Bakıda içində insanlar yaşayan bina sökülür - insanlar kömək istəyir
Bakının Nizami rayonunda tikinti şirkəti sakinlərə "qan uddurur". Bu barədə Sputnik Azərbaycan-a Nizami rayonu Kamil Balakişiyev küçəsində yaşayan sakinlər məlumat verib.

Sakinlər bildiriblər ki, "Kursus-Nizami" Mənzil-Tikinti Kooperativi sakinləri illərdir yaşadığı mənzildən məcburən çıxmağa vadar edir. MTK binanın qəzalı olduğunu bəhanə edib Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsində yerləşən 2519-cu məhəllədə yerləşən 39, 41, 43, 45, 47/13 nömrəli üçmərtəbəli binaları, eləcə də onların həyətində yerləşən ikimərtəbəli uşaq bağçasını, qazanxananı, qeyri-yaşayış obyektlərini sökmək barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılığa gəlib.

Sakinlərin qara günləri də elə o vaxtdan başlayıb. Sakinlərin dediyinə görə, tikinti şirkəti binanın qəzalı olduğunu bəhanə gətirərək sakinləri öz şərtləri ilə razılaşmağa məcbur edir. Halbuki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəyində binanın qəzalı olduğuna dair bir kəlmə də yazılmayıb:
"Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəyinə əsasən, Nizami rayonu, Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdədir".
Sakinlərin agentliyə təqdim etdiyi rəydə də binanın texniki cəhətdən məhdud-işlək vəziyyətdə olduğu qeyd olunub. Sakinlər 1960-cı ildə inşa olunmuş binalarda zəlzələdən sonra çatların belə yaranmadığını, binanın texniki vəziyyətindən narazı olmadıqlarını bildiriblər. Onların sözlərinə görə, sadəcə, olaraq tikinti şirkəti kommersiya məqsədilə yeni binalar inşa etmək üçün ərazidəki binaları sökmək istəyir.

Beləliklə, binada yaşayan sakinlərin bir qismi ilə razılığa gələn tikinti şirkəti onların təklifi ilə razılaşmayan sakinləri incidir.
Bu iddia ilə sakin Dina Adreyeva çıxış edib. O, müsahibəsində bildirib ki, tikinti şirkəti sakinlərin istəyini nəzərə almadan, heç bir layihə təqdim etmədən işə başlayıb. Bu səbəbdən də şirkət nümayəndələrinin təklifləri ilə razılaşmayan sakinlər məhkəməyə verilib.
"MTK bizi məhkəməyə verib məhkəmənin qərarı ilə bizi illərlə yaşadığımız şəxsi mənzilimizdən çıxarmağa çalışır. Məhkəmənin isə onların iddiasını necə qəbul etdiyini anlamıram. Şirkət sakinlərin yaşadıqları mənzillərin ölçüsü barədə məhkəməyə yalnış məlumatlar təqdim edib. Şərtlər yalnız tikinti şirkəti tərəfindən irəli sürülməməlidir, sakinlərin də öz şərtləri var. Hər hansı şəkildə qarşılıqlı razılığa gəlmək mümkün olduğu halda, şirkət nümayəndələri sakinlərin heç bir təklifini qəbul etmir, bizə qarşı heç bir güzəştə getmirlər. Onlar razılaşmanı birtərəfli formada tərtib edir, öz şərtlərini diktə edirlər. Biz bir sıra dövlət qurumlarına müraciət etsək də, hələ ki, heç bir qurumdan müraciətimizə cavab gəlməyib. Hətta yerli icra hakimiyyətinə də müraciət etmişik – onlar da şirkətin tərəfindədir" - sakin şikayətlənib.
İrina Koşinova adlı sakin isə deyir ki, tikinti şirkəti əraziyə gəlməmişdən əvvəl bina tam istismara yararlı olub. Onlar gəldikdən sonra sakinlərin yaşadığı binanı yararsız vəziyyətə salıblar.
"Evimizi qəzalı vəziyyətə salıblar, pəncərələri, qapıları çıxarıblar, işıqları söndürüblər. Bir çox sakinlər evlərini tərk etmək istəmirlər, çünki şirkət nümayəndələri onların istəklərini ümumiyyətlə nəzərə almır və onları məhkəməyə verir. Bizim əmlak toxunulmazlığı hüququmuz var. Şəxsi mülkiyyət qanunla toxunulmazdır. Amma tikinti şirkəti bizə qarşı tam qanunsuz hərəkət edir, öz şərtlərini diktə edir. Bizə öz mənzillərimizin ölçüsündən çox kiçik mənzil verir. Biz hazırda yaşadığımız şəraitdən məmnunuq və bu binada yaşamaq istəyirik. Nəyə görə rahat evimizdən köçüb kirayədə qalmalıyıq? Azərbaycanın möhtərəm prezidenti İlham Əliyev məmurlara xalqı incitməməyi tapşırıb. Ümid edirəm ki, prezidentimiz bizim səsimizi eşidəcək" - sakin bildirib.

