
Bakı şəhər sakini, hələlik adının hallanmasını istəməyən şəxs redaksiyamıza müraciət edərək üzləşdiyi problemin həll olunmasında ona köməklik göstərməyimizi istəyir. O, dələduzluğa məruz qaldığını iddia edərək ki, müraciətini mətbuat vasitəsi ilə Prezident İlham Əliyevin, Daxili İşlər naziri Vilayət Eyvazovun, Baş prokuror Kamran Əliyevin və geniş ictimaiyyətin diqqətinə çatdırmağımızı istəyir.
O, deyir ki, hələ 2009-2010-cu illərdə,bankda işlədiyi dövrdə həmkəndlisi, uşaqlıq dostu olduğu məşhur müğənni Vüsal Əliyev ona təcili 10 min ABŞ dolları təşkil etməyimi xahiş etdi və on gün müddətinə qaytaracağına söz verdi. Mən müdirimlə danışıb mənim adıma qeyri rəsmi ona 10 min ABŞ dolları verdik. On gün keçdikdən sonra Vüsal Əliyev məndən yenə 5 min ABŞ dolları istədi ki, hamısını bir aya qaytaracam. Sonra gəldi ki, sənəd düzəldirik 300 manat yenə lazımdı. Verdim getdi. Üstündün bir iki ay keçdikdən sonra zəng elədim ki,pulu qaytarmaq lazımdı. Vüsal Əliyev qaytracam deyə-deyə məsələni uzadırdı. O, pullar bizim dəftərdə 2014-2015-ci ilə qədər borc kimi qaldı. 2015-ci ildə mən o bankdan ayrılanda manatın devolvasiyası olanda həmin pullar 1,70 vurularaq mənim adıma 25 min beş yüz manat mənim adıma yazıldı. Həmin vaxt maşınımı satıb 25 500 manatı banka ödəyib borcu birtəhər bağladım.
Sonra özüm bankrot oldum. 2015-ci ildən bu yana Vüsal Əliyevdən pulları geri ala bilmirəm. 2020-ci ilə qədər Vüsal Əliyev heç telefonlarıma cavab vermədi. Başqa borcla əlaqədar məhkəmədə öhdəlik götürdüm ki, ayda 500 manat qaytaracam. Vüsal Əliyevə uşaqlıq dostu kimi dedim ki, məni çətin vəziyyətdə qoyma, Bir ara 500, 500 manat verdi. Sonra yenə yox oldu. Dəfələrlə xəbərdarlıqlardan sonra bank qarşısında öhdəlik götürdüyüm növbəti 500 manat ödənişi etmək üçün pul tapa bilmıyib Vüsala telefonla bildirdim ki, borcu verə bilməsəm məni həbs edəcəjklər. Onun isə vecinə olmadı.Və təsəlli üçün heç 50 manat da olsa göndərmədi. Bəli, növbəti 500 manatrı ödəyə bilmədiyimə görə məni 10 sutka həbs etdilər. Və oldum məhkum. Ondan sonra böyrəklərimdə xəstəlik yarandı. Bütün bunlardan sonra Vüsal Əliyevə bir ay ərzində 29 dəfə zəng etdikdən sonra 30-cü günü mənə 100 manat qaytarır. Hər dəfə verəndə dəftərdən borcunun hissəsini ikiqat silmişəm. Amma hələ də Vüsal Əliyevin mənə 15 min manat borcu qalmaqdadır. Telefonuma cavab verəndə çox sevinirəm. Amma hər dəfə bəhanə uydurur ki, siqaret almağa pulum yoxdur, Moskvaya getməyə borc alıb bilet almışam, və s. boş- boş əsassız çərənnəmələr. Pulun yoxdursa avtomobilini mənim kimi sat və borcunu ödə. Görünür, o məni ümumiyyətlə saymır. Və qəti qənaətə gəlmişəm ki, “Gəl yanıma” xit mahnısı ilə çoxsaylı toylara dəvətlər alan V.Əliyev pulunun olmamasını bəhanə etsə də bu ağ yalandır. Onun xisləti sadəcə olaraq icazə vermir ki, borcunu pulu ola ola mənim kimi sadə bir adama ödəsin. Yəni, özünə yaraşdırmır. Amma gedib Vəfa Şərifova ilə duet oxuyub qadın kolgəsində pul qazanmağa özünə böyük şərəf bilir.
İndi vəziyyətim çox pisdir. Ailədə 3 övladım var. Və şəkər xəstəsi olan anam da mənim himayəmdə yaşayır. Gecə-gündüz yoldaşımla işləyib pul qazanmağa çalışırıq. Sutkanın 4 saatını istirahət etməklə fasiləsiz işləyirik amma kirayə, communal, bank borclarımızı ödədikdən sonra evə pul gətirə bilmirik. Hər yerə borcum var. Günü 30 manata işləyirəm ki, o da ailənin heç dolanışığını etmir. Nə olur olsun, Vüsal Əliyevin vəziyyəti məndən pis deyil. Əksinə, aldığım məlumata görə 100 dəflərlə yaxşıdır. Amma o heç bir addım atmır. Aylarla yazıram, bir kəlmə cavab vermir. Artıq bezmişəm. Görünür bu adam nə başa düşən, nə də qanan deyil. Sadəcə dələduzluğunu davam etdirir. Ona görə məcbur olub sayt vasitəsilə dövlət başçısından bu işimin həll ediməsi üçün köməklik gösyərməsini xahiş edirəm .
/Aktualinfo.org
P.S. Məqalədə göstərilənlərə Vüsal Əliyevin münasibətini öyrənməyə çalışdıq. Lakin müğənni iki gündür susqunluq nümayiş etdirir.