Ardını oxu...
"Rusiya Afrika və Yaxın Şərq ölkələrini sakitləşdirməyə çalışır ki, üsyandan sonra Kreml bu qitələrdəki "Vaqner" qüvvələrinə nəzarəti ələ keçirə biləcək".

Cebhe.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Nəşrin məlumatına görə, "Vaqner" özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin keçmiş məhbuslar və muzdlulardan ibarət ordusu ötən şənbə günü Moskvaya doğru irəliləyişlərini dayandırdıqdan bir neçə saat sonra Kreml Priqojinin sahibkarı olduğu "qlobal imperiyasına" tam nəzarəti ələ keçirmək qərarına gəlib.

Qeyd edilib ki, Rusiya xarici işlər nazirinin müavini şəxsən Suriya Prezidenti Bəşər Əsədə məlumat çatdırmaq üçün Dəməşqə uçub.
Məlumata görə, Bəşər Əsədə verilən məlumat ondan ibarət olub ki, “Vaqner” qüvvələri bundan sonra Suriyada təkbaşına fəaliyyət göstərməyəcək.

Bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmiləri Mərkəzi Afrika Respublikasının prezidentinə zəng edərək onu şənbə günü baş verən böhranın Rusiyanın Afrikadakı ekspansiyasına mane olmayacağına əmin ediblər.

Nəşr həmçinin yazıb ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin hökumət təyyarələri Suriyadan "Vaqner"in xaricdəki digər əsas forpostlarından olan Maliyə köçürülüb.

Adıçəkilən nəşr onu da vurğulayıb ki, illərdir "Vaqner"lə əlaqəsini inkar edən Rusiya, görünür, Priqojin və onun köməkçiləri tərəfindən idarə olunan və genişlənən muzdlu şəbəkəni nəzarətə götürməyə çalışır.

O cümlədən qeyd edilib ki, "Vaqner" indiyə kimi Kremlin beynəlxalq təsirinin güclənməsinə kömək edib və Kremlə vəsaitlərin köçürülməsinə isə Priqojinin "Konkord" holdinqlər şəbəkəsi rəhbərlik edib.

Bu arada Qərb rəsmilərinə görə, "Vaqner" şirkətləri Afrikada ildə yüz milyonlarla dollar qazanır:

""Vaqner"-in gəlir mənbələri Sudan qızılının Rusiyaya, eləcə də Mərkəzi Afrika Respublikasından BƏƏ-yə almaz və Pakistana taxta ixracından gəlir", - Qərb rəsmilərinin sözlərinə istinadən nəşr yazıb.

Həmçinin vurğulanıb ki, "Vaqner" illərdir Yaxın Şərq və Afrikadakı avtokratik rejimlər üçün təhlükəsizlik qüvvəsi kimi çalışıb və son vaxtlar Latın Amerikası və Karib hövzəsinə doğru irəliləyir.

Bildirək ki, Ukrayna və Rusiyada "Vaqner"in 30 mindən çox döyüşçüsü var.
 
