Əmlak idarəsinin rəhbər şəxslərinə qarşı şok ittihamlar - FOTO
Torpaq sahələrinin qanunsuz olaraq ələ keçirildiyini iddia edən Göyçay və Ucar sakinlərindən ölkə rəhbərliyinə müraciət

Göyçay və Ucar rayon sakinləri tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Hümbətov Asif Atəş oğlu (Ucar rayonu Küçəkənd kəndi), Umarov Şəmsəddin İslam oğlu (Göyçay rayonu Çaxırlı kənd sakini), Əliyev Rasim Kamil oğlu (Göyçay rayonu Yeniarx kəndi), Məmmədov Fizuli Əli oğlu (Ucar rayonu Qazyan kəndi), Nuriyev Paşa Bəşir oğlu (Ucar rayonu Qaradağlı kəndi) iddid edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyev və onun müavini Aqşin Həmidov əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edir, korrupsiya əməlləri ilə məşğul olurlar:

“Nəticədə də vətəndaşlara ziyanlar dəyir, qanuni mülkiyyətlərində olan torpaqları qanunsuz olaraq saxtakarlıq yolu ilə başqa şəxslərin mülkiyyətinə verilir, çoxlu sayda vətəndaşın torpaq sahələri azaldılıb və yoxa çıxarılıb. Bütün bunlar isə rüşvət müqbilində baş verib. Bəhanə kimi isə yeni elektron kadastr planında olunan dəyişiklik göstərilir. Bu isə tam yalan və əvvəlcədən düşünülmüş məkirli plandır.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-09_1726506540_2.jpg
Fikrət Nuşiyev

Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyev və onun müavini Aqşin Həmidovun bu cinayət əməlləri barədə vətəndaşlar baş idarəyə şikayətlər etsələr də, araşdırıb tədbir görən yoxdur. Bu da onu deməyə əsas verir ki, quldurluq, cinayət yolu ilə əldə olunan puldan baş idarəyə ötürülür, bu səbəbdən də onlar barədə tədbir görən yoxdur, əksinə onların cinayət əməllərinə “yaşıl işıq” yandırılıb”.

Şikayətçilər xatırladır ki, Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonlarını əhatə edir. “Bu idarənin keçmiş rəisi Qərib Həsənov bir neçə ay əvvəl 5 saylı Xaçmaz Ərazi İdarəsinə, oranın rəisi Fikrət Nuşiyev isə 16 saylı Ucar ərazi idarəsinə rəis vəzifəsinə rotasiya ediliblər (yerdəyişmə). Sövdələşmə isə belə olub ki, sən mənim, mən də sənin qanunsuz əməllərinin üstünü ört-basdır edəcəm. Ancaq Aqşin Həmidov 16 saylı Ucar Ərazi İdarəsində uzun illərdir ki, vəzifədə işləyir. Onların əməlləri araşdırlarsa, törətdikləri cinayət əməlləri tam subut olunacaq”, - deyə şikayətçilər yazırlar.

Məktubda da o da əlavə olunur ki, Fikrət Nuşiyevlə Aqşin Həmidovun cinayət əməllərindən bezar olan insanlar çox hiddətlidirlər: “Göyçay rayonu Yeniarx kənd sakinləri Süleymanov Əli Bəxtiyar oğlu və Soltanov Yaqub Maarif oğluna Göyçay Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli qərarı ilə Göyçay rayonunun Yeniarx kəndində verilmiş fərdi yaşayış evi həyətyanı torpaq sahələrini Fikrət Nuşiyev və Aqşin Həmidov başqa şəxslərin mülkiyyətinə veriblər.

Ucar rayonu Yuxarı Şilyan kənd sakini Novruzov Şöhrət Atakişi oğluna məxsus torpaq sahəsnin müəyyən hissəsi rüşvət alınaraq, başqa şəxin mülkiyyətinə verilib.

Ucar rayonu Gəraybəyli kənd sakini Bünyətov Mübariz Faiq oğluna və atası Bünyətov Faiq Lətif oğluna məxsus torpaq sahələrinin müəyyən hissəsi rüşvət alınaraq, başqa şəxsə verilib.

Göyçay rayonu Cəyirli kənd sakini Feyzullayev Rahim Zülfi oğlunun torpaq sahəsinin müəyyən hissəsi rüşvət alınaraq, başqa şəxsin mülkiyyətinə verilib.

Göyçay rayonu Hacıalıkənd kənd sakini Şıxəliyev Şövqi Muxtar oğlunun topraq sahəsinə 2 km aralıda yerləşən başqa şəxsə məxsus torpağı rüşvət alıb, sürüşdürüb qanunsuz sənəd veriblər.

Belə cinayət faktları yüzlərlədir ki, bunu Fikrət Nuşiyevlə Aqşin Həmidov əlbir olub vətəndaşlara qarşı ediblər. Fikrət Nuşiyev və Aqşin Həmidovun qanunsuz fəaliyyətləri yerində obyektiv araşdırılıb, barələrində ciddi tədbirlər görülməlidir.

Onu da qeyd edək ki, Aqşin Həmidov bu cinayətin çox hissəsini əvvəlki rəis Qərib Həsənovla əlbir olub etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, hazırda Qərib Həsənov 5 saylı Xaçmaz Ərazi İdarəsində, oranın rəisi Fikrət Nuşiyev isə 16 saylı Ucar Ərazi İdarəsində rəis vəzifəsində işləyir. Onların yerini dəyişiblər. Elə bu rotasiya özü də qanunsuzluqdur. Çnüki onlar biri-birilərinin qanunsuz əməllərinin üstünü ört-basdır edirlər.

Biz mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan, Baş prokuror Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovdan, İqtisadiyyat naziri Mikayıl Cabbarovdan, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevdən və Reyestr Xidmətinin rəisi Nigar xanım Alimovadan xahiş edirik ki, müraciətimizi yerində, obyektiv araşdırıb, vəzifələrindən sui-istifadə edərək cinayət əməlləri ilə məşğul olan 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin, onun müavini Aqşin Həmidovun və 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənovun barələrində ciddi tədbirlər görəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal

Dünyapress TV

Xəbər lenti