Sözügedən binalardan birinin sakini Olqa Ağadadaşova isə qeyd edib ki, şirkətlə 10 aya yaxındır məsələ ilə bağlı danışıqlar aparılır, lakin onlar heç bir nəticəsi yoxdur.
“Onlar bizdən daim güzəşt tələb edirdilər. Biz onlara təslim olanda isə dərhal növbəti güzəşt tələb etdilər. Üstəlik, öz variantımızı əldə etmək üçün bizdən əlavə ödəniş tələb edirlər. Məgər bu ədalətlidir?! Bu, onların güzəştidir ki, biz onlara əlavə pul ödəməliyik?” - sakin bildirir.
Onun sözlərinə görə, binanın qəzalı olması barədə hər hansı sənədi olmayan inşaatçılar onu qəsdən qəzalı vəziyyətə gətirirlər.
"Üstəlik, razılıq üçün öz variantımızı təklif edəndə, buna cavab olaraq deyirlər ki, "başqa çarən yoxdur, qəbul etməlisən. Bu azmış kimi, şirkət əməkdaşları sakinlərdən verdikləri sözə əməl etməyi və dedikləri sözləri unutmamağı tələb etsə də, eyni zamanda, hər gün özlərinə uyğun şəkildə mövqelərini dəyişirlər” - Ağadadaşova qeyd edib.
Sakin onu da vurğulayıb ki, şirkətin sakinlərə qarşı təzyiq göstərmək və onların binadan çıxmasına nail olmaq üçün başqa metodlara əl atacağından, məsələn, binada suyu və ya işığı kəsəcəyindən ehtiyat edir.
Timur Əmirxanov adlı digər sakin isə 20 ilə yaxındır yaşadıqları evdən məcburi çıxarıldıqlarını söyləyib. Bildirib ki, söküntü aparan tikinti şirkəti onları geniş həyəti olan binadan çıxararaq kirayə evə köçürür:
"Bu bina qəzalı deyil. Amma tikinti şirkəti binanın qəzalı vəziyyətdə olduğunu bəhanə edib sakinləri mənzillərindən çıxarır. Bizi isə minimum üç illik kirayə mənzillərə köçməyə məcbur edir. Hansı sakinlə razılaşırlarsa, o mənzilin qapı-pəncərələrini çıxarırlar. Gördüyünüz kimi, tikinti şirkəti binanı qəsdən qəzalı vəziyyətə salır ki, yerdə qalan sakinlər də çarəsiz qalıb onların təklifi ilə razılaşsın. Tikinti şirkəti isə bizə mənzilimizin əvəzində yeni çoxmərtəbəli binadan mənzil verməyi təklif edir. Şirkət qazanmalıdır deyə, biz illərlə kirayələrdə qalmalı, geniş həyəti olan binamızı, şəraitli mənzillərimizi tərk etməliyik? Onlar sakinlərin heç bir istəyini nəzərə almırlar".
"Kursus-Nizami" Mənzil-Tikinti Kooperativinin sədri Elnur Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, BŞİH-in verdiyi sərəncama əsasən, FHN-nin rəyi əsasında sökülməsi nəzərdə tutulan köhnə binalarda yaşayan 139 ailənin köçürülməsi həyata keçirilib. Binaların yerində müasir tipli on altı mərtəbəli binalar inşa ediləcək.

"139 ailədən 115 ailə ilə qarşılıqlı razılığa gəlinərək notariusda müqavilə bağlanıb. 29 ailə ilə isə razılığa gəlinməyib. Buna da səbəb 29 ailənin 50 kv mənzilə 500-600 min manat pul, bir otaqlı mənzilə əlavə 80 kvadrat/metrlik iki mənzil tələb etməsidir. Şirkət bu fantastik məbləğlə razılaşa bilməz. Biz notarius xərcini, kirayə haqları və yüklərin daşınmasına çəkilən xərcləri ödəyirik. Hər mənzilin kvadratından 20-25 faiz sakinlərə mənzil veririk. Əvəzləşdirmə etməklə bağlı razılığa gəlməyənlər şirkətdən pul tələb edirlər. Biz isə sakinlərə demişik ki, mənzillərə görə pul yox, mənzillər veriləcək" - şirkət rəhbəri bildirib.
Şirkət rəsmisi binanın pəncərələrinin şirkət tərəfindən sökülmədiyini də bildirib. Deyib ki, razılığa gələn sakinlər köçdükdən sonra mənzilin pəncərə və qapılarını çıxararaq bağ evlərinə aparırlar.
E.Hüseynov onu da deyib ki, sakinlərin çıxmaması söküntü və tikinti işlərini ləngidir. O, hazırda binada yaşayan 6 sakinlə məhkəmədə çəkişmələrin davam etdiyini bildirib.
Nizami Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarov isə sözügedən ərazidə söküntü işlərinin pilot layihə əsasında aparılmadığını, tikinti şirkəti ilə sakinlərin öz aralarında razılığa gəlməli olduqlarını söyləyib. Bildirib ki, bu məsələ rayon icra hakimiyyətinin səlahiyyətində deyil. Amma sakinlər tikinti şirkətinin qanunsuz əməlləri ilə bağlı şikayət ediblərsə, bu faktlar araşdırılacaq.
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal

Dünyapress TV

Xəbər lenti