Ardını oxu...
Belə anlaşılır ki, Vaqner qiyamı barədə məlumatları Rusiyaya ABŞ kəşfiyyatı ötürüb. Nəticədə Rusiya əslində bu qiyama hazır olub, ilk öncə Surovikini ələ keçirib. "Qiyamət general" ləqəbi ilə tanınan Surovikini qiyamın əleyhinə danışdırıb və onun videosunu yayıb. Bu video yayıldıqdan sonra Priqojin də qiyamın heç bir nəticə verməyəcəyini, onu dəstəkləyə biləcək generalların ələ keçirildiyini anlayıb və qiyamı yarıda kəsib.
Surovikinin həbsi rəsmən təsdiqlənməsə də, ötən şənbə günündən onun yağlı əppək olub ərşə çəkildiyini rus mənbələri də təsdiqləyirlər. Mümkündür ki, general həqiqətən də Lefortovoda istintaq altında olsun.
ABŞ-ı bu "satqınçılıq"dakı məqsədini anlamaq olar. Vaşınqtondakılar bir daşla iki quş vurublar. Bir həmlə ilə Rusiyanın həm ən yaxşı döyüşçülərini, həm də Priqojin və Surovikin kimi "qiyamət generallarını" sıradan çıxarmaq az iş deyil. Bu hadisələrin getdikcə dərinləşməsi rus ordusunda ciddi mənəvi çöküşə səbəb olacaq və əsgərlərin müqavimət gücü, döyüş motivasiyası azalacaq. Ən əsası isə hərbi rəhbərlik arasına şübhə toxumu səpiləcək. Təbii ki, bu cür güvənsizlik ortamında döyüşmək mümkün deyil
Mənim ən maraqlı gözləntim Vaqner dəstəsinin çeçen yaraqlıları ilə əvəz olunmasıdır. Bu vaxta qədər arxa cəbhələrdə üzəngi parıldadan Kadırov və dəstəsi Vaqnerin döyüşlərdən çəkilməsindən sonra ön cəbhəyə sürüləcək əsas fiqurlardan ola bilər. Ön cəbhədə döyüşmək isə tik-tok-da video paylaşmaq qədər asan deyil. Vaqner döyüşlərdə hər gün 100-lərlə döyüşçü itirirdi. Kadırov bu vəzifənin öhdəsindən gələ biləcəkmi? İnanmıram. İndi hələ duza getməsinə baxmayaraq.
Heydər Oğuz
Teref.az
Ardını oxu...
Ukrayna Polşa ilə dəniz və quru hədəflərini vura bilən gəmi əleyhinə kompleksin elementlərinin alınması ilə bağlı danışıqlar aparır.

Bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna həm öz hesabına, həm də Avropa İttifaqının (Aİ) ayırdığı vəsait hesabına sistemlərin alınması imkanını nəzərdən keçirir.

NDR sistemi Norveçin “Kongsberg” şirkətinin istehsalı olan NSM (Naval Strike Missile) raketləri ilə təchiz edilib. Bu raketlər 200 km-dən çox məsafədə yerləşən gəmiləri və yerüstü hədəfləri vura bilir.
 
Ardını oxu...
İddialara görə, Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Surovikin və onun müavini general-polkovnik Yudin vətənə xəyanətdə günahlandırılaraq həbs edilib və Lefortovo İstintaq Təcridxanasına aparılıblar
Bildirilir ki, Surovikinə yaxınlaşan "hərbi çevriliş" barədə məlumat verilib, o isə üsyanın qarşısını almağa nəinki çalışmayıb, əksinə həyata keçirilməsi üçün əlindən gələni edib.
Teref.az yazır ki, bu iddianı jurnalist Heydər Oğuz irəli sürüb. İddiasını şərh edən Heydər bəy daha sonra deyir:
Məlumatin təsdiqlənməyə ehtiyacı var.
Qeyd edək ki, Surovikin Ukraynaya hücum əməliyyatına birbaşa rəhbərlik edən generaldır. Əməliyyat ona həvalə olunandan sonra rus qoşunları öz mövqelərini xeyli möhkəmləndirdilər. Əgər onun həbsi həqiqətən təsdiqlənərsə, bu, cəhbə xəttindəki vəziyyətə də təsir göstərə bilər.
TEREF.AZ
 
Ardını oxu...
Rusiya tərəfi sülhməramlı kontingentin fəaliyyəti üçün zəruri olan malların "Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə daşınması xahişi ilə Azərbaycana müraciət edib.

Teref.az xəbər verir ki, bu barədə Minval.az məlumatlı mənbələrə istinadən yazıb.

Azərbaycan tərəfi cavab olaraq bildirib ki, maddi-texniki təminat yalnız Dağıstandan Bərdəyə, oradan Ağdama, oradan isə Xankəndinə dəmir yolu vasitəsilə mümkündür. Bu, Azərbaycan tərəfinin cavab təklifidir.

Yəni əgər Rusiya tərəfi Azərbaycanda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentini təchiz etmək istəyirsə, bunu Ermənistandan deyil, yalnız Azərbaycan ərazisindən keçməklə etməlidir.

Rəsmi Bakı oxşar təkliflə Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə də müraciət edib. "Əgər siz Xankəndinə humanitar yüklər çatdırmaq istəyirsinizsə (söhbət xəstəxanaya yerləşdirilməsi zəruri olan xəstələrdən yox, lojistik yüklərdən gedir), buyurun, biz onların Azərbaycan ərazisindən keçirilməsinə hazırıq, lakin bu, "Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə mümkün deyil”, - deyə müraciətdə qeyd edilib.
 
Ardını oxu...
Nikol Paşinyan ordu üçün istədiyini edirdi, orduya lazım olanı deyil və heç bir əsaslandırmanın onun üçün heç bir dəyəri yox idi.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu “Faktİnfo”ya müsahibəsində Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryan Ermənistanın Baş naziri Nikol Paşinyanın bugünkü bəyanatlarına cavab verərkən deyib.

Xatırladırıq ki, parlamentin 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə komissiyasının iyunun 27-də keçirilən iclasında Paşinyan ordu üçün lazım olan hər şeyin edildiyini bəyan edib.

General bildirib ki, Paşinyan dəfələrlə ordu tərəfindən irəli sürülən istəkləri rədd edib. “Paşinyan deyəndə ki, ordu ondan nə istəyirdi, o, bundan imtina etmirdi... ona bir neçə epizodu xatırlatmaq lazımdır, məsələn, orduya pul lazım idi, ordu istədi, amma o vermədi. Üstəlik, pulun nə üçün lazım olduğu, konkret hansı məqsədə xidmət etməli olduğu barədə peşəkar və təfərrüatlı əsaslandırmalar var idi, lakin vəsait ayrılmadı”, - Xaçatryan bildirib.

Paşinyan hökumətinin yararsız hərbi maşınlarını almaq qərarına gəlincə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəis müavini deyib ki, bu hökumət hərbi maşınların alınması ilə bağlı qərar qəbul edəndə bunu istəyənlər olub.

“Bu müraciət edənlər kimlər idi və hansı əsasla SU-nu almağı xahiş ediblər? Bu məsələ ilə bağlı cinayət işi başlanır və mən özüm də bu işdə şahidəm. Ona görə də indi bu məsələnin təfərrüatlarını təqdim edə bilmərəm. Cinayət işi general-polkovnik Movses Akopyanın məşhur mətbuat konfransından sonra başlanıb”, - deyə general əlavə edib.

Hərbçilərin Paşinyandan medal və titul istəməsi mövzusuna toxunan Xaçatryan deyib ki, ola bilsin, Paşinyanın orduda xüsusi, isti və yaxın münasibəti olan şəxslər ondan medal və titul istəyiblər, amma o, bundan imtina etməyib və verib.
Ardını oxu...
Danışıqlar zamanı “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin müdafiə naziri Sergey Şoyqunun və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun ekstradisiyası tələbindən imtina edib.

KONKRET.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko qeyd edib ki, Priqojin bir neçə raund danışıqlardan sonra ilkin tələblərindən imtina edib: “O, mənə dedi: “Aleksandr Qriqoryeviç, mən Putindən Şoyqu və Gerasimovdan imtina etməsini tələb etməyəcəyəm və hətta görüş istəməyəcəyəm”. Mən dedim ki, “Bu, çox yaxşı addımdır. Bu vəziyyətdə, vəziyyəti gərginləşdirərək, mümkün olmayanı tələb etməyə ehtiyac yoxdur”, – deyə Lukaşenko bildirib.
 
