Süni ağardılan QƏND, saxta DÜYÜ – Partlayış baş verən “Bolluq” MMC ilə bağlı SENSASİON iddialar
Xəbər verildiyi kimi ötən gün paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verib. Fövqəladə Hallar Naziliyindən verilən ilkin məlumata görə ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışa səbəb qaz sızması olub. Partlayışda həm obyektə ciddi ziyan dəyib, həm də 6 nəfər bədən xəsarətləri alıb.

Bizim.Media-nın araşdırmasına görə partlayış Azərbaycanda kəllə qənd istehsalı ilə məşğul olan “Bolluq LTD” MMC-nin Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanında yerləşən istehsalat müəssisəsində baş verib.

Hansı ki, bu şirkət ümumilikdə fəaliyyətində verdiyi nöqsan və pozuntulara görə dəfələrlə aidiyyəti qurumlar tərəfindən cəzalandırılıb.

İstehsal olunan qəndlər sünu şəkildə ağardılır?

Qeyd edək ki, partlayış baş verən fialilda artıq ikinci qalmaqaldır ki, baş verir. Bundan əvvəl “Bolluq” MMC-nin Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanında yerləşən istehsalat müəssisəsinin müdiri satış üçün hazırlanan qəndlərin tərkibinə normadan artıq kükürd dioksid vurulmasında (qəndin ağardılması) ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.

Müəssisənin bağlanılmasına qərar verilibsə, niyə fəaliyyətdədir?

Bu ilin iyun ayında şirkətin Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanında isə yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanın mövcud olduğu aşkarlanıb.

Belə ki, obyektin mətbəx sahəsində çəkilmiş qaz xəttində yivli birləşmələrdən istifadə olunub, anbar sahələrində rəflərin ara məsafələri yanğınların söndürülməsinə və ya malların hadisə zamanı köçürülməsinə maneə törədəcək əşyalarla tutulub. Həmçinin obyektin bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb.

Elə insan həyatı və ya sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı üçün həmin ünvandakı obyektin bağlanmasına rəsmi qərar da verilib. Amma əldə etdiyimiz məlumata görə bu qərara məhəl qoymayan şirkət rəhbərliyinin göstərişi ilə Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanındakı müəssisə hələ də fəaliyyətdədir.

Təhlükəsizlik qaydaları pozulur...

Görünən odur ki, şirkətin sözügedən filailında olduğu kimi “Bolluq” MMC-nin Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanındakı sexdə də insan sağlamlığına təhlükə yarada amillər olub. İddialara görə bu müəssisədə də digəri kimi qaz xəttində yıvli birləşmələrdən istifadə olunub və qaz sızması yaranıb.

Maraqlısı odur ki, şirkətin öz daxilində də qanunsuzluqlar yaşanıb. Belə ki, “Bolluq LTD” MMC-nin Şirvan şəhər filialının satış təmsilçisi çalışdığı müəssisənin pullarını mənimsəyib və işə rayon prokuroluğu qarışıb.

Ölkənin qida və qənnadı sektorunda istehsal, satış və distribüter şirkəti kimi fəaliyyət göstərən “Bolluq” MMC-nin adı başqa qalmaqallarda da çəkilir.

Belə ki, "Bolluq LTD" reklam haqqında qanunvericiliyin tələbini pozmasına görə 5 min manat cərimə edilib.

Bundan əlavə şirkətin fabriklərində antisanitariyanın hökm sürdüyü ilə bağlı zaman-zaman mediada məlumatlar və görüntülər yayılıb.

Saxta düyü istehsal olunur?

Bu azmış kimi “Bolluq” MMC saxta düyü istehsalı iddiası ilə də ad qazanıb. Novruz bayramı ərəfəsində süfrələri bəzəyən düyünün sintetik olduğuna dair görüntülər ictimaiyyətdə əməlli başlı səs-küy yaradıb. Ciddi narahatlıq doğuran məsələ ilə bağlı çaşqınlığa şirkətin rəhbərinin açıqlamasından sonra son qoyulub. Hətta məlum olmayan səbəblərdən sintetik düyü ilə bağlı görüntülər sosial şəbəkələrdən götürülüb.

Qeyd edək ki, iki gündür ki, partlayışın səbəbi ilə bağlı “Bolluq” MMC ilə əlaqə yarada bilmirik. Zənglərimizə şirkətin fərqli bir neçə əməkdaşı cavab versə də, ya baş verən partlayışdan xəbərsiz olduqlarını, ya da bu barədə düz ünvana düşmədiyimizi bildirirlər.

Məlumat üçün bildirək ki, 1993-cü ildə topdansatış mərkəzi kimi fəaliyyətə başlamış “Bolluq LTD” MMC-nin direktoru Ağasəf İsgəndərovdur.
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025  “Uğur 777” klinikasının UĞURSUZLUQLAR SERİYASI - İTTİHAM VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI

Dünyapress TV

Xəbər lenti