Ardını oxu...
“Yaxın vaxtlarda Ukrayna Müdafiə Qüvvələri cəbhənin Zaporoje istiqamətində Rusiya qoşunlarının birinci müdafiə xəttini keçəcək”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, polkovnik Roman Svitan deyib.

“Sıçrayışa hazırlıq davam edir. Platformanın yaradılması, bəzi obyektlərdə rus qoşunlarının məhv edilməsi... Artıq yarıla bilən müdafiə xəttinə yaxınlaşırıq”, - polkovnik bildirib.

Onun sözlərinə görə, belə əməliyyatlar həmişə bir-iki həftə ərzində aparılır, amma gecikə də bilər: “Ruslar müdafiə xəttinin qarşısında kifayət qədər dərin istehkamlar qurublar və əraziləri minalayıblar”.

Svitan qeyd edib ki, Ukrayna qırıcıları ən uzağı gələn həftə Orexovonu yarıb keçəcəklər: “Bundan sonra ağır artilleriya işə başlayacaq”.
Ardını oxu...
Yevgeni Priqojinin üsyanı Kremlin illərdir "Vaqner" qrupu vasitəsilə öz maraqlarını təbliğ etdiyi Afrika və Yaxın Şərqdə Rusiyanın təsir imkanlarını təhlükə altında qoyub. Vladimir Putin yeni şəraitdə bu təsir gücünü qorumaq üçün müxtəlif yollar axtarır.

"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-ın "The New York Times" (NYT) nəşrində yayımlanan məqalədə bildirilir.

Nəşr qeyd edir ki, uzun illər Yevgeni Priqojinin nəzarətində olan "Vaqner" Latın Amerikası, Yaxın Şərq və Afrikada Rusiyanın qeyri-rəsmi “sirdaşı” kimi çıxış edib.

"Kreml "Vaqner" qrupu vasitəsilə dünyanın bu regionlarında nüfuzunu yaymaqla bərabər həm də diktatorlarla şübhəli ittifaqlar quran bu qrupdan rahat şəkildə istifadə edə bilirdi. Lakin Priqojinin üsyanından sonra bütün bu sistem bir gecədə çökdü. Hazırda Rusiyanın qlobal təsir perspektivləri şübhə altındadır", - deyə məqalədə qeyd olunur.

Bildirilir ki, Putinin qarşısında dünyaya səpələnmiş minlərlə "Vaqner" muzdlusu ilə necə davranmaq barədə bir neçə variant var.

Birinci variantda Putinin dövlət çevrilişinə cəhddə iştirak etməyən "Vaqner" döyüşçülərinin Rusiya ordusu ilə müqavilə bağlaya biləcəyi ilə əlaqədar təklifindən bəhs edilir. ABŞ nəşrinə görə, bu plan muzdlular arasında geniş yayılmayacaq və onları nizami orduya inteqrasiya etmək çətin olacaq.

İkinci variantda qeyd olunur ki, Putin "Vaqner"in xarici strukturunu olduğu kimi saxlayaraq, Priqojini başqa bir lider ilə əvəz edə bilər.

Bu, Moskvanın xarici siyasət strategiyasının məhv edilməsinin qarşısını alacaq və "Vaqner"in dəstəklədiyi Afrika rejimləri ilə qeyri-rəsmi tərəfdaşlığı qoruyub saxlayacaq. Ancaq adi muzdlular və orta səviyyəli komandirlər yeni rəhbərə tabe olmaqdan imtina edərsə, bu variant da işləməyəcək.

Üçüncü variantda isə "Vaqner" qrupunun tamamilə ləğvi və onun döyüşçülərinin Rusiyanın malik olduğu digər "özəl ordulara" paylanmasından söz açılır. Nəşr iddia edir ki, bu baş versə belə, "Vaqner"in bütün potensial varisləri Priqojin qədər təcrübəyə və təsir imkanlarına malik deyillər.

NYT sonda qeyd edir ki, Putinin "Vaqner"lə bağlı konkter bir planı yoxdur və bu səbəbdən də Rusiyanın xaricdəki təsir imkanları getdikcə azalacaq.
 
Ardını oxu...
İyulun 4-də Rusiya ordusu Xarkov vilayətinin Pervomayski qəsəbəsini “İskəndər” raketi ilə vurub. Bu barədə Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov açıqlama verib.

“Bizim məlumatlara və Fövqəladə Hallar Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarımızın əməkdaşlarının qənaətinə görə, bu, “İskəndər” tipli raket olub”, - deyə rəsmi bildirib.

Onun sözlərinə görə, işğalçılar yaşayış massivinə zərbələr endiriblər, zərbə yerinin yaxınlığında sənaye və hərbi obyektlər olmayıb.

