Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir
“Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi “çirkab suların və tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi” üzrə 25.07.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurduğunu 16.09.2024-cü ildə elan edib və “PEARL SERVIS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 70.292,6 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.

Şərtlər toplusuna görə qalib şirkət çirkab suların və tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi – 7 №li BŞX-da Maştağa qəsəbəsində 100 tonluq şambonun çirkab suyunun mütəmadi təmizlənməsi, nasos vasitəsilə çirkab suyun iri su çənlərinə və çirkab qalıqlarının kürüməklə yük maşınına yığılması yolu ilə ən azı 40 km məsafəyə daşınaraq məhv edilməsi üçün Ən azı 10 tonluq su çəni olan 2 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsilə gün ərzində ən azı ortalama 2-3 dəfə olmaqla, mövsümlə və yağıntının çox olması ilə əlaqədar olaraq, xüsusən də yaz, payız və qış mövsümlərində (ilin 8 ayında – ortalama 242 gün) gün ərzində ən azı 3 dəfə, yay mövsümündə (ilin 4 ayı – may, iyun, iyul, avqust – ortalama 123 gün) isə ən azı 2 dəfə olmaqla daşınmalar həyata keçirilməlidir.

Amma gəlin görək 70 min manat dəyərində dövlət sifarişi almış bu şirkət hansı sahə üzrə ixtisaslaşıb, daha əvvəllər nə kimi işlər görüb, “Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin sifarişini yerinə yetirmək iqtidarındadırmı?

MMC 22.05.2023-cü ildə Penitensiar Xidmətn 15 saylı cəzaçəkmə müəssisəsi ilə yumşaq inventarların satınalınması üzrə 29.980 manat, Lerik rayon Yaşillaşdirma İdarəsi ilə güllərin və ağac kollarınin alınması üzrə 30.879,12 manat, Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə İnzibati binasının həyətyanı sahəsinin abadlaşdırılması və su xəttinin çəkilməsi xidmətləri”nin satın alınması üzrə 8.995 manat, “Sabunçu Tibb Mərkəzi” ilə digər kommunal xidmətlər üzrə 57.876 manat, Azərbaycan Respublikasının Milli Məclisi ilə yolluq xalçaların satın alınmasını üzrə ümumi olaraq 6 satınalma müqavilələri bağlayıb.

Göründüyü kimi MMC müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda ayrı-ayrı lotlar üzrə tender və kotirovka sorğularının qalibi olub. Bəs MMC nə vaxt və harada yaradılıb?

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PEARL SERVIS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.04.2023-cü il tarixdə 10 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının QƏBƏLƏ RAYONU, KİÇİK PİRƏLİ, qanuni təmsilçisi kimi isə Yusibova Lütviyyə Şöyüb qızı qeyd olunub.

Mərkəzi Seçki komissiyasının seçicilərin siyahısına daxil edilmiş məlumatlarında Yusibova Lütviyyə Şöyüb qızının 1962-ci il tarixdə anadan olduğu, Qəbələ rayonu Kiçik Pirəli kəndində daimi pasport qeydiyyatında olduğu göstərilir.

Göründüyü kimi Qəbələ rayonunun ucqar bir kəndində bir xanımın qanuni təmsilçisi olduğu bir MMC dövlət müəssisələrinə ayrı ayrı lotlar üzrə xidmətləri göstərir. Açıq mənbələr üzərindən apardığımız araşdırmada MMC -nin qanunun tələb etdiyi kimi müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə heç bir məlumat tapa bilmədik.

Amma burada Aktualinfo.org-un ötən həftə yaydığı məqaləni bir daha yada salmaq istərdik. Xatırladaq ki, ötən həftə Qəbələ rayonunun Kiçik Pirəli kəndində dövlət qeydiyyatına alınmış “NUR SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin son aylarda qazandığı satınalmalara toxunmuşduq. Sözügedən MMC-nin qanuni təmsilçisinin, Yusibova Rəhimə Rəhman qızı evdar bir qadın olduğunu yazmışdıq. Çox güman ki, “PEARL SERVIS” MMC-nin qanuni təmsilçisi Yusibova Lütviyyə Şöyüb qızının Yusibova Rəhimə ilə qohumluqları var və o da evdar qadındı. Çox güman ki, bu iki evdar qadının “biznesini” Bakıda idarə edən bir nəfər də məmur var.

Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
01 Fevral 2025 Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
31 Yanvar 2025 Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
31 Yanvar 2025 Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
29 Yanvar 2025 “Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
29 Yanvar 2025 Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
29 Yanvar 2025 Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR! /YENİLƏNİB
29 Yanvar 2025 Mürsəl İbrahimov yəqin ki bunları bilmir... - İLGİNC İDDİALAR
29 Yanvar 2025 Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
28 Yanvar 2025 48 saylı notariat ofisinin Xüsusi notariusu Bakı şəhərinin müxtəlif ünvanlarında sənədləri necə təsdiqləyir? – Səadət Hüseynovun “məsuliyyətə cəlb olunma müddəti ötmüş” cinayət əməlləri
28 Yanvar 2025 Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
28 Yanvar 2025 Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti