Ardını oxu...
Avqustun 1-i saat 20:45 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

"DogruXebe.az" xəbər verir ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilib.
Ardını oxu...
“Kiyev rejimi terror hücumu taktikasından istifadə edir”.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı bildirib.

Peskov Ukraynanın cəbhədəki uğursuzluqlarına görə Rusiyadakı mülki strukturlara hücumlar təşkil etdiyini deyib:

“Bu hücumlar uğursuzluqlardan doğan çarəsizlik hərəkətləridir. Kiyev rejimi terror hücumu taktikasından istifadə edir”.

“Kiyevin hazırkı yanaşması ilə sülh razılaşması əldə etmək olarmı? Cavab aydındır ki, yox. Bunun üçün lazımi şərait yoxdur. Kiyev rejimi yalnız Qərbin Rusiyaya qarşı müharibəsində alət kimi istifadə edildiyi müddətcə sülhə can atmır və axtara da bilməz”, – deyə Peskov qeyd edib.
 
Ardını oxu...
Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin "Baykar Makina" şirkəti Ukraynada pilotsuz təyyarələrin təmiri və texniki xidmət mərkəzinin tikintisinə dair müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Ətraflı

Saziş bu il yanvarın 23-də qüvvəyə minmiş Ukrayna və Türkiyə hökumətləri arasında yüksək texnologiyalar, aviasiya və kosmik sənaye sahəsində əməkdaşlığa dair çərçivə sazişi çərçivəsində imzalanıb. Bu, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək.

Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşşenko bildirib ki, xidmət mərkəzinin yaradılması ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə olacaq və qələbənin yaxınlaşmasına kömək edəcək.

O, həmçinin əlavə edib ki, bu, təkcə pilotsuz təyyarələrə aid deyil, həm də ağır zirehli texnikalara və digər döyüş vasitələrinə aiddir.
 
Ardını oxu...
“Son günlər bəzi dairələr tərəfindən Azərbaycan tərəfi ilə aparılan danışıqlarda Azərbaycan Respublikası ərazisindən ağır hərbi texnikanın çıxarılması prosesində iştirakımla bağlı müxtəlif məlumatlar verilir”.

Teref.Az xəbər verir ki, bu barədə Vitali Balasanyan bəyanatla şıxış edib.

O vurğulayıb ki, “Rusiya sülhməramlı qoşunları ilə əməkdaşlıq məsələlərinin əlaqələndiricisi təyin olunduqdan sonra Azərbaycan ərazisində yerləşən Rusiya sülhməramlı qoşunlarının vasitəçiliyi və iştirakı ilə müstəsna olaraq müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Azərbaycan nümayəndələri ilə keçirilən görüşlərdə iştirak etmişəm. Hərbi sektorda təhlükəsizlik-strateji məsələlərin əlaqələndirilməsi ilə məşğul olan müvafiq idarənin olduğunu nəzərə alaraq, mənim vəzifəmdə müvafiq qərarlar qəbul etmək səlahiyyətim yox idi və əgər olsaydı, heç bir icraat da etməzdim”.

Balasanyan qeyd edib ki, işlədiyi müddətdə və hətta bu gün də görüləcək işlər barədə danışmamaq, müəyyən məsələləri ictimailəşdirməmək daha doğrudur. \\KONKRET.az
 
Ardını oxu...
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiyanın Birləşmiş Ştatlardan daha çox nüvə silahına malik olduğunu iddia edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə Pensilvaniyada tərəfdarları qarşısında çıxış edərkən məlumat verib.

Tramp Rusiya ilə barışığın daha uyğun yol olduğunu dilə gətirib

“Birləşmək yaxşıdır. Onların bizdən daha çox nüvə silahı var”, – deyə eks-prezident bildirib.

O, həmçinin əlavə edib ki, Ukraynadakı münaqişəyə görə ABŞ indi çox axmaq və təhlükəli vəziyyətdədir.
 
Ardını oxu...
“Bəkir Orucov nə danışıbsa, özü bilər. Amma nahaq danışıb, çünki dedikləri həqiqəti əks etdirmir”.

Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında korpus komandiri general-leytenant Mais Bərxudarov həbsdə olan general-mayor Bəkir Orucovun onu ittiham etməsinə münasibətində deyib.

Qeyd edək ki, “Tərtər İşi” ilə bağlı məhkəmə prosesində mühakimə olunan general-mayor Bəkir Orucov korpus komandiri Mais Bərxudarovu ittiham edib.