Sinequbov əlavə edib ki, hazırda 10-u uşaq olmaqla 35 yaralı var.

Zərərçəkənlərin artacağı istisna edilmir.
Ardını oxu...
Belarusiyada Osipoviçi yaxınlığında “Vaqner” muzdluları üçün səhra düşərgəsinin tikintisinə başlanılıb. Sosial şəbəkədə minlərlə insan üçün nəzərdə tutulmuş düşərgənin şəkilləri peyda olub.

Bildirilir ki, düşərgənin fotolarını yerli sakin çəkib.

Ehtimallara görə, düşərgə təxminən 8 min nəfər üçün yaradılıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ukrayna Prezidenti Vladimir Zelenski cəbhədə vəziyyətin çətin olduğunu etiraf edib.

Zelenski qanlı döyüşlərin getdiyini, Ukrayna ordusunun bəzi nailiyyətlərinin olduğunu deyib.

"Ötən həftə cəbhə xəttində çətin keçdi. Lakin biz irəliləyiş əldə edirik. Biz addım-addım irəli gedirik. Mən Ukraynanı müdafiə edən, müharibəni addım-addım Ukraynanın qələbəsinə aparan hər kəsə təşəkkür edirəm”, - Zelenski qeyd edib.\\APA
 
Ardını oxu...
2022-ci ilin sentyabrından Türkiyədə saxlanılan Ukraynanın “Azov” dəstəsinin üzvləri ilə bağlı qalmaqal yaranıb. Yada salaq ki, 2022-ci ilin sentyabr ayının 21-də Rusiya Kremlyönümlü ukraynalı siyasətçi Viktor Medvedçuk 108 “Azov” üzvü ilə dəyişdi. Konkret olaraq, Medvedçuk beş “Azov” komandirə ilə dəyişdirildi: Denis Prokopenko, Sergey Volınski, Svyatoslav Palamar, Denis Şleqa və Oleq Xomenko. Daha sonra Türkiyənin “Hürriyyət” qəzeti bu mübadilənin təfərrüatları açıqladı. Məlum oldu ki, danışıqları Türkiyədə Milli İstihbarat Təşkilatının(MİT) vasitəçiliyi ilə Ankarada baş tutub. Rusiya “Azov” batalyonunun 5 rəhbərinin Türkiyədə qalması şərtini irəli sürüblər və Ukrayna buna razılıq verib. Bundan sonra Rusiya və Ukrayna təyyarələri Ankara hava limanına enib və Medvedçuk beş ukraynalı komandirlə dəyişdirilib. Bütün proses əvvəldən sonadək Türkiyə MİT-in nəzarətində olub. O zamandan “Azov”çular Türkiyədə “qonaq” statusundadırlar.
Ardını oxu...
Musavat.com xəbər verir ki, Krımdan olan deputat, Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Mixail Şeremet Rusiyada terrorçu təçkilat kimi tanına “Azov” komandirlərinin ekstradisiyasını tələb etməyə çağırıb. O xatırladıb ki, Rusiya ilə Türkiyə arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında saziş bağlanıb və həmin şəxslər Rusiya və Ukraynada rusdilli vətəndaşlara qarşı cinayətlər törətdikləri üçün bu müqavilə çərçivəsində ekstradisiyası tələb edilməlidir.

Bildirilir ki, deputat bu açıqlamanı Türkiyədə “Azov” komandirlərinin hansı şəraitdə saxlanması ilə bağlı son vaxtlar ictimailəşən məlumatların təəssüratı altında verib. Belə ki, Ermənistanın “Hraparak” qəzeti Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnarın may ayında Ukrayna Xarici İşlər Nazirliyinə göndərdiyi məktubu dərc edib. Məktubda səfir “Azov” alayının keçmiş komandiri Denis Prokopenkoya və Ukrayna Silahlı Qüvvələrinin 36-cı dəniz piyada briqadasının komandiri Sergey Volınskiyə ödənişlərin daha 90 gün uzadılmasını xahiş edir. Məlum olub ki, bu ödənişlər müəyyən edilmiş normalardan 4 dəfə çoxdur. Ukrayna Nazirlər Kabinetinin fərmanına uyğun olaraq, onlara 62 dollar məbləğində gündəlik əmək haqqı və yaşayış yerinin kirayə haqqı üçün gündə 120 dollardan çox olmamaqla kompensasiya ödənilməlidir. Reallıqda isə onlara gündə 728 dollar ödənilir – 248 gündəlik müavinət və 480 kirayə haqqı. Səfir həmçinin Volınski və Prokopenkonun ailələri üçün Türkiyədə büdcə vəsaiti hesabına tətil təşkil etmək xahiş edib.
Ardını oxu...
O da bildirilir ki, Türkiyədə gecəsi 480 dollara yay mövsümündə dəniz mənzərəli 5 ulduzlu hotel otağı icarəyə götürmək olar.

