"Mənimlə maraqlanan yoxdur... borcum xərcim başımdan aşır" -
Şəhid Rəşid Həmidovun anası Tənzilə Həmidova adiyyatı qurumların onunla maraqlanmamağından şikayətçidir. Bu barədə o anews.az-a müraciətində bildirib.

“Hazırda mənə dövlət tərəfindən verilən bir otaqlı evdə yaşayıram. Mənimlə maraqlanan yoxdur. Borcum xərcim başımdan aşır. Tək anayam. Gözüm zəif görür. Oğlumdan sonra belə olmuşam. 11 min kreditimin 8 mini borc kimi qalıb. Xəbərim olmadan yüksək faizlə kreditə imza atmışam. Ayda 344 manat kredit ödəyirəm. Yoldaşımdan ayrıldığım üçün dövlət tərəfindən verilən ödəniş yarıya bölünüb. Bir aydan o biri aya keçə bilmirəm. Soyducumda heç nə yoxdur. Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? Əvvəlcə gələn insanlar köməklik göstərirdilər. Özlərini reklam məqsədilə guya kömək edirlər, gəlib şəkil çəkdirirb, sonra gediblər. Sonra gələn olmadı. Mənim oğlum tək mənə görə şəhid olmayıb. Oğlum sağ olanda ən azından qazanırdı. O vaxt çox yaxşı dolanırdıq. Ölkədə dörd beş şəhid anasını çıxarırlar ortaya, guya hamısına qayğı göstərilir. Ancaq elə deyil”,- şəhid anası vurğulayıb.

Şəhid anası bildirir ki, iki deputat Müşfiq Məmmədli və Göydəniz Qəhrəmanova,eləcə də Siyəzən və Yasamal İcra Hakimiyyətlərinə müraciət etməsinə baxmayaraq onunla maraqlanan olmayıb.

“Oğlum Siyəzəndə qeydiyyatda olub. Bu günə qədər Siyəzənin deputatı gəlib mənimlə maraqlanmayıb. Bir dəfə Novruz bayramında köməkçisi ilə dörd-beş toyuq göndərib. Bir dəfə də Siyəzən İcra Hakimiyyətindən kartıma 200 manat göndərilib ki, oğlumun ilini keçirim. Yasamal İcra Hakimiyyətinə müraciət etsəm də mənə geri dönüş edilməyib”, – Həmidova qeyd edib.

Tənizlə Həmidova Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən də narazıdır. O vurğulayır ki, bu nazirlikdən 2-3 il öncə evinə baxış keçirilib ona kondisioner alınması ilə bağlı söz verilsə də bu söz olaraq qalıb.
Şəhid anası müraciət edərək kredtinin silinməsini və ona dəstək olunmasını istəyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırmanın nəticəsi barəsində məlumat veriləcək.

Rəşid Həmidov oktyabrın 7-də Suqovuşan (Tərtər) rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olub. Həmidov Siyəzəndə dəfn olunub.

Ona ölümündən sonra “İgidliyə” görə, “Laçının” azad olunması medalı, “Suqovuşanın” azad olunması medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.
 

Bölmənin digər xəbərləri

08 May 2025 Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - "16 il pensiya almışam..."
08 May 2025 Naxçıvanda vətəndaşa heyvan yemi olan kartofu satırlar... - ETİRAZ VAR..
07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq

Dünyapress TV

Xəbər lenti