O, məhkəməyə ifadəsində bildirib ki, işgəncələrin durdurulması üçün Mais Bərxudarova müraciət edib: “Mən baş verənlərdən narahat idim. Tez-tez Mais Bərxudarova məruzə edirdim. Hər dəfə də baş verənlərdən narahatlığımı bildirirdim ki, bu məsələlər varsa, Hərbi Prokurorluq, yaxud da başqa qurumlar araşdırsın. Onun cavabı isə mənə mənfi olmuşdu. Mənə dedi ki, nazir Zakir Həsənov ona zəng vurub. Nazir Bərxudarovdan Hikmət Həsənovun korpusunda baş verənlərdən nümunə götürməsini istəyib. Mais Bərxudarov mənə “Nazir dedi ki, nədən qorxursan, Hikmət kimi işləyin, hamısını ifşa edin” , – deyə son və qəti sözünü bildirdi”.

Mais Bərxudarov isə saytımıza açıqlamasında Azərbaycanın hüquqi dövlət olduğunu və hər şeyin qanunla həllini tapdığını deyib: “Nə danışırsa, danışsın. Mən indi telefonda nəsə danışa bilmərəm. Hər şeyə hüquqi qiymət verilir. Biz hüquqi ölkədə yaşayırıq”.


 
Ardını oxu...
İyulun 28-i axşam saatlarında Rusiya Dneprdə çoxmərtəbəli yaşayış binasına hücum edib.

APA-nın UNİAN-a istinadla verdiyi xəbərə görə, iki güclü partlayış olub.

"Dnepr. Terrorçu dövlət çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirib. Əməliyyat-xilasetmə xidmətləri insanların xilas edilməsi və nəticələrinin aradan qaldırılması üçün işə başlayıb. Bu, müharibə cinayətidir, müharibə qanunlarının və adətlərinin həyasızcasına pozulmasıdır. İcra edənlər və sifarişçilərmüharibə cinayətkarlarıdır. Onlar cəzalarını alacaqlar”, – deputat Aleksandr Bakumov yazıb.

Prezident Aparatının rəhbəri Andrey Yermak da Dneprdəki partlayışları “Rusiya terrorçuları” ifadəsi ilə şərh edib.

Raketin evin yuxarı mərtəbələrinə düşdüyü bildirilir. Çox sayda mənzil dağılıb və zədələnib.

Ölənlər barədə hələlik məlumat yoxdur.
Ardını oxu...
İyulun 24-də səhərin erkən saatlarında Rusiya Ukraynanın Dunay çayı üzərindəki Reni limanına dron zərbələri endirib.

Hücum çayın digər sahilində – cəmi 200 metr aralıda Rumıniya səmasını işıqlandırıb. Ukraynadakı müharibənin Rumıniya ərazisinə bu qədər yaxın gəldiyi olmamışdı.

Eyni zamanda Odessa da daxil olmaqla Ukraynanın ərzaq ixracı limanlarına zərbələr endirən Rusiyanın Prezidenti Vladimir Putin iyulun 17-də BMT-nin vasitəçiliyi ilə əldə edilmiş taxıl sazişindən çıxıb. Kiyev Moskvanı taxıl ehtiyatları və saziş üçün vacib infrastrukturu hədəfə almaqda ittiham edir.

Rusiyanın hücumlarını genişləndirəcəyi gözləntisi fonunda təhlilçilər Kremlin Ukrayna taxılını dünya bazarlarından çıxarmağa, eyni zamanda AB-nin, xüsusən də Mərkəzi və Şərqi Avropa ölkələrinin Ukraynaya dəstəyinə mane olmağa çalışdığını deyirlər.

Rumıniya limanlarında xaos
Rumın Akademiyasının Buxarestdə fəaliyyət göstərən Nikolae Yorqa İnstitutunun araşdırmaçısı Kosmin Popa deyir ki, Rumıniya limanlarında xaos yaradılması Ukraynanın taxıl ixracına mane olmaqla yanaşı əks istiqamətdə daşımalara və deməli, yanacaq və hərbi yardım daşınmasına da mane olardı.

Popanın sözlərinə görə, Dunay çayının hədəfə alınması təkcə gəmi daşımalarına deyil, eyni zamanda Rumıniya və Moldova ərazilərindən dəmir və avtomobil yollarına təsir edə bilər.

"Rusiyanın hücumları həm də dolayı yolla Ukraynanın qonşularına hücum deməkdir. Bu baxımdan, Qərbin Putinə… limitlərin olduğunu göstərən aydın və qətiyyətli reaksiyası ortaya qoyulmasa, vəziyyət get-gedə pisləşəcək", – Popa söyləyir.

"[Rusiyalılar] həm birbaşa, həm də dolayı yolla hücum edirlər… Onlar Rumıniyada çay və dəmiryol nəqliyyatını dağıtmaq məqsədi güdürlər. Məqsədsə Dunay çayının mənsəbindəki Rumıniya limanlarında tıxanma və qarışıqlıq yaratmaqdır”, – Popa deyir.