Proponkenonun həyat yoldaşı Ukrayna mediasına müsahibəsində isə bildirib ki, Türkiyədəki “Azov” komandirləri kurortda deyil, “qapalı rejimli obyektdə” yaşayırlar, hətta harada olduqları bilmir. Digər “Azov” komandirinin anası daha əvvəl bildirmişdi ki, oğlu Türkiyədə “sanki həbsxanada saxlanılır”. Bəs, o halda onların saxlanmasına niyə bu qədər pul xərclənir?

Ardını oxu...
“Moskovskiy komsomelts” nəşri isə türkiyəli jurnalist İlber Vasfi Selin “dikGAZETE”-də dərc olunan məqaləsinə istinadən yazır ki, “Kiyev Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə çox cüzi məbləğdə pul ödəyir, lakin “Azov” alayından olan “qəhrəmanlarının” şıltaqlıqlarını təmin etməkdən əl çəkmir. Jurnalist “Türkiyənin Aralıq dənizi sahillərini Ukraynanın ultramillətçi “Azov” alayının döyüşçüləri üçün istirahət mərkəzinə çevirmək istəmələrindən” narazıdır və sual verir: “Bu iki qondarma “komandir”in nə işi bizim ölkəmizdə?”

Qeyd edək ki, indi Rostovda 22 “Azov” üzvünün məhkəmə prosesi gedir.
 
Ardını oxu...
Rusiya Silahlı Qüvvələrinin Kramatorsk şəhərinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, kafeyə endirilən raket hücumu zamanı yaralanan yazıçı Viktoriya Amelina Dneprdəki xəstəxanada dünyasını dəyişib.

İyunun 27-də Rusiya ordusu Kramatorskda çoxlu sayda insanın olduğu kafeni raketlə vurub. Fövqəladə Hallar Dövlət Xidməti hücum nəticəsində 12 nəfərin öldüyünü, 65 nəfərin yaralandığını bildirib.
 
Ardını oxu...
Krasnodar diyarının Primorsko-Axtarsk şəhərində güclü partlayış baş verib.

Ehtimallara görə, hərbi aerodrom ərazisində yanacaq və sürtkü materialları olan anbara hücum cəhdi edilib, lakin raket hava hücumundan müdafiə sisteminin köməyi ilə vurulub.

Məlumata əsasən, partlayış yerli aerodromdan 200 metr aralıda baş verib. Nəticədə diametri 10 metr və dərinliyi təxminən dörd metr olan krater yaranıb.
Hadisə nəticəsində dağıntı və tələfat olmayıb.

Mənbə: Mash
 
Ardını oxu...
Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin işğal olunmuş Berdyansk limanı ərazisində həlak olan hərbçilərinin krematoriyasını yaradıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" sosial şəbəkəsindəki operativ məlumatında deyilir.

"İşğalçılar hər gün xeyli itki verirlər, hansı ki gizlətməyə çalışırlar, ölənlərin ailələrinin Rusiya təbliğatının reklam etdiyi müavinət və kompensasiyalardan məhrum etmək kimi ənənəvi təcrübəsinin tətbiqinə davam edirlər. Bunun üçün səyyar krematoriyalardan fəal istifadə olunur", - məlumatda deyilir.
Xüsusən iddia edilir ki, bu krematoriyalardan biri hazırda Berdyansk limanı ərazisində 7/24 saat işləyir.

"Hazırda Rusiyanın 50-yə yaxın həlak olmuş hərbçisinin meyiti kremasiyada qalır. Onlar bu yaxınlarda döyüş əməliyyatları aparılan bölgələrdən yerli morqa aparılıb. Qeyd edək ki, ölən Rusiya hərbçilərinin kremasiyası onların şəxsiyyəti müəyyənləşdirilmədən və qeydiyyata alınmadan həyata keçirilir", - məlumatda iddia olunur.
 
Ardını oxu...
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus təyyarə Belarusda yerləşən hərbi aerodroma enib.
Bu barədə Belarus mətbuatı yazır.

Lakin təyyarənin göyərtəsində konkret kimin olduğu məlum deyil.

Maraq doğuran digər bir məqam isə odur ki, təyyarə Belarus ərazisində eniş edəndən sonra Rusiyaya uçub.
Ardını oxu...
Mənbə: “Belarusian Hajun Project” “Telegram” kanalı
 

Dünyapress TV

Xəbər lenti