün əvvəl Rostovda bütün hərbi obyektləri, o cümlədən hərbi aerodromu, Cənub Hərbi Dairəsinin qərargahını nəzarətə götürəndə və Priqojin Moskvaya “ədalət marşı” elan edəndə, “Ştorm-Z” muzdluları “Vaqner” ÖHŞ-ni dəstəklədiklərini elan etmişdilər.

 
 
 
Ardını oxu...
Rusiyanın Azadlığı Legionu ilə birgə Belqoroda hücum etmiş Rusiya Könüllüləri Korpusunun komandiri Denis Nikitin “Vaqner” rəhbəri Priqojinin qiyamı ilə bağlı video-müraciətlər yaymaqdadır.

Axar.az xəbər verir ki, o, Rusiyanın paytaxtı Moskvada şəhər döyüşünün hələ başlamadığını bildirib.

O deyib ki, buna baxmayaraq, xəbərləri izləyirik və vaxtın çatdığını başa düşürük:

“Əgər siz özünüzün və ölkənizin taleyinə sahib olmaq istəyirsinizsə, sizin vaxtınız gəldi. Hələlik Putin rejimi yıxılmayıb, FSB, Rosqvardiya onu müdafiə edirlər”.

O, insanları “Molotov kokteyli” hazırlamağa da çağırıb və növbəti müraciətini gözləməyi xahiş edib.

İkinci müraciətində isə Nikitin “Məşhur “qayığın” heç vaxt olmadığı kimi yelləndiyini” vurğulayıb:

“Bir çox siçovul artıq dənizə düşüb, amma hamısı deyil! Fəal müqavimət vaxtı gəlir, amma unutmayın ki, Rusiya Federasiyasının repressiv aparatı həddən artıq yüklənsə də, hələ də işləyir! Onun qurbanı olmayın, hər birinizə ehtiyacınız var!”
Ardını oxu...
Belarus prezidenti Aleksandr Lukaşenkonun üsyançı “Vaqner” dəstəsinin rəhbəri Yevgeni Priqojinlə danışıqlarının təfərrüatı məlum olub.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Lukaşenkonun planına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov istefaya göndərilməlidirlər.
Lakin məlumat rəsmi olaraq hələ ki, təsdiq edilməyib.
 
Ardını oxu...
NATO-nun üç hərbi gəmisi İsveç paytaxtının Frihamnen limanına yollanır.

İsveç Silahlı Qüvvələrinin sözçüsü Mari Tiseter vəziyyəti şərh edib:

“Bu, normal səfərdir. Gəmilər limana tədarüklərini artırmaq və heyətə istirahət vermək üçün daxil olacaqlar. Adətən ildə 30-a yaxın belə hal olur”.
Bildirilir ki, NATO gəmilərini krallığın sahil mühafizəsi və dəniz polisi müşayiət edir.

Mənbə: TASS
 
Ardını oxu...
ABŞ Rusiyadakı vəziyyət fonunda “Vaqner” özəl hərbi şirkətinə qarşı yeni sanksiyaların tətbiqini təxirə salmaq niyyətindədir.

Məlumata görə, ABŞ administrasiyası yeni sanksiyalar tətbiq etməklə Rusiya rəhbərliyinin “tərəfini tuta biləcəyindən” ehtiyat edir. Vaşinqton belə vəziyyətdə bu və ya digər tərəfi dəstəklədiyi kimi görünmək istəmir.

Bildirilir ki, Dövlət Departamenti Afrikadakı fəaliyyətinə görə “Vaqner”ə qarşı iyunun 27-də əlavə sanksiyalar tətbiq etməyi planlaşdırıb.
Mənbə: TASS
 
Ardını oxu...
Rusiyada “Vaqner” özəl hərbi şirkətinin kolonlarının hərəkətinə dair ilk kadrlar yayılıb.
Oxu.Az xəbər verir ki, görüntülər sosial şəbəkənin Rusiya seqmentində paylaşılıb.
Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojin bir qədər əvvəl açıqlamasında belə demişdi:

“Bizim bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçiblər. Biz Rostova gəlirik. Qarşımızda duracaq hər şeyi məhv edəcəyik. İrəli gedirik, sona qədər”.
 
Ardını oxu...
Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva departamentinin əməkdaşları həyəcan siqnalı əsasında toplanılıb, mərkəzi küçərlərə hərbi texnikalar yeridilib.

Bu barədə “Report” “BBC”nin Rusiya xidmətinə istinadən xəbər verir.

Xüsusi xidmət orqanlarına və orduya yaxın mənbələr bildiriblər ki, Don şossesində (Moskva-Voronej-Rostov-na-Donu) FTX “SOBR”ın dəstəyi ilə postlar qurub, məntəqələrdəki növbətçilərə təhlükə zamanı öldürmək üçün atəş açmaq əmri verilib.