İlkin əlamətlər bunu təsdiq edir.

Gəmilərin tıxacı
İyulun 25-də Qara dənizin qərb sahilində Dunay çayının mənsəbində, Rumıniyanın Konstanta limanı yaxınlığında gəmilərin tıxac yaratdığı haqda xəbərlər yayılıb. Təhlilçilər deyirlər ki, bu hal potensial təhlükəli yolla davam edib-etməməklə bağlı qeyri-müəyyənlik yaradır.

İyulun 24-də “Reuters” Ukraynanın İzmayil liman terminalı yaxınlığında 30-dək gəminin lövbər saldığı haqda xəbər yayıb. Hücumdan bir neçə saat sonra Reni limanı yaxınlığında yük maşınlarının uzun növbəsi əmələ gəlibmiş. Bu növbənin görüntüsü “Twitter”də paylaşılıb.

İyulun 24-dəki dron hücumunda Renidə üç taxıl anbarının məhv edildiyi, 15 dronla gerçəkləşən hücumda yeddi liman işçisinin xəsarət aldığı bildirilir. “Reuters”in xəbərinə görə, taxıl ixracı və daşınmasının mümkün olmayacağı qorxusu iyulun 24-də dünyada taxıl və qarğıdalı fyuçerslərinin kəskin artmasına səbəb olub.

Hücumdan bir neçə saat sonra BMT-nin Baş katibi Antonio Quterres Rusiyanı Qara dəniz taxıl sazişinə geri dönməyə çağırıb. O, “əhalisini qida ilə təmin etməyə çətinlik çəkən həssas ölkələrə” dağıdıcı təsirlərlə bağlı xəbərdarlıq edib.

Rusiyanın niyyəti
Rumıniya Prezidenti Klaus Yohannis “Twitter”də hücumu qınayaraq onu “Qara dənizin təhlükəsizliyini ciddi riskə məruz qoyan eskalasiya” adlandırıb. Bir neçə yüksək vəzifəli Rumıniya rəsmisi də Rusiyanın bu hücumunu qınayıb.

Mayın 2-də AB beş ölkəyə – Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya Ukraynadan gələn buğda, qarğıdalı, raps və günəbaxan toxumunun ölkə daxilində satışına qadağa qoymaqla öz ərazisindən digər AB ölkələrinə buraxmalarına icazə verib.

Ötən il Avropa Komissiyası “həmrəylik cığırı” təşəbbüsü çərçivəsində Ukraynanın buğda ixracına şərait yaradacağını elan edib və bunun üçün gərəkən infrastruktura milyardlarla avro investisiya yatıracağına söz verib. Vilnüsdə yerləşən Şərqi Avropa Elmləri Mərkəzinin eksperti Dionis Senuzanın sözlərinə görə, iyunun 15-də Avropa Komissiyası bu razılaşmanı sentyabrın 15-dək uzadıb.

"Rusiya Qara dəniz taxıl daşımaları ilə bağlı [yaratmaq istədiyi] qarışıqlıqdan Ukraynanın azı beş AB ölkəsi ilə münasibətlərini pozmağa və çətinləşdirməyə çalışır”, – Senuza deyir.
azadliq
 
Ardını oxu...
Bayden Hərbi Hava Qüvvələrinin yeni qərargah rəisi olmağa namizədini irəli sürüb ABŞ Prezidenti Cozef Bayden Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (BQRK) sədri vəzifəsini tuta biləcək Çarlz Braunun yerinə Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə general Devid Olvinin namizədliyini irəli sürüb.
Məlumata görə, Olvinin namizədliyi irəli sürülüb, lakin hələlik rəsmi açıqlama verilməyib.

Çarlz Braun, öz növbəsində, ABŞ Konqresinin Senatı tərəfindən təsdiqlənəcəyi təqdirdə BQRK rəhbəri postunda general Mark Millini əvəz edəcək.
Politico
Ardını oxu...
ABŞ Rusiyanı Suriya səmasında "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurmaq cəhdində ittiham edib.

Bu barədə “Associated Press” xəbər verir.

ABŞ Hərbi Hava Qüvvələrinin mərkəzi rəhbəri, general-leytenant Aleks Qrinkeviç “Associated Press”ə bildirib ki, iyulun 23-də Rusiya qırıcısı Suriya səmasında Amerikanın "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurmağa cəhd edib.

Rusiyaya məxsus döyüş təyyarəsi atəş açıb və PUA-ya ziyan vurub.

"Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız, qeyri-peşəkar davranışa dərhal son qoymağa çağırırıq", - Aleks Qrinkeviç bildirib.
 

Dünyapress TV

Xəbər lenti