Ardını oxu...
Ukrayna 2023-cü ilin sonuna qədər Qərb tərəfdaşlarından ilk F-16 döyüş təyyarələrini almağa ümid edir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

“Aviasiya koalisiyasına daxil olan demək olar ki, bütün ölkələr Ukraynanı F-16 qırıcıları ilə təchiz etməyə hazırdır. Bəziləri isə bu ilin sonuna qədər bunu edə bilər. İnanıram ki, Ukrayna cari ilin sonuna qədər ilk F-16-lara sahib olacaq”, - Yermak bildirib.
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin muzdlulardan ibarət Vaqner qrupunun qiyamı zamanı hərbi pilotların həlak olduğunu etiraf edib. Əvvəllər onların ölümünün rəsmi təsdiqi yox idi.

"Həlak olan pilotların cəsarəti Rusiyanı xilas etdi", Putin müraciəti zamanı deyib. Lakin o, onların ölkəni necə xilas edildiyi barədə heç nə deməyib.

Putinin sözlərinə görə, müzdlulardan onlara məlumat verilmədən istifadə edilib. Eyni zamanda Rusiya prezidenti "yeganə düzgün qərar verən" və "son anda dayanan" muzdlulara təşəkkür edib. O, muzdlulara Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağı, ailələrinin yanına qayıtmağı və ya Belarusa getməyi təklif edib.

"Kim istəyirsə Belarusa gedə bilər. Verdiyim söz yerinə yetiriləcək. Yenə deyirəm, seçim hər birinizin öz ixtiyarındadır. Lakin əminəm ki, bu, faciəvi səhvini başa düşən rus əsgərlərinin seçimi olacaq" - deyə, Putin bildirib.

Rusiya prezidenti deyib ki, 24 iyun hadisələri başlayan kimi onun birbaşa göstərişi ilə qan tökülməsinin qarşısının alınması istiqamətində addımlar atılıb.

"Səhv edənlərə ağlını başına yığmağa imkan vermək, onların hərəkətlərinin cəmiyyət tərəfindən qətiyyətlə rədd edildiyini anlamaq və onların cəlb edildiyi bu avantüranın Rusiya, dövlətimiz üçün hansı faciəli, dağıdıcı nəticələrə səbəb olduğunu aydınlaşdırmaq üçün vaxt lazım idi", Putin deyib.

Onun fikrincə, qiyamın dayandırılmasında həlledici rolu rusiyalıların vətənpərvərliyi, bütün Rusiya cəmiyyətinin birləşməsi oynayıb.

Putinin çıxışı beş dəqiqədən bir qədər çox davam edib. Bunun üçün Birinci Kanalda yayım dayandırılıb. Müraciəti açıqlayan prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu bəyanatlar "Rusiyanın taleyini müəyyən edəcək".
amerikaninsesi
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat bildirib ki, İrandan Rusiyaya uçuşlar müntəzəm xarakter alıb, silahlar dəniz yolu ilə də çatdırılır: “Rusiyanın Mahaçqala və Həştərxan limanları İrandan gələn hərbi yükləri qəbul edirlər. Bu iki ölkəni Xəzər dənizi birləşdirir və İran istehsalı olan hərbi texnika və silahlar dəniz yolu ilə çatdırılır”.
İranın Xəzər dənizindən Rusiyaya hərbi texnika göndərməsi ilə bağlı xəbərlər başqa mənbələrdən də təsdiqini tapır. Rusiya bir neçə il əvvəl Xəzərdən Suriyada Bəşər Əsəd rejiminə müxalif olanlara raket zərbələri endirirdi. Rusiya eyni zamanda Xəzərdən hərbi gəmiləri vasitəsilə Ukrayna ərazisinə raket zərbələri endirməkdə davam edir. Bununla həm Rusiya, həm də İran özlərinin imzaladıqları Xəzərin hüquqi statusunu müəyyənləşdirən konevsiyaya zidd siyasət yürüdürlər.
Rusiya son illərdə Xəzərdəki donanmasına 5 hərbi gəmi əlavə edib. Rusiya Xəzərdə sualtı gəmilərinin də sayını artırmağı planlaşdırıb. İran da Rusiya kimi Xəzərdə hərbi gəmilərinin sayını artırıb. İranın Xəzər dənizindəki “Dəmavənd” esminesi yeni raketlər və silahlarla təchiz edilib. İran hərbi gəmiləri vasitəsilə Rusiya pilotsuz təyyarələr və dron zavodu üçün avadanlıqlar göndərir.
Xəzər sahili ölkələrin liderləri 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq etdilər. Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndində “Xəzər dənizindən dinc məqsədlər üçün istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli” nəzərdə tutulub.
Rusiya və İran konvensiyanın bu bəndini pozurlar. Rusiya Xəzərdəki donanmasından Ukrayna ərazisi raket atəşinə tutmaqla bu ölkədəki infrastrukturu dağıdır, mülki insanlar həlak olurlar. Xəzər regionundan Ukrayna şəhərlərinin mülki infrastruktur obyektlərinə raketlərin atılması Konvensiyanın müddəalarını kobud şəkildə pozulmasıdır. Ukrayna Xəzər sahili ölkələrdən Azərbaycanla, Qazaxıstanla və Türkmənistanla tərəfdaşlıq münasibətlərinə malikdir. Rusiya həm Xəzər Konvensiyasını pozur, həm də bölgədən Xəzər sahili ölkələrin tərəfdaşının ərazisini bombalayır. Bununla Rusiya Xəzər dənizi akvatoriyasını hərbiləşdirir və bölgəni təhlükə mənbəyinə çevirir.
Kremlin Ukraynanı Xəzər akvatoriyasından bombalamasının bir neçə məqsədi var:
Birincisi, Xəzər qapalı su hövzəsidir. Bu akvatoriyada Xəzərə aid olmayan ölkələrin hərbi gəmilərinin üzməsi mümkün deyil. Ona görə Rusiya donanması Xəzərdən Ukrayna ərazisini bombalayarkən buradan özünə qarşı təhlükə gözləmir. Misal üçün Kreml Qara dənizdəki dəniz donanması vasitəsilə Ukraynanın bombalanmasına risq etmir. Çünki bu halda Ukraynanın cavabı olacaq. Qara dənizdə Ukraynaya tərəfdaş olan sahil ölkələri də Rusiya donanmasına problem yarada bilərlər. Xəzərdə Rusiya üçün belə bir təhlükə yoxdur.
İkincisi, Kreml Xəzər akvatoriyasından Ukraynanı bombalamaqla digər sahilyanı ölkələrə gücünü göstərir və Xəzərdə əsas hərbi gücün Rusiyaya məxsus olduğunu vurğulayır. Rusiya Xəzərdə hərbi gəmilərinin sayını artırmaqla yanaşı Dağıstan ərazisində yeni hərbi dəniz limanları tikib.
Xəzərə sahili olan ölkələr hələ ki, Rusiyaya etiraz etmirlər. Ancaq Rusiya Xəzərdən hərbi məqsədlərlə istifadə etməkdə davam edərsə, Xəzər sahili ölkələrin Konvensiyanın pozulmasıyla bağlı ortaq bəyanat hazırlayıb yaymasına ehtiyac yaranacaq. Rusiyanın mövqeləri zəifləyib və belə bir təyanatın yayılmasının zərurəti artıb. Bəyanat vasitəsilə Kremlə izah edilməlidir ki, Xəzər sahili ölkələr mövcud vəziyyətdən narazıdırlar və akvatoriyadan Ukraynanın bombalanmasının dayandırılmasını tələb edirlər. Rusiya və İranın Xəzərdə hərbi gəmilərinin sayının artıması Azərbaycan, Qazaxıstan və Türkmənistanın da Xəzərdəki hərbi donanmasını gücləndirməyə məcbur edib.
“Atlas” Araşdırmalar Mərkəzi
\Teref.az
 

Dünyapress TV

Xəbər lenti