Bundan əlavə, Rusiya mətbuatı Moskvada təhlükəsizlik qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini, “Qala” planının da həyata keçirildiyini yazıb.

Eyni zamanda Daxili İşlər Nazirliyinin, Rusiya Qvardiyasının bütün heyətinin döyüş hazırlığı vəziyyətinə gətirilib, Luqansk və Donetsk ilə sərhəddəki postlar gücləndirilib.

Bundan başqa Moskvada bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

***

Rusiyanın “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin qiyam qaldırması barədə xəbərlər ciddiləşir. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Vaqner”in Sankt-Peterburq şhəərindəki ofisinə Milli Qvardiyanın hissələri yeridilib.

Rusiyanın dövlət mediasına və teleqram kanallarına Priqojinin hər hansı açıqlamasını xatırlatmaq qadağan edilib. Priqojindən isə açıqlamalar gəlməkdə davam edir.

“Ölkəmizin rəhbərliyi ədalət sözünü unudub və buna görə də cəzalandırılacaqlar. Şoyqu Qızıl Meydanda asılacaq və Leninlə birlikdə məqbərədə uzanacaq, - deyə, o bildirib.

***

Xəbər verdiyimiz kimi, Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Rusiya Federasiyasının nizami qoşunlarının hücumuna məruz qaldıqlarını iddia edir.

Bu barədə şirkətə aid sosial şəbəkə hesablarında paylaşımlar edilib.
Ətraflı

“Vaqner” düşərgələrinə raket hücumu həyata keçirilib. Çox sayda qurban var. Hücuma şahid olan döyüşçülərin sözlərinə görə, arxadan zərbə endirilib, yəni hücum Rusiya Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən həyata keçirilib”, - deyə paylaşımda qeyd edilib.

“Çox sayda döyüşçümüz həlak olub. Buna necə cavab verəcəyimiz barədə qərar qəbul ediləcək. Növbəti addım bizimkidir”, - deyə şirkətin rəhbəri Yevgeni Priqojin qeyd edib.

Priqojinin sözlərinə görə, “Vaqner”in mövqelərinə hücuma şəxsən Rusiya Müdafiə Naziri Sergey Şoyqu rəhbərlik edib.

“Müdafiə naziri “Vaqner”i məhv etmək üçün əməliyyat aparmaq məqsədilə xüsusi olaraq Rostova gəlib. O, bizi məhv etmək üçün qaranlıqda artilleriyaçılardan və helikopter pilotlarından istifadə edib”, - deyə Yevgeni Priqojin vurğulayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu xəbərləri təkzib edib və yalan məlumat adlandırıb.

“Yevgeni Priqojinin adından sosial şəbəkələrdə yayılan, Rusiya Müdafiə Nazirliyinin “Vaqner”in düşərgələrinə zərbə endirməsi ilə bağlı bütün məlumatlar və videokadrlar reallığı əks etdirmir və informativ təxribatdır”, - deyə nazirlikdən bildirilib.

Kreml sözçüsü Dmitri Peskov isə qeyd edib ki, Prezident Vladimir Putin Priqojin ətrafında cərəyan edən vəziyyətdən xəbərdardır və bütün lazımi tədbirlər görülür.

“Vaqner” özəl hərbi şirkəti Yevgeni Priqojinin son iddiaları sosial şəbəkənin Rusiya seqmentində böyük təlaşla qarşılanıb.

Oxu.Az xəbər verir ki, müxtəlif sosial şəbəkə hesablarından, sosial şəbəkə istifadəçiləri tərəfindən vəziyyətin aradan qaldırıması üçün çağırışlar edilir.

Bəziləri “Vətəndaş müharibəsi”, digərləri isə “qardaş qırğını” baş verməsindən narahatlıqlarını ifadə edirlər. Paylaşımlarda müvafiq hallara yol verilməməsi üçün “Vaqner” və Rusiya rəhbərliyinə müraciətlər edilir.
 


 
Ardını oxu...
“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə qarşı cinayət işi açılıb.

Buna səbəb kimi onun silahlı üsyana çağırış edən ifadələr səsləndirməsi göstərilib.

Bu barədə Milli Antiterror Komitəsindən məlumat verilib.

Komitədən Priqojini qanunsuz hərəkətlərə son qoymağa çağırıblar.

“Yevgeni Priqojinin adından yayılan iddiaların heç bir əsası yoxdur. Bu bəyanatlarla əlaqədar Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı üzrə cinayət işi açıb. Biz qanunsuz hərəkətlərə dərhal son qoyulmasını tələb edirik”, - deyə komitədən bildirilib. (Mənbə: TASS)
 

Dünyapress TV

Xəbər lenti