″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR -
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Xocalı rayonunda ilkin mərhələdə 13 hektar ərazidə Tut tinglərinin gətirilməsi, əkin sahəsinə köçürülməsi və aqrotexniki qulluq işləri xidmətlərin satın alınması üzrə bir mənbədən satınalama metodu tətbiq etməklə ″AQROTARIM″ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 693.607,2 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat dövlət satınalmalarının portalına 19.04.2025-ci ildə yerləşdirilib.

Bu satınalmada ″AQROTARIM″ MMC-nin bir mənbədən satınalma metodu ilə qalib seçilməsi bizi daha ətraflı araşdırma aparmağa sövq etdi.

Qeyd edək ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti heç bir xüsusi hüquqlara malik olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu əsaslı şübhələrə yol açır. Qeyd edək ki, Aqrar Kredit və İnkişaf Agentliyinin rəsmi portalına yerləşdirilmiş toxum- ting təchizatçılarının siyahısında ″AQROTARIM″ MMC toxumçuluq təsərrüfatı kimi göstərilir. Bu isə MMC-nin tingçilik üzrə xüsusi hüquqlara malik olmadığını bir daha təsdiq edir.
Bundan əlavə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Satınalma Komissiyası satınalma proseduru zamanı Nazirlər Kabenitinin 30 dekabr 2023-cü il tarixli Qərarı ilə müəyyən edilmiş uyğunluq göstəricilərini nəzərə almamış, ″AQROTARIM″ MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarını, oxşar analoji xüsusiyyətli işlərin görülməsi təcrübəsinin olmamasını nəzərə almamış, satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı üzrə nəqliyyat vasitələri və xüsusi texnikaları, “işçi qüvvəsi” meyarları ilə bağlı tələblərə uyğun olmadığı açıq aydın görsənməkdədir.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında ″AQROTARIM″ (VÖEN- 6200118521) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı Ərazi Vergilər İdarəsində 04.04.2011-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının AĞCABƏDİ RAYONU, TAXTA KÖRPÜ, qanuni təmsilçisinin isə Şükürov Firuz Famil oğlu oğlu olduğu göstərilir.

Göründüyü kimi MMC 2011-ci ildə dövlət qeydiyyatın alınıb və AKİA-nın məlumatlarında toxumçuluq təsərrüfatı kimi göstərilir. Maraqlıdır “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi ″AQROTARIM″ MMC ilə bir mənbədən satınalma metodu ilə müqavilə bağlayarkən təchizatçıdan satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması barədə müvafiq hesabatlar, təchizatçının satınalma predmeti üzrə müəyyən edilmiş ehtimal olunan qiymətin 30%-i həcmindən çox olmayaraq maddi vəsaitə çıxışının olması, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olmasına dair son 3 il ərzində icra olunmuş və ya icrasının 80%-dən çoxu tamamlanmış oxşar xidmətlər üzrə 3 müqavilə tələb edibmi? Tələb edibsə, ″AQROTARIM″ MMC qurumun Satınalma Komissiyasına son 3 il ərzində icra olunmuş hansı analoji xidmətlər barədə sənədlər təqdim edib?

Bütün bu kimi suallara aydınlıq gətirilməsi məqsədi ilə əlaqə saxladığımız MMC-nin səlahiyətli nümayəndəsi Babaxan Qasımlı AKİA-da toxumçuluq təsərrüfatı kimi qeydiyyatda olmalarına baxmayaraq tingçiliklə də məşğul olduqlarını bildirdi. Artıq sözügedən ərazidə işlərə başladığlarını bildirən Babaxan Qasımlı əlavə etdi ki, bütün sənədlər qaydasında olmasaydı nəzarət orqanı buna icazə verməzdi. Müqavilə bağlanıbsa deməli hər şey qaydasındadı.

Amma biz nədənsə ″AQROTARIM″ MMC-nin son üç il ərzində icra etdiyi yüzminlərlə manat dəyəri olan analaoji işlərlə bağlı heç bir məlumat tapa bilmədik. İndi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi açıqlasın. ″AQROTARIM″ MMC bu analaoji işləri nə vaxt və harada görüb?

Qeyd edək ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimlidir. O, daha əvvəllər “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-nin direktoru olub. Memarlıq üzrə fəlsəfə doktoru olan Telman Kərimli bu vəzifəyə ötən ilin avqust ayından təyin edilib.

Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
28 Aprel 2025 Qənirə Ataş “VMR Estetik”lə bağlı şok faktlar açıqladı
28 Aprel 2025 Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt
28 Aprel 2025 “Tamstore” qadın işçini döydülər
28 Aprel 2025 Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO
27 Aprel 2025 İcra başçısının dayısı oğlu olan Zəfər Quliyevdən şok addım:

Dünyapress TV

Xəbər lenti